Yalan danışmaq insanı münafiqliyə çəkər ziyanlar nələrdir?


Yalan danışmaq insanı münafiqliyə çəkər ziyanlar nələrdir? Yalan danışmaq ən pis rəzil sifətlərdəndir. Yalan danışmaq insana çox sayda ziyan vurar. O cümlədən: 1. İmanı məhv edər. 2. İlahi hidayətdən məhrum olar. 3. Küfr üçün zəminə hazırlayar. 4. Nifaq üçün şərait yaradar.


Kamillik yoluna çıxan qadının 7 xüsusiyyəti nələrdir?


Kamillik yoluna çıxan qadının 7 xüsusiyyəti nələrdir? Həzrət Peyğəmbərə (s) müjdə verdilər ki, qızı olmuşdur. Həzrət (s) səhabələrinə nəzər salır və görür ki, onlar heç də razı deyildirlər. Ona görə buyurur: “Sizə nə olmuşdur? Mənə elə bir gül verilmişdir ki, onun ətrini iyləmişəm və ruzisi də Allah Təalanın öhdəsindədir”. (Tebyan) Bir müsəlman qadının gərək bu 7 xüsusiyyəti olsun ki, Həzrətin (s) buyurduqlarına layiq olsun: 1. Vüqar. 2. Ürəkləri Allaha diqqət edər. 3. İcimai inkişaf amili. 4. Rahatlıq mənbəyi. 5. Ərini layiqli insan etməyə qadirdir. 6. Qadın olması ilə fəxr edər. 7. Cəmiyyətdə özünü nümayş etdirməz.


Allaha görə dostluq və düşmənçilik etmək zəruri bir məsələdir?


Allaha görə dostluq və düşmənçilik etmək zəruri bir məsələdir? Hər ağıllı insan etdiklərini bir yerə söykəməlidir. Elə ona görə də İSlam təlimləri deyir ki,müsəlman şəxs Allahın dostları ilə dost və düşmənləri ilə mərhəmətlə rəftar etməkdən çəkinməlidir. Bu barədə iki hədisi nəql edək: 1- İmam Sadiq (ə) buyurur: “İmanın möhkəm vasitəsi bunlardır: Allaha görə sevəsən və Allaha görə düşmən biləsən. Allaha görə əta edəsən və Allaha görə əsirgəyəsən”. 2-Həzrət Əli (ə) bir nəfəri görür ki, düşmənin əleyhinə elə çalışır ki, özünə ziyan vurur. Həzrət (ə) buyurur: “Sən o kəsə bənzəyirsən ki, nizəni öz bədəninə daxil edər ki, kənarında olan onu çıxartsın”. ...


Şəban ayının əməlləri nələrdir?


Şəban ayının əməlləri nələrdir? Şəban ayı Allahın seçdiyi bərəkətli əməl aylarından biridir ki, bu ayda çoxlu savablı əmələr dua kitablarında gəlmişdir o cümlədən: 1-hər gün 70 dəfə: “Əstəğfirullahə və əs’əluhut təubəh” demək. 2- Bu bir ay ərzində 1000 dəfə: “Lə ilahə illəllah və la nə’budu illə iyyəhu muxlisinə ləhud-dinə və ləv kərihəl-muşrikun” zikrini demək. 3- Bu ayın hər cümə axşamı günü 2 rükətli namaz qılınır, hər 2 rükətdə “Fatihə”dən sonra 100 dəfə “İxlas” surəsi oxunur. 4- Həzrət Peyğəmbərdən (s) nəql edirlər ki, Şəban ayının bazar ertəsi və cümə axşamı günü oruc tutanın Allah Təala 20 dünya və 20 axirət hacətini yerinə yetirər. 5- Bu ayda çoxlu salavat - “Əllahummə salli alə Muhəmmədin və ali-Muhəmməd” demək fəzilətlidir. 6-Həzrət Peyğəmbərə (s) nisbət verilən hədisdə buyurulub ki, kim Şaban ayının ilk 3 günü oruc tutub (həmin 3 günün) gecələri 2 rukət namaz qılsa, hər rukətdə bir dəfə “Fatihə”, 11 dəfə “İxlas” surələrini oxusa, böyük savablar əldə edəcəkdir.


Əqsa məscidinin müsəlmanlar üçün əhəmiyyətinin dəlilləri nələrdir?


Əqsa məscidinin müsəlmanlar üçün əhəmiyyətinin dəlilləri nələrdir? Büytül müqəddəs İslam dünyası və müsəlmanlar üçün böyük əhəmiyyətə malik bir məkandır. 4 dəlilə əsasən: -1-Fələstin bir torpaqdır ki, müsəlmanların qibləsi öncə oraya bağlı olmuşdur. 2-Əqsa məscidi müsəlmanlar üçün başqa cəhətdən də önəməli məkanlardan hesab olunur. O da İslam Peyğəmbərinin (ə) merac hadisəsinin burdan başlanması olmuşdur, 3-Beytül müqəddəsdə Əqsa məscidindən əlavə 36 məscid də yerləşdirilmişdir. onu qorumaq bütün müsəlmanların borcudur, 4-Hal Hazırda bu ölkədə olan böyük hadisələrin baş verməsinin qarşısını almaq cəhətindən müsəlmanların öhdəsinə vəzifələr düşür, Bu dörd səbəbə görə deyirik ki, Beytül müqəddəs və Əqsa məscidi ki onun daxilində yerləşir müsəlman ümməti üçün dini qeyrət və şəxsiyyət qorumaq simvolu olaraq böyük əhəmiyyətli bir məkan olaraq qəbul olunur.


Qurandan hansı surəni oxumaq qədr gecəsini əhya savabını verər?


Qurandan hansı surəni oxumaq qədr gecəsini əhya savabını verər? “Səcdə” surəsi Quranın 32-ci surəsidir. Məkkədə nazil olub və 30 ayəsi vardır. Bu surənin fəziləti barəsində Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Hər kim “Səcdə” surəsini qiraət edər, ona bənzəyir ki, Qədr gecəsini əhya saxlamışdır”. (Tebyan) Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Səcdə” surəsini yazar və özü ilə gəzdirər, hərarət, baş və əzələ ağrılarından amanda olar”.


Ölüm anında şeytanın (lən) hiyləsi nədir?


Ölüm anında şeytanın (lən) hiyləsi nədir? Şeytan dünyanın yaradılışından bəşərin babası olan Adəmin yoldan azdırdı, və hamını azdırmaqda əlindən gələni əsirgəmir və əlçəkməyəcəyinə söz vermişdir. Eləcə də ölüm anı onların ən təhlükəni hərəkət zamanıdır. Şeytanlar O zaman ki, insan ölüm anında olar, canı bədənindən çıxmaq istəyər, şeytan (lən) öz yoldaşları ilə bir yerdə başının üstünə gələr. Çalışar ki, müxtəlif hiylələrlə imanını aradan aparsın. Bu, can verən insan üçün ən ağır anlardır. (Tebyan) İmam Sadiq (ə) buyurur: “Elə bir insan yoxdur ki, şeytan ölüm anında məmurlarının biri ilə yanında hazır olmasın ki, onu vəsvəsə etsin. Dinini şəkkə salsın və onu küfrə çəksin. Bu vəsvəsə o zamana qədər davam edər ki, ruhu bədənindən xaric olar. ... Deyərlər: “Dinini burax və de ki, Allah iki dənədir. Bu yolla sənə üz verən bəladan nicat taparsan”.


Besətin zərurətlərini Quran ayələrinə əsasən açıqlayın?


Besətin zərurətlərini Quran ayələrinə əsasən açıqlayın? Quran ayələri baxımından besətin zərurəti bunlardır: 1-Allaha bəndəlik edib və tağutdan ayrılmaq, 2-Bəşər içindən haqla hökm etmək, 3-Bəşəriyyət içində ədaləti qurmaq, 4-İlahi qanunları öyrətmək, 5-Bəşərin zülümət yaşayışında nura hidayət, 6-Qiyamət hesab kitabında bəhanə gətirənlərə höccət, 7-İnsanların dirildilməsi, Əqlin məhvi insanın ölmüdür. 8-Yaxşılığıa dəvət edib, pisliklərdən çəkindirmək, 9-İxtilafların aradan getməsi,


Besətin gəlməsinin zərurətini əqli dəlillərini yazın?


Besətin gəlməsinin zərurətini əqli dəlillərini yazın? Peyğəmbər (s) bəşəriyyətin hidayəti üçün nazil oldu. Bundan əlavə 4 dəlil gətirmək mümkündür ki, Besət məsələsi qaçılmaz və bəşərin tarixində zəruri bir hadisədir. Besətin zərurətliyinin əqli dəlilləri: 1-PEyğəmbərlərin seçilməsi bəşərin inkişafı üçün qaçılmaz bir hadisədir, 2-Bəşərin ehtiyacları təmin etməkdə elminin naqis olması, 3-İnsan bacarığı cəmiyyət səadətini təmin etməkdə acizliyi, 4-Təkvini və təşrii məsələlərin bir-birinə bağlı olması, və onların uyğunlaşması üçün besətin lazımlığı


Peyğəmbərin (s) besəti haqda məlumat yazın?


Peyğəmbərin (s) besəti haqda məlumat yazın? Rəcəb ayının 27, (27 may 2014) il İslam Peyğəmbərinin (s) risalət məqamına çatdığı vaxtdır. Tarixə diqqət yetirdikdə hesablamaya görə miladi tarixlə Peyğəmbər (s) 610 ci ildə Allah tərəfindən Cəbaril vasitəsi ilə Ələq surəsinin 5 ayəsini oxumağa əmr olundu. Ki, insanın yaradılış mahiyyəti və onun böyük üstünlüyü haqda ki, onun oxuma xüsusiyyətidir, açıqlandı. 27 Rəcəb İslam ümmətinin böyük bayramlarından biri olaraq müsəlman təlimlərində qeyd olunmuşdur. bu gündə bir neçə əməlin edilməsi böyük dəyərə malikdir: Məfatih dua kitabında məsumların rəvayətlərindən istifadə olunur ki, bu gündə 1-Qüsl etmək müstəhəb bir əməldir, 2-Bu gündə oruc tutmaq hədislərə əsasən 70 illik müstəhəb oruc həddində dəyərləndirilir. 3-Çoxlu salavat göndərmək, ki çoxdan məqsəd ən azı 87 dəfə Peyğəmbər (s) və ailəsinə salam göndərmək deyilir. 4-Peyğəmbər (s) və ƏLi (ə) ziyarətnaməsini oxumaq, ki məfatih dua kitabında bu dua qeyd olunmuşdur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter