İmamın (ə) davamçısı, yoxsa İmamı (ə) sevən?


İmamın (ə) davamçısı, yoxsa İmamı (ə) sevən? Bir nəfər İmam Həsənə (ə) deyir: “Mən sizin davamçılarınızdanam”. Əziz İmam (ə) buyurur: “Ey Allah bəndəsi! Əgər bizim əmr və qadağalarımızın mütisi olsan – düz deyirsən. Ancaq əgər belə olmasan, bu uca məqamı iddia edərək ki, əhli deyilsən – günahına əlavə etmə. Demə ki, mən sizin davamçılarınızdanam. Bəlkə de: “Mən sizi sevənlərdən və düşmənlərinizin düşmənlərindənəm”. Belə olan halda (o deməkdir ki) sən yaxşı insansan və yaxşılıqlara meylin vardır”.


Məmun niyə öz qızının İmam Cavadla (ə) evliliyində israr etdi?


Məmun niyə öz qızının İmam Cavadla (ə) evliliyində israr etdi? Məmunun bu evlilikdə bir çox səbəbləri var idi, o cümlədən:
1. Qızını İmamın (ə) evinə göndərərək, düşünürdü ki, onu davamlı olaraq öz kontrolu altında saxlayacaqdı.
2. Öz avam düşüncəsinə görə, niyyət edirdi ki, İmamı (ə) saray əhlinin məclislərinə yaxınlaşdırsın.
3. Bu qohumluq əlaqəsi ilə Əli (ə) sevərlərin qiyamının qarşısını almaq istəyirdi.
4. Bəzən avamcasına deyərdi: “Mən bu evliliyi ona görə istəmişəm ki, qızımın İmamdan (ə) övladı olsun və mən də Peyğəmbər (s) övladının babası olum”.
Ancaq onun bu arzusu ürəyində qalır və qızının övladı olmur.


Günah məqsədi ilə elm öyrənən şəxsə cənnət haram edilər?


Günah məqsədi ilə elm öyrənən şəxsə cənnət haram edilər? Həzrət Peyğəmbərin (s) Əbuzərə nəsihətlərindən: “Ey Əbuzər! Xalqı aldatmaq xatirinə elm öyrənən kəsin burnuna cənnət qoxusu dəyməz”. Şöhrət və sərvət üçün elm dalınca gedənlər bir tərəfə qalsın, hətta elmi xalqı aldatmaq və başqalarını əyri yola çəkmək xatirinə öyrənənlər də vardır. Hədisin bu hissəsinə qədər elmə əməl etməyin əhəmiyyəti və elm öyrənməkdə niyyətin təmizliyindən söhbət açıldı. Belə ki, elm dalınca gedən insan diqqət edib hansı niyyətlə bu yola qədəm qoyduğunu özü üçün aydınlaşdırmalıdır. Bəlkə, Allah eləməmiş, qəlbində şeytani niyyətlər baş qaldırıb və “Hüccətül-islam”, “Ayətullah”, “filosof”, “alim” və s. kimi ad-san qazanmağın dalınca gedir?!...


Qeyb dövründə Allahın dinində möhkəm olmaq hansı dua və zikri oxuyaq?


Qeyb dövründə Allahın dinində möhkəm olmaq hansı dua və zikri oxuyaq? İmam Sadiq (ə) İbn Sənana xitab edərək buyurmuşdur: “Tezliklə şəkk və tərəddüdə düşəcəksiniz, aydın nişanə və yol göstərən İmamsız qalacaqsınız. Həmin şəkk və tərəddüddən “Ğəriq” duasının oxuyandan başqa heç kəs qurtula bilməyəcək.” (İbn Sənan nəql edir ki,) dedim: “Ğəriq” duası necədir? Buyurdu: Deyirsən: يا اللهُ يا رحمانُ يا رحيمُ يا مُقَلِّبَ القُلُوبِ ثَبِّتْ قَلْبِي عَلي دِينِك (Ya Allahu Ya Rəhmanu Ya Rəhim, Ya muqəllibəl-qulub, səbbit qəlbi əla dinik.) “Ey Allah! Ey Bağışlayan! Ey mehriban! Ey qəlbləri haldan hala salan! Mənim qəlbimi öz dinində möhkəm et!”/Biharul-Ənvar, c.52, səh.149, hədis: 73


Sosial şəbəkələrdə fotolarını paylaşan xanımlara maraqlı sual?


Sosial şəbəkələrdə fotolarını paylaşan xanımlara maraqlı sual? Sosial şəbəkələrin son illər ərzində dünya insanın həyatına yüksək sürətlə daxil olması və sanki artıq insan həyatının ayrılmaz bir hissəsinə çevrilməsi günü-gündən daha da ciddi sosial və psixoloji problemlərə yol açır. İslaminSesi.info - Xüsusilə bu problem xanım istifadəçilərin həyatlarında özünü daha da qabarıq göstərir. Sanki virtual aləmin içərisində qərq olmağımız, real həyatı bizlərə unutdurub və real həyatda görməsi mümkün olmadığımız işləri aldanaraq virtual həyatda, xüsusilə sosial şəbəkələrdə çox rahat formada görürük. Buna misal olaraq xanım sosial şəbəkə istifadəçilərinin hər cür tipə, sinifə və xüsusiyyət sahib milyonlarla insanın olduğu virtual mühitdə öz fotolarını çox rahat formada paylaşmasıdır...


Möminlər hansı xislətlərə yiyələnməlidirlər? - İmam Cavadın (ə) hədisi


Möminlər hansı xislətlərə yiyələnməlidirlər? - İmam Cavadın (ə) hədisiİmam Cavad (ə) buyurur: Mömin üç xislətə ehtiyaclıdır:
1- Allahdan gələn tofiq və inayətə. İlahi tofiq elə bir lütfdür ki, bu lütf olmadan insanın hidayəti qeyri mümkündür. Amma insan diqqətli olmalıdır. Allaha və paklığa diqqət.
2- Daxilində onu danlayacaq nəfsə (vicdana). İnsanın özü-özünü hesaba çəkmək üçün vicdanı demək olar ki, ona kifayət edir.
3- Ona nəsihət edənin nəsihətini eşitməyə. Bu işə hazır olmaq üçün ilk öncə niyyətin paklanması və vicdanın dilə gəlməsi çox mühümdür.


Peyğəmbər (s) və Ali Peyğəmbərə (ə) təvəssül edərkən hansı qaydalar diqqət yetirmək lazımdır?


Peyğəmbər (s) və Ali Peyğəmbərə (ə) təvəssül edərkən hansı qaydalar diqqət yetirmək lazımdır?Digər dualar kimi təvəssülün də xüsusi ədəbi və ğöstərişləri vardır:
1-Öncə paklığ əldə etmək. İstər cismani olsun, istər mənəvi.
2-Çoxlu salavat zikr etmək.
3-İki rəkət namaz qılmaq. Hər rəkətdə bir fatihə və yeddi ədəd ixlas surəsin oxumaq.
4-Hirzi İmam Cavadı (ə) oxumaq. Ya Nuru. Ya Bürhan. Ya Mubin. Ya Munir. Ya Rəbbi. İkfiniyəş-şururə və afatid-duhur. Əsəlukən-nicatə yaumə yunfəxu fis-sur!


Bəzən İmam Rza (ə) “Ya Zamin Ahu” deyə nida edilir – Bu nə deməkdir?


Bəzən İmam Rza (ə) “Ya Zamin Ahu” deyə nida edilir – Bu nə deməkdir? Hakim-Razi Əbu-Mansur bin Əbdürrəzzaqın evində qonaq oldu. Əbu-Mansur Hakim-Raziyə deyir: Mən gənclik dövrümdə nadan biri idim. Bu ərazilərdə ova çıxardım. Ov olmayanda yolda durub ziyarətə gedənləri soyardım. Bir gün ətrafda bir ceyranı gördüm. Ov itim ceyranın dalınca qaçdı. O qədər qaçdı ki gedib, hərəmin içinə girdi. Ceyran hərəmin içinə girəndə dayandı və it də bunu görüb yaxınlaşmadı və dayandı. Ceyran daha sonra hərəmin səhnlərindən birinə girdi, amma it daha irəli getmədi. Ceyranın axtarışına düşüb hərəmin içindəki səhnə girdim. Mən orada Əbu-Nəsr Qarini gördüm ki həmişə ki kimi yenə də olduğu yerdə oturmuşdu. Mən ona dedim: İndi bura bir ceyran girdi, onu görmədin hara getdi? O təəccüblə bir ceyran görmədiyini, amma ceyran kölgəsini gördüyünü mənə dedi. Mən mat-məəttəl qaldım. Biraz keçdi özümə gəldim və keçmişdə etdiklərinə görə tövbə etdim. Həmin zaman hərəmdə özümə söz verdim ki bir daha zəvvarlara əziyyət verməyəcək, onlarla mehribanlıqla davranacam...


Həcc mərasimi niyə məhz zilhiccə ayında olur? Halbu ki...


Həcc mərasimi niyə məhz zilhiccə ayında olur? Halbu ki... Bəqərə surəsinin 197-ci ayəsində “Həcc (mövsümü) məlum olan aylardır” şəklində buyurulub. Amma fəqihlər vacibi həcc əməlini Zilhiccə ayının ilk on günlüyündə vacib olmasını qeyd ediblər?! Ayədən məqsəd ümumi olaraq həcc əməlinin əhəmiyyətinə işarə edir. Həm vacibi, həm də ümrə həccinə. Ümrə ziyarəti üç ay boyunca (Şəvval, Zil-qədə, Zilhiccə) yerinə yetirilir. Ümrəyə Şəvval ayının ikisindən Zilhiccənin doqquzuma kimi əməl olunur. Vacibi həcc olan təməttö isə Zilhiccənin doqquzundan on üçünə qədər yerinə yetirilir. Lakin bəzi əməlləri yeniləmək üçün Zilhiccənin axırına kimi də uzadılır (Röuşən təfsiri). Bu səbəbdəndir ki, bu aylara həcc ayları deyilir. Bu aylardan başqa vaxtlarda ehram bağlamaq doğru deyil. Ümrə həccinə yalnız bu aylarda icazə verilir (Məcməül-bəyan.cild-2)...


Behiştdə Allahı ziyarət etmək nə deməkdir?


Behiştdə Allahı ziyarət etmək nə deməkdir?Əba Sələt nəql edir: “İmam Rzadan (ə) bu hədisin mənası barəsində soruşdum. Hədis belədir: “İman əhli, behiştdə olan mənzil və məqamlarından Allahı ziyarət edərlər”. İmam (ə) buyurdu: “Ey Əba Sələt! Allah Təala Muhəmmədi (s) bütün məxluqlardan, hətta mələklərdən və böyük peyğəmbərlərdən üstün etmişdir. Onunla beyət etməyi özü ilə beyət etmək kimi qərar vermiş, Peyğəmbəri (s) dünya və axirətdə ziyarət etməyi Özünün ziyarət və görüşməsi kimi hesab etmişdir. Peyğəmbər (s) buyurur: “Hər kim mənim həyatda olan zamanda və ya öləndən sonra mənim ziyarətimə gələrsə, Allahı ziyarət etmiş olar”. Peyğəmbərin (s) behiştdəki məqamı bütün xəlq olunmuşların məqamından daha yüksəkdir. Ona görə də hər kim behiştdəki məqam və dərəcəsində o Həzrəti (s) ziyarət edərsə, Allah Təalanı ziyarət etmiş olar”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter