Rəcəb ayının müştərək əməlləri nələrdir?


Rəcəb ayının müştərək əməlləri nələrdir? Rəcəb ayı ibadətə hazırlıq ayı, savaba və behiştə yaxınlaşmaq üçün ilahi böyük rəhməti əldə etməyə əsas səbəb. Bu ayda bəzi əməllər var ki, xüsusi günlərə aiddir, amma bəzi əməllər var ki, bu ayın hər günündə etmək tövsiyə olunur:
1) Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim Rəcəb ayında yüz dəfə desə: (“Əstəğfirullahəl - ləzi lə iləhə illə huvə vəhdəhu lə şərikə ləhu və ətubu iləyh”).
Sonra onu sədəqə ilə xətm etsə, Allah ona rəhmət edər. Hər kim onu 400 dəfə desə, ona 100 şəhidin savabı yazılar”.
2) Eləcədə: “Hər kim Rəcəb ayında 1000 dəfə (“Lə iləhə illəllah”) desə, Allah Təala ona yüz min həsənə əta edər.
3) Nəql edilir ki, hər kim Rəcəb ayının səhəri və axşamı 70 dəfə desə: (“Əstəğfirullahə və ətubu iləyh”) zikr qurtardıqdan sonra əlini göyə qaldırıb desə: (“Əlahumməğfirli və tub ələyyə”) əgər Rəcəb ayında ölərsə, Allah ondan razı olar. ...


Dəstəmazlı olmağın gətirdiyi faydalar nələrdir?


Dəstəmazlı olmağın gətirdiyi faydalar nələrdir? Daima dəstəmazlı olmaq elə bir tofiqdir ki, əgər Allahın lütfü ilə insana şamil olarsa, çox sayda bərəkətə malik olar. Dəstəmaz üstünə dəstəmaz almaq - insanın Allaha olan diqqətini artırar. İnsana zikr yolunu açar. (Tebyan)
Həzrət Peyğəmbər (s) buyurur: “Dəstəmaza riayət etməz, məgər mömin”. Dəstəmazlı olmağın gətirdiyi faydalar:
1. Bütün bədən pak olar. 2. Günahlar bağışlanar. 3. Duaları qəbul olar. 4. Ruzisi artar. 5. Diqqəti artırar. 6. Ömür artar. Həzrət Peyğəmbər (s) buyurur: “Çalış təmiz və dəstəmazlı olasan ki, Allah ömrünü artırsın”. 7. Dəstəmaz alıb yatmaq ibadətdir. 8. Dəstəmazlı ölmək - şəhadətdir.


İmam Əliyyən Nəqinin (ə) şəhadət günü və həyatı haqqında qısa yazın?


İmam Əliyyən Nəqinin (ə) şəhadət günü  və həyatı haqqında qısa yazın? Həzrət Əli ibni Muhəmməd (ə) 214-cü hicri ilində dünyaya gəlmiş və 254-cü ildə Rəcəb ayının üçündə şəhid olmuşdur. Onun ləqəbi Hadi idi. Həzrət 233-cü ilə qədər Mədinədə yaşamışdır. Bu ildən sonra isə Samira şəhərinə aparılmışdır. Ömürünün axırına qədər bu şəhərdə nəzarət altında yaşamışdır. İmam Hadinin (ə) İmaməti də atası kimi uşaq yaşlarından başlamışdır. Əhli-beyt (ə) cəmiyyəti onu rahatlıqla qəbul etmişdi. İmam Hadi (ə) bir neçə Abbasi xəlifəsinin dövründə İmamlıq etmişdir. Daha çox Mütəvəkkil Abbasinin dövründə yaşamışdır.


Əli (ə)-ın hədislər bulağından bir nümunə hədis qeyd edin?


Əli (ə)-ın hədislər bulağından bir nümunə hədis qeyd edin? İmam Əli (ə)-ın dəyərli cəmləşmiş Nəhcül-Bəlağə kitabı üç qismətdən ibarətdir. Birinci qisməti o həzrətin xütbələridir. İkinci bölməsi isə o həzrətin müxtəlif tövsiyə və kimlərəsə tövsiyələri və s. Üçüncü bölməsi isə o həzrətin hikmətli qısa kəlamlarıdır.
Amma gələn sualınızın cavabına. O həzrətin kəlamlarından: İmam Əli (ə) Nəhcül-Bəlağədə qısa kəlamlarının 435 nəsihətində buyurur: 1-\"Allah bəndə üçün şükür qapısını açsa nemətin artmasına da imkan verər, 2-Allah bir bəndəyə dua qapısını açsa onun duasının qəbuluna da imkan verər, 3-Allah bəndəsi üçün tövbə imkanı versə onun üçün günahlarının bağışlanmasına da şərait yaradar\".


Həzrət Əliyə (ə) qarşı vuruşanlara 7 sual verilir?


Həzrət Əliyə (ə) qarşı vuruşanlara 7 sual verilir? Məsələnin əhəmiyyətini nəzərə alaraq, sualların mətnini ümumi söhbətlərdən dərc etməyi özümüzə borc bildik. Bu suallar Əli (ə) düşmənlərinə və onların tərəfdarlarına veririk: 1. Peyğəmbər (s) buyurub: “Əli ilə vuruşan mənimlə vuruşub”. 2. Peyğəmbər (s) buyurub: “Mənim dostuma qarşı düşmənlik edənə döyüş elan edirəm”.
3. Əliyə qarşı Cəməl döyüşünün Əbu Bəkrə qarşı aparılan döyüşlərlə nə fərqi var? 4. Əgər Cəməl və ya Siffeyn döyüşündə Əli məğlub olub öldürülsəydi, onun qatillərini də Osmanın qatilləri kimi pisləyib lənətləyərdiz? 5. Peyğəmbər (s) buyurub: “Əmmarı zalım dəstə öldürəcək. O onları cənnətə, onlar isə onu cəhənnəmə çağırarlar”. Deməli, Müaviyə cəhənnəmə çağıranlardandır, çünki Əmmarı onun adamları öldürdülər. 6. Peyğəmbər (s) buyurub: “İmamsız dünyadan köçən cahiliyyətdəki kimi dünyadan köçmüşdür”. 7. Abdullah ibn Ömər Yezidə qarşı çıxanlara Peyğəmbərin (s) bu hədisi dilə gətirdi: “Kim hakimə qarşı çıxsa, qiyamət günü üzrü olmayacaq və cəhənnəmə gedəcək”. (Bu suallardan sonra necə bəziləri Müaviyəyə bəraət qazandırır və ya başqalarına?!).


İslam təlimləri ğinadan uzaq olanlara hansı müjdəni verir?


İslam təlimləri ğinadan uzaq olanlara hansı müjdəni verir? Ğinadan çəkinən şəxs üçün rəvayətlərdə müjdələr verilmişdir. Bir nümunəsi səkkizinci İmamın hədisidir ki, buyurur: “O kəs ki, ğinadan uzaq olar, əvəzində behiştdə bir ağac vardır ki, Allah əmr edər külək onu hərəkətə gətirsin və həmin behişt ağacından xoş bir nəğmə ucalar ki, onun kimisini indiyə qədər eşitməmisiniz. Hər kim ğinadan çəkinməz, həmin gözəl səsi eşitməz”. (yəni qinadan uzaq olan adam Behiştə getmək fürsətini əldə edər).


Behiştə daxil olmaq və cəhənnəmdən xilas üçün 6 nöqtələr nələrdir?


Behiştə daxil olmaq və cəhənnəmdən xilas üçün 6 nöqtələr nələrdir? Behiştə daxil olmaq və cəhənnəmdən xilas üçün 6 əməllər bunlardır: İmam Əli (ə) buyurur: “O kəsdə ki, altı sifət cəm olar, behiştə daxil olmaq və cəhənnəmdən qaçmaq üçün heç bir istəyi əldən verməz: 1. O kəs ki, Allahı tanıyar və itaət edər. 2. O kəs ki, şeytanı tanıyar, itaətsizlik, edər. 3. Haqqı tanıyar və ardınca gedər. 4. Batili tanıyar və ondan çəkinər. 5. Dünyanı tanıyar və onu uzağa atar. 6. Axirəti tanıyar və onu istəyər”.


Evliliyi sürətləndirmək üçün 5 gözəl məsləhətlər nələrdir?


Evliliyi sürətləndirmək üçün 5 gözəl məsləhətlər nələrdir? Evlilik bəşər tarixində həmişə mühüm mövzuladan olmuşdur. Ancaq İslam dini qədər heç bir din ona bu qədər əhəmiyyət verməmişdir. Evlilik – Peyğəmbər (s) sünnətidir. Peyğəmbərimiz (s) buyurub: “O kəs ki, mənim dinimi sevir, gərək mənim sünnətimə sabit olsun. Evlilik – mənim sünnətimdir”. Evlilik məsələsini sürətləndirmək üçün qızıl nöqtələr: 1. Hər bir vacib namazdan sonra bir dua həyata keçər. 2. Duanın qəbul olduğunu məkan və zamanlarda dua edin. 3. Çoxlu istiğfar etmək, çünki günah həcatin yerinə yetməsinə mane olar. 4. Sübh namazından 10 dəqiqə əvvəl oyanın və gecə namazı qılın və Allahdan istəyin ki, sizi şeytanın şərindən qorusun. 5. Ayətullah Behcət subay cavanlara tövsiyə edirdi ki, “Cəfər Təyyar” namazı qılsınlar.


Uşaq tərəfdən Quranın xəttinə dəstəmazsız əl vurmanın hökmü necədir?


Uşaq tərəfdən Quranın xəttinə dəstəmazsız əl vurmanın hökmü necədir? Yetkinlik (şəri baxışdan) yaşına çatmayan uşaqların Qurana dəstəmazsız əl vurmasının eybi yoxdur. Əgər dəstəmazsız Qurana əl vuralar tərbiyəçi üçün vacib deyildir ki, onu bu işdən çəkindirsin.


Quranın səhv oxumağın hökmü nədir?


Quranın səhv oxumağın hökmü nədir? Əgər bir şəxs Quranı xətm (yəni başdan axra qədər oxusa) etmək istəyə amma təssüf edir ki, bəzi yerlərdə səhv oxusa onun eybi yoxdur. Bilərəkdən səhv oxusa günah edər və Allaha yalan nisbət vermiş olur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter