Hz Peyğəmbər (s) Fatimənin (ə) məqamı haqda Salman Farsiyə nə buyurdu?


Hz Peyğəmbər (s) Fatimənin (ə) məqamı haqda Salman Farsiyə nə buyurdu? Peyğəmbərin (s) yanına gələn dəyərli səhabə Həzrətdən (ə) soruşdu: – Ey mənim ağam, istəyirəm, mənə Hz-Zəhra (s.ə)-nın qiyamətdəki fəzilətindən xəbər verəsən.
Peyğəmbər (s): – Allaha and olsun ki, Fatimə (s.ə) həmin qadındır ki, dəvəyə minərək məhşər ərsəsindən gəlib keçər. Onun mübarək başı Allah qorxusundan bir görüntü, gözləri isə Tanrı nurundandır. Məhşər səhnəsində Allah-təaladan nida gələr: «Ey xəlaiq, gözlərinizi qapayın və başınızı aşağı salın. Bu, sizin Peyğəmbərinizin qızı, İmamınız Əli(ə.s)-nin zövcəsi, Həsən və Hüseyn (ə.s)-in anasıdır». Sonra başında iki ağ çadır sirat körpüsündən keçər. Ondan sonra Allah-təala Fatimə (s.ə)-yə vəhy edər: \"Ey Fatimə, istədiyini məndən dilə ki, sənə əta edib sevindirim». Fatimə (s.ə) ərz edər: «İlahi, sən mənim ümidimsən. Sənin dərgahından istəyim budur ki, mənim və ailəmin dostlarını cəhənnəm atəşindən azad edəsən». Allah-təala ona cavab verər: «Ey Fatimə, izzət və cəlalıma and olsun ki, yerin və göylərin xilqətindən iki min il qabaq özümə and vermişəm ki, sənin və ailənin dostlarını cəhənnəm əzabından azad edim»...


İçki ilə bağlı olan idarələrdə (məsələn, mağaza, restoran və s.) işləmək olarmı?


İçki ilə bağlı olan idarələrdə (məsələn, mağaza, restoran və s.) işləmək olarmı? Cavab: Alkoqollu içkilər İslamda qəti qadağandır. İçki o qədər mənfur şeydir ki, onunla bağlı olan hər bir əməl günah sayılır. İçki hazırlamaq məqsədilə üzüm əkmək, o üzümü becərmək, yığmaq, şirəsini sıxmaq, şərab hazırlamaq, qablara doldurmaq, daşımaq, satmaq, satdırmaq, almaq, içmək – bütnü bu işlər haramdır və lənətə layiqdir. İçki ilə bağlı idarələrə gəlincə, əgər bir idarənin işi yalnız alkoqollu içki üzərində qurulubsa, orda işləmək olmaz (məsələn, şərab zavodu, şərab mağazası kimi yerlərdə). Bir idarənin işi yalnız içki üzərində qurulmayıbsa, amma işinin bir sahəsi içki ilə bağlıdırsa, içki ilə bilavasitə bağlı olmayan sahələrdə işləmək günah deyil. Yəni məsələn, mağazanın bir şöbəsində içki satılırsa, başqa şöbədə işləmək icazəlidir. Amma əlbəttə ki, daha yaxşı olar, imkan daxilində dindar şəxs bu cür idarələrdən bütünlükdə uzaq olsun və özünə halal bir iş yeri tapsın.


Bəhlül Danəndə İmam Həsən Əsgəridən (ə) hansı ibrətli kəlam öyrəndi?


Bəhlül Danəndə İmam Həsən Əsgəridən (ə) hansı ibrətli kəlam öyrəndi? Bəhlul deyir: İmam Həsən Əsgərini (ə) uşaq olduğu bir vaxtlar gördüm. Bir dəstə uşaq oynayırdı, o isə uşaqlara qoşulub oynamır, narahat gözə dəyir və gözlərindən yaş axırdı. Elə fikirləşdim ki, onun da uşaqlar kimi oynamağa bir oyuncağı olmadığı üçün narahatdır. Ona yaxınlaşıb dedim:
- Əgər oyuncağın yoxdursa, mən sənin üçün onu tapım.
O, buyurdu: - Biz oyun üçün yaradılmamışıq.
- Bəs nə üçün yaranmışıq?
- Elm və ibadət üçün...


İmam Rizanın (ə) dəyərli səhabəsi Əbu Səlt nə üçün həbs edildi?


İmam Rizanın (ə) dəyərli səhabəsi Əbu Səlt nə üçün həbs edildi? Əbu Səlt İmam Rzanın (ə) vəfalı dostlarından idi. O, İmam Rzanın (ə) vəsiyyətinə uyğun olaraq həzrətin dəfnindən sonra bir sıra dua və zikrlər oxudu. Birdən İmamın qəbrində su zahir oldu və onun içərisində kiçik balıqlar göründü. Daha sonra bir böyük balıq gələrək, bütün kiçik balıqları yedi və özü də gözdən itdi. Əbu Səlt yenidən dua və zikrləri oxudu. Bu dəfə su qəbrdə tamamilə yoxa çıxdı. Məmun və onun vəziri bu hadisəni öz gözləri ilə gördülər. Vəzir Məmuna dedi: Bu hadisənin yozumu odur ki, sənin ömrün bu kiçik balıqlar kimi qısadır və tezliklə böyük balıq səni həlak edəcək. Dəfn mərasimindən sonra çox qorxmuş Məmun, Əbu Səltə dedi: Oxuduğun o dua və zikrlər nə idi? Onları mənə öyrət. Əbu Səlt dedi: And olsun Allaha ki, o kəlmələri elə həmin vaxt unutdum. Məmun çox narahat oldu və hiddətləndi. O, Əbu Səltin zindana salınmasını əmr etdi...


Ayətullah Qazi yoxsula belə kömək edirdi?!


Ayətullah Qazi yoxsula belə kömək edirdi?!Tələbələrdən biri nəql edir: “Bir gün tərəvəz dükanına getmişdim və mərhum Qazini gördüm ki, əyilib göy seçir və iri yarpaqlı və kobud olanları seçirdi. O, kahuların pulunu verib yoluna davam etdi. Mən onun ardınca gedib dedim: “Ağa, mənim sualım vardır. Siz niyə hamının əksinə olaraq, kobud yarpaqlı kahuları aldınız?”. Mərhum Qazi buyurdu: “Ağacan, bu satıcı yoxsul adamdır. Mən də bəzən ona yardım edirəm. İstəmirəm ki, ona əvəzsiz bir şey verəm. Birincisi, onun izzət və abrını aradan aparar, ikincisi isə Allah eləməsin, adət edər ki, əvəzsiz alsın. Satış işlərində zəifləsin. Bizim üçün fərqi yoxdur ki, lətif yarpaqları olan kahu alaq, yoxsa kobud və qalın. Mən bilirəm ki, bu kahuları alan olmayacaqdır. Dükanını bağlayan zaman bu kahuları bayıra tökəcəkdir. Xəsarətin və ziyanın qarşısını almaq üçün bunları satın aldım”.


Şəxsi inkişaf yönündə hər gün özümüzə verməli olduğumuz 10 sual hansılardır?


Şəxsi inkişaf yönündə hər gün özümüzə verməli olduğumuz 10 sual hansılardır?İnsan öz şəxsiyyətini inkişaf etdirməsi üçün, agahlığa ehtiyac duyur. Əgər insan getdiyi yolu düzgün seçə bilməzsə, ziyandan başqa bir şey əldə etməz. Əgər həyatımızda düzgün yolda irəlilədiyimizi bilmək istəyiriksə, hər gün özümüzə bu on sualı verməliyik.
1. Bu gün yaxşıyammı? Əldə etdiklərinizə görə şükür edəcəksiniz. Ziyanlara görə düzəlməniz üçün ciddi qərar qəbul edəcəksiniz.
2. Bu gün şəxsiyyətim necədi? Şəxsiyyətimizi sədaqət, şəfqət, mehribanlıq, başqalarına yardım etmək kimi sifətlərlə inkişaf etdirməliyik.
3. Güclü çalışırammı? Əgər inkişaf etmək istəyiriksə, gərək bir işi görən zaman var gücümüzlə onu yerinə yetirməyə çalışaq.
4. Nə öyrənmisən? Misal üçün, qəzəbimi yatızdırmaq üçün bu gün təzə nə öyrənmişəm? Mühümü agahlıq səviyyəmizi artıraq.
5. Sağlamlığım barəsində nə etmişəm? Baxın görün, gün ərzində nə yemisiniz, nə içmisiniz, idman etmisinizmi?!...


Həzrət İbrahim (ə) niyə salehlərə qovuşmasını arzu edirdi?


Həzrət İbrahim (ə) niyə salehlərə qovuşmasını arzu edirdi?Hz İbrahim (ə) belə dua edərdi: «Ey Rəbbim, mənə əqli, dini elmlər bəxş et və məni salehlərə qovuşdur»?! Cavabında deyə bilərik ki, hikmət və ləyaqətin mərtəbələri və dərəcələri vardır. Həzrət İbrahim (ə) onların bəzisinə malik olmuşdur. Ancaq Allahdan onun ən ali olanını arzu edir. Yəni, həm nəzəri və həm də elmi hikmətin ən ali dərəcəsinə çatmaq istəyir. Ona görə ki, bu kamal yolunda büdrəməsin. Necə ki, müsəlmanlar hər gün namazlarında Allahdan Siratül-müstəqim yolunda qərar tutmaqlarını istəyirlər, halbuki həmin yolda qərar tuturlar. -Belə bir ehtimal da verilir ki, Hz İbrahimin (ə) bu duası təvazökarlığının nişanəsi olmuşdur ki, onu salehlərin cərgəsinə qovuşdursun.
-Bu ayədə də Hz İbrahim (ə) istəyir ki, Allah Təala onu sonrakı millətlər üçün örnək qərar versin. Düşmənləri də onun adını unutdura bilməsinlər. Hədislərin bəzisində oxuyuruq ki, bu ayədə adı çəkilən doğru danışan dil – Hz Muhəmməd (s) və onun pak Əhli-Beytidir (ə), xüsusilə də İmam Əlidir (ə).


Sehr xürafatdır, yoxsa həqiqət?


Sehr xürafatdır, yoxsa həqiqət? «Sehr» kəlməsinin lüğəti mənası, «mənbəyi bilinməyən, gizli qalan hadisə» deməkdir. Amma hal-hazırda sehr dedikdə, qeyri-adi bir iş başa düşülür. Gözbağlayıcılıq, təlqin, yalnız mütəxəssislərə məlum fiziki və kimyəvi proseslər, cindarlıq vasitəsi ilə nümayiş etdirilən hadisələr sehr kimi qəbul olunur. Sehrbazlıq həzrət Musanın (ə) dövründə çox güclü idi. Amma hal-hazırda da sirk tamaşalarında sehrbazlıqla tez-tez qarşılaşırıq. Sehrbazlıqa aid yazılmış kitablarda, sehrbazların bir çox sehrləri açıqlanmışdır. Məsələn, sehrbazın əlindən hər hansı bir predmetin uçması indiki dövrdə, çətin ki, kimsəni təəcübləndirsin. Çünki insanların əksəriyyəti kimyadan xəbərdardır və bir çox maddələrin havadan yüngül olduğunu bilir. Bu maddədən hər hansı bir cismdə yerləşdirməklə, onu hərəkətə gətirmək olar. Yuxarıda deyilənlərdən məlum olur ki, sehr inkar ediləsi xürafat deyil. Amma bu iş, adətən, insanların aldadılması üçün istifadə olunduğundan, İslam dinində qadağandır və böyük günahlardan hesab olunur.


İmam Zaman ağa (ə) Novruzda zühur edəcəkdir?


İmam Zaman ağa (ə) Novruzda zühur edəcəkdir? Novruz bayramı ilə İ. Zaman (ə.f) haqqında belə bir hədis mövcuddur ki, onu Məalla ibni Xənis nəql etmişdir! Məalla nəql edir ki, bir gün İmam Sadiqin (ə) yanına gəlmişdim və İmam (ə) mənə buyurdu: “Bilirsənmi ki, bu gün nə günüdür?”. Dedim: “O gündür ki, əcəmilər ona ehtiram qoyurlar”. İmam (ə) buyurdu: “Bu gün mühüm bir məsələ üçündür ki, sən bilmirsən”. Məalla mərifət əhli olduğu üçün soruşur: “Sizin bu barədə göstərişinizi eşitmək mənim üçün bütün düşmənlərimin ölməyindən və ya dostlarımın və əzizlərimin ölüb-dirilməyindən daha mühümdür”. İmam (ə) Novruz bayramını izah etməyə başlayır: “Novruz – o gündür ki, İbrahim Xəlil (ə) bütləri sındırdı. Novruz – o gündür ki, Peyğəmbər (s) tərəfdaşlarına Əmirəl-mömininlə (ə) beyət etməyi göstəriş verdi. O gündür ki, beyəti-saniyə, yəni Osmanın ölümündən sonra insanlar İmamla (ə) biyət etdilər. O gündür ki, bizim Məhdi (ə.f) onda zühur edəcəkdir. Allah Təala onu Dəccala qalib edəcəkdir. Əcəmilər bu günə hörmət edirlər, ancaq siz onun dəyərini bilmirsiniz”.


İmam Zaman ağanın (ə.f) ata ilə bağlı alimə hansı tövsiyələri verdi?


İmam Zaman ağanın (ə.f) ata ilə bağlı alimə hansı tövsiyələri verdi?Seyyid Muhəmməd Musəvi Şeyx Baqirdən nəql edir. Onun qoca bir atası var idi ki, daima xidmətində durmaq üçün səy göstərirdi. Məgər çərşənbə günündə ki, Səhlə məscidinə gedər və gecəni orada ibadətlə məşğul olardı. Ancaq bir müddət sonra məscidə getməyi tərk etdi. Ondan bunun səbəbini soruşan zaman demişdi: “40 gün çərşənbə axşamı oraya getdim. 40-cı gecə təxirə düşdü. Günəş batan zaman yola düzəldim və yolun üçdə biri qalmışdı ki, mehtab yolumu işıqlandırdı. Bir nəfər ərəbi gördüm ki, ata minmişdi. Mənə tərəf gəlirdi. Ürəyimdə dedim ki, bu şəxs yəqin ki, quldurdur və məni soyacaqdır.
Mənə çatan kimi bədəvi ərəb ləhcəsi ilə danışmağa başladı: “Hara gedirsən?”. Dedim: “Səhlə məscidinə”. Dedi: “Sənin yanında yeməli bir şey vardırmı?”. Dedim: “Xeyr”. Buyurdu: “Əlini cibinə at”! Mən əlimi cibimə saldım və orada bir qədər kişmiş gördüm. Bu zaman mənə 3 dəfə bədəvi dildə buyurdu: “Sənə qoca atanı sifariş edirəm”. Bu sözləri dedi və gözümdən itdi...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter