Dünyaya bağlılıq özü ilə insana hansı bəlaları gətirər?


Hz Peyğəmbər (s) buyurur: “Hər kimdə dünyaya bağlılıq olarsa 3 böyük bəlanın ona üz gətirəcəyinə əmin olsun:
1-Dünyaya bağlı olanda elə bir kasıbçılıq olar ki, heç zaman varlanmaz. (Kasıbçılıq yalnız pulla olmur: Dəyərlərə və insani davranışda kasıbçılıq kimi ...)
2-Dünyaya bağlı olanın həyatına elə bir bəla üz gətirər ki, heç zaman ondan xilas olmaz,
3-Dünyaya bağlı olan şəxsdə qəm-qüssə yaranar ki, heç bir sevinc onun yerini doldura bilməz. (Mənbə. Mizan əl-Hikmə kitabı, səh: 3772)


-Mömin şəxs imanının məhv olmaması üçün hansı şeylərdən qorxmalıdır?


Hz Peyğəmbər (s) buyurur: Mən ümmətimin imanının məhv olmasında iki əmələ diqqət etməmələrinə görə çox narahatam! Mömin şəxsin imanını məhv edəcək iki əməldir bunlar:
1-Mömin şəxs əgər nəfsınə yenilərsə, haqdan uzaq düşər,
2-Mömin şəxs əgər uzun-uzadı xəyal və istəklərə yenilərsə dünya məhəbbətinə bağlanar. (Haqqdan uzaqlaşmaq azğınlıqdır, dünya məhəbbəti isə bütün çirkinliklərin açarıdır)


İmanın dəyərli həddini hansı ölçü ilə tanımaq olar?


Hz Peyğəmbər (s) buyurur: İmanın ən uca həddi üçün bir dərəcə var. Və hər kim o hədd çatarsa xoşbəxt olar. İmanın o uca həddi ibarətdir o hissdən ki, imanlı şəxs daxilini elə paklaya ki, əgər əməlləri üzərə çıxarsa insanların məlamət etmək qorxusuna düşməsin, və əgər əməlləri gizli qalarsa onlardan əzab gəlməsinə görə Allahdan qoxu yaranmasın./Mənbə, Biharul-Ənvar kitabı, cild: 68, səh: 369, hədis: 19.


Hz ƏyyubPeyğəmbərin (s) səbrinin savabını qazandıran əməl hansı əməldir?


İslam Peyğəmbəri (s) buyurur: “Hər kim Allah-Taaladan (c.c) əcr almaq niyyəti ilə həyat yoldaşının tünd əxlaqına qarşı səbr edərsə Allah-Taala (c.c) hər dəfə səbr etdiyinə görə elə bir savab verər ki, əcrinin dəyəri Hz Əyyubun (ə) bəla qarşısında aldığı savaba bərabər olar”. Mənbə: Biharul-Ənvar kitabı, cild: 7, səh: 216 və 117)


Qiyamət günü kimlər Peyğəmbəri (s) görməkdən məhrum olarlar?


Cavab: Hz Peyğəmbər (s) buyurdu: Qiyamət günü bütün müsəlmanlar məni görə biləcəklər. Məni görməkdən məhrum olanlar 3 dəstə əmələ sahib olanlardır:
1-Valideyninin üzünə ağ olanlar,
2-Allah-Taalanın (c.c) qadağan etdiyi içkiləri içənlər,
3-O kəslər ki, mənim adımın çəkilməsi zaman mənə salavat deməzlər...


Hz Peyğəmbərin (s) baxışında Allahın qəzəbinə səbəb olan əməllər hansılardır?


Hz Peyğəmbər (s) buyurur: “Ən çox Allahın qəzəbinə səbəb olan əməllər 4-dür:
1-Allah-Taala (c.c) qəzəb edər o kəsə ki, Tövhidində şirkə yol verə,
2-Allah-Taala (c.c) qəzəb edər o kəsə ki, qohumlarla əlaqəsinı kəsə,
3-Allah-Taala (c.c) qəzəb edər o kəsə ki, insaları pis işlərə dəvət edə,
4-Allah-Taala (c.c) qəzəb edər o kəsə ki, imanlı şəxsləri yaxşı işlərdən çəkindirməyə çalışa...


Hz İsa (ə) hansı xüsusiyyətli məclislərdə iştirak etməyi tövsiyə edir?


Həvvarilər Hz İsaya (ə) dedilər: Ey Allahın Elçisi! Kimlərin məclisində iştirak edək? Hz İsa (ə) buyurdu: (Üç faydalı təsirə malik olan məclislərdə iştirak edin.)
1-O şəxslərlə oturub-durun ki, onları görmək sizlərə Allahı xatırlatsın,
2-O şəxslərlə oturub-durun ki, onların danışması sizlərin elmini artırsın,
3-O şəxslərə oturub-durun ki, onların əməlləri axirətin hesab-kitabının olmasını xatırlatsın...


Hz Əli (ə) dünyanın həqiqətini hansı mahiyyəti ilə tanıtdırır?


Həzrət Əli ibn Əbi Talib (ə) buyurur: Dünya iki gündür: Biri səninlə olan zamandır, digəri isə sənin əleyhinə olan zaman!
Dünya o gün ki, səninlədir təkəbbürlülük və yekəxanalıq etmə!
Dünya o gün ki, sənin əleyhinədir Allah-Taalanın (c.c) köməyinə ümidsiz olma!
Dünya hər iki vəziyyətində sona çatandır...”


İman belə olmalı, təvəkkül belə başa düşülməli və ümidvarlıq isə belə edilməlidir!


-Xalis imanı uşaq hiss edər! Bir gün kəndlilər qıtlıqdan əziyyət çəkirdilər! Qərara gəldilər ki, yağış yağmasına görə Allah-Taalaya (c.c) dua etsinlər.
Dua edəcəkləri gün bir yerə toplandılar içilərində isə bir uşaq var idi və yalnız o idi ki, özü ilə çətir gətirmişdi!!
-Təvəkkül etməyi ən yaxşı örgədən atadır ki, uşağını göylərə atar! Bir yaşlı uşağı təsəvvür edin ki, o zaman ki, siz onu yuxarı atıb tutmaq oyunu oynayırsınız! O isə böyük həvəslə gülür. Çünki təvəkkülü budur ki, siz onu tutacaqsınız! ...


Ayətullah Kuhistanı boş sözlər danışmağın mənfi təsiri haqda nə buyurur?


Mərhum Ayətullah Kuhistaninin (r) mənasız sözlər danışmağın ziyanı haqda nəsihəti:
“Boş və mənasız sözlər danışmaq ruhun mənəviyyatında çox böyük təsirə malikdir. Faydasız sözlər danışmaq ruhun ölməsinə və nuraniləşməkdən məhrum olmasına gətirib çıxarır!
Mən mənasız söz danışmağın mənfi təsirini haram yeməyin təsirindən az bilmirəm!!”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter