Tövhidə iman gətirənin 4 bəhrəsi nələrdir?!


Tövhid – İslam dininin ən böyük sütunudur ki, hər bir müsəlman bu sütunu möhkəm saxlamalıdır. Allahın yeganə olmasına etiqad bəsləməli və Ona şərik qoşmamalıdır.
Tövhid etiqadı dinimizin əsasını təşkil etdiyi kimi, həm də bir çox bəhrələri vardır. Bunlarla tanış olaq:
1. Azadlıq. Tövhidin faydalarından biri – azadlıqdır. Hər kim tək olan Allahı qəbul edərsə və bilərsə ki, O, hər şeyə qadirdir və hər bir xəlq – Onun məxluqudur, heç bir zaman heç kəsə baş əyməz və heç kəsə yaltaqlanmaz. Ən böyük hegemonlar belə onu sındıra bilməz və o, ancaq Allaha baş əyər. “Çünki sizin Allahınız tək olan Allahdır. Buna görə də Onun qarşısında təslim olun və (ey Peyğəmbər, sən) təvazökar və xalis (niyyət və əməlli)lərə müjdə ver”. (“Həcc” 34).
2. Şeytandan amanda qalmaq. “Çünki, onun iman gətirən və özlərinin Rəbbinə təvəkkül edən kəslər üzərində (vəsvəsə etməkdən savayı başqa) bir hökmranlığı yoxdur”. (“Nəhl” 99)...


Həyanın 3 əsası. Həyanın təqvadan fərqi nədədir?!


“Həya” sözünün lüğətdəki mənası “utancaqlıqdır” ki, əks mənası “utanmazlıqdır”. Əxlaq alimlərinin nəzərinə görə, həya elə daxili sifətdir ki, insanı bəyənilməyən əməllərdən çəkindirir. Həyanın mənşəyində qorxu və başqalarının məzəmməti durur. O zaman ki, insan, Uca Allahı öz əməllərinə nazir, nəzarət edən hesab edər – özünə layiq olmayan əməlləri yerinə yetirməkdən çəkinər. Ona görə də həyanın üç əsası vardır: - fail (əməl edən); - feil (əməl); - nazir (nəzarət edən).
Həyada fail o şəxsdir ki, nəfsani kəramətə və alicənablığa malik olar. Həyaya nazir o şəxsdir ki, o, failin nəzərində ən uca və ən böyükdür. Həyanı həyata keçməsinə səbəb olan feil isə bəyənilməyən əməllərdir. İnsan bu əməllər qarşısında həya göstərər. Əgər həyanı qorxu və təqva ilə müqayisə etmək istəsək, gərək deyək ki, həyaya səbəb olan əsil amil – nazir olan Allahı dərk etmək və ona ehtiram göstərməkdir. Ancaq qorxu və təqvada əsil amil – Allahın qüdrətini dərk etmək və cəzasından qorxmaqdır...


Niyə öləndən sonra cəsəddən pis iy gəlir? və nə belə fəlsəfəsi vardır!!


Canlıların bədəni, xüsusilə də insan bədəni iki-üç gündən sonra pis iy verməyə başlayır.
Qüdsi hədisdə Allah insanlar əta etdiyi bir neçə nemətin adını çəkir ki, onlardan biri də insan öləndən sonra bədəninin iylənməsidir.
Allah buyurur: “Mən bəndələrimə üç nemətə görə minnət qoymuşam:
1. Onların bədənini ruhu çıxan zaman pis iyli edirəm. Əgər belə olmasaydı, heç kəs (qohumlarının və ya ) dostunun cənazəsini dəfn etməzdi.
2. Müsibət və bəladan sonra unutmağı onlara hakim etdim. Əgər belə olmasaydı, heç kimin xoş bir həyatı olmazdı...


İslam maarifinə əsasən qəbir əzabına səbəb olan əməllər hansılardır?!


Qəbir əzabı, insanın işlətdiyi günahlardan asılıdır. Onun miqdar və vaxtı da günahın səviyyəsindən asılıdır. Ona görə də ancaq kafirlərə və müşriklərə aid deyildir, bəzi hallarda möminlər də belə, qəbir əzabı görə bilirlər. Qəbir əzabı çəkən möminlər üçün bu cəza – pis əməllərinin kəffarəsi olur. Bəs hansı əməllər qəbr əzabına səbəb olur?
1. Haqqun-nas. İnsanların maddi və ya qeyri maddi haqlarını zay etmək haqqun-nas hesab olunur. Söz gəzdirmək, qeybət, eyib axtarmaq, söyüş söymək, ağvalideyn olmaq, həyat yoldaşının haqqına riayət etməmək, haram mal yemək, sələm... kimi.
2. Pis əxlaqa malik olmaq. İnsanlar, dostlar və ailə üzvləri ilə pis rəftara malik olmaq – qəbir əzabına səbəb olan əməllərdəndir.
3. Nəcasətdən çəkinməmək və gigiyenaya əməl etməmək. 4. Məsumların (ə) vilayətini qəbul etməmək.


Zahidlik nədir? Zahidlik insana nə kimi mənəvi üstünliklər verir?


Zahid o insana deyirlər ki, səy və çalışması ilə bərabər, dünyaya qarşı etnasızlıq edir. Yəni, dünyanın xoşluqlarından üz çevirir və yaxşı bilir ki, mal, sərvət, vəzifə və başqa şeylər ölüm gəlib çatan kimi məhv olacaqdır. Əmirəl-möminin (ə) buyurur: “Əgər dünyaya son hədəf və müstəqil məqsəd kimi baxsanız, əliniz boş qalacaqdır. Ancaq əgər ona bir vasitə kimi baxsanız, bu dəyərsiz şey hər bir şeyə çevriləcəkdir”. Allah Təala Quranda buyurur: “(Bu,) əlinizdən çıxan şey üçün təəssüflənməməyiniz və sizə verilən şey üçün (yersiz) sevinməməyiniz üçün(dür)! Allah heç bir öyünən təkəbbürlünü sevmir”. (“Hədid” 23).
Bu ayə zahidliyin əsil mənasını bizlərə bəyan etmişdir. Buyurur ki, insan gərək gəlib-gedən nemətlərə görə qəlbini xoş etməsin. Bu iki cümlə varlıq aləminin qarışıq bir problemini həll edir. Belə ki, insan bu varlıq aləmində davamlı olaraq çətinliklər və müsibətlər ilə üzləşir və özünə sual verir ki, bu hadisələrin səbəbi nədir? Quran buyurur ki, səbəbi budur ki, siz dünyanın bər-bəzəyinə əsir olmayasınız. O kəs ki, keçmişinə görə təəssüflənməz və gələcəyinə görə sevinməz – zahidliyin bütün şərtlərinə əməl etmiş olar....


İnsanların düşüncəsini müqayisə edərkən dünyanın mənası necə izah olunur?!


Dünyada yaşayan insanlar iki dəstəyə bölünürlər. O kəslər ki, dünyaya məftundurlar və onu məhv olmaz hesab edirlər. İkinci dəstə insanlar isə dünyanı vasitə kimi görürlər. Daha doğrusu, axirətə gedən körpü kimi görürlər. İnsanın sağ qalması üçün, əlbəttə ki, dünya nemətlərindən faydalanması zəruridir. Belə olan halda dünya ona bağlanmaq amili deyildir, sadəcə axirətə çatmaq üçün bir keçiddir və körpüdür. Bir mənəvi insan üçün də başqa insanlar kimi mənzil lazımdır, yemək və içmək lazımdır ki, sağ qala bilsin. Əgər kimsə desə ki, insan bunlar olmadan da belə, yaşaya bilər – absurd əqidədə olar. Çünki Allah dünya nemətlərini məhz axirəti üstün tutanlar üçün yaratmışdır və buyurmuşdur ki, ondan faydalanın, ancaq ifrat etməyin. Bu nemətlər sizə xidmət etmək üçün xəlq olmuşdular. Əgər mənəvi insan bu dünya nemətlərini vasitə deyil, hədəf qərar verərsə – onun dünyapərəstlərdən heç bir fərqi olmaz. Məlum olur ki, dünya onu aldada bilmiş və özünə məftun etmişdir...


İslam Peyğəmbəri Hz Muhəmmədi (s) kim tərbiyə etmişdir?!


İmam Sadiq (ə) buyurur: “Böyük Allah Öz peyğəmbərini (s) tərbiyə etmişdir və çox gözəl tərbiyə etmişdir. Çünki ədəbi onda kamala çatdırmışdır.
Onun haqqında buyurmuşdur: “Həqiqətən, sən (bütün insani əxlaq fəzilətlərinin cəm olduğu) böyük bir əxlaqa maliksən”. (“Qələm” 4).
Sonra dini və ümməti ona tapşırır ki, bəndələrini idarə etsin”. Həzrət Peyğəmbər (s) buyurur: “Mən Allah tərəfindən yetişdirilmişəm, Əli (ə) isə mənim tərəfimdən yetişdirilmişdir\".
Beləliklə deyə bilərik ki, Allah Təala Peyğəmbərimizi (s) tərbiyə etmişdir. Həzrət Peyğəmbər (s) İmam Əlini (ə) tərbiyə etmişdir. İmam Əli (ə) isə möminləri tərbiyə etmiş və onlara İlahi ədəbi aşılamışdır. Hər kim İlahi və dini ədəblə tərbiyə alar – Peyğəmbər (s) və Məsum İmamların (ə) ən üstün davamçısı olar. Bunu əxlaqında və əməlində nümayiş etdirər....


Hansı 4 sifət insanı kamil imana və günahların bağışlanmasına çatdırar?!


Hədislərimiz bizləri həyanın fərdi və ictimai təsirləri ilə tanış etmişdir ki, onlara nəzər salaq:
1. Allah sevgisi. Həzrət Peyğəmbər (s) buyurur: “Allah həyalı, pak ətəkli insanı sevər. Xəcaləti olmayan dilənçiyə nifrət edər”.
2. İffət və pak ətəkli olmaq. İmam Əli (ə) buyurur: “Həyanın səmərəsi – iffətli və pak ətəkli olmaqdır”.
3. Günahların pak olması. İmam Səccad (ə) buyurur: “Dörd şey vardır ki, hər kimdə olarsa, İslamı kamil və günahları pak olar. Allahı ilə o halda görüşər ki, Allah Təala ondan razı olar: O kəs ki, insanların faydasına olan şeyi Allah üçün yerinə yetirər. İnsanlarla danışan zaman doğru danışar. Allahın və insanların yanında çirkin hesab olunan şeylərdən həya edər. Ailəsi ilə xoşrəftar olar”...


İslam əxlaqı baxımından söyüş söyməyə səbəb olan səbəblər hansılardır?!


İnsanı söyüş söyməyə çəkən daxili rəzilə və alçaq əxlaqi səciyyələrdir ki ibarətdirlər:
1. Qəzəb. O zaman ki, insan bir başqasına qəzəblənər, çalışar ki, ona əzab və əziyyət versin. Bu işi söyüş söyməklə yerinə yetirər.
2. Pis tərbiyə. İnsan əgər düzgün olmayan tərbiyə almışsa, ona yaxşısını-pisi düzgün başa salan olmamışsa, əlbəttə ki, onun dəyərlər sistemində xeyli problemlər olacaqdır. O cümlədən, insan pis söz deməyə sakit yanaşacaqdır.
3. Mühit. Mühitin insanın formalaşmasında böyük rolu vardır. Əgər insanın əhatəsində olanlar pis sözlərə loyal davranış sərgiləyirlərsə, həmin şəxs üçün bədağızlıq normal bir hal olacaqdır...



İslam dinində söyüş söyməyə münasibət necədir?


Cavab: İslam dininə əsasən söyüş söymək qəti surətdə qadağandır. Bir insanın (kim olursa, olsun) namusuna, millətinə, şəxsiyyətinə və ailə üzvlərinə söymək olmaz. Ümumiyyətlə heç kəsə qarşı təhqirə yol vermək olmaz.
Həzrəti Muhəmməd peyğəmbər (s. a. v.) bildirir ki, bir müsəlmana söymək ağır bir günah (füsuq), onunla döyüşməyə təşəbbüs etmək isə küfrdür.1 Onun hədislərində ata-anaya, əshabələrə, ölülərə, dünyaya, dağa-daşa, zəmanəyə, eləcə də, külək və heyvanlara söymək də qadağan olunub.
Qeyd edək ki, bu məsələ ilə əlaqədar olaraq İslam əxlaq elmində işlədilən səbb və şətm kimi ifadələrə də toxunmaq lazımdır. Lüğəvi mənası söyüş söymək və bir nəfəri pis sözlərlə pisləmək olan bu ifadələr Allah, peyğəmbər və əshabələr haqqında inkar, lağ etmək, gözdən salmaq və xor baxmaq kimi arzuolunmaz əməlləri bildirir....


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter