Kişi öz həyat yoldaşına evdə namaz qılmağı qadağan edə bilərmi?


Cavab: Xeyr, bunu edə bilməz. Əvvəla, qadın da ailənin bir üzvüdür, evdən istifadə etmək hüququna malikdir. İkincisi, namaz qılmaq bəndənin Allah qarşısında vacib borcudur və başqa bir bəndənin bunu ona qadağan etməyə haqqı yoxdur; bu, bəşər səlahiyyətindən üstün olan bir məsələdir. Üçüncüsü, ailələrdə müşahidə edilən hallar bunu göstərir ki, adətən, kişilərin narazılığı öz həyat yoldaşının evdə namaz qılmasına deyil, ümumiyyətlə namaz qılmasına qarşı yönəlmiş olur. Əgər kişi öz həyat yoldaşına evdə namaz qılmağa icazə verməsə, bu halda onun evdən kənarda vacib namazları qılmasına mütləq icazə verməlidir...


Şəriət baxımından niyyət edib minbər altında keçmək nə qədər düzgündür?


Cavab: Minbər məscidin ən mübarək yerlərindən biridir. Minbər məsumlardan yadigar qalmış xitab yeridir. Böyük alimlər minbərdən xütbə oxuyur, insanlara halal-haramı başa salırlar. Eləcə də, ələm Kərbəla bayraqdarı Həzrət Abbasın (ə) yadigarı və simvolu sayılır. Amma bunlar əsas vermir ki, minbərlə, ələmlə bağlı mövhumat və xurafatlar edilsin. Minbərin altından (bəzən hətta iməkləyərək) keçmək, minbərə qara bağlamaq, ələmdən dəsmallar asmaq mövhumatdır. Bütün bunların dinlə əlaqəsi yoxdur. Xüsusilə, bəzən qadınların məscidə girib kişilərin gözü qabağında əyilib minbərin altından keçmələri, ağlayıb-sızlamaları yolverilməzdir.


Əməl dəftərinə yazılan bir Suhbanəllah haqda Hz. Süleyman nə buyurdu?


Əməl dəftərinə yazılan bir Suhbanəllah haqda Hz. Süleyman nə buyurdu? Həzrət Süleyman (ə) bir yerdən keçirdi. Quşlar onun başı üzərinə kölgə salmış, cin və insanlaradan olan mühafizəçiləri isə sağ və sol tərəflərində onu qoruyurdu.
Süleyman orada bir abidlə rastlaşır. Abid deyir: “And olsun Allaha! Allah sənə böyük bir şahlıq bağışlamışdır”. Həzrət Süleyman deyir: “Möminin əməl dəftərində yazılan bir “Subhanəllah” Davudun oğluna (Süleymana) verilən (şahlıqdan) daha üstündür. Çünki Davudun oğluna verilən aradan gedəcək, ancaq Allahı yad etmək qalacaqdır”.


Quran Qiyamət günündə kimlərdən şikayət, kimlərə şəfaət edəcək?


Quran Qiyamət günündə kimlərdən şikayət, kimlərə şəfaət edəcək?İmam Baqir (ə) buyurur: Ey Səd Quranı öyrənin, çünki qiyamət günü Allah Qurana buyurar: Ey Mənim yer üzündəki höccətim, Məndən istə əta, edim. Quran deyər: Pərvərdigara! Camaatdan bəziləri məni möhtərəm, lakin başqa bir mənə ehtiramsızlıq edir, halbuki mən Sənin bütün məxluqatına höccət idim.
Allah buyurar: And olsun Öz izzətimə! Bu gün sənin xatirinə ən yaxşı savabları o kəslərə verəcəyəm ki, sənin hökmlərinə riayət etmişlər. Həmçinin ən pis cəzanı o kəslərə verəcəyəm ki, sənə qarşı hörmətsizlik etmişlər. Sonra Həzrət buyurdu: Bu zaman bizim şiələrimizdən bir nəfər irəli gələr, Quran onun barəsində deyər: Pərvərdigara! Bu Sənin bəndəndir, Bu şəxs tamamilə mənə qulaq asırdı. Hər şeyi pis təqdim edirdimsə duşmən tuturdu. Allahdan xitab gələr: Mənim bu bəndəmi behiştə daxil edib behiştin gözəl libaslarını ona geyindirin, başına tac qoyun.


Im. Kazim (ə) hansı elmi mömin şəxs faydalı bilik olaraq tanıtdırdı?


Im. Kazim (ə) hansı elmi mömin şəxs faydalı bilik olaraq tanıtdırdı?İ. Kazim (ə) buyurdular: \"Hz. Peyğəmbər (s) məscidə daxil oldular və gördülər ki, bir dəstə bir kişinin ətrafını almışlar. Hz. (s) buyurdular: Nə xəbər olub? Dedilər: Çox bilikli adam gəlib! buyurdular (s): Çox biliklilk nə deməkdir? Ərəb millətinin nəsil və onların başına gələnlər haqda çox biliyə sahib olan şəxsdir, eləcə də Ərəb şeir və hadisələrinə! İ. Kazim (ə) buyurdu: Hz. Peyğəmbər (s): Bunlar bir dəstə elmlərdir ki, əgər bir şəxs məlumatsız olsa ona zərər yetişməz, və əgər bir şəxs ona alim olarsa xeyiri çatmaz. Sonra Hz. Peyğəmbər (s) buyurdular: Həqiqətən elm 3 dəstədir: 1-Möhkəm ayə, yəni o dəstə biliklər ki, insanın iman və əqidəsini möhkəmlədə, 2-Tənzimləyən vacibatlar, yəni insan şəriətini bilə ki, onlara əməl etmək cəmiyyətdə ədalətin bərqərar olunmasına kömək edə, 3-Möhkəm sünnətlərə alim olmaq, yəni məsumların əxlaq və rəftarlarına uyğun yaşayış tərzi. bu üç dəstə elmlərdən başqa bütün məlumatlar fəzilət və üstünlükdür. -Usul-Kafi/c-1/səh:37


Namaz hansı əməllə birlikdə olunarsa qəbul olunar?


Namaz hansı əməllə birlikdə olunarsa qəbul olunar?Namazın kamil olması: İmam Sadiq (ə) buyurdu: \"Orucun kamil olması zəkatı ödəməklədir; yəni fitrədir. Necə ki, Peyğəmbərə (s) salavat namazı kamil edər.” Salavat Peyğəmbəri (səlləllahu əleyhi və alihi) yuxuda görməyin rəmzidir – Salavatın bərəkəti Bir kişi İmam Cavad (əleyhis-səlam)-a ərz etdi: Atam ölüb və özünün var-dövlətini bir yerdə saxlayıb ki, (yerini) bilmirəm hardadır, mən ailəli və sizi sevənlərdənəm. İmam (ə) ona buyurdu: \"Gecə işa (xüftən) namazından sonra Muhəmməd və Ali Muhəmmədə (Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd) salavat göndər, atanı yuxuda görərsən, o malı qoyduğu yeri sənə göstərəcəkdir.” Kişi o Həzrət n göstərişinə əməl etdi. Atasını yuxuda gördü və ona dedi: Oğlum! Mal filan yerdədir. Allah Rəsulunun (s) övladına de ki, mal yerindən səni agah etmişəm. O, yuxudan oyandı, gedib malı həmin yerdən götürdü və sonra hadisəni İmam Cavad (ə)-a xəbər verdi. İmam (ə) buyurdu: \"Şükür Allaha olsun ki, səni əziz tutdu.”


Zöhr namazından sonra 100 salavat demək Allahın 3 inayətini qazandırar?!


Zöhr namazından sonra 100 salavat demək Allahın 3 inayətini qazandırar?!Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu: \"Hər kəs zöhr namazından sonra 100 dəfə salavat göndərsə Allah onun üçün üç iş görər.
=Əvvəl budur ki, borclu olmasın və əgər borclu olsa, Allah borcunu əda edər.
=İkinci budur ki, imanını zavaldan qoruyar ki, ən böyük bəxşişdir.
=Üçüncü budur ki, qiyamət günü ona verdiyi nemətdən sual etməz.”


Hz. Peyğəmbər (s) cənnəti altı əməllə qazanmağı buyurdu?!


Hz. Peyğəmbər (s) cənnəti altı əməllə qazanmağı buyurdu?!İslam Peyğəmbəri (s): Mənə altı şeyə zəmanət verin,mən də sizin üçün cənnətə zamin olum:
1. Danışanda düz danışın.
2. Vədə verdiyiniz zaman vəfa edin.
3. Əmanətdar olunduğunuz zaman əmanəti qaytarın.
4. Ayıb yerlərinizi naməhrəmdan qoruyun.
5. Gözlərinizi naməhram baxışlardan qoruyun.
6. Əlinizi haram şeylərə uzatmayın./ (Nəhcül-fəsahə, hədis 321)


Yerin yeddi qatı nə deməkdir?


Yerin yeddi qatı nə deməkdir?“Allah yeddi göyü və bir o qədər də yeri yaradandır”. Ona görə də yuxarıdakı ayədə adı çəkilən yeddi qatlı yer dedikdə, üç ehtimal irəli sürülür: 1. Yeddi qatlı yer dedikdə, yeddi səma planetləri nəzərdə tutulur ki, orada da bizim planetdə olduğu kimi torpaq vardır.
2. Məqsəd ancaq bizim yaşadığımız Yerdir ki, yeddi təbəqəyə malikdir. Onun ən sadə təbəqəsi bizim hal-hazırda yaşadığımız təbəqədir.
3. Yeddi qatlı yer dedikdə, yeddi qitə nəzərdə tutulur. Qədim coğrafiya alimləri Yer kürəsini yeddi qitəyə bölmüşdülər.
Hər bir halda əgər İmam Əlinin (ə) “Nəhcul-bəlağə”də xiqətin sirləri ilə bağlı bəyan etdikləri haqqında dərindən düşünsək, görərik ki, hər biri bir tövhid dərsidir və Məsumların (ə) elmi xalis elmdir. Hər kim tərəqqi etmək istəyir və kamala can atırsa, bu faydalı elmdən bəhrələnir və rübubuyyət ilə tanış olur.


Ağıllı insan gərək hansı məsələlərdən qəflət etməsin ?


Ağıllı insan gərək hansı məsələlərdən qəflət etməsin ?-“Әlbәttә, biz sizi qоrхu, аclıq, mаl аzlığı, nәfslәrlә vә әkinә dәyәn ziyаnlа imtаhаn еdirik. Sәbir еdәnlәrә müjdә vеr.” (“Bәqәrә/155.)
-İmаm Sаdiq (ә) buyurub: “Dünyа ilаn kimidir. Zаhiri yumşаq vә аldаdıcıdır. Bаtini isә öldürücü zәhәrlә dоludur. Uşаqlаr оnunlа оynаyır. Аqillәr isә оndаn qаçırlаr.” (“Bihаrul-әnvаr/70, sәh. 124.)
“Dünyа bir еvdir ki, әvvәli әzаb-әziyyәt, ахırı isә fаnidir. Оnun hаlаlının hеsаbı, hаrаmının isә әzаbı vаr.” (“Qürәrul-hikәm”/127)
İmаm Sаdiq (ә) buyurur: “Аğıllı insаn gәrәk üç şеyi unutmаsın: 1. Dünyаnın fаniliyini; 2. Dünyаdа оlаn dәyişikliklәri; 3. Çаrәsi оlmаyаn çәtinliklәri.” (“Tühәful-uqul/339.)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter