Hədislərdə din xadimləri üçün hansı xüsusiyyətlər deyilmişdir?


Hədislərdə din xadimləri üçün hansı xüsusiyyətlər deyilmişdir? Din xadiminə aid olan xüsusiyyətlər:
1. İman və təqva, Peyğəmbər (s): Təqvanın ən kamil həddir odur ki, bilmədiyini öyrənəsən və hər nəyi ki, bilirsən əməl edəsən”, 2. Elm və bilik, Yenə də o həzrətdən (s): “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”. 3. Əxlaq və ədəb, Yenə də o həzrətdən (s): “Əxlaqınızı gözəlləşdirin, qonşularınızla mehriban olun, qadınlarınızın hörmətini qoruyub saxlayın. Bu əxlaqi səciyyələri özünüzdə cəmləşdirin ki, hesab-kitabsız cənnətə daxil olasınız. 4. Zaman, məkan və tərəf müqabili olan dinləyicini tanımaq, Rəvayətdə gəlmişdir: Bəsirətli insan o insandır ki, eşidə, yaxşı düşünə və baxa dünya təcrübələrindən faydalana, sonra da düzgün və aydın yolda addımlaya. 5. Gündəlik məsələlərdən nəticə əldə etmə qüdrəti, İmam Sadiq (ə): “Hər kim öz zəmanəsinin gündəlik məsələlərindən xəbərdar olsa, səhvlərin zərərlərinin axını altında qalmaz”. 6. Çalışqan olmaq, Peyğəmbər (s) dan nəql olunur: Bəzi günahlar namaz və orucla bağışlanmaz! Soruşuldu ey Allahın Elçisi: Bəs nə ilə bağışlatmaq mümkündür? Buyurdu: Yaşayışda (vəzifələrinizi yerinə yetirmək) ciddiyyət və çalışqanlıq göstərmək onları bağışladar. 7. Səxavətli olmaq, 8. Ürək yanan olmaq, “Peyğəmbər (s): “İnsanların ən xeyirlisi insanların insanların (ən) faydalısıdır”.


Novruz bayramının əməlləri haqda hədislərdə hansı əməllər tövsiyə olunmuşdu?


Novruz bayramının əməlləri haqda hədislərdə hansı əməllər tövsiyə olunmuşdu? İmam Sadiq (ə): And olsun Məkkədəki o qədim evə, bu günün qədim kökü var... Novruz Allah taalanın bəndələrdən Ona ibadət etmələrinə və heç nəyi Ona şərik qoşmayacaqlarına, elçilərinə, hüccətlərinə və İmamlara (ə) iman gətirəcəklərinə vədə aldığı bir gündür. Novruz günəşin doğduğu ilk gündür... Elə bir Novruz yoxdur ki, biz onda fərəcin olacağını gözləməyək. Çünki Novruz bizim və şiələrimizin günlərindəndir...
A) İl təhvil olan vaxt: 1. 366 dəfə 《Yəə muhavviləl havlu vəl əhvəəl, havvil haalənəə iləə əhsənil haal》 desəniz 50 illik günahlarınız bağışlanar. 2. Çoxlu deyin: 《Yəə zəl cələəli vəl ikraam》
B) Novruz axşamı: 3. Məğrib və İşa namazlarını və onların nafilələrini qıldıqdan sonra 4 rəkət (2 dəfə 2 rəkət) Novruz namazı qılmaq. 1-ci namazın 1-ci rəkətində “1-Fatihə” və 10 dəfə “97-Qədr”, 2-ci rəkətdə “1-Fatihə” və 10 dəfə “109-Kafirun” surələri oxunur. 2-ci namazın 1-ci rəkətində “1-Fatihə” və 10 dəfə “112-İxlas”, 2-ci rəkətdə “1-Fatihə”, 10 dəfə “113-Fələq” və 10 dəfə “114-Nas” surələri oxunur. və başqa dua tövsiyə də olunmuşdur.
C) Novruz günü: 4. Qüsl etmək. 5. Təmiz paltarlar geyinmək. 6. Xoş iyli ətirlər vurmaq. 7. Oruc tutmaq.


Hansı insanlar infaq və kömək olunmağa daha layiqlidirlər?


Hansı insanlar infaq və kömək olunmağa daha layiqlidirlər? Bağışlamaq çox bəyənilən əməllərdəndir. İstər verdiyin insan dindar olsun, istərsə də dində olmasın. Dinimiz infaq etməyi bəyənilən əməllərdən hesab edir. Peyğəmbərimz (s) məsum İmamlar çox bağışlayan insan olmuşlar və infaq mövzusunda həmişə başqalarından fərqlənirdilər.
Quran buyurur: “Səndən (Allah yolunda) nə xərcləmələrini soruşurlar, de: «(Malın növü mühüm deyil, mühüm odur ki,)xərclədiyiniz mal ata, ana, yaxınlar, yetimlər, yoxsullar və yolda qalmışlar üçün olsun. Şübhəsiz Allah etdiyiniz hər bir yaxşı işi bilir”. “Bəqərə” 215.
Bu ayədə 5 dəstə insana işarə edilmişdir. 1. Quranın nəzərinə görə infaq üçün ən layiqli insanlar - ata və anadır. 2. İkinci dərəcədə ən yaxın qohumlar nəzərdə tutulur. bacı, qardaş, xala, bibi və s. 3. Üçüncü sırada yetimlər durur. İslam Peyğəmbəri (s): Yetimlərə edilən yardım gərək davamlı və tərtiblə olsun. 4. Yoxsullar dördüncü sırada gəlir. O dəstə insanlar ki, sanki torpağa düşübdür və hərəkət etməsi üçün gücü yoxdur. 5. Yolda qalmışlar beşinci sırada gəlir. imkanlarını səfərdə itirmişlər və ya oğurlatmışlar,


Tövhidin göstəricisi olan kiçik məxluqların həyatından bir neçə nümunə yazın?


Biz bu dünyanın maraqlı və möcüzəli məxluqatı arasında yaşadığımız ücün bunlara adət etmişik. Misal ücün:
1)Bizim ətrafımızda həddən artıq kiçik heyvan və həşaratlar yaşayırlar ki, bunların bəzilərinin həcmi ola bilsin ki, bir-iki millimetrdən artıq deyil. Bununla belə, onların da böyük heyvanlar (hətta insanlar) kimi əli, ayağı, başı, gözü, qulağı, hətta beyni və sinir sistemləri vardır.
Bu heyvanda bu qədər zövqü, huşu və s. xəlq edən varlıq heç bir zövq və huşa malik olmayan təbiət ola bilərmi?
2)Atomların sirli dünyası. Bildiyiniz kimi dünyada indiyədək kəşf olunmuş ən kiçik varlıq atom və onun təşkil olunduğu hissələridir. Atom o qədər kicikdir ki, ən böyük mikroskoplar (samanı dağ boyda göstərən mikroskoplar) da onu görməkdə acizdirlər. Bir halda ki, Onların sayını yalnız onları və bütün dünyanı yaradan Allah bilir. Atomlar tövhid dərsi öyrədirlər. Çünki atom dünyasında dörd şey diqqəti daha çox cəlb edir: 1)Fövqəladə bir quruluş, 2)Qüvvələrin bərabərliyi, 3)Hər biri öz xəttində, 4)Atomun əzəmətli qüvvəsi ...


Həyat yoldaşlar nə etməlidirlər ki, ailə bağları daha möhkəm olsun?


Həyat yoldaşlar nə etməlidirlər ki, ailə bağları daha möhkəm olsun? Mütəxəssislərin ailə bağlarını möhkəmlətmək haqda bəzi tövsiyələri:
- Kişilər qadınlarının etdiklərini dəyərləndirməlidirlər.
- Kişilər bilməldirlər ki, əksər hallarda qadınların etirazı kişilərinə şəxsiyyətini sındırmaq üçün deyir,
- Kişilər çalışmalıdırlar ki, xanımların hisslərini görməməzdən gəlməsinlər.
- Qadınlar bilməlidirlər ki, həyat yoldaşının ailə mühitində şiddətli reaksiyaları mehribanla və eşqlə cavablandırmalıdırlar,
- Hər iki tərəf gərək mövzunu düzgün yola yönləntsinlər, Çünki, hər iki tərəfə düşünmək üçün fürsət verir.
- Ailə mühitində olan münaqişələrin sonucu gərək müştərək sevgi hisslərini inkişaf etdirmək çox nəticələnsin.
- Ər-arvadın öyrənməli olduqlarını məharət budur ki, öz nigaran hisslərini təskinləşdirmək üçün çalışsınlar. Yəni, hisslərin tüğyanı zamanda bağışlamağı bacarsınlar.
- Söhbət müdafiə xarakteri daşımamalıdır. Belə olmayan halda tərəflər həmdərlik etməyə daha çox çalışar. -deyerler.


İmam Əlinin (Ə) buyurur: 4 savab 4 əməli etməklə qazanılır!


İmam Əlinin (Ə) buyurur: 4 savab 4 əməli etməklə qazanılır! Həzrət Əli(ə) buyurub;”Allah taala 4 şeyi,4 şeyin içərisində gizlədib:
1) Öz razılıqını ona itaətləriniçərisindəgizlədib,bəs onda sən heç bir itaəti kiçik sayma.Ola bilsin onunrazılıqı sənin tərk etdiyin itaətin içərisindəolsun.
2) Öz qəzəbini günahlarıniçərisində gizlədib.Sən heç bir gunahı kiçik sayma,çünki ola bilsin Allahin qəzəbielə sənin kiçik saydıqın günahın içərisində olsun.
3) Duanı qəbulluğunuduaların içərisində gizlətmişdir.Heç bir duanı yüngül sayma,çünki ola bilsin səninkiçik saydıqın dua qəbul olunmuş dualardan olsun.
4) Dost tutmağı,bəndələrinarasında gizlətmişdir.Allah bəndələrinin heç birini gözündə kiçik sayma ki,olabilsin o şəxs Allahın dostu olsun və sən onu bilməyəsən.


İbadətlərin qəbul olunmasının etiqadi və əxlaqi şərtləri nələrdir?


İbadətlərin qəbul olunmasının etiqadi və əxlaqi şərtləri nələrdir? İbadətin düzgünlük şərtlərindən əlavə qəbulluq şərtləri də var. Bu şərtlər yerinə yetirildikdə insan Allaha yaxınlaşır və mənəvi kamilliyə çatır.
İnsan giriş vəsiqəsi əldə edib, göstərilmiş qaydalara əməl edərək kiminləsə görüşə gedə bilər. Lakin görüş zamanı pis əxlaq və sair səbəblərə görə geri qaytarılar. İbadətin də ilahi göstərişlərə uyğun yerinə yetirilib, lakin Allah tərəfindən qəbul olunmaması mümkündür. Necə ki, bəzən düzgün işlər görən qeyri-məsul şəxslər təşəkkür yox, tənqid olunur. Demək, işin qəbul olma şərti ayrıdır. İndi isə bu şərtləri bəyan edək: 1. Etiqadi şərt: Allaha iman. Quran buyurur: “İmanı dananın bütün işləri puç olar.” Maidə/5. 2. Siyasi şərt: Vilayət Cəmiyyətin rəhbərliyi maşının sürücüsü kimidir. Bütün sərnişinlər ayıq-sayıq olsalar belə, sərxoş sürücü ya pis yol süquta səbəb olacaq. Lakin sürücü təcrübəli olarsa, intizamsız sərnişinlər sağ-salamat məqsədə çatacaqlar. 3. Əxlaqi şərt: Təqva, Quranda Adəm (ə) övladlarının macərası nəql olunur. Onların hər ikisi qurban verdilər. Lakin birinin qurbanı qəbul oldu, o birininki isə qəbul olmadı. Allah-təala buyurur: “Allah yalnız təqvalılardan qəbul edir.” Maidə/27. 4. İqtisadi şərt: Xalqın haqqını ödəmək, İmam Riza (ə): “Zəkat (İslam vergisi) ödəməyən şəxsin namazı qəbul olmaz.” 5. İctimai şərt: Xeyirxahlıq, Allahın Rəsulu (s): “Ey Əbuzər! Din qardaşlarından uzaqlaşıb, əlaqələri kəsmə. Çünki bu işləri görən insanların əməlləri qəbul olunmaz.” 6. Ailə şərti: Xoş rəftar, İslam Peyğəmbəri (s): “Allah pis rəftarlı, əziyyət verən qadının namazını və yaxşı işlərini qəbul etməz. Həmçinin kişinin!”


Namazın qunutunda oxunan, Qurani Kərimin müstəhəb dualardan bir neçəsini yazın?


Namazın qunutunda oxunan, Qurani Kərimin müstəhəb dualardan bir neçəsini yazın? Quranda müstəhəb dualar gəlmişdir ki, hər mömin şəxs bu duanı oxusa istəyinin qəbul olunmasına daha yaxın olar. Eləcə də bu quran dualarını namazın qunutunda oxumaq daha yaxşıdır. Necə ki, Allahın Peyğəmbər və övliyaları bu duaları dillərinə gətirmiş və Allahdan istəklərini diləmiş və almışlar:
1- \"Ey Rəbbimiz! (Bu xeyirli işi) bizdən qəbul et, Sən, doğrudan da, (hər şeyi) eşidənsən, bilənsən!” (əl-Bəqərə,127)
2- \"Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru!”(əl-Bəqərə,201)
4- \"Ey Rəbbimiz, biz həqiqətən (Sənə) iman gətirmişik, günahlarımızı bağışlayıb bizi cəhənnəm əzabından qoru!”(Ali-İmran,16)
5-\"Ey Rəbbimiz, (bizə) nazil etdiyinə (İncilə) iman gətirdik və peyğəmbərinə (İsaya) tabe olduq. Artıq bizləri (haqqa) şahid olanlarla bir yerdə yaz!”(Ali-İmran,53)
6-Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!”( əl-Əraf,23) ...


40 dəfə piyada Həccə gedən və İmam Zamanla (ə) görüşən şəxsiyyət kim idi?


40 dəfə piyada Həccə gedən və İmam Zamanla (ə) görüşən şəxsiyyət kim idi? Əllamə Məclisi (ə) deyir: -Atam mənə dedi: “Bizim zamanımızda Əmir İshaq Əstər Abadi adlı çox ixlaslı və şəxsiyyətli bir şəxs var idi. 40 dəfə piyada Məkkəyə getmiş və Camaat arasında onun teyyul ərz duasını bilməsi deyilirdi.
Bir ili İsfəhan şəhərinə gəldi. Onun görüşünə getdim. Söhbətimizin arasında soruşdum: Xalq arasında yayılıb ki, teyyul ərz duasına sahibsiniz? Bu yayılmanın səbəbi nədir? Dedi: Bir dəfə Məkkəyə yollandım karvanımız bir evə çatdı. Ordan Məkkəyə 275 kilmetrdən çox məsafə vardı. Karvandan geridə qalıb izini itirdim. Tanınma səhrada itdim Sussuzluqdan öləcəyimi düşünürdüm. Neçə dəfə uca səslə səslədim: “Ya Aba Saleh! Bizi düzgün yola hidayət edin! Allah sizə rəhm etsin!” Elə bu zaman uzaqdan bir xəyal görsəndi, gözlənilmədən o kölgə mənə yaxınlaşdı. Nur simalı bir cavan idi, əlində su dolu bir qab vardı. Salamlaşdıq. Su verdi, yanqım söndü. Buyurdu: Karvanına yetişmək istəyirsən? Dedim: Bəli. Məni dəvəsinə mindirərək Məkkəyə yollandı. Hər gün \"Hirze yəmani” duanı oxuyardım. Həmin duanı oxumağa başladım. Duanın bəzi səhvlərini mənə deyərdi və düzgün oxunuşuna göstəriş verərdi. Buyurdu: Buranı tanıyırsan? Baxdım gördüm ki, Məkkədəyəm. Buyurdu: Düş. Dəvədən düşdüm, o qayıtdı yox oldu. Başa düşdüm ki, İmam Zaman (ə) idi. Ondan ayrılmağıma və onu tanıya bilmədiyimə görə çox təəssüflənirəm. Mənim Məkkəyə çatmağımdan 7 gün sonra məkkəyə gələn kavandakı yol-yoldaşlarım məni Məkkədə gördülər. Buna görə də camaat arasında yayıldı ki, mən “Teyyul ərz” duanı bilirəm.


İmam Əlinin (ə) nəsihətlərindən yazın?


İmam Əlinin (ə) nəsihətlərindən yazın? Təqvalılar mövlası Əli (ə)-dən 10 tövsiyə:
1. Allah qorxusundan ağlamaq qəlbi nurlandırır, günaha qayıdış yolunu bağlayır, 2. Rahatlıq üç şeydədir: Münasib zövcə, xoş rəftarlı övlad və müvafiq dost, 3. Dünyada Allahdan qorxan şəxs axirətdə bu qorxudan azaddır, 4. Əmanəti onu sənə tapşırana qaytar, xəyanət edənə isə xəyanətlə cavab vermə, 5. Gələcək nəsil sizdən ibrət götürməmiş siz keçmiş nəsillərdən ibrət götürün, 6. Cisminiz dünyanı tərk etməmiş qəlbləriniz dünyanı tərk etsin, 7. Fasiq və günahkar insanlardan, Allaha itaətsizlik yolunu tutanlardanuzq ol, 8. Dünyadan qorx - o, şeytan tələsi, imanın qənimidir, 9. Sizin üçün ən çox qorxduğum şey nəfs istəklərinə itaətiniz, uzun-uzadı arzularınızdır, 10. İnsanların ən güclüsü öz nəfsinə qalib gələndir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter