İslam maarifinə əsasən düşünərək addım atan bəndə ziyan görməz!


İslam maarifinə əsasən düşünərək addım atan bəndə ziyan görməz! İnsan, yaşayışında fikirləşərək addım atsa ən azı bu 15 faydanı qazanar:
1-Günahın aqibətini fikirləşən tövbə edər. 2-Dünyanın fani olmasını düşünən dünya malına vurğun olmaz. 3-Allahın ne’mətləri haqqında düşünən şəxs Allaha məhəbbət bəsləyər. 4-İbrətamiz hadisələrdə fikirləşmək təvazökarlığa səbəb olar. 5-Ölüm haqqında düşünmək nəfsin istəklərini nəzarət altına alar. 6-Böyük şəxsiyyətlər haqqında fikirləşmək insanın inkişaf etməsinə səbəb olar. 7-Bütün işlərinin nəticəsini qabaqcadan fikirləşən şəxs günah etməz. 8-Allahın cəzasını fikirləşən şəxs Ondan qorxub həya edər. 9-İnsan öz zəifliyi haqqında fikirləşsə Allaha təvəkkül edər. 10-Tarixdə baş verən hadisələr haqqında düşünən şəxs ibrət alar. 11-Yaranmışlar haqqında fikirləşən şəxs Allaha iman gətirər. 12-İlahi hökmlər haqqında düşünən şəxs Allahın fərmanı qarşısında tə’zim edər. 13-Əxlaq pozğunluqları haqqında fikirləşən şəxs özünü doğru yola yönəldər. 14-Başqa insanların düşdüyü çətinliklər haqqında fikirləşən şəxs hərəkətini plan üzrə edər. 15Ata-ananın mehribanlıqları və yaxşılıqları haqqında düşünən şəxs onlarla yaxşı rəftar edər, zəhmətini çəkən zamanda özünü borclu bilib zövq alar.


İnsanı günahdan saxlıya biləcək əməllər nələrdir?


İnsanı günahdan saxlıya biləcək əməllər nələrdir? Avtomobillərdə onları xətərdən qorumaq üçün tormoza ehtiyac olduğu kimi, insanın da onu müxtəlif günahlardan qorumaq üçün tormoza və saxlayıcı bir amilə ehtiyacı var. İnsanı günahdan qoruyan amillər aşağıdakılardır: 1. Müxtəlif işlərdə fikirləşmək. 2. Allaha iman gətirmək və onun hər yerdə nazir olmağına əqidəli olmaq. 3. İnsanın özünü tanıması və öz şəxsiyyətinə qarşı diqqətli olması. 4. Axirət aləminə və qiyamət gününün hesab-kitabına əqidə. 5. İşlərin Peyğəmbərə və İmamlara təqdim edilməsi. 6. Ölümü yaxın bilmək və onu həmişə yada salmaq. 7. Allahdan həya etmək və günahın təsirindən qorxmaq. 8. Düzgün ibadət etmək.


İslam dini Qadının işləməsinə necə baxır?


İslam dini Qadının işləməsinə necə baxır? İslamda qadının işləməsi məsələsini Qurani-Kərimdə Şueyb və onun qızlarının Musa peyğəmbərlə baş verən qissəsində açıqlamışdır. Bu qissədə iki mühüm incəlik açıqlanmışdır:
Birincisi: Onlar iki qadın idi. Bu işi görmək üçün isə tək yox, iki nəfər birlikdə evdən çıxmışdır. Ataları da qoca idi. Əgər mövzuya məntiqlə yanaşsaq, belə nəticəyə gələ bilərik ki, gərək qadınlardan biri evdən çıxanda digəri yaşlı atasının yanında qalıb ona xidmət edəydi. Lakin onlar ikisi birlikdə çıxıblar ki, bir-birilərinə həyan olsunlar. Baxmayaraq ki, bu iki qız peyğəmbər qızı idi. Amma peyğəmbər qızı olmaq onlardan birinin tək çıxmasına imkan vermir. Hər zaman şeytanın azdırmasından, hiyləsindən ehtiyatlı olmaq lazımdır.
İkincisi: O iki qadın evdən çıxmağa məcbur olsalar da, heyvanları sulamaq üçün kişilərə qarışmırlar, əksinə onlardan kənarda durub onların işlərini qurtarmasını gözləyirlər. Bu qissə bizə öyrədir ki, əgər qadın işləmək məcburiyyətində qalsa belə, yenə də kişilərə qarışmamalıdır.
Quranın bu dastanından istifadə olunur ki, qadınlar hətta iş yerlərində belə imkan həddə kişilərlə az danışıb və görüşsünlər.


Hicabın əsil siması Şəhid Mütəhhərini baxışınıda necə tanıtdırılır?


Hicabın əsil siması Şəhid Mütəhhərini baxışınıda necə tanıtdırılır? Ustad Mütəhhəri: Bizim nәzәrimizә görә, İslаmdа örpәyin sәbәb vә fәlsәfәsi bir nеçә şеydәn ibаrәtdir: 1-Psiхоlоji vә ruhi sәbәblәr; 2-Аilә-mәişәt münаsibәtlәri; 3-İctimаi sәbәblәr; 4-Qаdın hüququnun qоrunmаsı vә оnun mәnәvi dәyәrinin yüksәldilmәsi.
Örpәk hаqqındа sаdаlаnаn yuхаrıdаkı sәbәblәri izаh еtmәzdәn qаbаq qеyd еtmәliyik ki, İslаmdа hicаbın mәnşәyi bir sırа ümumi vә әsаslı mәsәlәlәrdәn ibаrәtdir. Bеlә ki, İslаm nәzәrindәn cinsi lәzzәtlәrin bütün növlәri-istәr bахmаq, istәr lәms еtmәk, istәrsә dә sаir növlәri-аilә mühitinә mәхsus оlmаlı, әr-аrvаdlıq münаsibәtlәri çәrçivәsindә vә qаnuni şәkildә qаlmаlı, ictimаiyyәt isә tаmаmilә fәаliyyәt vә әmәk mеydаnınа çеvrilmәlidir. Müаsir dövrdә işi vә fәаliyyәtlәri cinsi lәzzәtlәrlә bir-birinә qаrışdırаn qәrb cәmiyyәtlәrinә hаkim оlаn sistеmlәrin әksinә оlаrаq İslаm istәyir ki, bu iki mühit bir-birindәn tаmаmilә аyrı оlsun.


İmam Səccad (ə): 5 dəstə ilə dost, sirdaş və səfər yoldaşı olmayın!


İmam Səccad (ə): 5 dəstə ilə dost, sirdaş və səfər yoldaşı olmayın! Həzrət Zeynəl Abidin (ə) 5 dəstə ilə dost, həmsöhbət və səfər yoldaşı olmaqdan çəkinməyi tövsiyə edir! İmam Səccad (ə) övladlarından birinə buyurur: Oğlum! Diqqət et ki, beş dəstə ilə dostluq, həm söhbət və yol yoldaşı olmaqdan çəkin! İmamın oğlu dedi: Atacan o dəstə insanlar kimlərdir? İmam Səccad (ə) buyurdu:
1-Yalançılarla dostluq etməkdən çəkin. Çünki o yaxını sənin üçün uzaq və uzağı yaxın göstərər.
2-Fasiqlərlə dostluq etməkdən çəkin. Çünki o səni bir tikə çörəyə və ya ondan azına satar.
3-Paxıllarla dostluq etməkdən çəkin. Çünki o səni ehtiyaclı olduğun zaman öz qarşısında səni zəlil edər.
4-Axmaqlarla dostluq etməkdən çəkin, O sənə xeyir vermək istəyər amma ziyan yetirər.
5-Qohumlarla əlaqəni kəsənlərlə dostluq etmə. Çünki onlar Allahın kitabına lənətlənmişdirlər.


Peyğəmbər (s) və Əhli Beytinə (ə) salavatın 20 faydası nələrdir?


Peyğəmbər (s) və Əhli Beytinə (ə) salavatın 20 faydası nələrdir? Peyğəmbər (s) və onun pak ailəsi olan Əhli-Beytin (ə) dilindən salavatın savabı haqda çox sayda hədislər gəlmişdir. Biz bu yazımızda salavatın 20 fayda və təsirini qeyd edirik:
1-Allahın razılığına səbəb olan əməl, 2-Peyğəmbər və əhli-beytin qiyamət günü şəfaət etməsinə səbəb olar. 3-Peyğəmbərə (s) yaxınlaşmağa səbəb olar. 4-Munafiqliyi uzaqlaşdırar. 5-Qeybətini edənlərin dilindən azad olmaq, 6-Duanın qəbul olunmasına kömək edər. 7-Savab əməllərin qiyamət sorğusunda ağır gəlməsinə kömək edər. 8-Günahların bağışlanmasına səbəb olar, 9-Mələklər onun sağlamlığı üçün dua edərlər. 10-Sübh namazından sonra salavat. 11-Salavat yazmaq qalıcı saleh əməl, 12-Salavat yaddaşı gücləndirər. 13-Salavat şeytanın uzaqlaşmasına və zəlil olmasına səbəb olar. 14-Salavat sirat körpüsündə yıxılmaqdan qoruyar. 15-Salavat insanın iradəli olmasına və kasıbçılıqdan xilas olmağına kömək olar. 16-Salavat qəbr aləminin nurlu olmasına səbəb olar. 17-Salavat qiyamətdə sussuzluqdan nicat tapmağa səbəb olar. 18-Salavat qəbr əzabının qaldırılmasına səbəb olar, 19-Günahın əməl dəftərinə yazılmasının qarşısını alar, 20-Nurani qəlblilik əlaməti.


Özümüzü insanlara necə sevdirək?!


Özümüzü insanlara necə sevdirək?! İstəyirlər ki, danışdıqları zaman hamının diqqəti onlarda olsun. Bu kimi istəklər insanların əksəriyyətində mövcuddur. Buna görədir ki, bəziləri bu istəklərini həyata keçirə bilmək üçün çox qəribə işlərə əl atır, bu yolla insanların nəzər diqqətini özlərinə cəlb etmək istəyirlər. Baxmıyaraq ki, nəticə çox zaman əks olur və nifrətbəslənmə mərkəzinə çevrilirlər. Onların qeyri-adi hərəkətləri müxtəlif şəkillərdə olur, qəribə modalardan istifadə etmək, qeyri-adi paltarlar geymək, saçlarını təəccüblü formada kəsdirmək, xoşagəlməz sözlər danışmaq, camaatın gözü qarşısında güclərini göstərmək, kiminləsə ucadan mübahisə etmək, başqalarını istehza etmək və sair bəyənilməz işlərə əl atırlar. Yəqin ki, siz də bu cür insanlara rast gəlmisiniz.
Amma sevilməyə səbəb olan yollar bunlardır: 1- Xüsusi bir iş görmək lazım deyil. Olduğumuz kimi görünməyimiz kifayət edər. 2- Ədəbli olaq, insanlara ehtiram edək və hörmətlə davranaq. 3- Bihudə və mənasız sözlər danışmayaq, dilimizi qoruyaq. 4- Niyyətimizi pak və xalis edək, insanlar barədə yaxşı şeylər düşünək, 5- Zahirimizə, yəni geymimizə də diqqət yetirək, təmiz və səliqəli geyinək. 6- Heç kimi istehza etməyək, yoxsa bir çoxlarının bizə nifrət etmələrinə bais olarıq.


Müsəlman cəmiyyətin bu gün əxlaqi böhran yaşamasının səbəbləri nələrdir?


Müsəlman cəmiyyətin bu gün əxlaqi böhran yaşamasının səbəbləri nələrdir? Cəmiyyətimiz bu gün əxlaqi böhran içindədir. Bunun bir çox səbəbləri vardır:
1- İnsanların əxlaqi dəyərlərdən uzaqlaşması və əxlaqi maarifsizlik. 2-Qərbin mədəni hücumu. 3- İnsanların dünyaya bağlılığının artması. 4- Cəmiyyətdə əxlaqsızlığın və ədəbsizliyin hər tərəfli şəkildə yayılması. 5- Ədəb və əxlaqdan kənar olan insanların cəmiyyətə ülgü və ideal kimi təqdim edilməsinə cəhdlər göstərilməsi. 6- Əxlaq ustadlarının və əxlaqi dəyərləri təbliğ edən insanların azlığı. 7- Heç bir qurumun ölkədə əxlaqın maarifin yayılmasına maraq göstərməməsi. 8- Cəmiyyətdə gizli qüvvələr tərəfindən əxlaqi dəyərlərin əleyhinə güclü təbliğatın aparılması.


İmam Hüseyn (ə) unudulmamasının fəlsəfəsi nədir?


İmam Hüseyn (ə) unudulmamasının fəlsəfəsi nədir? Alimlərdən birisi Hüseyn (ə) haqqında belə deyir: «Biz tarixdə yalnız bir insanlıq sifətinə görə səciyyələnən insanlarla qarşılaşırıq; bəzisi şücaət, bəzisi zöhd, bəzisi isə səxavətinə görə. Lakin İmam Hüseyn əleyhissalam bir yaxud bir neçə sifətə görə səciyyəvi şəxsiyyət deyildi. O, bütün üstün sifətlərə malik idi və bütün insani dəyərləri özündə cəmləşdirmişdi». Bəli, belədir Məhəmməd nübuvvətinin varisi; Әlinin ədalət və igidliyinin varisi; Fatimənin nəciblik və paklığının varisi. O, bütün fəzilətlərin, fədakarlıqların simvolu, Allaha sitayiş və ülvi bir şəkildə Onu arzulamağın örnəyidir.


Həzrət İsa (ə)-dan dünyaya bağlanmağın pisliyi haqda ibrətamiz dastan!


Həzrət İsa (ə)-dan dünyaya bağlanmağın pisliyi haqda ibrətamiz dastan! Həzrət İsa (ə) və dünyaya canını qurban verən səhabəsinin dastanı:
Bir gün Həzrət İsa (ə) onu üzdə sevən biri ilə birlikdə səfərə çıxır. Bir müddət yol gedirlər. Namaz və Allaha ibadət vaxtı gəlib çatır. Həzrət İsa (ə) səhabəsinə buyurur: \"Alllaha ibadət vaxtı gəlib çatdı. Mən Allaha namaz qılıb baş əymək istəyirəm. Sən isə bu pulu al və get 3 çörək al gətir birlikdə yeyək. Həzrət İsa (ə) namaza durur və səhabəsi gedir 3 çörək alıb gəlir. İsa (ə) dostu gəlib görür ki, Allah övliyası və Peyğəmbəri (ə) olan İsa Məryəm oğlu hələ də ibadət halındadır. Düşünür ki, həzrətin xəbəri olmayacaq çörəkdən birini yeyir. Həzrət ibadətini sona çatdırandan sonra dostunun yanına gəlir və görür ki, dostunun əlində iki çörək var. Buyurur: Sənə demişdim üç çörək al. Neçə çörək aldın? Səhabə deyir: Verdiyiniz pulla iki çörək ala bildim. İsa (ə) heç bir şey demədən onunla oturub çörək yeyir. Sonra yollarına davam edirlər. Bir müddət yol gedəndən sonra qarşılarına bir çeyran çıxır. Onlar heyvanı övlayır və bişirib yeyirlər. Həzrət İsa (ə) deyir: İstiyirsən sənə möcüzə göstərim?! Deyir: Bəli. İsa (ə) buyurur: Yediyimiz ceyranın sümüyünü mənə gətir. Səhabə ceyranın sümüyünü bir yerə cəmləşdirir və İsanın (ə) önünə yığır. İsa (ə) Allahın izni ilə ceyrana can verir və səhraya azad edir. Və səhabəsindən soruşur: Neçə çörək almışdın? O yenə də deyir: İki çörək. ...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter