Niyə bəziləri dindən üz çevirirlər?


Niyə bəziləri dindən üz çevirirlər? Dindən üz çevirmələrə səbəb olan amillər aşağıdakılardır:
1-Dini düzgün tanımamaq, Dinin insan həyatında rolu və nə qədər əhəmiyyətini bilməmələrindən irəli gəlməsidir. İmam Rza (ə) buyurur: “Əgər insanlar bizim sözlərimizin gözəllik və faydalarını bilsəydilər, bizlərə qulaq asardılar”.
2-Dində xurafat və pis əməllərin artırılması, Bəzi insanlar din və məktəblərdən uzaqlaşırlar. Çünki gözəl ilahi dinlərə cahil dindarlar və alim düşmənlər tərəfindən dində insan fitrətinə zidd olan xurafatlar artırılır. Bu xurafatlar səbəb olur ki, insanlar ilahi dinlərdən üz çevirsinlər.
3-Dindən düzgün anlayış əldə etməmək, Yəni dində olan əmrlərin fəlsəfəsini bilmədən hökm etmək.
4-Bəzi dindarların pis rəftarları. Bəzi insanların dindar siması altında başqalarına insan ruhiyyəsinə zidd əməl və rəftar etməsi. Təmiz yeməyin çirkli insanın əli ilə ac adama verilməsi kimi.


Fitri Bəndəlik hissi və onu məhv edən səbəblər nələrdir?


Fitri Bəndəlik hissi və onu məhv edən səbəblər nələrdir? Bəndəlik hissinin, ilahi fitrətdə məhv olmasının səbəbləri:
1-Başqalarından kor-korana təqlid etmək, 2-Maddiyyatda qərq olub heç bir şey haqda düşünməmək, 3-Ətraf mühitdən təsirlənmək, Əraf, 138. 4-Pis insanla dostluq etmək, Furqan/29-30. 5-Çaşdırıcı təbliğatların təsirində batili haqq və haqqı batil görmək, Naziat/24. 6-Din düşmənləri tərəfindən hədələnərək qorxudulmaq, 7-Batil din və yolunuazmış məktəblərin fikir və əqidələri qarşısında özünü itirərək yolunu azmaq, 8-Çoxluğun istəyi qarşısında təslim olmaq, 9-Başqalarının lağ mövzusuna çevrilməmək üçün düzgün yol və haqq sözü danışmaqdan çəkinir. 10-Nəfsi istəklər və daxili həvəslərə görə fitri həqəqətlərin üzərə çıxmasına mane olmaq.


Həqiqi tövbə haqqında Peyğəmbərin (s) 10 göstərişi nələrdir?


Həqiqi tövbə haqqında Peyğəmbərin (s) 10 göstərişi nələrdir?İslam Peyğəmbəri Həzrət Muhəmməd (s) Həqiqi tövbəni 10 əməlin edilməsi ilə həyata keçməsini belə açıqlayır: 1-Hər kim tövbə edə amma düşmənlərini (haqlarını yediyi) şəxsləri razı salmaya, tövbə edən hesab olunmaz, 2-hər kim tövbə edə amma ibadətlərini artırmaya, tövbə edən hesab olunmaz, 3-Hər kəs tövbə edə amma paltarını (İslami geyimə çevirməyə) dəyişməyə, tövbə edən hesab olunmaz, 4-Hər kəs tövbə edə amma dostlarını (yoldan azdıran) dəyişdirməyə, tövbə edən hesab olunmaz, 5-Hər kəs tövbə edə amma iştirak etdiyi məclisləri (günah yığışmalarını) dəyişməsə, tövbə edən hesab olunmaz, 6-Hər kəs tövbə edə amma həyat yoldaşı və uşaqlarının həyatı tərzini dəyişməyə, tövbə edən hesab olunmaz, 7-Hər kəs tövbə edə amma əxlaqını və rəftarını dəyişməyə, tövbə edən hesab olunmaz, 8-Hər kəs tövbə edə amma qəlbini açmaya və əlini (ehsanla) genişləndirməyə, tövbə etmiş hesab olunmaz, 9-Hər kəs tövbə edə amma uzun uzadı arzularından azaltmaya (hikmətsiz istəklərdən uzaqlaşmaya) və dilini qorumaya tövbə etmiş hesab olmaz, 10-Hər kəs tövbə edə amma bədəninin çəkisini (ki, yersiz haram və ya artıq çəkisini) əritməyə tövbə etmiş hesab olunmur. Hər kəs bu xüsusiyyətlərə qarşı diqqətli olsa, o şəxs Allah dərgahında həqiqi tövbəkar hesab olunar. (Bihar əl-Ənvar, cild: 6, səh: 35).


Axirəz Zamanda imanı qorumaq və onun dəyəri haqda hədislərdə nə deyilib?


Axirəz Zamanda imanı qorumaq və onun dəyəri haqda hədislərdə nə deyilib? Axirəz Zaman haqda Peyğəmbər (s) buyurmuşdur: \"Salam olsun mənim dostlarıma?! Səhabələr soruşdular Ya Rəsulallah! Kimlərdir bizdən daha yaxın sənə?! Peyğəmbər (s) buyurdu: Sizdən sonra bir dəstə gələcək ki, onların birinin Allah yanında dəyəri və əməllərinin savabı sizin əlli nəfərin savabı həddindədir!\" Çünki Axır zamanda dindar qalmaq əldə od tutmağa bənzər!
Axır Zamanın əlaməltəri: 1-İslam və möminlik təkcə qalar, 2-Məscidlərin zahiri gözəlləşər, amma mənəvi cəhəti xarab olar, 3-İnsanlar dinlərini satarlar bir gündə neçə dəfə mömin və kafir olarlar, 4-Müsəlmanların arasında ümumi atmosfer küfr və dinsizlik olar, 5-Yolunu azmışlar tərəfdarlar toplayar, 6-İslam əqidələri ilə aşkarda düşmənçilik olunar, 7-Quranın həqiqətlərini eşitmək ağır gələr, 8-Bedətlər aşakar çıxar və çoxalar, 9-Halal haram olar, haram isə halala çıxarılar, 10-Alimlərin dəyəri düşər, cahillər isə alimlik edər,


Qəlbin nurunu məhv edənlər nələrdir?


Qəlbin nurunu məhv edənlər nələrdir? Bir gün Peyğəmbərdən (s) soruşdular: \"Nə üçün bizim dualarımız qəbul olunmur?
Bir gün Peyğəmbərdən (s) soruşdular: \"Nə üçün bizim dualarımız qəbul olunmur? Halbuki, Allah-təala buyurur: \"Məni çağırın, Mən də sizə cavab verim.\" Həzrət (s) buyurdu: \"On şey sizin qəlbinizi öldürüb: 1. Allahı tanıyıb öz bəndəlik vəzifələrinizi yerinə yetirməmisiniz. 2. Qur\'anı oxuyub ona əməl etməmisiniz. 3. Peyğəmbərlə dost olduğunuzu iddia edirsiniz, lakin övladları ilə düşmənçilik etdiniz. 4. Şeytanla düşmən olduğunuzu deyirsiniz, lakin onun ardıcıllarındansınız. 5. Dediniz ki, behişti istəyirik, lakin heç bir əməl yerinə yetirmədiniz. 6. Dediniz oddan qorxuruq, lakin bədənlərinizi ora atdınız. 7. Camaatın eyiblərini araşdırmaqla məşğul oldunuz, lakin öz eyiblərinizdən xəbərsiz oldunuz. 8. Dünyaya düşmən olmağınızı dilə gətirdiniz, lakin var-dövlət toplamaqla məşğul oldunuz. 9. Ölümü iqrar etdiniz, lakin ona hazırlaşmadınız. 10. Ölüləri torpağa tapşırdınız, lakin bundan ibrət almadınız. Bütün bunlara görə də dualarınız qəbul edilmir.\"


Yuxunun rahatlığına təsir edən müstəhəb əməllər hansılardır?


Yuxunun rahatlığına təsir edən müstəhəb əməllər hansılardır? Yuxudan öncə bəzi əməllər etməklə rahat yatmaq üçün bu əməlləri etmək tövsiyə olunur:
Həzrət Zəhra (s.) buyurur: “Yatmaq üçün yatağımı sərən zaman Peyğəmbər (s) buyurdu: “Ya Fatimə! Bu dörd işi görməmiş yatma: Quranı xətm et, peyğəmbərləri (ə) şəfaətçin qərar ver, möminləri özündən razı et, həcc və ümrəni yerinə yetir”.
Müstəhəb əməllər çoxdur. Yuxudan əvvəl yerinə yetirilən hər bir dua faydalıdır. Çünki Allahın adı ürəklərə rahatlıq bəxş edər. Əgər yatmazdan əvvəl iki rükət namaz qılıb, “Mülk” surəsini oxusanız, “Aşura” ziyarətini zümzümə etsəniz, daha rahat yatarsınız. Hər bir halda yatmazdan əvvəl yerinə yetirilən müstəhəb əməllər yuxunun rahat olmasına təsir qoyar. Salavatdan qafil olmayın ki, bütün çətinliklərin açarıdır. “Fərəc” duasını zümzümə edin, yataqda gün ərzində etdiklərinizi yadınıza salın. Əgər səhviniz varsa, aradan qaldırmağa çalışın, bunu düşünün ki, artıq onu təkrar etməyəcəksiniz. Özünüzü Mənnan Allaha tapşırıb, başınızı yastığa qoyun və deyin: “Allahım, məni bir an belə özbaşına buraxma”. Yatan zaman edilən dualar: - Üç dəfə “təsbihati-ərbəə”ni demək. - Üç dəfə “Tövhid” (“İxlas”) surəsini demək. - 14 Məsuma 14 salavat göndərmək. - Bütün möminlər üçün istiğfar etmək. - Həzrət Zəhranın (s.ə) təsbihatını etmək. - Ayətül-kürsü, “Fələq”, “Nas”, “Kafirun” surələrini oxumaq. - Bu duanı oxumaq ki, 1000 namaz qılmağa bərabərdir. یَفْعَلُ اللهُ ما یشاءُ بِقُدْرَتِهِ وَ یَحْكُمُ ما یُریدُ بِعِزَّتِهِ.


Həzrət Zəhranın (ə) şəhadətdən öncə son sözləri nələr oldu?


Həzrət Zəhranın (ə) şəhadətdən öncə son sözləri nələr oldu? Xanım Zəhranın (s.ə) son sözləri
Ya Əli (ə) - Nə olar ağlama... Baxma mənim ağlamağıma; Mən sənin üçün gözyaşı tökürəm, sən niyə ağlayırsan? Sənin gözlərini yaşlı görməyə dözə bilmərəm Əli, nə olar ağlama...Həm, halına ağlanılacaq biri varsa o da Sənsən; Səndən daha məzlum, səndən daha qərib və səndən daha yalnız kim var?...
-Səni və balalarımı Allaha əmanət edirəm Əli. Qiyamətə qədər bütün övladlarımıza salamımı söylə. Allah yarınız, köməkçiniz olsun.
Ah! Əli, bax!... Sən də görürsənmi mənim gördüyümü? Bax, bu Cəbrayıldır! Mənə xoş gəldin deyir, təbrik edir, bax! ...
- Allahın seçilmiş mələkləri mənim görüşümə gəliblər. - Əleykesselam ey ölüm mələyi! Al canımı da, atama qovuşdur məni... Ata!... Nə qədər də darıxdım sənin üçün, bir biləsən!
Allahım! Rəbbim! Ey ucalar ucası! Mən sənə gəlməkdəyəm indi, al məni Allahım! Bəli, sənə gəlməkdəyəm indi, atəşə deyil!
Salam atam! Vədlərin həmişə haqq çıxıb, salam olsun sənə! Salam o təbəssümünə! Fatimən gəldi, Zəhra-yı Merziyyən gəldi! Gözün aydın olsun ata! Mərhaba!.


Hz.Mehdinin(ə) Mehdi adlanmasının səbəbi nədir?


Hz.Mehdinin(ə) Mehdi adlanmasının səbəbi nədir?Mehdi ləqəbi Hz.Mehdinin(ə) ən məhşur ləqəbidir.Bu ləqəb əziz Peyğəmbərimiz(s) tərəfindən dəfələrlə buyurulmuşdur və Peyğəmbərdən(s) nəql edilən təqribən 89 hədisdə “Mehdi” ləqəbinin qeyd edildiyi bildirilir.“Mehdi” sözünün leksikoloji mənası “hidayət edilmiş” deməkdir.Bu söz özünün ümumi mənası baxımından bütün hidayət edilmiş insanlara aid edilə bilər.Həmçinin bütün peyğəmbər və İmamlar da uca Yaradan tərəfindən hidayət edildiklərinə görə, qeyd edilən sözün ümumi mənası onlara da şamil edilir.Ümumiyyətlə, Allah yaratdığı hər bir varlığı hidayət etmiş, ona doğru yolu göstərmişdir və bu hidayət ümumi hidayət adlanır.Lakin hədislərdə və bir çox islami mənbələrdə xüsusi olaraq vurğulanan “Mehdi” axırzaman Mehdisidir ki, onun əsil-nəsəbi və xarakterik xüsusiyyətləri də geniş surətdə açıqlanmışdır.Buna görə də belə deyə bilərik ki,Mehdi yalnız axırzamanda zühuru vəd edilən islahedici xilaskardır.Hz.Məhəmməd (s) Hz.Əliyə (ə) xitabən buyurmuşdur:“Mehdi ləqəbi ona insanları Allaha doğru hidayət edəcəyinə görə verilib”


Novruz bayramı hədislərdə necə tanıtdırılır?


Novruz bayramı hədislərdə necə tanıtdırılır? Novruzda insanlar təmizlik işləri görür, yaxınlarının və xəstələrinin görüşünə gedir, bir-birinə hədiyyə verir , küsülüləri barışırdırır, yeni paltarlar geyir və bir çox gözəl insani xüsusiyyətlər. Bu gözəl xüsisiyyətlər dinimiz də bəyənilmiş sifətlərdəndir və bu haqda məsumlarımızdan çoxlu hədislər nəql olunmuşdur. İmam Zeynəlabidin (ə) buyurur: Namazdan sonra ən üstün əməl mömini sevindirməkdir. (Biharul-ənvar, 4/194) ... Hədislərimizdə Novruz bayramı dini rəhbərlər tərəfindən təsdiqlənmiş və onun qeyd olunmasına təşviq edilmişdir. Hətta novruz bayramı üçün bir sıra ibadətlər də qeyd olunur. Biz bu hədisləri oxucuların diqqətinə çatdırırıq.
Novruz bayramını təsdiqləyən və ona təşviq edən hədis: İmam Əli (ə) üçün faluzəc (şirniyyat) hədiyyə gətirdilər. Buyurdu: Bu nədir? Dedilər: Bu gün novruzdur. Buyurdu: Əgər bacarsanız, hər gün novruz edin. (Yəni: Allaha xatir bir-birinizə hədiyyə verin və bir-birinizin görüşünə gedin) Novruz bayramı üçün əməllər qeyd olunub, novruz bayramı günündə tarixdə mühüm hadisələr də baş vermişdir. Belə günləri gözəl sünnətləri ilə birlikdə yadd etməyin üstünülüyü aşkar bir məsələdir. ...


O hansı ibadətdir ki, əgər yerinə yetirilsə, haramdır, tərk olunsa da haramdır?


O hansı ibadətdir ki, əgər yerinə yetirilsə, haramdır, tərk olunsa da haramdır? \"Əmirəl-möminin (ə) Şəqşəqə xütbəsini bəyan edəndən sonra bir nəfər ayağa qalxır və Həzrətə (ə) bir məktub verir. Bu məktubda 10 sual verilmişdir ki, İmam (ə) hamısını cavablandırır. Onlardan beşinə işarə edək: 1. O hansı canlıdır ki, başqa bir heyvanın qarnından çıxar və onların arasında heç bir (qohumluq) bağı olmaz? İmam (ə) buyurur: \"Həzrət Yunus (ə) ki, balığın qarnından çıxır\". 2. O nədir ki, azı mübah və çoxu haramdır? Həzrət (ə) buyurur: \"Talut bulağıdır ki, hər kim ondan çox içsə, haramdır\". 3. O hansı ibadətdir ki, əgər yerinə yetirsə, haramdır, əgər tərk etsə, yenə haramdır? Həzrət buyurur: \"Məst (şərab içən) insanın namazıdır. O kəs ki, şərabla məst olar, əgər namaz qılsa günahdır, əgər namazı tərk etsə, yenə də günahdır. \"Ey iman gətirənlər, sərxoş halda (sərxoşluğunuz aradan gedənə və) nə dediyinizi bilənə kimi namaza yaxınlaşmayın\"\". (Nisa/43). 4. Bu, hansı quşdur ki, nə atası vardır, nə anası və nə də övladı? Həzrət (ə) buyurur: \"Bu, o quşdur ki, Həzrət İsa (ə) gildən düzəltmişdi ... (\"Maidə\" 110). 5. İki xristian şəhadət versə ki, filankəs xristian, ya yəhudi, ya zərdüşt olmuşdur, bu iki nəfərin şəhadətini qəbul etmək olarmı? Həzrət (ə) buyurur: \"Bəli, şəhadətlərini qəbul etmək olar. Çünki Allah Təala buyurur: \"Onların möminlərlə dostluqda ən yaxın olanlarının isə «biz xaçpərəstlərik» deyənlər olduğunu görərsən. Bu, ona görədir ki, onların bir qismi keşişlər və rahiblərdir və onlar təkəbbürlənmir, özlərini yuxarı tutmurlar\". (\"Maidə\" 82). Ona görə də o kəs ki, Allahın ibadətinə təkəbbür etməz, yalandan şəhadət də verməz\".


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter