İnsan hansı əməllərlə özünü xar edər?


İnsan hansı əməllərlə özünü xar edər? Bəzi amillər vardır ki, insanın başını uca edər. Bununla yanaşı, elə amillər də vardır ki, onlar insanı xar və zəlil edər. Bu amilləri tanıyaq və onlardan çəkinməyə çalışaq: 1. Mübarizəni tərk etmək. əks halda düşmən əlində zəlil olar. İmam Əli (ə) buyurur: “Hər kim cihadı tərk edərsə, Allah xarlıq libasını ona geyindirər”. 2. Tamah. İmam Baqir (ə) buyurur: “Ən böyük zillət - tamah xarlığıdır”. 3. Başqalarının hüququnu tapdalamaq.
4. İnsanları təhqir etmək. Həzrət Peyğəmbər (s) buyurur: “Ən xar insan o kəsdir ki, insanlara xəyanət edər”.
5. Davamlı olmaq sevgisi. İmam Sadiq (ə) buyurur: “O kəs ki, həmişə sağ qalmaq istəyir, xar olar”.
6. Hərislik. İmam Əlidən (ə) soruşurlar: “Hansı zillət daha pisdir?”. Buyurur: “Dünya və dünyapərəstliyə hərislik”.
7. Dilənçilik. İmam Əli (ə) buyurur: “(Həmin) zillət, insanlardan dilənməkdir”.


Ölüm vaxtını bilmək insanın xeyrinədirmi?


Ölüm vaxtını bilmək insanın xeyrinədirmi? İnsanların ölüm vaxtı məlum deyildir. Bu zamanın insan üçün məchul olmasının iki nəticəsi vardır:
1. Allah insanı elə xəlq etmişdir ki, həmişə cavidanlıq – həmişəyaşarlıq ardınca olmuşdur. Ona görə də insan gələcək həyata həmişə ümid bəsləyərək, yaşayar. Əgər bu hal ondan alınarsa, həyatı sönər. Hədislərin birində deyilir: “Arzu - ümmətimin rəhmətidir. Əgər insandan arzunu alarlarsa, ana öz körpəsinə süd verməz. Bağban bağçanı əkməz. Əgər insan öz ölümündən xəbərdar olarsa, ölümünə yaxınlaşan illərdə qəm və qüssə bütün vücudunu əhatə edər...
2. Ölüm vaxtını bilməməyin başqa bir faydası budur ki, insan düzgün yolu seçməkdə azad olar. İnsan imanı seçə və ya onu tərk edə bilər. Əgər imanı öz iradə və ixtiyarı ilə seçərsə, ruhi sevinc əldə edər...


Qənatçilik hədislərdə insan həyatına hansı müsbət təsirləri bağışlayar?


Qənatçilik hədislərdə insan həyatına hansı müsbət təsirləri bağışlayar? İslam maarifinə əsasən Qənaətin gətirdiyi səmərələr:
1. İzzəti-nəfs. Tamah insan nəfsini zəlil edər. Həzrət Əli (ə) buyurur: “O kəs ki, canını tamahkarlıqla örtər, özünü alçaq etmiş olar. O kəs ki, çətinliklərinin sirrini aşkar edər, xar olmasına razı olar. O kəs ki, dilini özünə hakim edər, özünü dəyərsiz etmiş olar”.
2. Təyyib həyata malik olar. Həzrət Əli (ə) buyurur: “Qənaət - həyatın ən xoş növüdür”.
3. Malını infaq etməyə qadir olar. İmam Əli (ə) buyurur: “İnsan üçün necə də gözəldir ki, aza qənaət edər, çoxunu bağışlayar”.
4. Dini sağlam olar. İ. Əli (ə): “Öz dininin salamat olması üçün dünyanızın az miqdarı ilə qənaət edin. Həqiqətən, dünyanın az miqdarından bəhrələnmək mömini qane edər”.
5. Nəfsini islah edər. İmam Əli (ə)“Qənaət, nəfsi islah etmək üçün ən çox yardım edəndir”...


İnsanda hansı pis sifət Allaha qarşı böyük günah olan suizəni yaradar?


İnsanda hansı pis sifət Allaha qarşı böyük günah olan suizəni yaradar? Tamah elə bir rəzil sifətdir ki, insanın şəxsiyyətini alçaldar və dəyərini azaldar. İnsan özünü dünyanın əsiri edər. İzzətini onun qarşılığında satar və abrını əldən verər. Tamahın fərdi və ictimai təsirləri vardır ki, onlarla tanış olaq: 1. Tamah insanı bir çox günahlara salar. O cümlədən: yalan, xəyanət, zülm, insanların haqqını qəsb etmək...
2. Tamah insanı Allahdan uzaqlaşdırar və Allah bəndələrinin nəzərində onu kiçildər.
3. Tamahkar o qədər mal toplayar ki, ondan faydalanmaz, başqası faydalanar.
4. Tamah – insanın Allaha sui-zənn etməsinin nəticəsidir. İmam Sadiq (ə) buyurur: “Əgər gözünün aydın olmasını istəyirsənsə, dünya və axirət xeyrini əldə etmək istəyirsənsə, başqalarının malik olduqlarından tamah gözünü çək”...


Əyyami-Fatimə (s.ə) əzadarlıqlarının hikmətini necə açıqlamaq olar?


Əyyami-Fatimə (s.ə) əzadarlıqlarının hikmətini necə açıqlamaq olar? Əhli-Beyt (ə) və Həzrət Zəhra (s.ə) üçün əzadarlıq saxlamaq həm ictimai və həm də fərdi təsirlərə malikdir. Əhli-Beyt (ə) məktəbinə görə, bu əzadarlıqlar gərək mərifət və agahlıq üzərindən olsun. O əzizlərlə həmdərd olmaq, onların fəzilətlərini, sünnələrini yada salmaq – insanı örnək və nümunə olan insanlara tərəf sövq edər.
O insan ki, bu əza məclislərinə mərifət və agahlıqla daxil olar, ondan xaric olan zaman bu insanların əməllərini həyatında həyata keçirən fəal aşiqlərə çevrilər. Əza məclisləri cəmiyyətin dəyişməsinə səbəb olar. Çünki bu məclislərdə insanlar tərbiyə olunar və batinləri dəyişər. Bəndələr səy göstərər ki, Əhli-Beytin (ə) arzularını cəmiyyətdə həyata keçirə bilsinlər. Ona görə də deyə bilərik ki, bu əza məclislərinin hikməti – İslam dini tərəfindən təqdim olunmuş örnək üzərindən cəmiyyətin qurulmasıdır.
Biz də Xanımın (s.ə) əza məclislərini bərpa edək və onun müsibətinə göz yaşı tökək. Xanımın (s.ə) fəzilətlərini, xütbələrini, nurani kəlamlarını, nəsihətlərini yada salaq və onlardan bəhrələnək...


Uca Tanrı həzrət İsaya (ə) dua etməyi öyrədir?


Uca Tanrı həzrət İsaya (ə) dua etməyi öyrədir? Mütəal Allah həzrət İsaya (ə) dua etməyin yolunu öyrədərək buyurur: “Ey İsa! Məni suda boğulmaqda olan bir şəxs və yardımçısı olmayan kəs kimi çağır.
Ey İsa! Qəlbini Mənim qarşımda ram et və Məni tez-tez xəlvətdə yad et. Onu bil ki, Mənim sevincim sənin şirin il işlətməklə Mənə doğru gəlməyindədir.
Mənə doğru ölü bir qəlblə deyil, canlı və sevinc dolu qəlblə gəl”.


Peyğəmbərə (s) ən sevimli kəslər kimlər idi?


Peyğəmbərə (s) ən sevimli kəslər kimlər idi? Əhli-beyt (ə) Allahın ən sevimlisi olduğu kimi, peyğəmbərin də ən sevimlisdir. Çünki Peyğəmbər yalnız Allahın sevdiklərini sevir. Peyğəmbərin təvəlla və təbərrası Allahın təvəlla və təbərrasıdır. Peyğəmbər Allaha görə dost bilir, Allaha görə düşmənçilik edir. Əhli-beytin (ə) Peyğəmbər (s) sevimlisi olması onların Allaha sevimli olmasının daha bir dəlilidir. Ümmü-Sələmədən nəql olunur ki, bir gün Peyğəmbər (s) əyləşmişdi, Fatimə (s.ə.) yemək gətirdi. Peyğəmbər (s) buyurdu: “Əli və onun iki oğlu haradadır?” Fatimə (s.ə.) dedi: “Evdə.” Peyğəmbər (s) buyurdu: “Onları mənim yanıma dəvət et.” Əli (ə), xanım Fatimə (s.ə.) Həsən və Hüseyn (ə) Peyğəmbərin (s) yanına gəldilər. Onları görən Peyğəmbər (s) yataqdakı əbasını götürüb onu Əli, Həsən, Hüseyn, Fatimə ilə birlikdə üstünə çəkdi. Həzrət dedi: “Pərvərdigara! Bunlar mənim əhli-beytim (ə), mənə ən sevimli olanlardır. Hər cür çirkinliyi onlardan uzaq et. Onları tam paka çıxar.” Bu vaxt Əhzab/33 ayə nazil oldu...


Imam Zamanın (ə.c) haqqında necə hədis nəql olunmuşdur?


Imam Zamanın (ə.c) haqqında necə hədis nəql olunmuşdur? İmam Zamanın (ə.c) barəsində hədislərin sayı külli ibarətdir:
1-Müsəlmanların İmamları 12 dir birincisi Əli ibn Əbi Talib (ə) və sonuncusu Məhdidir - 91 hədis bu ibarətlə gəlmişdir
2-İmamlar 12 dir onların 9-u İmam Hüseynin (ə) nəslindəndir. Doqquzuncusu Qaimdir. - 107 hədis.
3-Xilaskar Məhdi (ə.c) Peyğəmbərin (s) nəslindəndir. - 389 hədis.
4-Xilaskar Məhdi (ə.c) İmam Hüseynin (ə) nəslindəndir. -148 hədis.
5-Xilaskar Məhdi (ə.c) İmam Rizanın (ə) kötücəsidir - 95 hədis.
6-Xilaskar Məhdi (ə.c) İmam Cavadın (ə) nəticəsidir. -90 hədis.
7- Xilaskar Məhdi (ə.c)-nin atasının adı Həsəndir. - 148 hədis.
8-Xilaskar Məhdi (ə.c)-nin adı və künyəsi Hz. Peyğəmbərin (s) ad və künyəsi ilə eynidir. -47 hədis...


Allah-Taala mənəviyyatdan uzaq qalmamaq üçün Musaya (ə) hansı tapşırığı verdi?


Allah-Taala mənəviyyatdan uzaq qalmamaq üçün Musaya (ə) hansı tapşırığı verdi? Mütəal Allah həzrət Musaya (ə) belə vəhy edib buyurur: “Ey Musa! Məni qorxa-qorxa, acizanə və dərdli bir halda çağır. Üzünü torpağa sürt və ən yaxşı bədən üzvlərin ilə qarşımda səcdəyə qapan. Mənim hüzurumda dayanarkən əllərini qaldıraraq qunut tut və dua edən zaman Məni qorxa-qorxa çağır.
Ey Musa! Bu dünyada uzun-uzadı arzulara qapılma. Çünki bu sənin qəlbini daşlaşdırar, daş qəlbli insanlar isə Məndən uzaqdır. Qəlbin Mənim qorxumdan zəifləyib gücdən düşsə, paltarın köhnəlib yırtılsa da qəlbin təravətli və təzə qalsın. Bu dünyanın sakinlərinə yad, göylərin sakinlərinə isə doğma ol. Gecə ibadət etmək üçün oyaq qal, səbrli adamlar kimi Mənə itəat et, günahlarına görə qarşımda göz yaşı axıt, düşməndən qaçan şəxs kimi fəryad eylə və Məndən yardım istə. Çünki Mən ən yaxşı yardımçıyam”.


Övladlarımızı təbiyə edən zaman hansı nəsihətləri edək?


Övladlarımızı təbiyə edən zaman hansı nəsihətləri edək? Valideyin övladına nəsihət edərkən bu cümlələri xatırlatmağı unutmamalıdır:
1-Övladım üç dəstə insanlar sənin dayağındırlar onlardan qorxma söz dinlə: Ata, Ana və Qardaşın,
2-Övladım dünya və axirət xoşbəxtliyi üçün üç şeydən uzaqlaşma, Quran, iman və duadan,
3-Övladım rahat yaşamanı istəyirsənsə üç işi görmə: Yalan danışmağı, riyakarlığı və zinakarlıqdan uzaq ol,
4-Övladım üç şeydən uzaq dur: Oğurluq, arsızlıq (laqeydlik) və həyasızlıq - günahlarına bəhanə düzəltməkdən,
5-Övladım üç şeydən qaç ziyanı dəyməsin sənə: Qeybətdən, pis söz danışmaqdan və görmədiyinə tez inanmaqdan...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter