Hz Peyğəmbər (s) Cəbrail (ə)-dan soruşur Mələkələr nəyə gülür və aöalayırlar?!


Peyğəmbər (s) Cəbraildən soruşdu: \"Məlaikələr də gülüb-ağlayırlarmı?” Dedi: \"Bəli. Üç nəfərə təccüblənib gülürlər və üç nəfərə də mərhəmət və ürəyiyananlıq edib ağlayırlar. Güldükləri kəslərdən birincisi odur ki, bütün gün ərzində pis-pis danışır, axşam olanda da elə ki, işa namazını qılır, yenə boş-boş və lazımsız söhbətlərə başlayır bu zaman məlaikələr ona gülüb deyirlər: \"Ey bixəbər! Səhərdən axşama qədər doymadın, indi doyacaqsan?!”
İkincisi əlinə bel və külüng götürüb torpağını şumlamaqdan ötrü öz tarlasına gedən tamahkar kəndlidir. O, öz payını artırmaq məqsədilə qonşu tarla ilə öz tarlasını ayıran torpaq sahəsini də belləyib öz sahəsinə qatmaq istəyərkən məlaikələr ona gülüb deyərlər: \"Bu genişlikdə torpaqdan gözün doymadı, bu kiçik hissədən doyacaq?!” Üçüncüsü özünü naməhrəm kişilərdən örtməyən qadın barəsindədir. Elə ki, ölən zaman onu kəfənə büküb qaranlıq və gözlərdən gizlin olan yerə – qəbirə qoyarlar, məlaikələr gülüb deyərlər: \"Rəğbətə səbəb olduğu zaman onu gizlətmirdiniz, indi gizlədirsiniz?! Halbuki, indi ona yalnız nifrət və ikrah olunar...


İslam maarifinə əsasən dilinə düşə biləcəyi 40 günah hansılardır?!


DİLİN 40 GÜNAHI
1.Yalan 2.Töhmət 3.Dil yarası 4.Tənə vurmaq 5.Eyb axtarmaq 6.Abır aparmaq 7.Qəlbi sındırmaq 8.Naməhrəmlə zarafat 9.Yersiz danışmaq 10.Danışıqda lovğalıq
11.Yaxşılığa qadağa 12.Dində bidət 13.Nahaq hökm etmək 14.Yalan and 15.Möminə əziyət etmək 16.Həsədi üzə çıxartmaq 17.Pis əxlaq 18.Camaatla pis danışmaq
19.Küfru təsdiq etmək 20.Acı danışmaq ...


Uşaq tərbiyəsində edilən 8 səhv və xətalar hansı düşüncələrdən ibarətdir?!


Gələcək üçün günahkar insan yetişdirməyin 8 asan yolu....
1- Daha kiçikken uşağa istediyi her şeyi vermeye başla! Bu şekilde o her kesin onun dolanışığını temin etmek mecburiyyetinde olduğuna inanacaq.
2- Pis sözler söylediyi zaman, gül. Belece o özünün ağıllı olduğuna inanacaq.
3 - Ona düşünmeyi ve beynini istifade etmesini öyretme, 21 yaşına gelince özü qerar versin, deye gözle.
4 – Yere atdığı her şeyi götür! Kitablarını, ayaqqabılarını, paltarlarını, onun üçün her şeyi sen et ki, o bütün mesuliyyetlerini başqalarına yüklemeye alışsın.
5 - Onun qarşısında tez-tez aile mübahiseleri et ki, onun da ailesi bir gün dağıldığında, bir o qeder de teeccüblenmesin...


Mömin əsəbləşərmi?! (Ali-İmran surəsi, 134)


Möminlər hər insan kimi müxtəlif hadisələrə görə əsəbiləşə bilərlər. Lakin möminlərin üstün əxlaqının ən mühüm göstəricilərindən biri əsəblərini cilovlamalarıdır. Əsəbiləşməyin onlara fayda verməyəcəyini, əksinə, əsəbiləşdikdə ağıllı davranmayacaqlarını, ədalətdən uzaqlaşacaqlarını bilirlər. Belə vəziyyətdə həm özlərinə, həm də ətrafdakılara zərər verən səhv qərarlar verməkdən çəkinərlər.
Buna görə də möminlər səbirli və mərhəmətli davranarlar. Allah Quranda möminlərin bu xüsusiyyətini belə tərifləmişdir:O müttəqilər ki, bolluqda da, qıtlıqda da xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər. (Ali-İmran surəsi, 134)


Pis əməllər haqqda 75 göstəriş hansılardır?!


1.Cahillik hələ heç vaxt heç kəsə kömək etməmişdir.
2.Qorxusuz yaşamaq istəyirsənsə,başqalarına pislik etmə.
3.Nifrətə yalnız məhəbbətlə qalib gəlmək olar.
4.Birisinin tikəsini əlindən alıb başqasına vermək heç də igidlik deyil.
5.İnsan hirslənəndə əqli yerindən oynayırBelə hallarda heç bir iş görmə!
6.Zülm,həsəd,hiylə ilə bu dünyada iş aşmaz.
7.Paxıllıq insanın qəlb rahatlığını pozan can odudur.
8.Paxıllıq odundan yandırıcı od hələ görünməmişdir...


Hz Əyyub (ə) xanımın sualına belə cavab verdi: Allah dua etməyə utanaram?!


Bilindiyi kimi Hz. Eyyüb (ə.s)səbir və mətanəti ilə dillərə dastan olmuşdu.Bir rəvayətə görə o məşhur xəstəliyini on səkkiz il çəkmişdi. Heç bir zaman üsyan etməyən Hz. Eyyübə (ə.s.) xanımı bir gün belə soruşdu: \"Bu xəstəliyin bitməsi, çəkdiyin dərdlərin getməsi üçün Cənabı Haqqa dua etsənsə olmazmı?\" Hz. Eyyüb (ə.s.),xanımına bu cavabı verər: \"Mənim bolluq və rifah içində yaşadığım müddət 80 ildir. Çəkmiş olduğum darlıq və çətinlikli zaman isə daha bu müddətə çatmamışdır. Bu vəziyyətdə mən Allahdan utanaram. Ona (c. c.) bu halın üzərimdən getməsi üçün necə dua edərəm ki...\"


Hz Suleyman (ə) ana ürəyinin sızıltısı ilə haqqın kimin tərəfindən olmasına hökm etdi?!


\"Keçmişdə iki qadın və onların hərəsinin də bir uşağı var imiş. Günlərin bir günü canavar bu uşaqlardan birini aparır. Qadınlardan biri rəfiqəsinə: \"Canavar sənin oğlunu apardı” – deyərək sağ qalan uşağı ona vermək istəmir. Rəfiqəsi də ona eyni şeyi deyərək uşağın onun olduğunu iddia edir. Beləliklə, qadınlar mübahisə edirlər və aralarında düzgün hökm çıxarılması üçün Davud ə hüzuruna gəlirlər. Davud ə uşağın yaşda böyük olan qadına verilməsi barədə hökm verir. Onlar bununla kifayətlənməyib eyni məqsədlə Davudun oğlu Süleyman (s) hüzuruna gəlir və əhvalatı ona nağıl edirlər. Süleyman ə üzünü qadınlara tutub: \"Mən bir bıçaq gətirin, uşağı aranızda yarıya bölüm” – deyir. Bu zaman yaşda kiçik olan qadın: \"Yox, uşağa dəymə, Allah sənə rəhm eləsin, o onun (böyük qadının) uşağıdır” – deyə qəti etiraz edir. Bunu görən Süleyman (ə) uşağın kiçik qadına verilməsi barədə hökm çıxarır.


İmam Həsən (ə) şəhadətindən öncə səhabəsinə hansı nəsihətləri buyurdu?!


İmam Hesenin nesihetleri -O Həzrətin ömrünün son günlərində (vəfatından öncə xəstə olduğu ərəfədə) Cünadə ibn Əbi Üməyyə ona: Ey, Peyğəmbər övladı, mənə nəsihət et- deyə müraciət etdikdə, İmam (ə) buyurdu:
\"Bəli, (Ey Cünadə) səfərə çıxmağa (ölüm səfərinə) hazırlaş, əcəlin çatmazdan əvvəl azuqəni topla və bil ki, sən dünyanın (dünya malının) ardınca getdiyin halda ölüm də, sənin ardınca gəlir. Gələcək gününün fikrini, hazırda olduğun günündən əvvəl çəkmə”.
\"Bil ki, dünyanın halalında sorğu-sual, haramında cəza və şübhəli (halal və ya haram olması bilinməyən) şeylərdə isə töhmət vardır (yəni Axirətdə insanı dünyanın halal nemətlərindən istifadə etdiyinə görə sorğu-sual, haramlardan istifadə etdiyinə görə cəza və şübhəli şeylərdən istifadə etdiyinə görə isə töhmət, məzəmmət gözləyir)”...


\"Bismillah\" zikrini deməyin savabı haqda üç hədis...


Peyğəmbər (s)buyurub:\"Əgər Muəllim dərs deyəndə uşağa \"Bismillahir-rəhmanir-rəhim\" öyrətsə, uşaq bunu oxusa, Allah o uşağın ata-anasına və məllimə cəhənnəm odundan nicat verər\" Peyğəmbərdən (s) soruşdular ki, şeytanda insanla yemək yeyirmi? Buyurdu;
\"Bəli əgər \"Bismillah\"sız yemək yeməyə başlasa, şeytan da insanla yemək yeyər və Allah o süfrədən bərəkətini götürər.
hər kim yatanda \"bismillahir-rəhmanir-rəhim\" desə allah mələklərə əmr edər ki,onun nəfəslərinin sayı miqdarında sübhə qədər ona savab yazsınlar\"


İmam Baqirin (ə) hədisinə əsasən hansı üç əməl günahların kəffarəsi hesab olunar?!


İmam Baqir (s) buyurur: Üç şey günahların kəffarəsi olar:
1.Qışda şad halda dəstamaz almaq; 2.Gecə-Gündüz məscidə getmək; 3.Camaat Namazı. \"Namazda ətir vuranın hər rükətinin savabı min bərabər olur\"
Peyğəmbər (s) buyurub: \"Hər kəs hər bir namazdan sonra \"Ayətəl-kürsünü\" oxusa, onunla cənnət arasında ölümdən başqa heç nə fasilə salmaz, Əgər yatmazdan qabaq oxusa, Allah onu və qonşularını bəladan qoruyar.\"


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter