Gözəlliyin zəkatlnı nə ilə ödəmək mümkündür?


“İmam Əli (ə) buyurub: “Gözəlliyin zəkatı iffətli (və nəcib) olmaqdır. \"Qürər əl-hikəm”, c. 4, səh. 105.
Əgər nemətdən düzgün və nemət sahibinin istədiyi kimi istifadə olunmazsa, o, problemlərə və başağrısına çevriləcəkdir. Gözəllik və yaraşıqlı olmaq Allahın bəxş etdiyi nemətdir. İffətli olub günahdan çəkinmək isə bu nemətin qarşılığında təşəkkür və zəkat hesab olunur. Bir çoxları öz “gözəllik”lərinin əsiridirlər....


ٍElm (dini) öyrənmək vacibdirmi?


Həzrət Məhəmməd (s) buyurur: «Elm öyrənmək bütün müsəlmanlara vacibdir», «Beşikdən qəbrədək elm öyrənin», «Elm Çində də olmuş olsa, onu öyrənin», «Hikmət möminin itkisidir…». Cəhalət dövrünün insanı «elm faydasız bir şeydir» deyə bilərdi. Amma bu günkü insan elmə biganə qala bilərmi?! Ətrafımıza nəzər salaq;
Mexanikləşdirilmiş kənd təsərrüfatı, avtomatlaşdırılmış yüngül və ağır sənaye, kompüterləşdirilmiş tibbi diaqnostika, atom energetikası və s. Əgər «elm faydasız bir şeydir» deyən tapılsa, onu sadəcə bir neçə gün elektrik enerjisindən məhrum etmək lazımdır. Qoy bu insan qaranlıq dünyada cəmi bir neçə gün nəqliyyatsız, rabitəsiz, informasiyasız yaşasın. Onda elmin faydasını yaxşıca anlayar!...


İmam Mehdinin (ə) qeyb dövründə ümumi vəzifəmiz nədir?


Sahibəzzaman Şeyx Müfidə məktubunda yazır: “Hər biriniz sizi məhəbbət və dostluqda bizə yaxınlaşdıracaq işlər görməli, bizi razı salmayacaq və qəzəbləndirəcək işlərdən çəkinməlisiniz.” (“Ehticac”, c. 2) Aydın məsələdir ki, Əhli-beytə (ə) məhəbbət şəxsi, fərdi bir məsələ deyil. Bu, ilahi bir meyardır. Buna görə də Əhli-beyt məsumları şiələrin pis işdən çəkinib, yaxşı iş gördüklərini müşahidə etdikdə xoşhal olurlar. Əgər Sahibəzzamanın məhəbbətini qazanmaq istəyiriksə, onu narazı salacaq işlərdən çəkinməliyik. Digər bir tərəfdən, çalışmalıyıq ki, bizi həzrətə yaxınlaşdıracaq işlər görək.


İmam Zaman ağanın (ə) günahkar müsəlmanlarla bağlı duası...


Seyyid ibn Tavus buyurur: “Səhər çağı Samirranın müqəddəs hərəmində idim. Anidən mövlam İmam Zamanın (ə.f) səsini eşitdim ki, öz davamçıları üçün dua edir və buyururdu: “Allahım! Bizim davamçılarımızı bizim nurumuzun şüasından və gilimizin qalan hissəsindən xəlq etmisən. Onlar bizim vilayətə və məhəbbətə söykənərək, çox günahlar ediblər.Əgər onların günahları Səninlə bağlı günahlardırsa, onları bağışla ki, bizi razı edərsən. Əgər günahları özləri ilə bağlıdırsa, Özün (onları) islah et. Onlara cəhənnəm atəşindən nicat ver. Onları bizim düşmənlərimizlə birlikdə Öz qəzəbində cəm etmə!”


Hər kəs eşidib cavab verməsə müsəlman deyil...


Allah Rəsulu (s) bızdən belə istəməyib. Peyğəmbər (s) buyurub: Hər kəs sübh edə və müsəlmanların işləri ilə maraqlanmaya müsəlman deyil. Və ya \"Hər kəs “ Ey Müsəlmanlar kömək edin!”-fəryadını eşidib ona cavab verməsə, müsəlman deyil.\" Peyğəmbər (s) müsəlmanları birliyə, bir-birinin halı ilə marağlanmağa, etinasızlığdan uzaq olmağa çağırır. Bu hər bir insanın insanlıq qarşısındakı içtimai borcudu. Pərişan və çıxılmaz vəziyyətdə olan hər bir insana gücü çatacaq qədərində əl tutmaq hər bir müsəlmanın insanlıq borcudur. Bəli insanların bir birinə yardım etməsi, insanın fitrətindən doğan insanlıq vəzifəsidir.


Əməl insana təklikdə kifayət etmir dedikdə möminin nəyə ehtiyacı var?


Allah onlardan razıdır, onlar da Allahdan. Bu Rəbbindən qorxanlar üçündür! (Bəyyinə-8) Qurani Kərimin bütün ayələri insanı düşündürən ilahi kəlamlardır. Qeyd etdiyimiz bu ayə də digər ayələr kimi insanı düşünməyə, təhlil etməyə çağıran ayələrdəndir. İlahi rizayət insanın yetişə biləcəyi ən son zirvədir ki, insandan da istənilən məhz budur. Bütün iş və əməllər bu istiqamətdə olarsa dəyər tapır. Yox əgər əməlin arxasında bu həssas məsələ durmursa, o zaman görülən iş dəyər tapmaz. İş ancaq öz əhatəsi çərçivəsində faydalı ola bilər. Çox işlər vardır ki, zahirən bir-birinə bənzəyir. Məsələn zalımın zülmünü ifşa etmək kimi. Biri bu işi görür ki, cəmiyyətdə zülmün, istibdadın (diktatura) kökü kəsilsin...


Din sevgidən və nifrətdən başqa bir şey deyil - İmam Sadiq... Yəni?


Rəvayətdə deyilir ki, Bir gün Fuzeyl ibn Yəsar Həzrəti İmam Sadiq (ə)dan soruşur: Sevgi və nifrət imandandırmı? İmam (ə) cavab verir: Məgər iman sevgi və nifrətdən başqa bir şeydirmi? (Bihar-69.Səh-341). Yaxud İmam Sadiq (ə)dan başqa bir hədisdə qeyd olunur: Bir kəsin dində dostu və düşməni olmasa, onun dini olmaz ( Bihar-69. Səh-250). Hədislərin zahirinə nəzər edəndə ola bilsin ki, anlaşılmazlıq yaransın. Amma diqqət etdikdə bunu İmamın (ə) bizə olan tövsiyyəsi kimi də dəyərləndirmək olar. Yəni insanın daxilində elə bir cazibə və dafiə hissi yaranmalıdır ki, bu hisslərlə öz dinini qoruya bilsin...


Özümüzə ölüm arzulaya bilərikmi?


Şeyx Səduq Əmali kitabında Peyğəmbər (s)dan belə nəql edir: Bir gün Allah Rəsulu (s) ibadət edən bir kişinin yanından keçəndə onun halın soruşur. Kişi xəstəliklərindən şikayət edib gileylənir və özünə ölüm arzulayır. Allah Rəsulu (s) kişiyə etiraz edib buyurur: Ölüm arzulama! Əgər yaxşı əməl sahibisənsə yaşadıqca əməlin çox olar. Yox əgər pis əməl sahibisənsə tövbə etməyin üçün fürsət yaranar. Ölüm arzulama! (Əmali -385). Hz Əli (ə) buyurur: Möminin qalan ömrünün onunüçün hesaba gəlməzdir. O yaşadıqca dərk edir. Yaşadıqca əlindən verdiyi fürsətləri dəyərləndirir ( Əd-Dəəvat. Qutbuddin Ravəndi.səh-120)...


Duadan sonra niyə əlimizi üzümüzə çəkirik?


Ayətullah Cavad Amili əllərin üzə çəkilməsi barəsində buyurub: Əllərini duaya qaldıran insan, Peyğəmbər (s) sünnəsinə uyğun olaraq müstəhəbdir ki, əllərini üzünə və başına çəksin. Bu ona görədir ki, o əllər Allaha doğru uzanıb, Mütəal Allah da o əllərə cavab verib. Yəqin ki, Allah Təala uzanan əlləri boş qaytarmaz. İlahı lütfdən pay alan əllər əzizdir, mübarəkdir. Yaxşı olar ki, o mübarək əllər üzə və başa çəkilsin. Necəki İmam Səccad (ə) bir möhtaca bir şey verəndə əllərini iyləyər və deyərdi: Bu əllər Allahın rəhmətinə yetişib. Çünki rəbbim buyurub: Məgər onlar bilmirlər ki, Allah qullarından tövbə qəbul edər, sədəqə (zəkat) alar? (Tövbə-104).


Ölüləri dirildən Həzrəti İsanın (ə) sağalda bilmədiyi xəstəlik hansı idi?


Baş verən hadisələrin səbəkarı insandır. İnsanın düşüncə və şəxsi rəyidir, özünü bəyənmək xəstəliyidir. İmam Sadiq (ə) buyurub: “ Hər kəs özünü və öz rəyini bəyənsə həlak olar. Hz İsa (ə) buyurub: Mən xəstələri sağaltdım, Allahın izni ilə onlara şəfa verdim. Mən anadan gəlmə korları və ölüləri Allahın izni ilə sağaltdım və diritdim (Maidə/105). Amma nə qədər istədim axmağı müalicə edə bilmədim. Soruşdular ey Allahın Peyğəmbəri axmaq kimlərir? Dedi: Özünü və öz fikirini bəyənən. O kəslər ki: 1-Bütün fəzilət və üstünlükləri özündə görə 2-Özündə heç bir eyib görməyə, 3- Haqq və hürüqları özü üçün bilə, 4-Başqalarının da onun boynunda haqqı olduğunu düşünməyə...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter