Azğınlarla ünsiyyətin mənfi təsiri haqda İslam maarifinin fikrini yazın?


Azğınlarla ünsiyyətin mənfi təsiri haqda İslam maarifinin fikrini yazın? Ayətullah Misbah Yəzdi ağa bu haqda belə buyurur: Saleh olmayan insanlarla yaxınlıq Allahı unutdurur, insanın əqidəsini süstləşdirir. Zəif iradəli insanlar yaxınlıq etdikləri fərdlərin rəngini götürür, onlarla həmxasiyyət olur. Belələri hər ünsiyyətdən sonra başqalaşır. Amma unutmamalıyıq ki, şəxsiyyətli və iradəli insanlar da büdrəmədən amanda deyil. Onlar da günahkarlarla ardıcıl ünsiyyətdə olduqda tədricən təsirə məruz qalır. Ardıcıl şəkildə qeyri-saleh dairələrə qatılanlar nəhayətdə simasını dəyişir. Deyirlər bir abid dolanışıq üçün öz qoyununun südündən istifadə edirdi. İki şəxs bu qoyunu oğurlamaq qərarına gəldi. Onlar bu məqsədlərini həyata keçirmək üçün plan cızdılar. Birinci oğru abidin yanına gəlib salam verdi və dedi: “Mən təəccüb edirəm ki, sizin kimi bir abid qapısında donuz saxlayır.” Abid dedi: “Bu donuz deyil, qoyundur. Birinci oğru gedəndən sonra ikinci oğru abidə yaxınlaşdı. Salam verib dedi: “Necə olur ki, sizin kimi bir abid donuz saxlayır?” İkinci oğrunun sözlərindən sonra abid şəkkə düşdü. Düşündü ki, bəlkə o yanılıb donuzu qoyun sayıb və onun südündən istifadə edib. Nəhayət, bu şübhələrdən qurtarmaq üçün qoyunu küçəyə buraxdı və oğrular rahatlıqla öz məqsədlərinə çatdılar...


Atam namaz qılmır nə edə bilərəm?


Atam namaz qılmır nə edə bilərəm? Sual: Artıq bir neçə ildir ki namaz qılıram. Atam çox gözəl xəsiyyətli bir insandır. Onun da namaz qılmasını istəyirəm. Hər dəfə söz açınca söhbəti başqa tərəfə çəkir. Nə edə bilərəm?
Cavab: Namaz qılmayan bir insan üçün edilə biləcəkləri bu şəkildə sıralaya bilərik:
1- Sözünüzü dinləyə biləcək biri isə, qürur damarına toxunmadan arabir namazdan bəhs edərsiniz.Əsla kobudluq etməməli, onu bu işə məcbur etməməlisiniz.
2-Hər şeydən öncə ona qarşı xoşrəftar olmalisiniz. Sizin ədəbli davranışınız, ibadətlərlə qazanmış olduğunuz xarici görkəm ona təsir edə bilər.
3-Onun qarşısında namazınızda qeyri-ciddiliktən uzaq olmalısınız
4- Namazla əlaqəli kitab oxudar və vəz-nəsihət dinlədə bilər, varsa film seyr etdirə bilərsiniz.
5 - Ona təsir edə biləcək, sözünü tuta biləcək insanlara tənbehlədər, onların valideynizi irşad etməsini xahiş edərsiniz.
6- Nəvələri vs. varsa onlara babalarının yanında namaz qılmalarını təmin və tənbeh edərsiniz.
7- Yalvara yalvara həm özünüz və həm də tanıdıqlarınıza dua etdirərsiniz


Namazı təsvir etmək istəsək necə tanıtdıra bilərik?


Namazı təsvir etmək istəsək necə tanıtdıra bilərik? Namazın haqqında 40 sima:
1-Namaz behiştə gedənlərin tacıdır.
2-Namaz qeyb aləminə açılmış bir pəncərədir.
3-Namaz yerdən göy aləminə pərvaz etməkdir.
4-Namaz insanın Allahın rəhmət süfrəsində oturmasına səbəb olur.
5-Namaz dini abadlaşdırır.
6-Namaz xoşbəxtlik iksiridir.
7-Namaz insanı xilqətlə eyni ahəngdə edir.
8-Namaz yerlə göy arasında bir körpüdür.
9-Namaz Allahla dostluğu davam etdirməkdir.
10-Namaz möminin simasındakı iman cilvəsidir. 11...


Hәzrәt Әlinin(ә) müsibәtindən bir qissə


Hәzrәt Әlinin(ә) müsibәtindən bir qissə İmаm Hәsәn (ә) vә Hüsеyn (ә) atalarının dəfnindən qаyıdırdılаr. Kоr bir fәqirin nаlә еtdiyini gördülәr. Sоruşdulаr: - Nә üçün bеlә аğlаyıb nаlә еdirsәn? Fәqir dеdi: - Bir ildir ki, bu şәhәrdә kimsəsiz yaşayıram. Hәr bir kişi yаnımа gәlib hаlımı sоruşаr və yеmәk vеrәrdi. Аmmа 3 gündür ki, оndаn хәbәrim yохdur. Sоruşdulаr: - Оnun аdını bilmirsәn? Dеdi: - Аdını sоruşdum, demədi. Dеdilәr: - Еy fәqir! Оnun görünüşündən danış. Dеdi: - Mәn kоrаm. Оnu görmәmişәm. Dеdilәr: - Оnun hаnsısа bir әlаmәti yаdındа qаlıbmı? Dеdi: - Bәli. О, Аllаhı zikr еdər vә deyərdi: \"Miskin miskinlә оturub vә qәrib qәriblә durmuşdur.\" Bu vахt imаm Hәsәn (ə) vә Hüsеyn (ә) atalarının olduğunu bildilər. Оnlаr kоrа dеdilәr: - Еy fәqir! Hәmin şәхs аtаmız Әmirәl-möminin Әlidir (ә). Kоr sоruşdu: - Оnun bаşınа nә hаdisә gәlib? Üç gündür ki, mәnim yаnımа gәlmir. Dеdilәr: - Еy qәrib! Bәdbәхt bir insаn оnu yаrаlаyıb şәhid еtdi. Biz оnun qәbrinin üstündәn gәlirik. Qәrib bu sözü еşidәndә nаlә еtdi vә dеdi: - Mәnim nә lәyаqәtim vаr ki, Әmirәl-möminin (ә) mәni öz himаyәsinә götürsün?! Оnu nә sәbәbә öldürdülәr? Hәsәn (ə) vә Hüsеyn (ә) оnа nә qәdәr ürәk-dirәk vеrdilәrsә dә, о sаkit оlmаdı. О dеdi: - Sizi аnd vеrirәm bаbаnızа mәni оnun qәbrinin üstünә аpаrın. İmаm Hәsәn (ə) vә Hüsеyn (ә) оnu Әlinin (ә) qәbri üstünә аpаrdılаr. О, özünü qәbrin üstünә аtıb, аh-nаlә edərək, dеdi: - İlаhi, mәn bu mеhribаn аtаnın аyrılığınа dözә bilmәrәm. Sәni аnd vеrirәm bu qәbrin sаhibinә mәnim cаnımı аl! Аllаh оnun duаsını qәbul еtdi. Qoca elə oradaca canını Allaha tapşırdı. Hәsәn vә Hüsеyn (ә) оnu Әlinin (ә) qәbrinin yахınlığındа dәfn еtdilәr.


Fərəc duasını oxumağın nə belə faydaları var?


Fərəc duasını oxumağın nə belə faydaları var? İmam Cəfəri Sadiq (ə) buyurur: \"Hər kəs mənim övladım Mehdi (ə) fərəci üçün dua edərsə, oda onun üçüm dua edər və xoş olsun zəmanəsinin İmamı haqqında dua edən şəxsin halına\". Həmçinin (fərəc üçün dua etməyin) bir çox faydaları da vardır ki, burada Quran ayələri və hədislər ilə uyğun olan bir neçə faydanı \"Mikyalul-məkarim\" kitabından nəql edirik:
1-Lənətlənmiş şeytanı narahat edir.
2-Duanın qəbul olunmasına səbəb olur.
3-Axirəz-zamanın fitnələrindən nicat tapmağa bais olur.
4-Günahların bağışlanmasına səbəb olur.
5-Həzrətin şəfaəti qiyamət günündə ona şamil olacaqdır.
6-İntizar çəkmək əlamətidir.
7-Həzrəti Sahibəzzaman (ə) zuhurunu tez yetirir.
8-Ömrün uzanmasına səbəb olur.
9-Ölümünün vaxtı ona müjdə verilir və onunla yaxşı rəftar edilir.
10-İmam (ə) nurunun onun qəlbinə daha çox saçmasına səbəb olur....


Təkəbbürə səbəb olan 6 amil hansılardır?


Təkəbbürə səbəb olan 6 amil hansılardır? Bəzi insanlar bir neçə ibadətlə o qədər məğrur və təkəbbürlü olurlar ki, Allahdan hər nə istəsələr, verməyini gözləyərlər. Halbuki, Allahın onların heç bir ibadətinə ehtiyacı olmadığını bilmirlər. Amma insan ibadət edərək pillə-pillə Allaha yaxınlaşar və kamala çatar. Bəzi amillər vardır ki, təkəbbürə səbəb olur. Bu amilləri tanıyaq:
1. Həqarət hissi. yəni insanın maddi və mənəvi çatışmamazlığı, Əli (ə) buyurur: “Təkəbbür – alçaqlıq və həqarəti aşkar edəndir”.
2. Varlıq aləmini və Xaliqi tanımadığına görə. Quran: “Və yer üzündə təkəbbür və məğrurluqla yol getmə. Çünki sən heç vaxt (öz addımlarınla) yeri yara bilməz və heç vaxt ucalıqda dağlara çata bilməzsən”. (İsra/37).
3. Maddi nemətlərin bolluğu, Bəzən insan nemətləri çoxaldıqca başqalarına təhqir gözü ilə baxar və lovğalanar.
4. Zadəganlar nəslindən olduğuna görə. Quran buyurur: “Dedi: “Mən ondan daha yaxşıyam. Çünki məni oddan, onu isə gildən yaratmısan (od gildən daha yaxşıdır. Buna görə də daha yaxşıdan yaradılan daha yaxşı olacaqdır)””. (Sad/76).
5. Özünü başqalarından üstün bilmək. Buna hökmranlıq edən zalım dövlətləri misal göstərmək olar ki, necə zəif dovlətlərə zülm edirlər.
6. Riyakarcasına edilən ibadət. Necə ki, Şeytan (lən) da Allaha 6 min ibadət etmişdi, ancaq onun pis aqibətini hamımız yaxşı bilirik.


Hansı əməllər Allahın qəzəbinə səbəb olur?


Hansı əməllər Allahın qəzəbinə səbəb olur? Allahın qəzəbinə tutulacaq şəxslər:
1. O kəslər ki, tövhidlə bağlı höcətləşərlər. (Şura/16).
2. Allahın nişanələrinə küfr edərlər. (Bəqərə/ 61).
3. O kəs ki, müsəlmanı bilərəkdən öldürər. (Nisa/ 93).
4. Nemətə küfr edənlər. (Taha/81).
5. O kəs ki, döyüş meydanında düşmənə arxa çevirir. (Ənfal/16).
6. O kəslər ki, imandan sonra kafir olurlar. (Nəhl/106).
7. O kəslər ki, Allaha sui-zənn edər. (Fəth/ 6).
8. İlahi peyğəmbərləri (ə) öldürənlər. (Bəqərə/61).
9. Əhli-kitabdan küfr edənlər. (Bəqərə/90).
10-11. Müşrik və Münafiq kişi və qadınlar. (Fəth/6).


Həzrət Peyğəmbərin (s) hədisində xoşbəxt və bədbəxt insanın əlamətləri hansılardır?


Həzrət Peyğəmbərin (s) hədisində xoşbəxt və bədbəxt insanın əlamətləri hansılardır? Həzrət Peyğəmbər (s) buyururlar:
a) \"Xoşbəxtliyin əlaməti 4-dür:
1-Yaxşı həyat yoldaş, 2-Böyük evə sahib olmaq, 3-Yaxşı qonşu (keçinə biləcək və insanın abrını qoruyan olması xüsusi ilə), 4. Yaxşı miniyə sahib olmaq.
b) Bədbəxtliyin əlamətləri:
1-Pis qonşu, 2-Pis həyat yoldaş (acı dilli və sözə baxmayan, və anlayış göstərməyən xüsusi ilə). 3-Dar evə malik olmaq. (insanın yaxşı istrahət edib ehiyaclarına mane olan əsas səbəblərdəndir). 4-Pis miniyə sahib olmaq. (insanı çarəsizliyə çatdırandır)\". (Məkarimül-Əxlaq kitabı, səh: 126).


Peyğəmbərin (s) hədisində heyif olan 4 əməl hansılardır?


Peyğəmbərin (s) hədisində heyif olan 4 əməl hansılardır? Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) xitab edərək buyurdular: \"Ya Əli! 4 əməl heyif olub hədərə gedir:
1- Doyandan sonra yeməyə davam etmək,
2- İşıqlı gecədə çırağ yandırmaq,
3- Daş-qalaqlı yerdə əkinçiliklə məşğul olmaq,
4- Layiqli olmayan şəxsə yaxşılıq etmək.
Mən La-yəhzuruhul-fəqih, cild: 4, səh: 373


La ilahə illəllah\" bütün hakimiyyətlərin inkarıdır?!


La ilahə illəllah" bütün hakimiyyətlərin inkarıdır?! Cənab Rəhbər Ayətullah Xamenei buyurur:
\"La ilahə illəllah\" sözü bütün bu hakimiyyətlərin inkarı və təşəhhüd namaz qılanın bu inkara şəhadət verməsidir. Yəni namaz qılan qəbul edir və öhdəlik götürür ki, ona hakimiyyət və tanrılıq haqqı olan yalnız yeganə Allahdır və onların heç birinin onun üzərində heç bir hökmranlıq hüququ yoxdur.
Bunu qəbul edən şəxsin özünün də heç bir başqa varlığı – insanı, heyvanı, mələyi, cismi, öz nəfsini və ehtiraslarını tanrı kimi qəbul etməyə, onun itaətinə və bəndəliyinə razılaşmağa haqqı ola bilməz. Bu sözün mənası o deyil ki, təkallahlı insan heç vaxt ictimai öhdəlik götürmür, heç bir qanunu, yaxud hakimi qəbul etmir. Çox aydındır ki, insanın mahiyyətinə əsasən, ictimai yaşayış üçün öhdəliklər mütləq lazımdır. Mənası budur ki, Allahın fərmanından qaynaqlanmayan heç bir hömkranlığı və quruluşu qəbul etmir və ona dözmür. Özünün fərdi və ictimai həyatında Allahın fərmanına qulaq asır. Bəzən Allahın fərmanı ilə və Allahın cəmiyyətin idarəsi üçün təyin etdiyi fərmanın tələbinə uyğun olaraq, kimlərəsə itaət etməsi və öhdəliklərə boyun əyməsi lazım olur. Deməli, itaət və öhdəlik ümumi yaşayışın xarakterinə görə təkallahlı insanın həyatından da ayrılmır. Lakin bu itaət özünün azğın nəfsinin istəklərinə, yaxud onun özü kimi olan insanların təkəbbürlülüyünə və eqoistliyinə itaət deyil, Görən və Hikmətli Allahın iradəsinə və fərmanına itaətdir. Çünki icrası lazım olan qanunları və itaəti vacib lazım olan hakimləri müəyyən edən Odur. Onlar da Onun bəndələrinə yalnız Onun fərmanı çərçivəsində fərman verirlər.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter