Necə bilək ki, insan Allah bəndəsidir? Dəqiq nişanələr


Allah bəndəsi deyildikdə, o kəs nəzərdə tutulur ki, öz tutumu həddində Allahın əmrlərinə təslim olar. Misal üçün, əgər maddi imkanı yoxdursa həcc ona vacib olmur. Çünki bu vacibatı yerinə yetirmək üçün lazım olan şəraitə malik deyildir. Və ya bir nəfərin uzun sürən xəstəliyi vardır və həkimi buyurur ki, şəfa tapmağın üçün gərək oruc tutmayasan. Bu zaman oruc vacibatı onun boynundan götürülür. Əgər insan bütün bu göstərişlərə qulaq verib əməl edirsə, deməli Allah bəndəsidir.
Kəbirə günahlardan çəkinmək və özünü səğirə günahlara düçar olmaqdan qorumaq da bəndəliyin nişanələrindən biridir. O zaman ki, səğirə günahlarından çəkinir və kəbirə günahlarından qaçırıq, deməli Allah bəndəsiyik. Həzrət Peyğəmbər (s) bu cür insanı mələklərdən də dəyərli hesab etmişdir.


Bərəkət nədir? Hansı amillər bərəkəti artırır və azladar?!


Bərəkət xeyir deməkdir. Misal üçün nəslin bərəkəti deyildikdə, övladların sayının çox olması nəzərdə tutulur. Bərəkətdə olan xeyir, mənəvi xeyirlə sonlanar. Yəni, bərəkət mənəvi olsa da, maddi olsa da yenə də mənəvi xeyirlə sonlanar. Quran bərəkətli insanları bizlərə tanıtmışdır, o cümlədən:
Bərəkət gətirən amilləri tanıyaq: iman, şükür etmək, sədəqə vermək, Allaha itaət etmək, sileyi-rəhm, yaşlı insanların evdə olması, xoş rəftar,
Bərəkətdən məhrum edən amilləri tanıyaq: zəkatı verməmək, Allahı yada salmaqdan üz döndərmək, israf, elm öyrənən zaman özünü lovğalanmaq,
Möminlər. “(Allah tərəfindən) deyildi: «Ey Nuh, sənə və səninlə birgə olan dəstələrə Bizim tərəfimizdən olan salamatlıq, salam və bərəkətlərlə aşağı en. Və (tarix boyu onların övladlarından) tezliklə (dünya nemətlərindən) bəhrələndirəcəyimiz ümmətlər gələcəkdir””. (“Hud” 48).


Qəlbin saflaşması üçün Ayətullah Tehrani tələbəsinə hansı tapşırıqları verdİ?!


Ayətullah Muctehidi Tehrani buyururdu: Neçə il öncə bir nəfər məndən soruşdu: Əgər paltarımız çirkləşərsə onu təmizləyən maddələrlə onu təmizləyərik! və ya paslanan dəmiri bəzi maddələrlə saflaşdırmaq olar. Sualım budur ki, qəlbimiz çirkləşəndə və ya paslananda nə ilə onu təmizləyək?!
Mən ona dedim: Səhərləri oyanın çoxlu istiğfar edin və Quran oxuyun! Vitr namazında etdiyiniz 70 dəfə istiğfardan əlavə çoxlu bağışlanma zikrini dilinizə gətirin.
Əgər bu iki əməli etsəniz qəlbinizin paslığı və çirkliyi təmizlənər. Necə ki hədislərə bu cürə tapşırıqlar vardır.
Eləcə də bəzi rəvayətlərdə gəlmişdir ki, qəlbinizin paslığını təmizləmək üçün yetimlərin başına əl çəkin! Bunun mənası odur ki, maddi imkanlarınız varsa yetimlərlə dəstək verin.


-- Övladların ibadi məsələlərə daha meyilli olmaları üçün nə etmək lazımdır?


Valideynlərin əksəriyyətinin nigarançılığı övladlarının dini təlim və tərbiyəsi məsələsidir. Bu səbəbdən, valideynlər övladlarının dini təlimlərə maraq göstərməsi və buna cəlb olunması üçün, daha təsirli metodlar axtarmaqdadırlar. Eyni zamanda, hər bir valideyn dinin ən önəmli təlimlərindən biri olan namazın yeniyetmələrin tərbiyəsində daha təsirli olduğunu bilir və bu sahədə övladlarını namaz və ibadətə cəlb edəcək praktiki üsullar axtarırlar.
Hər hansı bir tərbiyə üsulunu həyata keçirərkən orta həddi qoruyub saxlamaq və tərbiyəvi məsələlərə riayət etməyin zəruri olduğuna da diqqət yetirmək lazımdır. Bununla əlaqədar Əhli-beytdən (ə) bir sıra örnəklər, məsləhətlər qələmə alınmışdır. Həmin örnək və istiqamətləndirmələr övladlarının tərbiyəsi yolunda qədəm götürmüş valideynlər üçün daha faydalı və əhəmiyyətli ola bilər. Valideynlərin öz övladlarının tərbiyəsi barədə nigarançılığı Peyğəmbərin (s) mübarək kəlamlarındakı sifarişlərindən irəli gəlir:
\"Öz övladlarınıza ədəbli olmağı öyrədin, çünki siz bunun üçün məsuliyyət daşıyırsınız.\" Həmçinin, həzrət Əli (ə) buyurur: \"Övladlarınızı əzizləyərək onlara şəxsiyyət verin və onları yaxşı tərbiyələndirin.\"


İmam Əli (ə) hədisinə əsasən ən pis təam hansıdır?!


Müttəqilərin ağası İmam Əli (ə) bir hədisdə belə buyurur: “Haram (yolla əldə olunan) təam pis təamdır...” (“Qürərül-hikəm”, səh.170.) Bu cümləni iki cür təfsir etmək olar:
1. İlkin olaraq deyə bilərik ki, bir insan, adətən, dünya işlərini dəyərləndirmək, onlardan bəhrələnmək və ya pəhriz etmək üçün ölçüdən istifadə edir. Həmin ölçü əsasında işləri qiymətləndirir və bu işlərə münasibətdə vəzifəsini müəyyənləşdirir. Məsələn, bir şəxs özünə deyə bilər ki, mənim təbimə uyğun gələn nə varsa yaxşıdır, təbimə uyğun gəlməyənlər isə pisdir. Ya da insan belə bir meyarı əsas götürür ki, nədən ki ləzzət alıram yaxşıdır, nədən ki ləzzət almıram pisdir və bütün dünyəvi işlərini bu meyar əsasında tənzimləyir. İmam Əlinin (ə) nəzərində isə bu sırf maddi meyarın heç biri düzgün deyil. Əksinə, mənəvi və ruhani meyar nəzərdə tutulmalıdır. Hər xoşa gələn qidanın yaxşı, hər xoşa gəlməyən qidanın pis sayılması düzgün fikir deyil. Ləzzət və tamsızlıq, təbəuyğunluq və qeyri-uyğunluqdan əlavə, mənəvi meyar da nəzərdə tutulmalıdır. O qida yaxşıdır ki, dadsız da olsa halal olsun. O qida pisdir ki, şirin və dadlı da olsa, haram olsun. Bu təfsirə əsasən, təkcə zahiri meyarlarla kifayətlənməməli, mənəvi dəyərlərə də diqqət yetirilməlidir. Bu cəhətə görə deyə bilərik ki, Əmirəlmöminin Əlinin (ə) “haram yolla əldə olunan təam pis təamdır” – cümləsini bəyan etməkdə məqsədi, həqiqətən, dünyəvi ləzzətlərin mənəvi tərəfinə diqqət yetirilməsidir.


Allaha doğru günahlarımızın bağışlanması üçün hansı birinci addımı atmalıyıq?!


Deməli, ilk addımda günahları tanımalı və onlara bulaşmaqdan özümüzü qorumalıyıq. -- Həqiqətən, mömin öz günahını böyük bir qayaya oxşadır və ...
Peyğəmbəri-Əkrəm (s) yaxın səhabəsi Əbuzər Qifariyə nəsihət edərkən belə buyurur: “Ey Əbuzər! ...Həqiqətən, mömin öz günahını böyük bir qayaya oxşadır və qorxur ki, onun üstünə aşsın. Kafir isə öz günahını burnunun üstündən uçub keçən bir milçəyə bənzədir.” (“Biharul-ənvar”, 77-ci cild, səh.74-91, bölüm 4, hədis 63; “Əmali”, Şeyx Tusi, 2-ci cild, səh.138.)
Ömrün qədrini bilməyin ilkin yolu və Allaha doğru atacağımız ilk addım günahdan qorunmaqdır. Çünki insan ömrünün dəyəri onun günahdan nə dərəcədə pak olmasındadır.
“İlahi! Muhəmməd və ali-Muhəmmədə salavat göndər... Sənə bəndəlikdə sərf olunacaq zamana qədər ömrümü uzun et. Elə ki, ömrümü şeytana otlaq yeri gördün, mənə acığın tutmasın, qəzəbinə düçar olmamış ruhumu canımdan al.” (“Məfatihul-cinan”, səh.1106.)


DӘYİŞKӘN DÜNYА SАBİT İSLАM QАNUNLАRI İLӘ NЕCӘ UYUŞUR?


Ünvаnlаnаn suаlа cаvаb оlаrаq bunu dеmәliyik ki, İslаmdа iki növ qаnun vаr: 1. Sаbit vә külli, bаşqа sözlә, әbәdi qаnunlаr. Bu qаnunlаr dәyişmәzdir; 2. Şәrаit dәyişdikcә dәyişәn qаnunlаr. Bu qаnunlаr zаmаnın gеdişаtındаn аsılı оlаrаq dәyişir. İzаh: Әsаs mәsәlә sаbit vә dәyişkәn qаnunlаrı bir-birindәn fәrqlәndirmә mеyаrının аpаrılmаsıdır. İnsаnın sаbit fitrәtindәn, tәbii istәklәrindәn qаynаqlаnаn әхlаqi, ictimаi, mәdәni qаnunlаr bütün cәmiyyәtlәr üçün dәyişmәzdir. Bu sаyаq qаnunlаr İslаmdа dа sаbitdir. Оnlаr islаmi fiqhdә әvvәlcәdәn sоn incәliklәrinәdәk müәyyәnlәşdirilmişdir. Аmmа zаmаn vә şәrаitdәn аsılı оlаn qаnunlаr İslаm dinindә yаlnız külli şәkildә bәyаn оlunmuşdur. Оnlаrın tәtbiqi zаmаnı müхtәlif cәmiyyәtlәrin şәrаiti nәzәrә аlınır vә hәmin şәrаitә uyğun хırdаlıqlаr bәyаn оlunur. Uyğun mәsәlәnin аrаşdırılmаsı, sаbit vә dәyişkәn qаnunlаrın ölçü mеyаrını аydınlаşdırmаq üçün diqqәtinizi bir nеçә mәsәlәyә cәlb еdirik: Zаmаn vә mәkаndаn аsılı оlmаyаrаq, hәr bir insаn üçün хаrаktеrik оlаn dахili istәklәr, ruhiyyә mövcuddur. Bu хüsusiyyәtlәr оnu hеyvаndаn fәrqlәndirir. Әslindә оnlаr insаn vücudunun mаhiyyәtini tәşkil еdir vә zаmаn ötdükcә dәyişmir. Mәsәlәn, insаn ictimаi bir vаrlıqdır vә tоplum şәklindә yаşаmаq üçün хәlq оlunmuşdur...


Dünya sənin gözündə kiçik olmasını istəyirsənsə bunu et?! İmam Əlinin (ə) tapşırığı


İmam Əli (ə) oğlu İmam Həsənə (ə) vəsiyyətindən... AXİRƏT HAQDA DÜŞÜN Kİ, DÜNYA SƏNİN GÖZÜNDƏ KİÇİK VƏ XAR OLSUN!
“Oğlum! Ölüm və ölümdən sonra qəfil rastlaşacağın hadisələri tez-tez (çox) xatırla. Ölümü gözlərin qarşısına gətir. Yanına gələnədək özünü bəzə, hazırla. Məbada qəfil peyda olub, səni məğlub etsin, aldanmış vəziyyətdə tapsın. Axirət, onun nemətləri və dərdli əzablarını tez-tez xatırla. Həqiqətən, axirəti düşünmək sənə dünyada pəhrizkarlığı öyrədər və dünyanı kiçik, xar göstərər.” Məbada, dünyaya könül verən, dünya üstə bir-birinin üstünə şığıyan dünya əhlinin mehri səni çaşdırsın. Çünki Allah səni dünyadan xəbərdar etmiş, dünya öz necəliyini sənə açmış və sənin üçün öz çirkinliyi üzərindən pərdəni qaldırmışdır.” (“Nəhcül-bəlağə”, xütbə 156.)
Vəsiyyətnamənin bu hissəsində axirət, əbədi həyat və ölüm düşüncəsinin yaddan çıxarılmamasından söz açılır. Şübhəsiz ki, bütün canlı varlıqların ölümü labüddür. Din rəhbərlərinin diqqət mərkəzində dayanan əsas məsələlərdən biri də ölüm düşüncəsinin tərbiyəvi əhəmiyyətidir. Ölüm və axirətə əsil inam odur ki, insan ölümü yaddan çıxarmasın. İmam Əli (ə) bu kəlamında ölüm düşüncəsinin müsbət təsirlərindən danışaraq, bizi bu düşüncəyə rəğbətləndirir və ümid edir ki, bu düşüncə həqiqət yolunun seçilməsində təsirli olacaq.


Yeni doğulmuş körpənin valideynin boynunda hansı səkkiz haqqı vardır?!


İslam rəhbərləri körpənin hüquqları ilə bağlı təvəllüddən başlayaraq valideynlərinin üzərinə səkkiz hüquq təyin etmişlər ki, aşağıdakılardan ibarətdir:
1. Təvəllüd mərasimi: Allahın insana vücud bəxş etdiyi gün “bayram”dır və körpə ailə üçün ən böyük nemət sayılır. Təvəllüd mərasimi həqiqətdə bu böyük ilahi nemətin şükür bayramıdır və həmin günü təbrik etmək, qonaqlıq süfrəsi açmaq, bir sözlə, bayram keçirmək məqsədəuyğundur. Peyğəmbəri-Əkrəm (s) İmam Əlidən (ə) “Allahın sənə bəxş etdiyi ilk nemət nədir?” – deyə soruşduqda buyurdu: “Allahın mənə ilk neməti məni yoxdan yaratmasıdır...” Ümumiyyətlə, hər il təvəllüd bayramını qeyd etmək ilahi neməti xatırlayıb, onun şükrü üçündür.
2. Qüsl mərasimi:[1] Körpənin qüslü ilə əlaqədar neçə məsələ diqqəti cəlb edir: a) Qüsldə məqsəd körpənin yuyulması yox, şəri qüsl nəzərdə tutulur. Demək, körpəyə qüsl verən onun hökmlərinə (qürbət qəsdi, tərtib) riayət etməlidir. b) Bu qüsl müstəhəbdir və körpəyə zərərli olduqda, riayət olunmur.[2] c) Qüslü iki-üç gün gecikdirməyin maneəsi yoxdur.[3] ...


AYƏTƏL KÜRSÜ HAQQINDA BUNLARI BİLİRDİNİZMİ?


-- Hər nədə zirvə vardır, Quranın da zirvəsi “ayətəl-kürsi”dir. Əbazər məclislərin birində Peyğəmbərimiz Həzrət Mühəmməddən (s) soruşdu: Sizə nazil olmuş ən üstün və dəyərli ayə hansıdır? Rəsulullah (s) buyurdu: “Ayətəl-kürsi”. Çünki o mübarək ayədə, şərafətli “Həyy və Qəyyum” sözləri vardır.
İmam Sadiq (ə) buyurmuşdur: Hər nədə zirvə vardır, Quranın da zirvəsi “ayətəl-kürsi”dir. Onu bir dəfə oxuyan şəxsdən Allah Taala min dünya ağrı-acısını və min axirət narahatçılığını uzaqlaşdırar ki, dünya ağrı-acısının ən yüngülü yoxsulluq və axirət narahatçılığının ən yüngülü qəbir əzabıdır. Mən də o məqama nail olmaq arzusu ilə onu (ayətəl-kürsi) oxuyuram. (Qamusi Quran, cild 6, səh: 101 - 103) Qeyd etmək lazımdır ki, Həzrət Rəsuldan (s) nəql olmuş rəvayətə və İmam Əlidən (ə) nəql olmuş təcrübəyə əsasən “ayətəl-kürsi” 50 kəlmədən ibarətdir. Buna əsasən də son iki əsrdə müsəlmanlar arasında Bəqərə surəsinin üç ayəsinin birlikdə oxunmasına baxmayaraq 255-ci ayə “ayətəl-kürsi”dir. Mühəmməd (s) Peyğəmbər buyurmuşdur: Ayətəl-kürsi oxunan evdən İblis uzaqlaşar, sehr və cadu o evə daxil olmaz.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter