İmam Əlinin (ə) nəzərində imanın mahiyyəti, əsasları, növləri, həqiqəti, nişanələri nələrdir?


İmam Əlinin (ə) nəzərində imanın mahiyyəti, əsasları, növləri, həqiqəti, nişanələri nələrdir? “Nəhcul-bəlağə” kitabında iman mövzusunun xüsusi əhəmiyyəti vardır. Ondan bəzi nümunələrə işarə edək: İmanın növləri “Bəzi imanlar ürəkdə qərar tutur, bəziləri isə ürəklə sinə arasında”. -İmanın əsasları. İman dörd əsas üzərində sabitdir: səbir, yəqin, ədalət və cihad. -Yəqin dörd şöbədən ibarətdir: zirəkcəsinə olan bəsirət, alimcəsinə dərk etmək, keçmişdən ibrət götürmək, keçmişdəkilərin yolu ilə getmək. ...


Müsəlmanliqin əsas 3 wərti nələrdir?


Müsəlmanliqin əsas 3 wərti nələrdir? Quran ayələrindən və hədislərdən bu nəticəyə gəlmək olur ki, İslam dini üç ünsürdən ibarətdir: iman, əməl və əxlaq. (Erfan) İmanı İslam maarifini öyrənərək və Rəbbani alimlərə qulaq asaraq əldə etmək olar. Əməl isə vacibləri yerinə yetirmək və haramlardan çəkinməkdən ibarətdir. Bunu da vacibləri öyrənərək və haramları tanıyaraq yerinə yetirmək olar. Gözəl əxlaqa isə onu tanıyaraq və təmrin edərək malik olmaq olar. Bu üç həqiqət, açarın üç dişinə bənzəyir. Əgər bu açar insanın əlində olarsa, dünya və axirətdə bütün qapıları aça bilər. Xüsusilə də Allahın rəhmət qapılarını. İlahi feyzdən bəhrələnər və İlahi qürbə yaxınlaşar. ...


Vasvasılıq - əslində ruhi xəstəlikdirmi?


Vasvasılıq - əslində ruhi xəstəlikdirmi? Vasvasliq insanin boyuk cətinliklərindən biridir ki bəndəliyi ucun mane olaraq qəbul olunur. Misal ucun: Bir çoxları şəkk edər ki, dəstəmazları pozulub, ya yox. Hədisdə oxuyuruq ki, şeytan insanın fikrinə nüfuz edər və dəstəmazının batil olduğunu söyləyər. Bu fikirə etina etmək olmaz. İnsan gərək yəqin etsin ki, dəstəmazı pozulmuşdur. Məsələn, yatmışdır. Əgər şəkk etsə ki, yatmışdır, yoxsa yox, dəstəmazı pozulmaz. Dəstəmaz şəklə batil olmaz. Əgər biz bunu bilsək, halımız yaxşı olar. Bu misal wəri bir məsələ olaraq gətirildi eləcədə weytan insanin etiqadinda da nufuz edər ki momin waxs diqqat etmalidir ki məlun weytanin hiylələri onu yoldan cixarmasin.


Allahı tanımağın 5 bərəkəti nələrdir?


Allahı tanımağın 5 bərəkəti nələrdir? Məsumların (ə) nəzərinə görə, Allahı tanımaq özü ilə 5 bərəkət gətirər: 1. Yaranmışlardan ehtiyacsız olmaq. 2. Dünyaya qarşı laqeyd olmaq. 3. Allah qarşısında təvazökar olmaq. 4. İlahi təqdirə razı olar. 5. Allah qorxusu.


Hansı dəstə insanla dost olmaq olmaz?


Hansı  dəstə insanla dost olmaq olmaz? Elə insanlarla dostluq edin ki, sizinlə eyni səviyyədə olsun. Yaxşı olar ki, mənəvi cəhətdən bizdən üstün olanlarla yoldaşılıq edək. (Tebyan) İmam Baqir (ə) buyurur: “Atam mənə tövsiyə etmişdir ki, bir neçə nəfərlə nə yoldaş olum, nə onlarla yol gedim və nə də onlara söz deyim. Soruşdum ki, kimlərdir? Buyurdu: 1. Yalançı. (Sənə uzağı yaxın və yaxını uzaq edər). 2. Fasiq və günahkar. (Səni bir tikədən azına satar). 3. Axmaq. (Sənə xeyir vermək istəyir, ancaq ziyan vurur). 4. O kəs ki, qohumları ilə əlaqəsini kəsmişdir. (İlahi rəhmət ona şamil olmaz)”.


Hicabı qorumağın hikmətləri nələrdir?


Hicabı qorumağın hikmətləri nələrdir? Hicaba riayət etmək hər bir müsəlman qadının vəzifəsidir. Hicabı hifz etməyin bəzi hikmətləri vardır ki, onlara işarə edək: 1. Cəmiyyətin psixologiyası sağlam olar. 2. Qadının şəxsiyyəti qorunar. 3. Ailənin abrı qorunar. 4. Ailə bağları möhkəm olar. 5. Cəmiyyət hüzurlu olar. 6. Əxlaqsızlığın qarşısını alar.


Allah Təalanın 2 imtahanı hansılardır?


Allah Təalanın 2 imtahanı hansılardır? Allah insanları iddiaları və gücləri qədərincə imtahana çəkər ki, dediklərində nə qədər sadiq olduqlarını özlərinə göstərsin. ki, bəzi insanlar düşünüb hansı həqiqətə uyğun olduqlarını bilərlər amma bəziləri təssüf olsun ki, çoxlu səhv addım və yollara düşərlər. ki, Bu dünyada insanların imanı dəyərləndirmək üçün Alla onları iki imtahana çəkər: İlk imatahan Allah yolunda edilən cihaddır. Allah iman iddiasında olanlar üçün döyüş meydanı hazır edir. İkincisi: İmtahan isə Allaha, özündən qeyrisi ilə münasibətdən imtahana çəkər, Yəni mömin dostu ilə düşməni arasına sərhəd qoymalıdır. tələbi önünə gətirər. və mömin şəxsə başa salsın ki, iman iddiası mömin şəxslərə fayda vermək və İSlam düşmənlərindən uzaq qalmaqla təsdiqlənə bilər.


Şeytanın fəryad çəkdiyi 4 dəfə nə zaman olmuşdur?


Şeytanın fəryad çəkdiyi 4 dəfə nə zaman olmuşdur? İnsanların Allaha yaxın oldu zaman Şeytanın narahat olduğu bir zamandır. Xüsusən də bəşərin pis əməllərən tövbəsi şeytanın məğlub olmasının böyük zamanıdır. Amma dörd zaman şeytan çox narahat olmuşdur ki, rəvayətlərimizdən birində belə gəlmişdir: İmam Sadiq (ə) buyurur: “Şeytan dörd dəfə fəryad çəkmişdir. Birinci dəfə o gün idi ki, Allah dərgahından qovulmuşdu. Sonra o zaman idi ki, behiştdən yerə süqut etdi. Üçüncü dəfə Muhəmmədin (s) besətində və axırıncı dəfə o zaman ki, “Həmd” surəsi nazil oldu”. Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təala buyurur: “Mən “Həmd” surəsini Özümlə bəndəm arasında bölmüşəm Yarısı Mənim üçündür və yarısı da bəndəm üçündür. Bəndəmin haqqı vardır ki, hər nə istəyir, Məndən istəsin””.


İmam Zaman ağanın (ə.f) evi haradadır?


İmam Zaman ağanın (ə.f) evi haradadır? Heç kəs İmamın (ə.f) yaşadığı yeri dəqiq bilmir. İmam Sadiqin (ə) buyurduğuna görə, İmam Zaman ağanın (ə.f) hər il gəldiyi yer - Ərəfat səhrasıdır. İmam (ə.f) hər il həcc əyyamında Ərəfata gəlir. İmam Sadiq (ə) buyurur: “O zaman gəlib çatacaqdır ki, insanlar zəmanələrinin İmamını görməyəcəklər. İmam isə həcc mərasimində onları görəcək. Lakin onlar onu görməyi bacarmazlar”. Böyük alimlərin əksər hissəsi İmamı (ə.f) Kufədə, Nəcəfdə, Kərbəlada, Mədinədə, Məkkədə və müqqədəs şəhərlərdə ziyarət etmişdilər.


İbadətdə ixlaslı olmaq üçün nə edək?


İbadətdə ixlaslı olmaq üçün nə edək? İbadətdə ixlas və qəlb hüzuruna malik olmaq - təkcə insanın öz səyi ilə hasil olan bir şey deyildir. Bəlkə Allahın xüsusi inayəti və tofiqi sayəsində mümkündür. İnsanın əxlaq müəllimi gərək Sübhan Allah olsun. Qəlb hüzuru və ixlas - elə bir tofiqatdır ki, Allah Təala tərəfindən insana əta olunar. (Tebyan) Yəni Allahda istəmələyik ki, etdiyimiz əməllərimiz sonrakı günahlarımızla batil və məhv olmasın ki, buna nümunə olan minnət saleh əməldən sonra ixlaslı əməlin batil olması kimi tanıtırılmışdır ki, Quran riya ilə olan əməli batil hesab edir və buyurur: “Mallarını Allah yolunda xərcləyib, sonra etdikləri xərcin arxasınca minnət qoymayan və əziyyət etməyənlərin (dil yarası vurmayanların) Rəbbi yanında özlərinə layiq mükafatları vardır. (O dünyada da) onlar üçün nə bir qorxu var və nə də qəmgin olarlar”. (“Bəqərə” 262). Nəticədə ixlası qorumaq saleh əməlin özü kimi çox dəyərli əməldir ki, insanın ixlasını Allahın qazılığı üçün önəmli bir məsələ kimidir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter