İnsan çimib təmiz olursa, dəstəmaz almaq nəyə lazımdır?


Dəstəmaz almaqdakı niyyətimiz – təharətli olmaqdır. Bəs hamama gedəndə də pak oluruqsa, dəstəmaz almağa nə ehtiyac vardır ki?
Bunu qeyd etməliyik ki, bəziləri Allahın təyin etdiyi hökmlərə görə öz nəzərlərini verərək, düşüncələrini qarışdırırlar. Onlar əslində şeytanın (lən) yolunu davam etdirib, ona xidmət edirlər. Bəli, dəstəmaz almaq – təharətli olmaqdır, ancaq gigiyenik mənada təmiz olmaq demək deyildir. Dəstəmaz ruhumuzu pak edər, bədənimizi təmiz etməz. Hamama getmək insanın bütün bədənini təmizləyər, ancaq ruhunu pak etməz. Pak olmaq üçün qüsl və dəstəmaz almaq lazımdır.
Dəstəmazın, namazın, orucun, həccin... hədəfi Allaha ibadətdən başqa bir şey deyildir. Bu ibadətlər üçün İlahi qürb niyyəti etmək lazımdır. Allahın təyin etdiyi hər bir fiqhi hökmün öz fəlsəfəsi vardır ki, bəziləri aşkardır, bəziləri gizlidir...


Hz Peyğəmbərin (s) hədisinə əsasən insan dünyada necə yaşamalıdır?!


Ölüm – qəti bir hadisədir ki, hər bir canlının başına gələcəkdir. Ölümü hər kəs bir cür görür. Bəziləri üçün məhv olmaqdır, bəziləri üçün dünya zindanından azad olmaqdır, bəziləri üçün Allahla görüşməkdir... Məsumların (ə) ölümlə bağlı bəzi buyuruşlarına diqqət edək. Həzrət Peyğəmbər (s) buyurur: “İnsanın qəbri – axirət mənzillərinin birincisidir”.
İmam Sadiq (ə) buyurur: “Bəzən insanlar illəri, ayları, günləri və saatları sayarlar, ancaq bir zaman da gərək nəfəslərini saysınlar. O zaman ki, axırıncı nəfəs gəlib çatar, artıq həmin zaman nə bir an gec və nə bir an tez həyata keçər. Həmin zamanda insanın köçməsi başlayar”.
İmam Əli (ə) buyurur: “Təəccüb edirəm o kəsə ki, ölümü unutmuşdur. Halbuki, ölüləri görür”. İmam Baqir (ə) buyurur: “Ey Əba Ubeydə! Ölümü çoxlu yada sal. Əgər insan onu çoxlu yada salarsa, dünyaya qarşı rəğbətsiz olar”. İmam Hüseyn (ə) buyurur: “İzzətli ölüm – əbədi həyatın bir hissəsidir, zəlilcəsinə ölüm isə həmişəlik ölümdür”...


Qurani Kərim insanların hidayəti üçün hansı üç yoldan istifadə etmişdir?!


Müqəddəs Kitabımız olan Quranın zahiri gözəl, batini dərindir. Quran buyurur edir ki, insanları hidayət etmək üçün gəlmişdir. Bəs Quranda hansı hidayət yolları bəyan edilmişdir?
1. Dəlil gətirmək yolu. Qurani-Kərim bizlərlə dəfələrlə buyurur ki, onun ayə və surələri barəsində düşünək və təfəkkür edək. Bu yolla Quran bizləri dəlil gətirmə yoluna tərəf hidayət edər və təşviq edər. “Əgər göylərdə və yerdə Allahdan başqa digər tanrılar olsaydı, şübhəsiz, (göylərin və yerin) hər ikisi xarab (zay) olardı. Buna görə də ərşin sahibi olan (varlıq aləminə mütləq hakim olan) Allah (müşriklərin) sadaladıqları sifətlərdən pak (və uzaq)dır”. (“Ənbiya” 22). Quran təfəkkür etmə yolu ilə insanları hidayət edir.
2. İmanlı təqlid yolu. Quranın təqdim etdiyi yollardan biri də təqliddir. Misal üçün, insanlar Peyğəmbərin (s) xidmətinə gələr və o Həzrətin (s) möcüzələrini görərək, Allaha iman gətirirdilər. Qiyamət və başqa mövzular haqqında sual verərək, yəqinə çatardılar. Məsum İmamlarla (ə) da bağlı eləcə...


Qurani Kərimin ayələrinə əsasən Xasiranlar kimlərdir və hansı xüsusiyyətlərə malikdirlər?!


Qurani-Kərimdə insanlar bir neçə dəstəyə bölünüb və onlar haqqında bizə məlumat verilmşdir. Bu da bizə yardım edir ki, hansı dəstəyə aid olduğumuzu bilək. Allah Təala ziyan çəkənləri bizə tanıtmışdır. Bəs xasiranlar kimlərdir? Allah Təala buyurmuşdur ki, xasiranlar – o kəslərdir ki, mənəvi sərmayələrini əldən veriblər. Sonra bu insanların özünəməxsus sifətlərini bizə tanıtmışdır:
1. O kəslər ki, özlərinə və yaxınlarına ziyan vurarlar.
2. Onlar iqtisadi və siyasi fəsadı yaymaqla məşğuldurlar. Beytul-malı ələ keçirtmək – bu fəsadlardan biridir.
3. O kəslər ki, övladlarını öldürürlər və ya qorxu bəhanəsi ilə onları şikəst edirlər ki, həyatlarına davam edə bilməsinlər (abort etmək kimi).
4. Onların hədəfi – ancaq mal-dövlət toplamaqdır. Onlar bu malları haram yoldan əldə edərlər...


Günahkarı tövbəyə nə vadar edər?


Dinimizin nəzərinə görə, mənfi ilə mübarizə lazımlıdır. Belə ki, hədislərimiz buyurur ki, şərab içənə qız verməyin. Ya sələm yeyənlə münasibətiniz olmasın.
Misal üçün, bir sələm yeyən tacir ilə hamı əlaqəsini kəsərsə və heç kəs onunla alış-veriş etməzsə, o, az müddət ərzində dükanı bağlanar. Əgər insanlar günahkarla yoldaş olmazsa və onunla görüşməzsə, o, naəlac qalıb, günahdan əl çəkəcəkdir.
Şuəyb peyğəmbərə (ə) vəhy olunur ki, sənin ümmətinin 100 min nəfərini həlak edəcəyəm. Onların 40 min nəfəri günahkardır. Filan qədəri yaxşı insanlardır.
Şuəyb (ə) deyir: “Məgər yaxşı insanlar nə ediblər?”. Xitab gəlir: “Ona görə ki, pis insanlar günah edən zaman, bu birilər onlara etinasız qalıb əyləşiblər”.
Təbuk döyüşünə gedən zaman 3 nəfər onlarla getmir. Elə ki, müharibədən geri qayıdırlar, Həzrət Peyğəmbər (s) əmr edir ki, həmin şəxslərlə heç kəs danışmasın və evinə getməsin. O üç nəfər ordunu qarşılayanda Peyğəmbərə (s) salam verirlər və Həzrət (s) salamın cavabını verir, ancaq başqa söz demir...


Zülmün hansı növündən daha çox çəkinmək lazımdır?!


Qurani-Kərim buyurur: “Beləliklə, zülm etmiş dəstənin kökü və nəsli kəsildi. Həmd və şükür – aləmin və aləmdəkilərin Rəbbi olan tək Allaha məxsusdur”. (“Ənam” 45).
Bu ayə Qiyamət barəsində nazil olmuşdur və Uca Allah bu ayədə zalımların kökünü kəsdiyi üçün həmd və şükür edir. Zülm, Qiyamət günü zülmətli şəkildə zalımın ətrafını bürüyəcəkdir. İmam Əli (ə) buyurur: “Axirət üçün ən pis azuqə - (Allah) bəndələrinə zülm etməkdir”. Hamımız yaxşı bilirik ki, dünya axirət üçün azuqə toplamaq yeridir. Hər kəs öz halına uyğun qədər azuqə toplayar. Quranın nəzərinə görə, ən üstün azuqə – təqvadır. “Allah etdiyiniz hər bir yaxşı işi bilir. Özünüz üçün azuqə götürün ki, ən yaxşı azuqə – təqvadır. Məndən qorxun, ey ağıl sahibləri!”. (“Bəqərə” 197). Ancaq çox təəssüf ki, insanlar çox vaxt təqva yerinə zülmü seçirlər və başqalarına züm edərək, ən pis azuqə toplamış olurlar....


Qurani-Kərim kimləri zirək adam adlandırır?


Əgər insanın dünyaya bağlantısı olsa və küfr edərək İlahi rizaya çata bilməsə - həqiqi ziyan edənlərdən olar. Yəni, həm dünyasını itirər və həm də axirətini. “Həqiqətən kafir olub küfr halında (kafir olaraq) ölmüş kəslərin heç birindən öz canlarının qurtulması üçün hətta yer üzünün tutumu qədər qızıl versələr belə, qəbul olunmayacaqdır. Onlar üçün ağrılı bir əzab vardır və onlara bir kömək edən (də) olmayacaqdır”. (“Ali-İmran” 91). O kəs ki, aqildir, onun üçün dünya və axirətin fərqi olmamalıdır.
Çünki dünyanın maddi imkanlarından faydalandığı kimi, axirətini də unutmaz. Allah Təala bu cür insanlar haqqında buyurur: “Onlardan bəzisi deyər: «Ey Rəbbimiz, bizə dünyada da yaxşılıq əta et, axirətdə də yaxşılıq əta et və bizi (Cəhənnəm) odun(un) əzabından qoru»”. (“Bəqərə” 201). Qurani-Kərim bu cür insanları zirək adlandırmışdır. Bu cür insanlar həyatlarını elə yaşayırlar ki, həm dünyadan faydalanırlar, həm də axirətlərinin xeyirli olması üçün çalışırlar. İmam Hadi (ə) buyurur: “Dünya elə bazardır ki, orada bəzi insanlar mənfəət əldə edər, bəziləri ziyan”.


Niyə namazlarımızın hamısında “Fatihə” surəsini oxuyuruq?


Məsumların (ə) nəzərinə görə, “Fatihə” surəsində dünya və axirətin xeyiri və hikməti cəm olmuşdur və heç bir şey onu əvəzləyə bilməz. Ona görə də o namaz ki, “Həmd” surəsi olmadan qılınar – naqis hesab olunar. Bu səbəbdən “Həmd” surəsinin başqa surələrlə fərqi vardır. Çünki, bütün surələr Allahın adındandır, ancaq bu surə - bəndələrin adındandır.
Bəndə bu surəni oxuyan zaman hiss edər ki, Allaha yaxın olar və Allahla münacat edər. Bu səbəbdən də “Həmd” surəsini hər bir namazda oxumağın tərbiyəvi əhəmiyyəti vardır. İmam Sadiq (ə) buyurur: “İki halda İblis çox narahat olmuşdur: 1. Peyğəmbərin (s) besət hadisəsində. 2. “Həmd” surəsi nazil olan zaman”.
Bu surə iki hissədən ibarətdir. Allahı həmd etmək və bəndələrin istəkləri. Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təala buyurmuşdur: “Həmd” surəsini namazda qərar vermişəm ki, Özümlə bəndəm arasında bölə bilim. Yarısı mənə aiddir. Yarısı da bəndəmə””...


Məsumların hədisinə əsasən Asqırmaq – ölümdən 3 gün amanda olmağa səbəb olur!


İmam Sadiq (ə) buyurur: “Çoxlu asqırmaq insanı bir çox şeydən amanda saxlayar:
1. Cüzam. 2. Başda və üzdə olan pis havanın bayıra çıxması. 3. Gözdən suyun axmasının qarşısını alar. 4. Burun tutqunluğunu açar”.
İmam Həsən Əsgərinin (ə) xidmətçisi nəql edir: “İmam Zaman ağanın (ə.f) dünyaya gəlişindən bir gün sonra Həzrətin (ə) yanında olanda asqırdım. O, mənə buyurdu: Allah sənə rəhmət etsin. Bu duadan çox şad oldum”. Həzrət (ə) mənə buyurdu: “Asqırmaqla bağlı sənə müjdə verimmi?”. Dedim: “Bəli, sərvərim”. O, buyurdu: “Agah ol ki, asqırmaq ölümdən üç gün amanda olmaq deməkdir”.


Günah anlayışının Qurani-Kərimdə 16 müxtəlif mənası necə izah olunub?!


Quran və Məsum İmamlar (ə) günahı müxtəlif adlarla tanıdırlar ki, hər birinin də özünəməxsus mənası vardır. Quranda günahı bəyan edən sözlər və onların mənası ilə tanış olaq:
1. Zənb. \"Ardınca olmaq” deməkdir. Belə ki, hər bir günah əməl ardınca dünya və axirət əzabı gətirər. Ona görə də günahı belə adlandırmışdılar. Bu söz Quranda 35 dəfə işlənmişdir.
2. Məsiyyət. “Allahın əmrindən boyun qaçırtmaq”dır. Onu bəyan edir ki, bəndə Allahın əmrlərindən boyun qaçırdar. Bu söz də Quranda 33 dəfə işlənmişdir.
3. Əsəm. “Süstlük” və “mükafatdan məhrum olmaq” mənasındadır. Çünki, həqiqətdə günahkar hər cür mükafatdan məhrum olar. Bu söz Quranda 48 dəfə işlənmişdir.
4. Siyə. “Qəbahətli və çirkin əməl” mənasındadır. Ardınca qəm və bədbəxtlik gətirər. Həsənə sözünün antonimidir. Bu söz də Quranda 165 dəfə işlənmişdir.
5. Curm. Mənası “meyvənin ağacdan ayrılması”dır. Cərimə sözü də bu sözdən götürülmüşdür. Curm o əməldir ki, insanı həqiqətdən, səadətdən və təkamüldən ayırar. Bu söz də Quranda 61 dəfə işlənmişdir...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter