Allahın bizdən razı olmasını bilmək üçün hansı ölçülərlər tanımaq olar?!


GÖRƏSƏN, ALLAH BİZDƏN RAZIDIR!!
Bir nəfər elə bu sualı İmam Baqirdən (ə) soruşduqda, o həzrət sualın cavabında belə buyurdu: “Öz qəlbinə müraciət et, gör Allahın dostlarını sevirsənmi? Əgər qəlbində Allah dostlarına yer ayırıbsansa, bil ki, Allah səni sevir və səndən razıdır.” (“Üsuli-kafi”, 2-ci cild, səh.126, “Hubbullah” bölümü.)
Ümumiyyətlə, “Allahın öz bəndələrinə sevgisinin əlaməti nədir?” – sualının cavabında deyə bilərik ki, Allahın Öz bəndələrinə sevgisinin çoxlu əlaməti ola bilər və onların ruhi-psixoloji halətləri ilahi sevginin göstəricisidir. Həqiqət odur ki, biz insanların birinə məhəbbəti olmasa, həmin şəxsin görüşünə getmərik, onu qonaq çağırmarıq, onunla danışmaqdan çəkinərik, ona məktub yazmaz və telefon vasitəsilə əlaqə qurmarıq. Bizim bu sayaq rəftarlarımız qarşı tərəfə daxili hisslərimizin göstəricisidir. Buna əsasən, bu kiçik müqayisə ilə Allahın bizə olan məhəbbət və sevgisini başa düşmək asanlaşır...


İNSANIN XOŞBƏXTLİK VƏ BƏDBƏXTLİYİ NECƏ İZAH OLUNUR?


həzrət Peyğəmbərdən (s) “Bədbəxt insan elə ana bətnində bədbəxt, xoşbəxt insan da elə ana bətnində xoşbəxt olur.” – kimi bəzi hədislər də nəql olunmuşdur. Bu hədislər bəzi insanları şübhəyə salmış və insanın məcbur varlıq olması kimi düşündürməyə vadar etmişdir
Bu hədisə əsasən, Peyğəmbərin (s) məqsədi budur ki, Allah-Taala insanın ilk yarandığı gündən bilir ki, o, gələcəkdə öz istəyi və ixtiyarı ilə hansı yolu seçəcək: iman yolunu, yoxsa azğınlıq yolunu?
1- Ayətullah Misbah Yəzdi: Hədisin mənası iki sadə cavabla belə izah edilir: a) Bu məsələ şəraitlə əlaqələndirilir, amma tam səbəb hesab etmək olmaz. Buna saleh və zinakar ata-anadan dünyaya gələn uşaqları misal göstərmək olar. Əgər uşaq saleh valideyndən dünyaya gələrsə, gələcəkdə xoşbəxt olacaq. Əgər zinakardan dünyay gələrsə, bəxbəxt olacaq. Bu halların heç birində məcburiyyət yoxdur...


Hz Peyğəmbər (s) tövbə etmək üçün hansı dua və zikri oxumağı tapşırır?!


Tövbə zikrinin necə olması barədə Cabir bin Əbdullah Ənsaridən əziz İslam Peyğəmbərinin (s) belə buyurduğu nəlq olunur:
“Tövbə və istiğfar etməyin ən alisini öyrənin (və o belədir): “Əllahummə əntə rəbbi, la ilahə illa əntə, xələqtəni və ənə əbdukə və ənə əla əhdikə və əbu`u bini`mətikə ələyyə və əbu`u ləkə bizənbi, fəğfirli, innəhu la yəğfiruz-zunubə illa əntə.”
“Ey Allahım! Sən mənim Rəbbim və sahibimsən! Səndən başqa yaradan (və ibadətə layiq olan) yoxdur! Sən məni yaratmısan və mən Sənin qulun və bəndənəm! Səninlə bağladığım əhd-peymana (layiqli bəndə olacağıma və əmrlərindən kənara çıxmayacağıma) sadiqəm! Etiraf edirəm ki, Sən mənə nemət vermisən (amma mən Sənin hüzurunda günah etmişəm)! Günahlarımın şərindən Sənə sığınıram! Bağışla məni ey Rəbbim ki, həqiqətən, Səndən başqa bağışlayan yoxdur!.” “Məanil-əxbar”, Şeyx Səduq, səh.140.


Hz Fatimeyi Zəhra (ə.s) bu dünyada hansı üç savab əmələ üstünlük verərdi?!


Həzrət Zəhranın (s.əHəzrət Zəhra (s.ə) bütün müsəlmanlar üçün örnək və nümunədir. Onun həyat tərzinə nəzər salaraq, çox sayda ibrət dərsləri götürmək olar.
Xanım (s.ə) buyurur: “Sizin dünyanızdan üç şeyin məhəbbəti qəlbimə düşmüşdür: Quran tilavəti, Allah Peyğəmbərinin (s) üzünə baxmaq, Allah yolunda infaq etmək”.
Quran tilavəti. -- Biz müsəlmanların çox təəssüf ki, ən az diqqət etdiyimiz dəyərli əməllərdən biri Quran tilavətidir. Bu əziz kitabı alırıq və evimizin ən yuxarı yerinə qoyuruq, ancaq çox vaxt onu vərəqləyib oxumuruq. Halbuki, Allah Təala Quranda buyurmuşdur:“Ey (tarix boyu gələn bütün) insanlar, şübhəsiz, Rəbbiniz tərəfindən sizin üçün bir öyüd-nəsihət (başdan-başa öyüd-nəsihət olan bir kitab), sinələrdə olan (xarab əqidələr və rəzil sifətlər) üçün bir şəfa və möminlər üçün bir hidayət və mərhəmət gəlmişdir. De: «Allahın lütf və rəhmətinə, (bəli) həmin lütf və rəhmətə sevinsinlər ki, o, onların yığdıqlarından daha yaxşıdır»”. (“Yunus” 57-58).) bu dünyada xüsusən sevdiyi 3 əməl!


Müztər kimdir? Niyə Allah Təala müztərin duasını yerinə yetirir?!


“(O şəriklərmi yaxşıdır) yoxsa darda qalan bir kimsə Onu çağırdığı (dua etdiyi) zaman ona cavab verən, onun zərər və çətinliyini aradan qaldıran, sizi yer (üzünün) canişinləri (Allahın yer üzündə canişinləri və gedənlərin yerində qalanları) edən kəs?”. (“Nəml” 62).
Bu ayədə adı çəkilən müztər sözünün lüğətdəki mənası çarəsiz və əlacsız deməkdir. Yəni, o kəs ki, çarəsizlik onu əhatə etmişdir, ona müztər deyilir. Bu ayədə adı çəkilən darda qalan kimsə müztərdir. Allah Təala bu insanın duasını və hacətlərini yerinə yetirər. Bu insan dua edən zaman ona görə duası qəbul olur ki, müztər halında olur. O zamana qədər ki, insan çarəsiz olmaz, duası həqiqət libasına bürünməz. Bu şəraitdə olan hər bir insan dünyada olan hər şeydən əlini üzər. Sadəcə Allaha diqqət edər və ondan xaliscəsinə istəyər. Allaha xalis dua etdiyi üçün də, Allah həmin hacətini yerinə yetirər. Baxmayaraq ki, Allah Təala başqa şəraitlərdə olan duaları da qəbul edir, ancaq bu ayədə


İlahi hacətləri yerinə yetirin ki istəkləriniz qəbul olunsun?! Hədisin izahı


İmam Zaman ağa (ə.f) buyurur: “Hər kim Allah Təalanın hacətinin ardınca olar, Allah da onun hacətinin yerinə yetməsinin ardınca olar”.
Hədisin şərhi: Bu hədisi Şeyx Səduq nəql etmişdir. Belə ki, İmam Zaman ağa (ə.f) Əbi Həlisin hacətinə görə ümumi olaraq bəzi əxlaqi mövzulara işarə edərək buyurmuşdur: “Hər kim Allahın hacətinin yerinə yetirmək ardınca olar, Allah da onun hacətinin ardınca olar. İstəyini yerinə yetirər”. Bu hədisdə Həzrət (ə.f) Allahın hacəti dedikdə İmam Hüseynin (ə) ziyarətini nəzərdə tutmuşdur. Ancaq ümumi bir mövzuya toxunmuşdur və İmam Hüseynin (ə) ziyarətini o mövzulardan biri kimi göstərmişdir. Yəni, insan elə iş görər ki, əcri Allahın istədiyi olsun, bu işi Allahın hacəti və istəyi adlandırmaq olar. Allah da onun işini islah edər...


Dua etməzdən əvvəl Allahın hansı 8 adı deyilsə, dua qəbul olunar?!


Həzrət Peyğəmbər (s) buyurur: “Allahın səkkiz adı vardır ki, ərşin sütununda, günəşin qəlbində, behiştdə və Tuba ağacında yazılmışdır. Hər kim dua etməzdən əvvəl onları deyərsə, duası yerinə yetər. Bu səkkiz ad ibarətdir: یا دائِمُ ,یا حَیُّ, یا وتْرُ, یا فردُ, یا اَحدُ, یا قَویُّ, یاقَدیمُ, یا قاد
“Allah” adı Quranda 980 dəfə istifadə olunmuşdur. Allahın bütün camal və cəlal sifətləri bu adda cəm olmuşdur. Bu ad, Allahın müqəddəs zatına işarə edir. Ona görə də nə zaman “Allah” sözü deyilər, Allahın bütün gözəl adları deyilmiş olar.
İmam Əli (ə) buyurur: “Hər kim Qurandan Allahın 100 ayəsini hansı yerindən olursa-olsun oxuyarsa və ondan sonra yeddi dəfə “Ya Allah” deyərsə, əgər daşa oxuyarsa, Allah Təala onu parçalayar”.


İmam Əli (ə) çox tərifləməyi və həqiqətləri deməyən insanı necə şəxsiyyət olaraq tanıtdırmışdır?!


İmam Əli (ə) buyurur: “Layiq olandan çox tərifləmək – yaltaqlıq, layiq olandan az tərifləmək isə paxıllıqdır”. İmam Əli (ə) haqqında deyirlər ki, başqasına həddən artıq sitayiş edən birinə Həzrət (ə) buyurur: “Bu işdən çəkin ki, çox yaltaqlanmaq öz ardınca bədgümanlıq gətirər. Əgər mömin qardaşın sənin etimadına layiq olubdursa, ona yaltaqlanmaqdan çəkin və hüsni-niyyət göstər”. Həzrət Peyğəmbər (s) buyurur: “Sitayiş edən yaltağın üzünə torpaq tökün”.
İmam Sadiq (ə) buyurur: “Allah bəndəsi bəndəliyin kamalına çatmaz, məgər o halda ki, başqalarının mədhi və tənqidi sənin üçün eyni olsun.


İnsan Allah-Taala (c.c) yolunda dost və düşmənçiliyini necə bilsin?


“Bir gün Peyğəmbər (s) səhabələrindən birinə buyurur: «Ey Allah bəndəsi! Allah yolunda sev və nifrətə malik ol, Allah üçün məhəbbət və düşmənçilik et. Allah Təalanın vilayətinə çatmazsan, məgər onunla». Həmin şəxs Həzrətə (s) deyir: “Allah yolunda dostluq və düşmənçiliyimi necə bilim? Allahın vəlisi kimdir ki, (onu) sevim. Allahın düşməni kimdir ki, düşmən biləm?”Peyğəmbər (s) İmam Əliyə (ə) işarə edərək buyurur: “Onu görürsən?”.Həmin şəxs deyir: “Bəli”.
Həzrət (s) buyurur: “Bu, Allahın vəlisidir, ona görə də onu sev. Düşməni – Allahın düşmənidir, ona görə də onu düşmən bil. Dostunu sev, hətta əgər atanın və övladının qatili olsa belə. Düşmənini düşmən bil, baxmayaraq ki, atan və övladın olsa belə””.


Allah insanı özbaşına buraxıbmı? - İmam Baqirlə (ə) bir alim arasında olan münazirə


Həsən Bəsri İmamın (ə) yanına gəlir və deyir: “Gəlmişəm ki, sizə sual verim”. İmam (ə) buyurur: “Məgər sən Bəsrə camaatının fəqihi deyilsən?”. Deyir: “Bu cür deyirlər”.
İmam (ə) buyurur: “Öhdənə böyük iş götürmüsən. Eşitmişik ki, deyirsən Allah insanları öz halına buraxmışdır?”. Həsən Bəsri sakit oldu. İmam (ə) buyurdu: “Əgər Allah kimisə aman vədəsi versə, o, məgər nədənsə qorxa bilərmi?”. Deyir: “Yox”. Buyurur: “Mən bir ayə oxuyacağam ki, sən onu səhv təfsir etmisən”. Soruşdu: “Hansı ayə?”.
Buyurdu: “Onlarla (şəhərləri ilə) bərəkət verdiyimiz şəhərlərin (Şam torpaqları) arasında aşkar (yaxın və bir-birinə bitişik) şəhərlər yaratmış və onların arasında gediş-gəliş müəyyən etmiş və məhdudlaşdırmışdıq (məskənlərin fasiləsi və onların arasındakı get-gəlin miqdarı bir ölçüdə idi və onlara buyurduq:) «Gecələr və gündüzlər bu şəhərlərin arasında aramlıq və əmin – amanlıqla get-gəl edin»”. (“Səba” 18).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter