Allahın adı yazılan kağızları nə edək?


Bir çox hallarda bu məsələ ilə qarşılaşırıq. Müəyyən qəzet vərəqlərində, bukletlərdə, dəvətnamələrdə və başqa vərəqlərdə Allahın adının yazılması \"bu vərəqləri nə edək?\" sualını yaradır. Tövsiyyə edilir ki, bu cür vərəqləri basdırmaq lazımdır. Amma şəhər həyatı yaşayan insanlar bəzən vərəqləri basdırmaq üçün münasib yer tapa bilmir. Belə olduğu təqdirdə hörmətsizlik hesab olunmayacaq şəkildə “Allah” sözünü aradan aparmaq (pozmaq) lazımdır. Qeyd etmək lazımdır ki, Allah sözünün yazılışına yalnız ərəb deyil, bütün dillərdə ehtiram olunmalıdır.


Məhəmməd Peyğəmbərə (s) aid edilən portret həqiqətə uyğundurmu?


...Təəssüf ki, uzun müddətdir bir gənc oğlan portreti bəzi dindarlar tərəfindən Həzrət Mühəmməd Peyğəmbərin (s) şəkli hesab edilir. Son onilliklərdə bəzi müsəlman ölkələrində bu şəkil məqsədyönlü şəkildə dindarlar arasında təbliğ edilmişdir. İddia olunur ki, həmin portreti Peyğəmbərin (s) yeniyetməlik vaxtı əmisi Əbu Taliblə Şama səfəri zamanı görüşdüyü xristian rahib Bəhira (Büheyra) çəkibmiş. Bu məlumat tamamilə yanlışdır. Əvvəla, həmin portret miladi VII əsrin üslubuna qətiyyən uyğun deyil. O dövrdə bu üslubda portret dünyanın heç bir ölkəsində çəkilmirdi. İkincisi, həmin şəklin müəllifi və tarixi məlumdur. Portretin müəllifləri alman əsilli fotoqraf-rəssamlar Lehnert və Landrockdur. Onlar XX əsrin əvvəllərində bir müddət ərəb ölkələrində yaşamış və ərəb mühitini əks etdirən silsilə fotolar çəkmişlər.


Maddi sıxıntı və qəzəb probleminin həlli haqda Ayətullah Məzahiri hansı tövsiyəni edir?!


Böyük əxlaq və irfan ustadlarından olan Ayətullah Məzahiri iki mövzu barədə tövsiyələrini bildirib:
Ayətullah Məzahiri bildirib: “Təlaq surəsinin 2 və 3-cü ayəsində olan bu sözləri çox desin “Və mən yəttəqillahə yəccəllahu məxrəca və yərzuqhu min heysu la yəhtəsib) - (Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər). Bu zikrin günahdan çəkinmək şərti ilə çox köməyi olacaqdır.” Qəzəblənməklə bağlı suala isə Ayətullah Məzahiri cavab olaraq bildirib: “Qəzəb halınızın pis aqibətlərini özünüzə xatırladın. İmam Əlinin (ə) dediyi kimi: “Qəzəbin əvvəli dəlilik, sonu isə peşmançılıqdır. Bundan əlavə “La həvlə vəla quvvətə illə billəh” zikri də çox xeyirlidir.


Ayətullah Behcətdən itən əşyaların tapılması üçün TÖVSİYƏ


Mərhum Ayətullah Behcət itən əşyanın tapılması üçün bu duanı tövsiyə edərmiş...
“Allahummə inni əs`əlukə, ya müzəkkirəl xayr və fəiluhu vəl əmuru bihi, ən tusəlliyə ələ Muhəmməd və əli Muhəmməd, və tuz\'kkirani ma ənsənihiş Şəytan” (İlahi! Ey xeyirli işləri yada salan, görən və ona əmr edən! Səndən Muhəmməd və ali Muhəmmədə salam göndərməyini və Şeytanın unutdurduğu şeyi mənə xatırlatmanı istəyirəm).
İmam Həsən Əsgəridən (ə) nəql olunan bu dua, həmçinin unudulan məsələləri xatırlamaq üçün də təsirlidir. Bundan əlavə Quranda da bəzi ayələrin unutqanlıq probleminə xeyri vardır. Ayətullah Behcətin məhzərində, səhifə 113


Niyə Allah bəzi əməllərin əvəzini bu dünyada deyil, axirətdə verəcək?


Bu dünyanın sonu çatdıqdan sonra başqa bir aləmin – axirət həyatının başlayacağına inam bü-tün ilahi dinlərdə və əqidə məktəblərində mövcuddur. Detallardakı fərqlilikləri nəzərə almasaq, bütün inanc və ideologiya təlimləri zülmlə dolmuş dünyanın sonunda Xeyirlə Şər arasında şiddətli mübarizədən (armaggeddon) sonra canlı və cansız aləmin məhv olacağını, bundan sonra bütün insanların öz əməllərinə görə cavab verəcəyini və buna uyğun olaraq əvəz alacağını bildirir. İslam ən kamil din olduğu üçün axirət inancını da ən kamil şəkildə özündə əks etdirir. Təsadüfi deyil ki, hər bir müsəlmanın inanmalı olduğu iman əsaslarından (üsulid-din) biri məaddır. Məad (ərəb dilindən tərcüməsi «qayıdış, dönüş» deməkdir) – qiyamət günündə bütün insanların dirilərək məzardan çıxacağına, məhşər məhkəməsində mühakimə olunacağına, bundan sonra ya cənnətə, ya da cəhənnəmə aparılacağına inam deməkdir...


Quran «hamı səcdədədir» buyurarkən, nəyi nəzərdə tutur?


... «Rəd» surəsinin 15-ci ayəsində belə buyurulur: «Göylərdə və yerdə kim varsa, özləri də, kölgələri də səhər-axşam, istər-istəməz Allaha səcdə edər». Ayədəki «istər-istəməz» kəlmələri aşkar göstərir ki, nəzərdə tutulan səcdə təşri´i yox, təkvinidir. Bəs bu hansı səcdədir?
Bu barədə təfsirçilər müxtəlif fikirdədirlər. Bir qrup təfsirçinin fikirincə, ayə bütün kainatda ilahi qanunların hökm sürdüyünə bir işarədir.
Digər bir qrup təfsirçi isə, ayədə bütün mövcudların kölgələrinin səcdəsindən danışıldığını bildirirlər. İstər insan, istər təbiətin hər hansı bir elementi kölgəyə malikdir. Səhərlər bir istiqamətdə kölgə günorta düzəlir, axşam isə əks istiqamətə yönəlir. Kölgənin bu hərəkəti səcdəni xatırladır./iman.ge


İstixarənin mənasını necə başa düşmək olar? Ayətullah Məkarim Şirazinin izahı


Rəvayətdə oxuyuruq: “Allah-təala ondan xeyir istəyən bütün bəndələrinə bu xeyiri yetirir.” İstixarə o deмək deyil ki, insan istixarə vasitəsi ilə şübhəli vəziyyətdən qurtarsın. Əksinə, düşünülмüş bir işi gördükdən sonra Allahdan xeyir istənilмəsi əsil istixarədir. Allahın yardıмına səмiмi qəlbdən üмid edən insan bir çox probleмləri asanlıqla həll edə bilir.
İkincisi, bu gün xalq arasında başqa bir istixarə мəşhurdur. Aммa taleyini istixarəyə tapşıran adaм aşağıdakı şərtləri nəzərə alмalıdır:
1. Ağıl və düşüncənin yardıмı: Allah-təala insanlara ağıl və düşüncə kiмi bir neмət verмişdir. Ağıl bir çox hallarda xeyir və ziyanı təyin edə bilir. Belə hallarda təsbeh və ya Quranla istixarə etмək düzgün deyil.
2. Мəluмatlı adaмlarla мəsləhət: İslaм dini мəsləhət-мəşvərət мəsələsinə böyük əhəмiyyət verмişdir. Мəsləhət iмan əlaмətlərindən sayılır. Qurani-мəcid buyurur: “İşlərini öz aralarında мəsləhət-мəşvərətlə görərlər...” Allah-təala Öz Peyğəмbərinə göstəriş verir ki, мühüм işlərdə yaxın adaмları ilə мəsləhətləşsin. Əgər insan çətinlik çəkdiyi sahədə мütəxəssislərlə мəsləhətləşərsə, istixarəyə ehtiyac qalмaz...


Alverlə bağlı bir neçə şəri suallara cavablar!


Sual: Ticarətdə satılan maldan nə qədər qazanc əldə еtməyə icazə vеrilir?
Cavab: Qazanc əldə еtməyin müəyyən bir həddi yoxdur. Buna görə də zülm və insafsızlıq həddinə çatmayınca və dövlət qayda-qanunlarının ziddinə olmayınca işkalı yoxdur. Amma yaxşı olar ki, hətta müstəhəbdir ki, satıcı öz dolanışıq xərclərini çıxarmaq miqdarında qazanc əldə еtməklə kifayətlənsin.
Sual: Bir nəfər öz mülkiyyətində olan sudan ayrı-ayrı şəxslərə müxtəlif qiymətlərlə satır. Bu suların hamısının bir quyu və arxdan olmasını nəzərə almaqla, qiymətlərin müxtəlif olmasına öz е`tirazımızı bildirməyə haqqımız varmı?
Cavab: Əgər satıcı həmin suyun həqiqi sahibidirsə və ya şər`i nöqtеyi-nəzərdən onu satmaq səlahiyyəti vardırsa, digərlərinin qiymətin müxtəlif olmasına е`tiraz еtməsinə haqqı yoxdur...


Uduşlu kağızlar(lotoreya) ilə bağlı şəri hökmlərə cavablar!


Uduşlu kağızlar(lotoreya) ilə bağlı müxtəlif məsələlər:
Sual: Lotorеya bilеtlərini alıb-satmaq və mükəlləfin udduğu mükafatı götürməsinin hökmü nədir?
Cavab: Lotorеya bilеtlərini alıb-satmaq düzgün dеyil və mükafatı (uduşu) alan bir şəxs onun (şəri) maliki olmur və onu almağa haqqı yoxdur.
Sual: Camaat arasında “еkoloji hədiyyə”, yaxud “rəhmət hüması” adları ilə hazırlanıb yayılan vərəqələri hazırlamaq, onlar üçün pul vеrmək və bu vərəqələr vasitəsilə püşkdə iştirak еtməyin hökmü nədir?
Cavab: Xеyriyyə işlərində sərf olunmaq, xеyriyyəçiləri püşk atmaq yolu ilə bu işə sövq еdib rəğbətləndirmək məqsədi ilə xеyriyyə vərəqələrinin hazırlanıb yayılmasının öz-özlüyündə şəri işkalı yoxdur. Еləcə də xеyriyyə işlərində iştirak еtmək məqsədi ilə bu vərəqləri hazırlamaq üçün pul vеrməyin еybi yoxdur...


Sual: Kərbəla cinayəti fərdi məsələdir, yoxsa ictimai?


Cavab: Atası Müaviyənin qəsb etdiyi xilafət taxtına oturan Yezidin törətdiyi bu cinayət heç də Həzrət İmam Hüseynin(ə) şəxsiyyətinə qarşı yönəlməmişdi. Bu ilahi şəxsiyyət Yezid ibn Müaviyənin oturduğu taxt-taca və onun zülmkar və fasiq hökuməti üçün bilavasitə təhlükəli idi. Yezidin Mədinə valisinə məktub yazaraq “Hüseyn ibn Əlinin ya bey’ətini, ya da başını mənə göndər” deməsi və ətrafındakıların ona hoqqabaz və hiyləgər atası Müaviyyənin oğlunun ağılsızlığını bilərək “Hüseyn ibn Əli ilə müharibə etmə, səltənəti əldən verərsən” deməsini xatırladarkən əli ilə oturduğu taxta işarə edərək onlara: “Ya Hüseyn, ya bu taxt-tac” deməsi buna açıq-aşkar dəlildir. Yezid ibn Müaviyə ibn Əbu Süfyan İmam Hüseyni (ə) cəmiyyətdən uzaqlaşdırmaqla həmin cəmiyyətin üzərində öz cinayətkar hökumətini möhkəmləndirmək niyyətində idi.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter