Allahın insan həyatında varlığını necə izah edə bilərik?!


Kim Allahı görmək istəsə, Allah da onu görmək istəyər.
Allah buyurdu: \"Kim mənə iman gətirsə, onun imanını kamilləşdirərəm. Əgər məni yada salarsa, onunla yaxın olaram\".
Böyük Tanrı buyurdu: \"Bir xeyir iş görən adamın adına on xeyir iş yazacağam\". Hər belə insana istədiyim təqdirdə bundan da artıq bağışlayaram. Pis iş görən şəxsin əməlinin cəzası günahı qədər olacaqdır, ya da mən onu bağışlayacağam. Kim ki, bir qarış mənə yaxınlaşsa, mən ona bir dirsək yaxınlaşacağam. Bir dirsək mənə yaxınlaşana isə iki dirsəkdən artıq yaxınlaşacağam.
Hər kəs mənim tərəfimə bir addım mənim tərəfimə bir addım atarsa, mən ona tərəf qaçacağam. Hər kəs günahla dolu yerdən keçib mənim tərəfimə gəlsə və mənə tam sürətdə iman gətirsə, mən o yer qədər böyük bir bəxşişlə ona yaxınlaşacağam...


İnsan həyatını xilas edən duanın möcüzə nə həddə düzgün fikirdir?!


Əsri Səadətdə ticarətlə məşğul olan bir mömin tacir vardı. Bu tacir ticarətində halalı, haramı gözləyirdi. Allah və Rəsulu üçün ticarət edər, hamının haqqını qoruyardu. Ticarətini Şam və Mədinə şəhərləri arasında aparar, çox vaxtda karvanla deyil təkbaşına getməyi sevirdi.
Bir gün aldığını almış, satdığını satmış Şamdan Mədinəyə doğru yola çıxmışdı. Xeyli yol getmişdiki, başdan aşağı silahlanmış bir quldurla qarşılaşdı. Quldur bu mömin taciri hədələyərək dedi:- Mallarını yerə tök, dəvələrinidə bu ağaca bağla! Mömin tacir: - Mallarım səninki olsun, məni burax gedim-dedi.
Quldur: - Bu günə qədər elə bir adam olmayıbki soyub, özünüdə öldürməyim! -dedi. - Madamki, məni öldürəcəksən, səndən son bir istəyim var...


Cənnətdə sakin olmaq istəyənlər hansı 6 məsələyə diqqət etməlidirlər?!


1.\"Lə hovlə valə quvvətə illə billəh.\"
Sənə cənnətin xəzinəsinin yerini bildirimmi? Əlbəttə bildir! Peyğəmbər (s) dedi: \"Allahdan başqa kömək və qüvvət dayağı yoxdur.\" – sözləri xəzinədir.
2. Əsəbinə hakim olan
\"Kim əməldə edə biləcəyi əsəbinə hakim olarsa, qiyamət günü Allah təalə onu məxluqatın önündə çağırar və istədiyi hurini seçməyə ixtiyar verər.\"
3. Mübahisə və yalançılıqdan çəkinmək
\"Haqlı olduğu halda mübahisəni tərk edənə cənnətin ortasında ev vəd edirəm. Zarafat etdikdə və ya qeyri halda yalanı tərk edənə cənnətin ortasında ev vəd edirəm...


Hz.Əli (ə) kimdir? Hədislərdən çıxarılmış 14 cümlə


Əli (ə) - Kəbənin içində doğulan yeganə şəxsdir.
Əli (ə) - kamillik zirvəsini fəth edən ilk İmamdır.
Əli (ə) - Peyğəmbərin (s) elm şəhərinin qapısıdır.
Əli (ə) - o kəsdir ki, Qurani-Kərimdə haqqında ayələr nazil olmuşdur.
Əli (ə) - o kəsdir ki, ona məhəbbət - Allaha imanın nişanəsidir.
Əli (ə) - hicrət gecəsi Peyğəmbərin (s) yatağında canını fəda edən kəsdir.
Əli (ə) – o kəsdir ki, Xeybərin fəthi məhz onun əli ilə gerçəkləşdi...


Mömin şəxs hansı məsələyə diqqət etməklə izzət və hörmətini qoruya bilər?!


İzzət - insanlardan ehtiyacsız olmaqladır!
Həzrət Peyğəmbər (s) buyurur: \"Ehtiyacsızlıq sərvətin çox olmasilə deyildir. Ehtiyacsızlıq - ancaq ehtiyacsız ruhiyyədədir”.
İmam Əli (ə) buyurur: \"Öz qəlbində insanlara ehtiyac ilə ehtiyacsızlığı bir yerə topla. Sənin onlara ehtiyacın mülayim danışmağında və xoş üzlü olmağındadır. Sənin onlardan ehtiyacsız olmağın isə abrını pak saxlamaqda və izzəti hifz etməkdədir”.
İmam Sadiq (ə) buyurur: \"Möminin şərafəti - gecə oyaq qalmaqda və izzəti insanlardan ehtiyacsız olmaqdadır”.
İmam Səccad (ə) buyurur: \"Bütün xeyir və yaxşılığı insanların əlində olana tamah etməkdən çəkinməkdə gördüm, hər kim insanlara heç bir ümid bəsləməz və işini Allaha tapşırarsa, Allah Təala onu yerinə yetirər”...


Cənnətin 8 qapısı vardır onlardan giriş üçün hansı əməlləri etmək lazımdır?!


Cənnətin 8 qapısı vardır
1) Reyyan Qapısı (Oruclunun Qapısı)
2) Salat Qapısı (Namaz Və Quran Oxuyan)
3) Cihad Qapısı (Allah rizası üçün vuruşan)
4) Sədəqə Qapısı (Zəkat, Sədəqə, Fitrə)
5) Həcc Qapısı (Həcc və ümrəyə gedənlər)
6) Əfv Qapısı (Bağışlamağı Bilən və Allahın Bağışladıqları girər)...


Sirr saxlamağın əhəmiyyəti haqda məsumlar nələr buyurmuşlar?!


İmam Sadiq (ə) öz səhabələrindən birinə buyurur: \"Sirrini öz dostuna belə söyləmə. Məgər o sirr ki, düşmənin belə bilsə, sənə ziyan vurmaz. Çünki insanın dostu bir gün düşmənə çevrilə bilər”.
Sirr saxlamaq və din qardaşının eybini gizlətmək həm dünyada və həm də axirətdə fəzilətlər gətirər. İmam Əli (ə) Malikə xitab edərək buyurur: \"Bacardığın qədər insanların eybini gizlət ki, ALLAH da sənin insanlardan gizlətmək istədiyin eybini gizlətsin”. İmam Kazım (ə) buyurur: \"O kəs ki, müsəlman qardaşının sirrini gizlədər, Qiyamət günü ərşin kölgəsində qərar tutar”.
Həzrət Peyğəmbər (s) buyurur: \"İnsanların sirrini kəşf etməyə çalışmayın. Çünki o kəs ki, qardaşının çirkinlikləri ardınca olarsa, ALLAH da onun çirkinliyinin ardınca olar. O kəsin ki, pisliyinin ardınca ALLAH olarsa, onu evinin daxilində rüsvay edər”...


“Olarmı mən ölümü arzulayım?” sualına Hz Peyğəmbərin cavabı...


Bir gün bir kişi Peyğəmbərin (s) hüzuruna gəlib ərz etdi: \"Olarmı mən ölümü arzulayım?”
Peyğəmbər (s) buyurdu: \"Ölümə çarə yoxdur. Lakin bu, uzun bir səfərdir. Bu səfəri arzulayan gərək öz yanında on töhfə aparsın.”
Kişi soruşdu: \"Nə töhfə?”
Peyğəmbər (s) buyurdu: \"Əzraildən ötrü, qəbirdən ötrü, Nəkir və Münkərdən ötrü, mizan tərəzisindən ötrü, Sirat körpüsündən ötrü, Cəhənnəmin qapıçısından ötrü, behiştin qapıçısından ötrü, Peyğəmbərdən (s) ötrü və Mütəal Allahdan ötrü.
Əzraildən ötrü dörd töhfə aparmalıdır: boynunda haqqı olanların razılığı, namazların qəzası (yəni, yerinə yetirilmiş qəza namazları). Allaha qarşı şövq və ölüm arzusu.
Qəbirdən ötrü də dörd töhfə aparmalıdır: söz gəzdirməyi tərk etmək, sidiyin istibrası, Quran oxumaq və gecə namazı...


\"Amin\" nə deməkdir?


Tək tanrılı dinlərin hamısında ən sıx istifadə edilən söz \"amin”dir. İnsanların bu qədər sıx istifadə etdikləri bir sözün mənasını da təbii olaraq bilmələri lazımdır.Bəzi insanlar bu sözü olur-olmaz hər yerdə istifadə edirlər.
Bəziləri «Amin»in bir duanın bağlanışında söyləndiyini, bəziləri də «dualarım qəbul olsun» mənasını verdiyini düşünər. Halbuki, kəlimənin mənası çox daha geniş, mənşəyi də çox köhnədir.İslam hədislərinə görə, Hz. Məhəmməd(s.ə.s) Fatihə Surəsini oxuyarkən sonuna gəldiyində Cəbrayıl görünmüş və ona «amin de» deyə xəbərdarlıq etmişdir. Bu hadisədən sonra Hz. Peyğəmbər Müsəlmanlara İmam «Amin» dediyində camaatın da səsli olaraq amin deməsinin lazım olduğunu buyurmuşdur. Camaatın «amin» səsləriylə mələklərin səsləri bir-birləriylə uyğunlaşdığı təqdirdə keçmiş günahlarınız bağışlanar...


Ruhullah Musəvinin böyük günahlar haqqında izahı və nəzəriyyəsi...


Böyük günahlar bunlardır:
1. Qur’anda və yaxud hədislərdə onun haqqında cəhənnəm odu və’dəsi verilsin.
2. Müqəddəs islam şəriəti tərəfindən şiddətli surətdə qadağan olunsun.
3. Bir günahın başqa günahlardan böyük olmasına dəlilimiz olsun...
Müəllif sözünün davamında belə yazır: Böyük günahlar çoxdur. Onlardan bə’zisi isə bunlardır:
1. Allahın rəhmətindən məyus olmaq; 2. Allahın əzabından həmişəlik özünü amanda güman etmək;
3. Allahın, Onun Peyğəmbərinin və yaxud İmamlarımızın adından yalan demək;
4. Nahaqdan bir adamı öldürmək; 5. Ata və ananın üzünə ağ olmaq; 6. Zülm etməklə bir yetimin malını mənimsəmək;...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter