Doktor Şəriəti hansı xüsusiyyətləri gözəl olaraq tanıtdırır?


Doktor Şəriəti hansı xüsusiyyətləri gözəl olaraq tanıtdırır?Rəhbər bu şəxsiyyət haqda buyurur: \"Şəriəti həqiqəti qəbul edib insaflı adam olmnuşdur\". Doktor Əli Şəriəti bəzi xüsusiyyətlərin barəsində belə deyir: \"1-Camaatın çoxu adətən insafsızdır, onları bağışlamağa çalış, 2-Əgər mehriban olsan səni gizli hədəflərə çatmaq üçün belə olduğunu düşünərlər, yenə də mehriban ol, 3-Əgər inkişaf etsən yalançı dostların çoxalıb həqiqi düşmənlər tapacaqsan, yenə də inkişafdan əl çəkmə, 4-Əgər düzgün iş görən olsan aldatmağa çalışacaqlar, yenə də izzətli və düzgün iş gör, 5-O şeylər ki, illər boyunca quruculuğunda çalışqanlıq etmisən mümkündür ki, xarab etsinlər, yenə də quruculuğunu əldən vermə. 6-Əgər sevinci günlər və rahatlığa əlin çatsa paxıllıq edərlər, yenə də şad olmağı unutma, 7-Daxili gözəlliklərini unudarlar, yenə də yaxşı əməl sahibi ol, 8-Sonucların hamısını Allah dəyərləndirir, camaat yox. - Yaxşı adam və mehriban olub xeyirxah istər insanlardan ol.


Savabı 10 həccə bərabər olan əməl hansıdır?


Savabı 10 həccə bərabər olan əməl hansıdır? O əməl ki, Allah dərgahında 10 bərabər həcc savabını qazandırır hədislərdə mömin qardaşın çətinliyini həll etmək kimi tanıtdırılmışdır ki, bu haqda Səhabələrdən biri nəql edir: “İmam Sadiqdən (ə) eşitmişəm ki. buyurub: “Hər kim Allahın evini təvaf edər, Allah Təala ona 6 min həsənə yazar, 6 min günahını bağışlayar və ona 6 min dərəcə əta edər. Onun 6 min hacətini yerinə yetirər. Bir möminin düyününü açmaq bu təvafın on bərabər fəzilətinə malikdir””.


Qəm və qüssəni aradan aparmaq üçün zikrlər və istiğfarlar nələrdir?


Qəm və qüssəni aradan aparmaq üçün zikrlər və istiğfarlar nələrdir? Quran ayələri və hədislər qəm və qüssəni aradan aparmağın yollarını tövsiyə edir ki, onlara işarə edək: 1. Allahla dostluq. -Allahla davamlı olaraq qəlb rabitəsi yaratmaq və Onunla dostluq etmək insana qəlb rahatlığı gətirər. 2. Yəqin. -Möminlik müsəlmanlıqdan yüksəkdir. Yəqin və inam isə təqvanın ən yüksək dərəcələridir. 3. Dünyanı və əhlini tanımaq. -Dünya - çətinliklər evidir. Dünya məhəbbəti ruhu əsir edər. Şadlığı qalıcı deyildir. 4. Allahdan yardım istəmək. -Bəzən insan ruzigarın çətinliyinə görə taqətsizlik edir. Şeytan da bu haldan istifadə edir. Ümidsizlik və şəkk qapılarını açır. Yavaş-yavaş onu Allaha qarşı bədbin edir. O, da naşükür olur. Belə halda Allaha pənah aparmaq və şeytandan uzaq olmaq çox təsirlidir. 5. Yunusiyyə zikri. -Mərifət və ürfan əhli yanında bu zikr (“Lə iləhə illə əntə. Sübhənəkə inni kuntu minəz-zalimin”) qəmi aradan aparmaq zikri kimi məşhurdur.


Hədislərə əsasən şeytanın hücumundan amanda qalan 6 dəstə kimlərdir?


Hədislərə əsasən şeytanın hücumundan amanda qalan 6 dəstə kimlərdir? Hər bir imanlı şəxs həmişə bu məsələni nəzərə almalıdır ki, dünyada zahiri düşmənlərdən əlavə gizlində olan Şeytan hücumlarından heç zaman amanda qala bilməyəcək. Bunun qarşısında sipər yaradıb özünü şeytani fəsadlardan amanda qalmaq üçün bəzi əməllər görməlidir ki, ziyanları özündən uzaqlaşdırsın və ya Allahın rəhmət və nəzərini özünə çəkib Şeytandan amanda qalmağı bacarsın. Hədislərə nəzər saldıqda görürük ki, şeytan 5 insanları öz tələsinə sala bilmədiyinə etiraf etmişdir. İmam Sadiq (ə) buyurur: “İblis deyir: “Beş nəfər vardır ki, mən onlara hakim deyiləm. 1-O kəs ki, sadiq niyyət ilə Allaha söykənər və bütün işlərində Allaha təvəkkül edər, 2-gecə və gündüz təsbihi çox olar, 3-mömin qardaşı üçün özü üçün bəyəndiyini bəyənər. 4-Ona çatan müsibətə görə taqətsizlik etməz. 5-O şeyi ki, Allah onun ruzisi etmişdir, razı olar””.


Uşaqları 7 yaşından namazla tanış etmək lazımdır?


Uşaqları 7 yaşından namazla tanış etmək lazımdır? Ailə - övladın tərbiyə və yetişdiyi ocaqdır. Valideyn çalışmalıdır ki, övladını cəmiyyətə təhvil verməmişdən qabaq onun etiqadını gücləndirsin və vacibatları ilə tanış etsin. (Tebyan) İnsanın bütün əxlaq və rəftar sifətləri uşaqlıq dövründə formalaşar. Ona görə də ata və ana gərək övladlarına ilk andan düzgün tərbiyə verməyə çalışsınlar. İmam Əlinin (ə) buyurduğu kimi, övladlarınızı elə tərbiyə edin ki, itaətkar və Allahdan qorxan olsunlar. Bunun üçün də gərək valideyn özü Allahını tanısın, Ondan qorxsun və Onu sevsin. Çünki bütün valideynlər övladları üçün numunədirlər. Onların rəftar və adətləri övladlarının şəxsiyyətini formalaşdırır. Valideyn çalışmalıdır ki, övladı Quranla ünsiyyət qursun və məclislərə getməyə həvəsli olsun. Ona görə də ilk növbədə valdieyn özü namazına diqqət etməli və onu əvvəl vaxtda qılmalıdır. Və beləliklə də tərbiyənin ən önəmli məsələsi övladı dindar və namaz qılan etməkdir. Ən yaxşı yaddaşı da uşağın elə yeddi yaşındadır.


100 müctəhid yetişdirən alim kimdir?


100 müctəhid yetişdirən alim kimdir? Axund Xorasani – 100 müctəhid yetişdirən alim - Axund Xorasani kimi tanınan Molla Hüseyn oğlu Məhəmməd Kazım qəməri təqvimlə 1255-ci ildə Məşhəd şəhərində dünyaya göz açıb. Atası Molla Hüseyn din təbliğindən əlavə, Məşhəd-Herat arasında ipək ticarəti ilə məşğul olub. Axund Xorasani elmi səviyyəsini, mənəvi halını yüksəltmək üçün gecə-gündüz zəhmətə qatlaşır və bu istiqamətdə heç bir çətinlikdən qorxmur. Özü bu barədə deyir: \"Yeganə yeməyim təfəkkür idi, lakin yenə də qane olmurdum. Heç vaxt nəyəsə görə gileyim olmadı. Altı saatdan çox yatmırdım. Gecələri oyaq qalırdım. Ulduzlarla dostlaşmışdım. Ac qarına yatmaq çox çətindir\". Axund Xorasani 13 il ərzində Şeyx Ənsari, Seyid Əli Şüştəri, Şeyx Razi ibn Məhəmməd Nəcəfi, Mirzayi Şirazi kimi böyük alimlərin dərsində iştirak edir. ...


Cəhənnəmin 7 qapısının üzərində nə yazılıb?


Cəhənnəmin 7 qapısının üzərində nə yazılıb? Cəhənnəmin yeddi qapısı vardır ki, hər birinin üzərində bu sözlər yazılmışdır:
1-Cəhənnəmin birinci qapısına yazılmışdır: “O kəs ki, Allaha ümid bəsləyər - səadətli olar. 2-İkinci qapıya yazılmışdır: “O kəs ki, Qiyamət günü paltarsız məhşur olmaq istəyimirsə, dünyada paltarsızı geyindirsin. 3-Üçüncü qapıya yazılmışdır: “Allahın nifrini yalançılara, simiclərə və zalımlara olsun”. 4-Dördüncü qapıya yazılmışdır: “Allah xar və zəlil etsin o kəsi ki, İslamı təhqir edər. 5-Beşinci qapıya yazılmışdır: “Havayi-nəfsinin ardınca getmə ki, imanın əksinədir. 6-Altıncı qapıya yazılmışdır: “Mən (cəhənnəm) Allah yolunda səy edənlərə haramam”. 7-Yeddinci qapıya yazılmışdır: “Hesabınıza baxılmamışdan əvvəl özünüz hesabınıza baxın.


Halal ruzi qazanmağın 8 formulu nədir?


Halal ruzi qazanmağın 8 formulu nədir? İbadətin 70 bölməsi vardır. Onun ən böyük hissəsi - halal ruzi qazanmaqdır. Övladın atası üzərindəki haqqı budur ki, ruzisini halal yolla təmin etsin. İmam Sadiq (ə) buyurur: “Hər kim duasının yerinə yetməsini istəyirsə, gərək gəlirini halal etsin. Qarnında haram tikə olan heç bir bəndənin duası Allah dərgahına yuxarı qalxmır”. (Tebyan) Dinimiz halal ruzi qazanmağın formulunu müəyyən edib bizlərə çatdırmışdır. Onlara işarə edək: 1. Allahın Rəzzaq olduğunu qəbul edək. 2. Halal ruzi qazanmaq üçün səy et. 3. Qənaətcil ol və ailəni də buna adət etdir. 4. Hər bir haramdan çəkin. 5. Malının xümsünü ver. 6. Səhər tezdən iş başına get. 7. Sileyi-rəhm et. 8. Xoş əxlaqlı ol.


Namazda kişilərin paltarı necə olmalıdır?


Namazda kişilərin paltarı necə olmalıdır? Namazda kişilərə icazə verlir ki, qısa qollu paltarla və ya eləcə də gödək şalvarla misal üçün idman şalvarı ilə namaz qılsın, bir məsələyə diqqət gərəkir: bu icazə yalnız namazı tək qılandadır, yəni naməhrəm olan yerdə namaz cəmiyyətin hörmət həddə geyinilməsi lazım olan paltar geyinmək gərəkir.


Həftənin hansı günlərində evlənilmiş ailənin uşaqları müsbət xüsusiyyətli olurlar?


Həftənin hansı günlərində evlənilmiş ailənin uşaqları müsbət xüsusiyyətli olurlar? Ailə quruluşu üçün İslam maarifləri çoxlu qanunlar tənzim edib və demişdir valideynin hər cür hərəkəti uşaqın gələcəyində təsirlidir hətta buyurmuşdur ki, hansı gündə evlənmə mərasimi olsa o gündə olan toy günündə uşaqın dünyaya gəlməsi Allahın nemətlərindən olsa uşaq bu növ xüsusiyyətlərə malik olar: 1-Hər kəs birinci günün açlan gecəsi (bazar günü axşam) evlənsə, övladı din qorucusu olar, 2-İkinci günün açlan gecəsi, səadətə yetişən şəxs olar, 3-Dördüncü günün açlan gecəsi, hakim və ya alimlərdən olar, 4-Cümə gününü açlan gecəsi, güclü və bacarıqlı söz sahibi və minbərçi olar, 5-Cümə günün əsr vaxtında, övlad bilikli insanlardan olar, .... (və başqa İslami tövsiyələr var ki, onları da dini evləyə aid kitablara baxsanız məlumatınız daha da geniş olar).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter