İmam Əli (ə) Əllamə Əmininin təvəssülünü niyə gecikdirdi?


İmam Əli (ə) Əllamə Əmininin təvəssülünü niyə gecikdirdi?Bu alim dəfələrlə İm. Əinin (ə) hərəminə gedərək, ona təvəssül etmişdir. Ayətullah Bəhaəddini nəql edir: “Mərhum Əllamə “Ğədir” kitabını yazan zaman, Əmirəl-mömininə (ə) təvəssül etmişdi. Ancaq bir müddət keçməsinə baxmayaraq, xəbər yox idi. Alim hərəmdə olan zaman səhra ərəblərindən biri gəlir və belə bir dua edir: “Ey Əli! Əgər kişisənsə, mənim işimi yerinə yetir!”. Sonrakı həftə alim yenə də hərəmdə olan zaman bu ərəb gəlir və deyir: “Ey Əli! Kişisən, işim düzəldi”.
Əllamə bu sözlərdən narahat olur və düşünür ki, onun hacəti niyə yerinə yetmir? Gecə yatan zaman yuxuda İmamı (ə) görür və Həzrət (ə) ona buyurur: “Onlar bədəvidilər və onlarla uşaq kimi rəftar edirəm. Onları gözlətmək olmaz. Ancaq sizin ki, bizimlə tanışlığınız vardır, gözləsəniz belə, sədaqətiniz azalmaz. Səhər tezdən bir qoca qadın dəsmala bükülmüş bir kitab gətirdi və alim gördü ki, bu həmin kitabdır ki, İmamdan (ə) istəmişdi”.


Bəs Əzrayil (ə) kimlərin canını alan zaman özünü bəzəyər?


Bəs Əzrayil (ə) kimlərin canını alan zaman özünü bəzəyər?Bir gün Əzrayil (ə) İbrahimin (ə) canın almağa gəlir! İbrahim (ə) möhlət istəyir! Əzrayil (ə) də Allaha nəzər salır və deyir: “İbrahim (ə) ölümü xoş qarşılamır”. Allah-Taala buyurur: “İbrahimi (ə) azad burax! Mənə ibadət et”. Bir gün İbrahim (ə) qoca bir kişini görür ki, hər nə yeyir, həzm edə bilmir. Bu mənzərəni görən zaman çox təsirlənir və ona görə də ölümə qarşı əlaqəsi yaranır. Evə dönür bir insan görür! Soruşur: Kimsən? O, deyir: “Mən ölüm mələyiyəm”. Hz İbrahim (ə) deyir: “Kim sənə yaxın olmaqdan və səninlə görüşməkdən əlaqəsi olar, baxmayaraq ki, bu cür qəlbləri alan camala maliksən?”. Əzrayil (ə) deyir: “Ey Allahın Xəlili! Nə zaman Allah kiminsə xeyirini istəyirsə, məni bu halda onun yanına göndərir. Əgər onun şərini və pisliyini istəyirsə, məni başqa simada onun yanına göndərir”. Bu zaman İbrahimin (ə) ruhunu qəbz edir. Bu yolla İbrahim (ə) 175 yaşında qəlbi xoş halda axirət evinə tərəf tələsir.


Niyə Cəməratda şeytana (lən) üç tərəfdən daş atırlar?


Niyə Cəməratda şeytana (lən) üç tərəfdən daş atırlar?Hz. İbrahim (ə) Allah tərəfindən oğlunun qurban olunmasına əmr olunur! Şeytan İbrahimə vəsvəsə edir amma məğlub dönür! Bu zaman İsmayilə (ə) atasının onu öldürəcəyini söyləyir. İsmayil (ə) buyurur: “Nə üçün?”. Şeytan deyir: “Belə hesab edir ki, Allah ona bu işi əmr etmişdir”. Ismayil (ə) deyir: “Əgər Allahın əmri olarsa, qəbul edəcəyəm”. Şeytan bu dəfə vəsvəsə üçün İsmayilin (ə) anası Həcərin yanına gəlir və olanları ona deyir. Həcər buyurur: “İbrahimin (ə) İsmayilə (ə) olan əlaqəsi onu bu işdən saxlayar”. Şeytan deyir: “O, xəyal edir ki, Allah ona əmr etmişdir”. Həcər deyir: “Əgər Allah deyibdirsə, biz Ona təslimik”. Bu zaman şeytan uzaqlaşır. İsmayili (ə) bu işdən çəkindirə bilmir. Ona görə də İbrahim (ə) ona üç tərəfdən daş atır ki, uzaqlaşsın. Allah da bu əmələ görə onu hacılar üçün sünnət qərar verir.


İnsan şeytanı (lən) nə zaman ağladır?


İnsan şeytanı (lən) nə zaman ağladır?Tarixə nəzər salsaq görərik ki, Adəm övladının yerinə yetirdiyi bəzi əməllər həmişə şeytanı narahat etmiş, hətta ağlatmışdır da.
1. O zaman ki, Hz Adəm (ə) tövbə edir və Allah da tövbəsini qəbul edir, məlun şeytan ürəkdən elə bir nalə çəkir ki, yerlə göyün mələklərinin diqqətini çəkir...
2. O gün ki, Həzrət Yusif (ə) Züleyxanın əlindən qaçır, şeytan ürəkdən nalə çəkir və mələklər səsini eşidib onu lənətləyirlər.
3. Qədir-Xumda Hz Peyğəmbər (s) Hz Əlini (ə) xəlifə elan edəndə Şeytan balalarına deyir: “Bacardığınız qədər insanlardan Əli (ə) məhəbbətini alın!
4. Aşura günü O zaman ki, şeytan İ. Hüseyn (ə) ziyarətinin savab və məqamından agah olur, etdiklərindən peşman olur.
5. O zaman ki, Hz Peyğəmbər (s) peyğəmbərliyə çatır, insanları nadanlıq və cəhalətdən xilas edir, şeytan nalə çəkib ağlayır...


Allah-Taala (c.c) Hz. İbrahimi dostu \"Xəlil\" elan etməsi hadisəsi necə baş vermişdir?


Allah-Taala (c.c) Hz. İbrahimi dostu "Xəlil" elan etməsi hadisəsi necə baş vermişdir?Hz İbrahim (ə) bir gün hacətinə görə evindən çıxır və qapını bağlayır. Hacətini görəndən sonra evinə qayıdır və qapını açır. Anidən evində bir insanı görür və ondan soruşur: “Ey Allah bəndəsi! Səni mənim evimə kim buraxıbdır?”. O şəxs cavab verir: “Ev sahibi məni bura daxil edibdir”. Hz. İbrahim (ə) buyurur: “Bu evin sahibi və rəbbi məndən daha layiqlidir, sən kimsən?”. O şəxs deyir: “Mən ölüm mələyiyəm”. Hz İbrahim (ə) fəğan edir və deyir: “Gəlmisən ki, ruhumu qəbz edəsən?”.
Ölüm mələyi deyir: “Xeyr, Allah Təala bəndələrdən birini öz xəlil qərar vermişdir, gəlmişəm ki, ona müjdə verəm”.
İbrahim (ə) deyir: “O kəs kimdir, mən o zamana qədər ki, sağam, xidmətində duram?”.
Ölüm mələyi deyir: “O, sənsən”. İbrahim (ə) Saranın yanına gedir və ona buyurur: “Allah Təala məni öz dostu və xəlili qərar vermişdir”.


Vaxtında iman gətirmiş qövm hansıdır?


«...Yunisin ümməti iman gətirən zaman, onları rüsvayedici əzabdan qurtardıq və müəyyən bir müddət gün-güzəran verdik». (Yunis/98.)
Doğrudanmı, Yunisdən başqa bütün qalan peyğəmbərlərin dəvətinə məhəl qoyulmamışdır? İslam Peyğəmbərinin (s) həyatından məlumdur ki, bu belə deyildir. Yunisin qövmünü başqa qövmülərdən fərqləndirən budur ki, bu qövm parçalanmadan, tam halda iman gətirmişdir.
Bu qövm ilk əvvəl iman gətirməyən qövmündən məyus olmuş Yunis bir abidin təklifi ilə onlara nifrin edir. Yunis gedəndən sonra alim öz qövmünü bir yerə toplayıb, qarşıdakı əzabın nişanələrini onlara anladır. Nəhayət, həqiqəti anlayan qövm, alimin rəhbərliyi altında şəhərdən çıxıb, tövbə edərək dua edirlər. Onların səmimi qəlbdən etirafları əzabın qarşısını alır.


Hz. Peyğəmbər (s) dəyərli səhabəsi Əbuzərə Hansı 6 əməli tapşırdı?


Peyğəmbər (s) Əbuzərə nəsihətlərində buyurur:
1. Həmişə səndən aşağıda olana bax, səndən yuxarı olana yox.
2. Yoxsulları sev və onlarla yoldaşlıq et.
3. Acı olsa da haqqı de.
4. Qohumların səndən uzaqlaşsalar da sən onlarla əlaqəni kəsmə.
5. Allaha aid olan işlərdə heç kəsi danlamaqdan qorxma.
6. “La hovlə və la quvvətə illa billahil əliyyil əzim” zikrini çox de, çünki, bu zikr behişt xəzinələrindəndir.


Hansı 6 əməl altı ilahi peyğəmbərlərin məqam və savabını qazandırar?


Rəsuli-əkrəm (s) buyurmuşdur:
1. Təqvalı alimin əcri İsa ibn Məryəmin (ə) əcrinə bənzəyir.
2. Səxavətli varlının əcri İbrahim Xəlil peyğəmbərin (ə) əcrinə bənzəyir.
3. Səbirli fəqirin əcri Əyyubun (ə) əcrinə bənzəyir.
4. Ədalətli rəhbərin əcri Süleyman ibn Davudun (ə) əcrinə bənzəyir.
5. Tövbəkar cavanın əcri Yəhya ibn Zəkəriyyanın (ə) əcrinə bənzəyir.
6. Məhrum qadının əcri Məryəmin (ə) əcrinə bənzəyir.


Yusif (ə) -ın zindan yoldaşından kömək istəməsi günah idi?


Yusiif (ə) la bağlı bir məsələdə təfsirlərdə çox böyük yanlışlığa yol verilib. Belə ki,Yusif (ə) qissəsində yer alan bir məqam. Yusifin (ə) zindandan xilas olan yoldaşına “Məni öz ağanın yanında yada sal.” (Yusif 29) sözü. Bu hadisəyə zəif hədislərdən yola çıxaraq müxtəlif sözlər qoşmuşlar. Guya Yusif (ə) bu etdiyinə görə peşman olub ağladı yaxud, 7 il zindanda qaldı, yaxud bağışlanma dilədi və s. Azərbaycan dini saytların bir neçəsində Yusifin Allahdan qeyrisinə təvəkkül etməsi ilə bağlı məqalə də yazılıb hətta. Görün bu uca məqamlı peyğəmbər barədə nələr deyilir. Yusif (ə) zindan yoldaşından kömək istəməsi günah deyildi, əksinə o şəraitdə vacib bir addım idi. Təvəssül və vəsilə sözlərinin lüğəti mənasına diqqət etsək məsələ həllini tapar. QEYD: Film heç bir məsələdə dəlil deyil.Film rejissorun düşüncələrinə, çəkildiyi mühit və şəraitə uyun olaraq dəyişə bilər...


Hz. Yusif Peyğəmbər (ə) atasına hörmətsizlik etdi?


Hz Yusif (ə) la bağlı növbəti bir irad.“Hz Yusifin atası və İsrail oğulları Misirə daxil olarkən onun atdan düşməməsi və ya bir qədər gec düşməsi səbəbindən Allah onun nəslindən peyğəmbər qərar vermədi” deyə zikr olunan hədislər qəbul edilməzdir. Çünki, bu mövzuda gələn iki hədis mürsəl və mərfudur. Hədis və dirayə elminə əsasən bu kimi hədislər digər dəlillər olmadığı və ya onu təsdiq edən başqa bir mənbə olmadıqda təkbaşına qəbul edilməz və bir mövzuda ondan dəlil kimi istifadə etmək olmaz. Digər cəhətdən Quran özü buyurur ki Yusif (ə) atasını hörmət və izzətlə qarşıladı. Daha ətraflı bax: Yusif 99-100 cu ayə. Bu ayədən bunu da anlaya bilirik ki, Yusif (ə) şəhərdən xaric olmuşdir və atasını qarşılamağa getmişdi. Və s nöqtələr ki ona araşdırma zamanı yer veriləcək. Yəni bu qeyd olunan irad yersiz ittihamdır...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter