Namazda fikrimizin dağılmasına səbəb nə ola bilər?! İmam Səccadın (ə) münacatları


İmam Zeynül-abidin (ə) hər birimizin ürəyini narahat edən sualı verdikdən sonra ardınca bunun cavabını da buyurur. Duanın növbəti sətirlərində İmam, namazın könülsüz halda qılınmasının mümkün səbəblərindən bir neçəsini sadalayır:
\"Ey ağam! Bəlkə səbəb budur ki, məni öz dərgahından qovmusan və öz xidmətindən kənar etmisən?
Bəlkə Sənin haqqına (itaət və ibadətə) sayğısızlıq etdiyimi görmüsən, ona görə məni özündən uzaq salmısan?
Bəlkə Səndən üz çevirdiyimi görüb, Sən məndən üz çevirmisən?
Bəlkə məni yalançıların dərəcəsində görüb məni özündən uzaqlaşdırmısan?
Bəlkə Sənin nemətlərinə şükr etmədiyimi görüb məni məhrum buraxmısan?...


Həzrət Məhdinin (ə.f) 313 səhabəsinin 50-si qadın olacaq?!


İmam Zaman ağa (ə.f) zühur edən zaman 313 nəfərlə zühur edəcəkdir. Hədislərdə bu insanların xüsusiyyətləri və sifətləri zikr edilmişdir ki, onlardan bəzisinə işarə edək. (Tebyan) İmam Baqir (ə) buyurur: \"Bədr əhli qədər insan Qaimlə (ə.f) beyət edər. Onların içərisində Misir əhlindən olan nəciblər, Şam əhlindən olan xeyirxahlar, İraq əhlindən olan nəciblər vardır ki, dini Allah istədiyi qədər bərpa edəcəklər”.İmam Əli (ə) Həzrət Məhdinin (ə) dostlarının xüsusiyyətləri haqqında buyurur: \"Məhdinin (ə.f) dostları cavandırlar. Onların arasında qoca yoxdur”.İmam Sadiq (ə) buyurur: \"Qaim İmamın (ə.f) səhabələri anidən gecə yataqlarından qeyb olar və səhəri Məkkədə olarlar. Onların bəzisi küləklərin arasında hərəkət edər. Adları, atalarının adı, sima və qiyafələri tanınmış olar”. İmam Baqir (ə) buyurur: \"Allaha and olsun ki,313 nəfər onun yanına gələr ki, onun 50-si qadındır”. İmam Sadiq (ə) buyurur: \"Bu kişilərin qəlbi dəmir parçası kimidir...


Allah-Təalanın (c.c) həqiqi qulu hansı məsələləri unutmamalıdır?!


Qul odur ki, Allah Rəsulunun (s) dəvətini qəbul edir.
Qul odur ki, acizliyini, heç kimliyini və möhtac olduğunu bilir.
Qul odur ki, Həmzələ (ra) kimi \"münafiq oldum!” deyə daim ürəyində narahatlıq hissi yaşadır.
Qul odur ki, Rəsulullah (s) yatarkən,ona zərər verməsin deyə ilan dəliyini topuğuyla bağlayıb, sonra isə ilan sancmasının verdiyi əziyyətə səbr edir.
Qul odur ki, Əli ibn Əbu Talib və onun zövcəsi Fatimə bintu Muhəmməd (s) kimi özləri ac ikən yeməyi miskinə verir.
Qul odur ki, əməllərini tək Allah rzası üçün edir.
Qul odur ki, insanları daim yaxşılığa dəvət edir, münkər işlərdən uzaqlaşdırır...


İndi tanıdın, mən kiməm? Namazam ...


Mən Rəsulallahın (s.a.s) gözünün nuruyam. Mən gələrkən Rəsulallah (s) məndən başqa ətrafında olanları tanımazdı. Bütün diqqəti məndə olardı. Bütün nəvazişi mənə olardı. Mən gələndə Əlinin (ə) rəngi saralardı. Mən gələndə Xanım Zəhra (s.ə) təngnəfəs olardı. Mən gələndə digər İmamların (ə) halı dəyişərdi, bədənləri titrəyərdi. Məni tanıyanlar bildilər ki, mən kiməm. Tanımayanlar da az sonra tanıyacaqlar.
Ey mömin, sən məni necə qarşılayırsan? Səndəmi mənim gəlişimi səbirsizliklə gözləyirsən? Səndəmi mən gələrkən Rəsulallah (s) kimi ətrafındakı insanları tanımırsan? Sənindəmi mövlan Əli (ə) kimi mənim gəlişimdən rəngin saralır? Yoxsa, sən mənim gəlişimdən xəbər tutmursan?! Yoxsa, sənin başın qatışır dünyana?! Yoxsa, sən digər işləri məndən üstün tutursan?! Yoxsa, mən gələndə deyirsən ki, gözlə, əlimdəki bu yazını qurtarım, səni sonra qarşılayım? Yoxsa, mən gələndə deyirsən ki, gözlə filankəslə danışım, səni sonra qarşılayım? Yoxsa, mən gələndə deyirsən ki, gözlə iclasımı qurtarım, səni sonra qarşılayım? Yoxsa, mən gələndə deyirsən ki, gözlə hələ, sənin vaxtın var gözləməyə, mənim bu işləriminsə vaxtı yoxdur, bitirməliyəm. Yoxsa, mən gələndə deyirsən ki....


Haram musiqiyə qulaq asmağın mənfi təsirləri haqda məsumlar nə buyurmuşlar?!


Ğina (haram musiqi), rəqs - haram əməllərdəndir ki, bəzi insanlar aldadıcı ruhi rahatlıq tapmaq üçün onlara üz tutur. Bu vasitə insanda aldadıcı müvəqqəti rahatlıq imitasiyası yaradar, ancaq ona həqiqi rahatlıq verə bilməz. Bu gün dünyanın çox yerində ğinanın və rəqsin minlərlə növündən istifadə edirlər. Bunlar rahatlıq verəndirsə, nədən dünyada iztirab və narahatlıqlar baş alıb gedir? Ğina nəinki bəşəri rahatlada bilmir, bəlkə insanı bir çox ruhi xəstəliklərə düçar edər.
Həzrət Peyğəmbər (s) buyurur: \"Ğina - zinanın müqəddiməsidir və ona səbəb olar”. İmam Sadiq (ə) buyurur: \"Ğina - nifaqa və ikiüzlülüyə səbəb olar, ardınca yoxsulluq gələr”. Həzrət (ə) başqa yerdə buyurur: \"O evdə ki, ğina oxunar, qəflət gələn bəladan amanda olmaz. Orada dualar qəbul olmaz, mələklər ora daxil olmaz”.


Intihar etməyin cəzası nədir bilirsənmi?!


İntihar edən ruhu alınarkən ömürümdə eşitmədiyi bir əzabla qarşılaşır qəbir həyatı boyunca o ağrını təzə-təzə çəkir. Qəbir həyatı belə dəhşətli keçən birinin axirət həyatı necə olar? Siz düşünün. İnsandakı hər şey ona əmanətdir özünə aid deyil. Biri izah etdi: Ağacda odun kəsirdim. Bizim kənddən biri əlində iplə tələ tələ gəldi və mənim olduğum budağa ipi sarıdı məni heç görmədi. Tam asacaqkən özünü, baltamla ipə vurdum kəsdim. O dedi ki: \"yaxşı ki bunu etdin tam ip boynuma geçdiyi an içimdə böyük bir peşmanlıq eşitdim\". Bir dəfə biri özünü binadan atdı amma elektirik tellərinə ilişdi. Yere ölü şəkildə çırpılmadı. Xəstəxanaya qaldırılarkən ambulanstakı son sözləri- \"məni qurtarın\" demək olmuşdu. Ancaq adam xəstəxanada öldü ..
Hər vəli (istinasız) həyatında ən az bir dəfə intihar etmək istəmiştir. Amma bu bir məqamdır əsla da intiharları gerçəkləşdirə bilməmişdirlər. Yəni Allah canlarını almamışdır (təbii hər intihara cəhd edən vəli demək deyil). İntihar insanın özünü öldürməsi deməkdir. Allah: \"Öz-özünüzü öldürməyin”, – buyurub (Nisa, 4/29)...


Qiyamət günündə nələr olacaq?!


Qiyamət günü – günlərin ən dəhşətlisi və ən qorxulusudur. Qiyamət günü bütün ölülər diriləcək və cəmi insanlar etdikləri əməllərə görə cavab vərəcəklər.
Artıq geriyə yol olmayacaq. Bütün etdiklərmizin bəhrəsini o an görəcəyik. Aramızdan Cənnətə gedənləri görüb qibtə edəcək, cəhənnəmliklərə baxıb için-için ağlayacağıq. Hər kəs canını qurtarmağa yer axtaracaq - ata oğulu, oğul atanı tanımayacaq. Çünki hərə öz canının hayında olacaq. Cənnət hər zamankı kimi insanların arzu etdiyi yer olacaq. Qiyamət gününün vaxtını Allahdan başqa heç kəs bilmir. Deyilənə görə o gün cümə gününə təsadüf edəcək. Və oğrunun evə gizlin girdiyi kimi, o da gizlin və gözlənilməz halda baş verəcək. Odur ki, o an Cənnətə gedənlərin sırasında olmaq üçün indidən çalışmaq lazımdır...


1 dəqiqənin hökmü İnsan həyatında nəqədərdir?!


Sən vaxtı öldürənə kimi vaxt səni öldürür.
1 dəqiqədə beş dəfə \"Fatihə\" surəsini oxuyub hər dəfə 1400 savab qazanmaq olar. Beş dəfə oxumaqla 7000 savab qazanmış olarıq.
1 dəqiqədə 10 dəfə \"İxlas\" surəsini oxuyub Quranı 3 dəfə xətm etmək olar. Hər gün 1 dəqiqə \"İxlas\" surəsini ayırsaq, ayda 300, ildə isə 3600 savab qazanmış olarıq ki, bu da 1200 Quran xətminə bərabərdir.
1 dəqiqədə Quranın bir səhifəsini oxumaq olar.
1 dəqiqədə qısa bir hədis, və ya qısa bir ayə əzbərləmək olar. 1 dəqiqədə otuz dəfə Kəlməyi Şəhadəti iqrar edə bilərik.
1 dəqiqədə 12 dəfə \"Subhanəllahı vəlhəmdulillahi və la ilahə iləllah\" (Allah pakdır, şükür və sənalar Onadır və Allahdan başqa Allah yoxdur) zikrini təkrar edib Allahın əhv və mərhəmətinə nail olarıq...


Bu insanın ədalətli və din qardaşı hesab etmək olar! İmam Sadiqin hədisi ..


... \"Nəhl” surəsinin 91-ci ayəsində buyurulur: \"Əhd bağladığınız zaman Allahın əhdinə vəfa edin”. \"Bəqərə” surəsinin 27-ci ayəsində oxuyuruq: \"O kəslər ki, Allahla əhd bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayır və yer üzündə fitnə-fəsad törədirlər, məhz belələri ziyana uğrayanlardır”. \"İsra” surəsinin 34-cü ayəsində isə belə buyurulur: \"Əhdə vəfa edin. Doğurdan da, əhd barəsində soruşulacaqdır”. \"Maidə” surəsinin 1-ci ayəsində oxuyuruq: \"Ey iman gətirənlər, əhdlərə sadiq olun”. İslam Peyğəmbəri (s) buyurmuşdur: \"Hər kəsdə üç xüsusiyyət olsa, o, münafiqdir - hətta namaz qılıb oruc tutsa, özünü müsəlman bilsə də: onu əmin bildikləri halda xəyanət edər, ağzını açanda yalan danışar, verdiyi vədə vəfa etməz.” İmam Sadiq (ə) buyurur: \"Xalqla rəftarında zülmə yol verməyən, onlara yalan danışmayan, vədini pozmayan insanın mürüvvəti kamil, qeybəti haram, ədaləti aşkardır və onu din qardaşı bilmək lazımdır.....


Quran haqqında bilmədiklərimiz ... Riyazi hesablamalar


Quran haqqında bilmədiklərimiz ..
1. Quranın 114 surəsi var. 2. Quranın «6236» ayəsi var. 3. Quranda «1015030» nöqtə işlənmişdir.
4. Quranın «93243» fəthəsi var. 5. Quran \"1000” rükuya bölünür.
6. Quranın «114» \"Bismilləhir Rəhmanir Rəhim”i var. 7. Quranın \"5098” vəqf yeri var.
8. Quranın \"120” hizbi var. 9. Quranda «39586» dənə kəsrə işlənmişdir. 10. Quranda «19253» dənə təşdid var.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter