Yaxşı insanlardan olması üçün niyyətləndi Allah Təala (c.c) onu bağışladı!


Belə bir rəvayət nəql olunur: \"Bir gün İsa (ə) öz həvariləri ilə birlikdə yoldan ötərkən, həmin günah dolu dövrün fasiqlərindən biri onları görüb özünü danlamağa başladı:
Ya Rəbb, günah ərşə çıxır köçümdə -Ürəyim həsrətdən alov içində. -Əməl naməm qara, işlərim xarab, Yalnız rəhmətindən gözlərəm cavab.
Bu günahkar şəxs şər içində keçirdiyi ömrünü yadına salıb, rastlaşdığı pak insanların məqamına qibtə etdi, düşündü ki, onun bu insanlarla yoldaş olmağa ləyaqəti yoxdur. Amma ümid etdi ki, onların ardınca bir neçə addım getməklə xeyir tapa bilər. Bu məqsədlə onların ardınca düşdü. Həvarilərdən biri məşhur bir günahkarın onları izlədiyini görüb Həzrət İsa (ə)-a dedi: \"Ya Ruhullah! Bu qəlbi ölmüş çirkin şəxsdə bizimlə yol getmək ləyaqəti varmı? ...


Həzrəti Rüqəyyə Atası İmam Hüseynin (ə) şəhadətindən sonra ona hansı şikayətlərlə müraciət etdi?!


Həzrət Rüqəyyənin (ə) atasına şikayəti...
Rəvayətə əsasən, həzrət Rüqəyyə (ə) İmam Hüseynin (ə) qana qərq olmuş bədəninin kənarında oturdu. O, gah atasının çiynindən tutub öpür, gah atasının barmaqlarını ürəyinin üstünə qoyur və gözlərinin üstünə çəkirdi. Rüqəyyə (ə) atasının qanını götürür, öz üzünə və tüklərinə çəkirdi. O, deyirdi: Ey ata! Sənin ölümün şəmatət edənlərin gözlərini işıqlandırdı və düşmənləri sevindirdi. Ata! Bəni Üməyyə uşaq yaşımda yetimlik paltarını mənə geyindirdilər.
Atacan! Gecənin qaranlığı çökərkən mən kimə pənah aparım? Əgər susuzlasam kim mənə su verəcək? Atacan, bizim pozulmuş saçlarımıza, qəmli ürəklərimizə, taziyanə ilə döyülmüş bibimə və əsir olunmuş anama bax...


Namazın həqiqəti nədir?! Hədislərə əsasən 26 cümlədə cavab


NAMAZ = Namaz: Peyğəmbərlərə öyrədilən ibadətlərin ilkidir.
Namaz: Qiyamət günü hesabı soruşulan vəzifələrin ilkidir.
Namaz: Quran-i Kərimdə ən çox zikr edilən əmrdir.
Namaz: İnsanı Allaha bağlayan və iman mənalarını ürəkdə canlandıran əsas nöqtədir.
Namaz: Cəhənnəmdən nicat bir vəsilədir.
Namaz: Cənnətin açarıdır.
Namaz: Yoxsulların həccidir...


İmam Həsən (ə)-ın əxlaqı Şam əhalisindən olan bir nəfəri necə hidayət etdi?!


Şam əhalisindən olan bir nəfər nəql edir ki:«Mədinə şəhərinə daxil oldum. Bir nəfərin gözəlliyi məni özünə cəlb etdi. Onun kim olmasını soruşdum. Dedilər ki, Həsən ibn Əlidir.
Şamlı kişi deyir:«Mən Əliyə belə bir oğlu olduğu üçün həsəd apardım. Sonra onun yanına gedib dedim:«Sən əbu Talibin oğlusan?» Buyurdu:«Mən onun nəvəsiyəm.»
Dedim:«Lənət olsun sənə və sənin atana, Lənət olsun sənə və atana!» Şamlı kişi deyir:«Amma o susdu, mənə cavab vermədi.
O Həzrət sonra buyurdu: «Deyəsən qəribsən? Əgər minik istəsən verərik, bəxşiş istəsən əta edərik, kömək istəsən edərik.» Həmin şəxs deyir:«Mən ondan elə bir halda ayrıldım ki, o mənim yanımda yer üzünün ən sevimli adamı idi.»


İslam Peyğəmbərinə (s) səmimi sevgisi onu Allah-Təala (c.c) dərgahında sevimli bəndə etdi?!


Rəvayətə görə Allahu Təala Musa (ə)-a əmr etdi ki, mənim filan zibillikdə bir övliya qulum var, onu oradan çıxar, təmizlə, namazını qıl və dəfn et. Musa ə adamı zibillikdən çıxardı, gözəlcə yudu, kəfənlədi, namazını qıldı.Bunu görən camaat təəccübləndi. Dəfndən sonra Musa ə adamın evinə gəldi: - Ey xanım, bu adam nə edib, hansı xeyirli əməli görüb? Qadın dedi ki: - Ya Rəsulullah, bu heç kimin sevmədiyi, hər kəsin qaçdığı bir insandır, bunun yaxşı bir əməli yox idi. - Yaxşı düşün, bunun xeyirli bir əməli, yaxşı bir işi var. Qadın yenə: - Heç bir yaxşı əməli yox idi,həmişə günah işlərlərdi. Üçüncü dəfə soruşdu: - Onun mütləq bir şeyi var ki, Allahu Təala məndən onu dəfn etməmi istədi. Qadın dedi ki: - Bir gün Tövrat oxuyurdu, oxuyarkən Məhəmməd (s) deyə bir ad keçdi. Bu nə gözəl addır dedi, təkrar oxudu, yenə bu nə gözəl addır dedi. Sonra, Ya Rəbbi, adı belə gözəl olanın kim bilir özü nə qədər gözəldir.Mən ona aşiq oldum, dedi və adını öpdü. Musa əleyhissalam da bunu eşitdikdə-\"Her şeyi anladığını\" buyurdu...


Şeytan və onun iblis balaları insanları əsasən hansı günaha çəkməyə vəzifəlidirlər?!


Şeytanın övladlarının adları və onlarınvəzifələri bunlardır:
1. Hanzəb: Namazda vəsvəsə verər. Təqibatın düzgün yerinə yetirilib-yetirilməməsində,sözlərin deyilib-deyilməməsində, rəkətlərin sayında və s.-də çaşdırmaq istəyər.
2. Vəlha: Təmizlikdə çox su istifadə etməyiniz,bir yeri bir neçə dəfə lazımsız olaraq silib təmizləməniz üçün vəsvəsə verər. Çox su istifadə etdirər,gərəksiz təmizlik etdirər və daha sonra isə gülüb lağ edər.
3. Zəllənbur: Bu da bazarlarda satıcılara xarab mal satmağı, yalandan and içməyi, malını tərifləməyi, malın qüsurunu gizləməyi və insanları aldatmağı mənfəətli, gözəl göstərər.
4. Vəsna: Yuxu şeytanıdır. Namaz və digər ibadətlər üçün başı və göz qapaqlarını bağlayar, zina və oğurluq kimi haramlar üçün insanı təhrik edər...


İmam Rza (ə) cümə gününün əzəmət və təsiri haqda nə buyurmuşdu?!


İmam Rizadan (ə.) nəql olunur, Peyğəmbərimiz (s.a.a.s) belə buyurmuşdur: \"Cümə günü, günlərin ağasıdır. Allah, o gündə yaxşılıqların savabını qat-qat artıq verər. Pislikləri və günahları silər. O gündə dərəcələr yüksəldilir, dualar qəbul edilir, bəla və müsibətlər aradan qaldırılır, böyük ehtiyaclar ödənilir.
Allah, o günün hörmətinə bir çoxlarını cəhənnəm atəşindən uzaqlaşdırar. Kim o günün haqqını gözləyərək, o günə lazım olan hörməti göstərərək Allaha ixlasla dua edərsə, həmin şəxsi cəhənnəm atəşindən qurtarmaq Allahın üzərində bir haqdır...


Malik Əştər Hz Əli (ə)-ın dili ilə necə şəxsiyyət olaraq tanıtdırır?!


Malik Əştər Əli (əleyhissalam)-ın səmimi, pak və şücaətli dostlarından idi. Elə bir dost ki, Əli (əleyhissalam) bə`zi vaxtlar öz yoldaşlarına buyururdu:
«Kaş sizin aranızda iki nəfər Malik Əştər kimi adamım olaydı.» mən Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm üçün necə idimsə Malik də mənim üçün o cür idi. İmam Əli (əleyhissalam) öz danışıqlarının birində bu qəhrəman və cəsurun haqqında belə buyurur:
Allah ona xeyr versin ki, əyrilikləri düzəltdi və xəstələri müalicə etməyə başladı, sünnəti ayağa qaldırdı, fitnəni arxada qoyub imtahanlardan qəbul olundu və təmiz geyim az eyb ilə bu dünya ilə vidalaşıb əbədi həyata qovuşdu. Həmçinin, həyatın pisliyindən azad oldu. O Allah qarşısında öz məs`uliyyətini layiqincə yerinə yetirdi, Allaha günah etməkdən çəkindi. O getdi lakin camaatı bir neçə yol ayrıcında qoydu və onlar da onun olmaması üzündən sərgərdanlıq bataqlığında batdılar...


İmam Sadiq (ə) həqiqi 313 nəfərdən olmaq istəyənləri hansı xüsusiyyətlərlə tanıtdırdı?!


Əbdullah ibn Həmmad hicri 220-ci ildə ricalın birindən nəql edir ki, İmam Cəfəri Sadiq əleyhissalamın yanına gələn bəzi səhabələri belə ərz etdi: \"Sənə fəda olum! Mən səni sevirəm və səni sevənləri sevirəm. Ey ağam, Şiələrinin nə qədər də çoxdur. (İmam (ə.)) ona buyurdu ki: Nə qədərdir onlar? Çoxdur, deyə ərz edince belə buyurdu: Saya bilərsənmi? İfadə etdim ki: Onları saymaqla bitməz.
İmam əleyhissalam isə belə buyurdu: Əgər üç yüz on (üç) nəfər deyə vəsf olunanlar tamamlansaydı istədiyiniz (qiyam) baş verərdi. Amma şiələrimizin səsləri qulaqlarını keçməz. Və qəzəbi bədənini aşmaz (yəni qəzəbiylə başqalarına zərər verməz). Açıq-aşkar bizi mədh etməz. Bizə düşmən olanla açıq-aşkar mübarizə aparmaz. Bizim eybimizi axtaranla oturmaz. Bizə küfr edənlərlə oturmaz. Bizə nifrət edənləri sevməz, bizi sevənlərə nifrət etməz...


Dünya çətinliklərinin həqiqi dərd olmadığını Hz Əli (ə) hansı suallarla izah etdii?!


Birisi Hz Әli (ə)-a dedi : O qədər dərdliyəmki sıxıntıdan ölürəm. Həzrət buyurdu : İki sual soruşacam cavabını verib dərmanını tapacaqsan. Adam dedi : Soruş ya Әli (ə)
Həzrət buyurdu : Dünyaya gəldiyin zaman bu dərd səninlə birlikdəmi dünyaya geldi? Adam : -Yox.
Hz Әli (ə) : -Dünyadan gedərkən bu dərd səninlə birlikdə olacaqmı? Adam : -Yox.
Hz Әli (ə) : Səninlə birlikdə gəlməyən və gedərkəndə səninlə birlikdə olmayacaq olan bir dərd sənin bu qədər zamanını almalı deyil. Səbrli ol.
Yer üzündəkilərə çox ümid bağlamaqdansa üzünü göy üzündəkinə çevir


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter