Quran ayələrinə əsasən Şeytan insanın hansı tələləri ilə günaha çəkir?!


O zaman ki, İblisə deyirlər ki, Adəmə (ə) səcdə etsin, o məlun boyun qaçırdır və kafir olur. Bu məlun, Allaha xitabən deyir: “Əgər məni Qiyamət gününə qədər sağ saxlasan, insanları yolundan azdırar və onları Sənə qarşı üsyan etmələrinə şərait yaradaram. Onları ibadət və itaət yolundan geri qaytararam”. Allah Təala da cavabında buyurur: “(Allah) buyurdu: «(Uca mələklər aləmindən xaric ol və öz məqsədinin ardınca) get! Onlardan kim sənə tabe olsa, şübhəsiz, kamil və bolluca bir cəza olan Cəhənnəm – sizin cəzanızdır!»”. (“İsra” 63). Allah Təala Quranda şeytanın dörd tələsinin adını çəkmiş və onu insanlara tanıtmışdır ki, ondan uzaq olsunlar. Bu tələlər ilə tanış olaq:
1. Birinci tələsi budur ki, insanları təhrik edər və onları itaətsizlik etməyə dəvət edər. “Və onlardan bacardığın kəsi öz səsinlə (günaha tərəf) təhrik et və (onları itaətsizliklərə tərəf qovmaq üçün ordundakı) öz süvarilərin və piyadaların ilə onların üzərinə fəryad qopar; və onların mallarına və övladlarına şərik ol və (hər bir vacibin tərk olunmasında və hər bir haramın yerinə yetirilməsində) onlara vəd ver. (Onlar bilməlidirlər ki,) Şeytan onlara yalan və hiylədən başqa əsla bir vədə vermir». (“İsra” 64)...


Peyğəmbərimiz (s) kimlər üçün behiştdə 3 evə zamin olmuşdur?


Həzrət Peyğəmbər (s) buyurur: “Mən behiştin ətrafında, behiştin ortasında, behiştin yuxarısındakı evlərə zaminəm.
1. O kəs üçün ki, mübahisəni tərk edər, baxmayaraq ki, haqlı olsa belə. 2. O kəs ki, yalanı tərk edər, baxmayaraq ki, zarafatla olsa belə. 3. O kəsin ki, yaxşı əxlaqı olar.”
Mübahisə və dava etmək qəlbi qara edər. Həzrət Peyğəmbər (s) tövsiyə edir ki, davanı və mübahisəni tərk edək.
Yalan - kəbirə günahlardandır. Hədislərdə oxuyuruq ki, mömin zarafatla da olsa belə, yalan danışmamalıdır. Çünki insan ruhuna və canına mənfi təsir qoyar.
Son olaraq Həzrət (s) xoş əxlaqı tövsiyə edir. Belə ki, hədislərə əsasən, xoş əxlaq qəbir sıxıntısını və əzabını aradan apara bilən amildir.


Haqla batil arasında 4 barmaq fasiləsi dedikdə nə başa düşülür?!


Əxlaq alimlərinin nəzərinə görə, töhməti eşidən insan dörd haldan qeyrisində qərar tutmaz:
1. Eşidən bilir ki, bu söz – töhmətdir. 2. Eşidən bilmir ki, bu söz – töhmət və ya böhtandır.
3. Eşidən bilmir ki, bu, töhmətdir, yoxsa qeybət. 4. Eşidən bilmir ki, bu, töhmətdir, yoxsa böhtandır, yoxsa qeybətdir.
O zaman ki, insan eşitdiyi xəbərin töhmət olduğunu bilir – qarşı tərəfə qarşı bədgümanlar bəsləməyə başlayır. Yəni, eşidən insan bilir ki, danışan şəxs öz güman və ehtimalları üzərindən danışır və müttəhim etdiyi şəxs haqqında məlumatı yanlışdır. Bu agahığı sayəsində bədbinliyi özündən uzaqlaşdıra bilər və töhməti qarşı tərəfin yanlış nəticələr çıxartması hesab edər...


Bu günahı hətta şeytan belə etmək istəmir?!


Töhmət vurmaq və böhtan atmaq – o qədər çirkin sifətlərdir ki, hətta şeytan (lən) belə bu cür insanlardan qaçır. Halbuki, şeytan həmişə insanların rəzil işləri görməsindən sevinir. Ancaq bəzi əməllər o qədər çirkindir ki, hətta şeytan belə onun ağırlığını hiss edib, ondan uzaq olmağa çalışır. Töhmət və böhtanın ziyanları:
1. Töhmət və böhtan insan mənəviyyatına təsir edər. İmam Sadiq (ə) buyurur: “O zaman ki, mömin, mömin qardaşına töhmət vurar – iman onun qəlbində əriyər. Necə ki, duz suda əriyər”.
2. İnsan rabitələrinə mənfi təsir edər. İmam Sadiq (ə) buyurur: “O kəs ki, din qardaşına töhmət vurar, onların aralarında hörmət qalmaz”...


Saliklər (mənəvi yolda addımlayanlar) kiminlə yol yoldaşıdır?


Salik – Allah yolunun yolçusu – ya bu yolun çətinliklərindən, eniş və yoxuşlarından xəbərdardır, ya da deyildir. Əgər salik üçün bu yol tanış deyildirsə, onu məqsədə çatdıra bilən bir rəhbərə ehtiyac vardır. Həmin rəhbər bu yolun çətinliklərindən xəbərdardır və bilir ki, bu yolu necə salamat getmək olar.
Bütün İlahi peyğəmbərlər (ə), övliyalar bu yoldan xəbərdardırlar. Onlar – bəşəri hidayət edən səfirlərdirlər. Ona görə də Allah Təala ayədə Öz Peyğəmbərinə (s) xitab edərək buyurur: “Öz nəfsini həmişə özlərinin Rəbbinin razılığını diləyən halda sübh vaxtı və axşamçağı Onu çağıranlara qoş. Məbada dünya həyatının zinət və bər-bəzəyini istəmək üçün gözlərini onlardan (başqa bir şəxsə və şeyə tərəf) çevirəsən. (Keçmişdəki azğınlıq və itaətsizliklərinə görə) qəlbini Öz zikrimizdən qafil etdiyimiz, nəfsi istəklərinə tabe olan və işi israf və (Allahın müəyyənləşdirdiyi həddi) aşmaq olan kəsə itaət etmə!”. (“Kəhf” 28). Salik bilməlidir ki, Allah həmişə onunladır. Əgər salik bu həqiqəti qəbul etməsə, o zaman nə məqsədə çatar, nə İlahi qürb məqamına...


İmam Zamanın (ə.c) anası Nərcis Xatun tarixdə hansı ilahi şəxsiyyətin nəslinə qayıdır?!


İmam Zaman ağanın (ə) mübarək anası Nərcis xanım cənab Şəmunun nəslindən gəlir. Şəmun – Allahın peyğəmbəri və Həzrət İsanın (ə) vəsisi olmuşdur.
Xristianlar onu Petrus da çağırırlar. Atasının adı Yuna idi və hər ikisi də balıqçı idilər. Nərcis xanım (s.ə) – Şəmunun nəslindəndir. Kiçik yaşlarından babası olan Roma imperatorunun tərbiyəsi altında böyümüşdür. O, əvvəl xristian idi və hədislərin buyurduğuna görə, yuxuda Peyğəmbəri (s) və İmam Əlini (ə) görür və görür ki, onlar Roma imperatorunun sarayına elçilik üçün gəliblər. Onları Həzrət İsa (ə) qarşılayır. Bu zaman Peyğəmbər (s) İmam Həsən Əsgəriyə (ə) işarə edir və buyurur: “Ey Allahın ruhu! Mən bu övladım üçün sənin vəsin olan Şəmunun qızına elçiliyə gəlmişəm”. Həzrət İsa (ə) Şəmuna nəzər salır və buyurur: “Necə bir şərafət sənə nəsib olmuşdur. Bu mübarək kəbinə razı ol”. Şəmun da razı olur. Sonra Peyğəmbər (s) minbər başına qalxır və xütbə oxuyur. Sonra Nərcisi İmam Həsənlə (ə) nikahlayır. Orada olanları buna şahid tutur”. Şəmuna işarə edən ayələr: “İshaq və Yəqubu (ömrünün axırlarında) ona bəxş etdik və nübuvvəti və (səmavi) kitabı övladlarına əta etdik”. (“Ənkəbut” 27). Şəmun - Həzrət Məryəmin (s.ə) bibisi oğlu idi və Həzrət İbrahimin (ə) zümrəsindən hesab olunur....


İmam Zamanın (ə.c) anası Nərciz Xatun (s.ə) nə zaman dünyasını dəyişmişdir?


İmam Həsən Əsgərinin (ə) sevimli həyat yoldaşı olan Nərcis Xatunun adları çoxdur. O cümlədən: Məleykə, Həkimə, Susən, Reyhanə, Xəmət, Səqil.
Tarixçilərin nəql etdiyinə görə Nərcis Xatun Roma imperatorunun nəvəsi olmuşdur. Onun Roma sarayından Samirraya gəlişi və İmam Həsən Əsgəri ilə (ə) ailə qurması möcüzəvi şəkildə baş vermişdir. Xanım (s.ə), Həzrət Rəsuli-Əkrəmin (s) qeybi tövsiyələri ilə özünü əsirlərin arasında gizlətmiş və Samirraya gələrək, İmamla (ə) ailə qurmuşdur.
Nərcis xanımın İmam Həsənin (ə) şəhadətindən sonrakı həyatı barəsində çox az məlumatlar mövcuddur. Onun ölümü barəsində beş nəzər vardır.
1. İmam Həsənin (ə) yaxınlarından birinin nəql etdiyinə görə, Xanım İmamdan (ə) xahiş etmişdir ki, dua etsin və ölümü İmamın şəhadətindən (ə) əvvəl həyata keçsin. İmam (ə) da dua edir və o, həyat yoldaşından əvvəl vəfat edir.
2. Şeyx Səduq kimi böyük alimlər isə buyurur ki, xanım İmam Həsən Əsgəri (ə) şəhid olan zaman sağ idi və onun yatağının başında dayanmışdı....


İmam Zaman ağanın (ə.f) dördüncü naibindən sonra niyə xələf və xüsusi naiblik davam etmədi?!


İmam Zaman ağa (ə.f) qeybə çəkilən zaman insanlarla naibləri vasitəsilə əlaqə saxlamışdır. Onların dördüncüsü Şeyx Cəlil Əbul-Həsən Əli ibni Muhəmməd Səməri idi. Onun doğum tarixi məlum deyildir. İnsanlar onu İmam Həsən Əsgərinin (ə) səhabələrindən biri kimi tanıyırdılar.
O, Hüseyn ibni Ruhdan sonra üç il İmamın (ə.f) səfirliyini etmişdir. O, da başqa naiblər kimi etimad olunan təqvalı insan idi. Ancaq özündən əvvəlki üç səfirdən fərqli olaraq, geniş fəaliyyətə malik deyildi. Çünki həmin zamanda cəmiyyəti zülm bürümüş və çox sayda günahsız insanların qanı tökülmüşdü. Ona görə də dördüncü naib vəfat edəndən sonra İmamın (ə.f) böyük qeybi başlayır.
Dördüncü naib vəfat etməzdən əvvəl İmamdan (ə.f) məktub alır və orada yazılmışdı ki, kiçik qeyb sona çatmış və böyük qeyb dövrü başlamaqdadır. Ona özündən sonra naib təyin etmək icazəsi verilmir....


Namazda diqqətimizi toplamaq üçün hansı məsələlərə diqqət yetirək?!


Ali dini Rəhbər buyurur: “Namazda əllərini göyə qaldır və dua et, yəni namazın müstəhəbbatı olan qunutu yerinə yetir. Bunu ona görə tövsiyə edirəm ki, insanın namazdakı diqqətini təmin edər”. Namazda qəlb hüzurunun olması – mühüm mövzulardandır. Çünki əgər namazı qəlb hüzuru ilə qılarıqsa, ona ruh verər və can verərik. Əks halda, cansız bir cisim kimi göyə göndərərik. Qəlb hüzurunu meydana gətirən amilləri tanıyaq:
1. Cismin şad olması. Həkimlərin nəzərinə görə, əgər insan yeməyi sevinclə yeyərsə, o zaman həmin yemək daha yaxşı həzm olar. Namaz da yemək kimidir, ancaq ruhun yeməyidir. Əgər onu sevinclə və Allaha qovuşmaq şövqü ilə qılsaq – qəlb hüzuru meydana gələcəkdir.
2. Dünyaya bağlanmamaq. Dünyaya bağlanmaq insanı İlahi qürb məqamından saxlayar. Ona görə də insan Allahla münacatdan ləzzət ala bilməz. Qəlbi tədricən qaralmağa başlayar. İmam Sadiq (ə) buyurur: “Hər bir xatanın mənşəyində dünya sevgisi durur”.


“Fil” surəsi necə nazil olub? “Fil” surəsini oxumağın savabı


İslam Peyğəmbəri (s) və müsəlmanlar Məkkədə çox əziyyət görürlər. Allah Təala Quranda bu mövzuya dəfələrlə işarə etmiş və kafirləri əzabla hədələmişdir. “Fil” surəsi əslində tarixdə baş verən hadisəni bizə tanıtmışdır və bu yolla Peyğəmbərini (s) himayə etmişdir. Belə ki, bu surədə oxuyuruq ki, Əbrəhə filə minərək Məkkəyə tərəf yollanır ki, Kəbəni viran etsin. Allah da onları möcüzəvi yolla məhv edər və buyurur ki, ey Peyğəmbər! Sən mənim üçün Kəbədən də əzizsən və bil ki, səni də himayə edirəm. Sənə müxalif olanlar öz cəzalarına çatacaqlar. “Fil” surəsi Məkkədə nazil olmuşdur və Allah burada möcüzələrindən birini bəyan edir. İslam düşmənlərinə demək istəyir ki, İslam dini – haqq dindir və hər kim bu dinə gələrsə, Allah onu hidayət edər, əks halda Əbrəhə kimi məhv olar və cəza alar. Həzrət Əbu Talib Peyğəmbərə (s) deyir: “Ey qardaş oğlu! Sən bütün insanlar üçün məbus olmusan, yoxsa ancaq öz qövmün üçün?”. Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Bütün insanlar üçün məbus olmuşam. Ağına, qarasına, ərəbə, əcəmə. And olsun o Kəsə ki, canım onun əlindədir, mən bütün insanları – istər ağ dərili olsun, istərsə də qara dərili – bu dinə dəvət edirəm. O kəslər ki, dağın başındakı qaladadırlar, onları da bu dinə dəvət edirəm. Mən bütün romalıları da dəvət edirəm”....


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter