Mürtəza Mütəhhəri İmam Hüseynin (ə) qiyamının dəyəri haqda nə buyurur?


Mürtəza Mütəhhəri İmam Hüseynin (ə) qiyamının dəyəri haqda nə buyurur? Ustad Şəhid Mürtəza Mütəhhəri: Əgər Hüseynin (ə) şəhadəti, yalnız kədərli bir hadisə, bir müsibət, haqsız yerə bir qanın tökülməsi hadisəsi olsaydı, digər bir ifadə ilə, çox böyük bir şəxsiyyət də olsa yalnız şəxsiyyətin tələf olma hadisəsi olsaydı, heç bir zaman arxasından bu qədər təsir meydana gətirə bilməzdi. Hüseynin (ə) şəhadətinin bu qədər təsir meydana gətirməsi, onun qiyamının böyük bir ilahi və islami ucalıq, igidlik ehtiva etməsindən ötrüdür. Bu tarix və hadisə, yalnız bir müsibət, bir cinayət və zalım bir birlik tərəfindən edilən bir canilik və zülm məsələsi deyil. Bu hadisə, özünə qarşı cinayətlərin törədildiyi kimsənin, çox böyük bir qəhrəmanlıq nümayiş məsələsidir.


Şəhid Mütəhhəri qızını yeni ocağa yola salanda hansı tapşırığı verdi?


Şəhid Mütəhhəri qızını yeni ocağa yola salanda hansı tapşırığı verdi? Ustad Əllamə Şəhid Mütəhhərinin (r.ə) qızı Səidə Mütəhhəri qeyd edib: \"Atam ibadət məsələlərində diqqətli olmağı, namazları vaxtında qılmaq, kamil hicab və vüqarlı olmağı vəsiyyət edirdi\". Atam dərs oxumaq və müxtəlif sahələrdə elmə yiyələnmək barədə çox təkid edirdi, əlbəttəki birinci növbədə dini məsələlərə önəm verirdi.
Mən ailə qurandan sonra böyük ailə vəzifələri və analıq məsuliyyəti barədə mənə nəsihət edirdi; mənim toy mərasimim sona çatandan sonra atam ilə son vidalaşma anlarında mənə dedi:
\"Qızım! Sən öz gələcək həyatında mənim səfirim yerində olacaqsan, çalış elə əməl et ki, Allah və həyat yoldaşın səndən tam olaraq razı olsun. Ümid edirəm ki, gələcəkdə övladların üçün nümunəvi bir ana olasan\".


Qadının bədən əzalarını göstərən nazik və ya dar paltarlar geyinməsi ilə əlaqədar qaydalar nədir?


Qadının bədən əzalarını göstərən nazik və ya dar paltarlar geyinməsi ilə əlaqədar qaydalar nədir? Qadının dərisinin rəngini göstərəcək qədər nazik paltar geyinməməlidir.Həmçinin,qadının paltarından onun bədən əzaları görünməməlidir. Çünki Peyğəmbərimiz Məhəmməd (s.a.a.v) buyurmuşdur:( iki insan cəhənnəm odunda yanacaq: Birincisi geyimli halda çılpaq sayılan və yeriyərkən sağrılarını dəvənin belindəki hörgülər kimi yellədən qadınlar.Onlar cənnət üzü görməyəcək..Ikincisi əlində inəyin quyruğuna bənzəyən qamçı ilə ALLAHın qullarını döyən kişilər.


İnsanlardan bəziləri qəbirlərin üstündə ev inşa edirlər, düzgündürmü?


İnsanlardan bəziləri qəbirlərin üstündə ev inşa edirlər, düzgündürmü? Bu cür etmək icazəli deyil. Çünki, nə qədər ki, ölünün hər hansı qalığı hələ də ordadır hər hansı bir şəkildə qəbirlərə müdaxilə etmək icazəli deyil. Ölülərin toxunulmazlığı dirilərin toxunulmazlığı kimidir. Odur ki, qəbirlərə qarşı hər hansı şəkildə hörmətsizlik etmək qadağandır, istər onların üstünə çıxmaq, qəbiristanlıqdan keçid yol kimi istifadə etmək, qəbiristanlıqda namaz qılmaq olsun, istərsə də qəbiristanlığı insanların müəyyən yaşayış məskəninə çevirmək olsun fərq etməz. Bunlardan heç biri icazəli deyil. Qəbirdə dəfn olunanlar toz-torpağa çevrilib onların cəsədlərindən heç bir şey qalmayıbsa bu istisnadır.


\"Qiyamet günü dəvə iynənin gözündən keçəcək” deyiminin mənası nədir?


"Qiyamet günü dəvə iynənin gözündən keçəcək” deyiminin mənası nədir? Qiyamət günü dəvə iynənin gözündən keçmək məsələsi belədir. Uca Allah Qurani-Kərimdə buyurur ki, dəvə iynənin gözündən keçənədək kafirlər cənnətə girməyəcəklər. Məsələ ayədə belə izah olunur. Bununla Uca Allah bildirmək istəyir ki, kafirlər cənnətə girməyəcəklər. Bunu Uca Allah kafirlərə misal çəkir.


Valideynlere din movzusunda qarsi cixmag olar?


Valideynlere din movzusunda qarsi cixmag olar? Valideynlərlə həmişə yaxşı rəftar etmək bizim borcumuzdur.
Amma valideyn sənə ibadət etməyi qadağan edərsə, biz bu vaxtı ibadəti yerinə yetirməliyik.Çünki ibadət Allahın haqqıdır.Amma yenədə həmişə diqqətli olmalıyıq.Hikmətlə və səbrlə valideynlərə başa salmalıyıq.


Qəlyan çəkmək haramdırmı?


Qəlyan çəkmək haramdırmı? Qəlyan çəkmək , siqarə hökmünə daxildir.Siqarət çəkməkdə əlbəttə ki insana zərəri varsa haramdır.
Müsəlman çalışmalıdır ki, faydasız işlərdən çəkinsin.
Peyğəmbərimiz(s.a.a.v) buyurmuşdur:
\"Hər bir insan hansı əməl üzərində ölsə axirətdə o əməl üzərinə diriləcəkdir.
Bir anlığına düşün ki, qəlyan və ya siqrət çəkərkən bu dünyadan köçmüsən və qiyamət günü Allah dərgahına siqarət və qəlyanla gəlirsən.
O zaman nə edərsən!!!!!?


Nədir Qiyamət?


Nədir Qiyamət? Qiyamət günü nə vaxt olacaqdır? - deyə soruşanlar üçün günəşlə ay bitişəcəyi, göy qatlanıb büküləcəyi, dağlar didilmiş yun kimi olacağı, gözlər bərələcəyi, uşaqlar ağsaqqal ahıla dönəcəkləri, dənizlər od tutub alışacağı gün qiyamət qopacaqdır.

\"Nədir Qiyamət? Axı sən haradan biləsən ki, nədir Qiyamət. Həmin gün heç kim, heç kimin karına gəlməyəcəkdir. Nə ana bala axtaracaq, nə də bala ana axtaracaqdır. O gün hökm ancaq Allahındır. Elə ki, sur çalındı o gün çox ağır gün olacaqdır, kafirlər üçün asan olmaycaqdır, onlar ayələri yalan saydılar, haqq hesab gününə inanmadılar. Vay halına çəkidə və ölçüdə aldadanların. Məgər onlar öləndən sonra diriləcəklərini düşünmürdülərmi? Həm də dəhşətli bir gündə. İnsanlar bir damla nütfədən yaradıldığı kimi onları yenidən diriltmək də onun kimi asandır. Allah hər şeyə qadirdir. Yalnız bir dəfə \"ol” deyəcəkdir.\"...


Rəvayətlərdə çoxlu fəzilətə malik olan namaz hansıdır?


Rəvayətlərdə çoxlu fəzilətə malik olan namaz hansıdır? Bu namaz cümə gününün zöhr çağından qabaq qılınan namazlardandır. Biharul-ənvar kitabının 89-cu cildinin 372-ci səhifəsində müxtəlif kitablar vasitəsi ilə İmam Cəfər Sadiq (ə)-dan və o həzrətdə Peyğəmbər (s)-dan nəql etmişdir ki, buyurub: \"Hər kəs bu namazı qılıb, namazdan sonra (kı göstərişlərə əməl edərsə) Allah təala onun üstündən göy və yer əhlinin şərri və habelə şeytan və zalım hakimin şərrini götürər. Dünyada yetmiş hacətini və Axirətdə də yetmiş hacətini yerinə yetirər.

Namazın qılınma qaydası: Cümə gününün zöhründən qabaq dörd rukət (iki ədəd iki rukətli) namaz qılaraq hər rukətdə on dəfə \"Fatihə\" surəsi, on dəfə \"İxlas\" surəsi, on dəfə \"Kafirun\" surəsi, on dəfə \"Fələq\" surəsi, on dəfə \"Nas\" surəsi, on dəfə \"Ayətəl-kürsi\", on dəfə \"Qədr\" surəsi və on dəfə aşağıdakı \"Şəhidəllah\" ayəsini oxumaq lazımdır:
\"Şəhidəllahu ənnəhu la ilahə illa huvə vəl-məlaikətu və ulul-ilmi qaimən bil-qisti la ilahə illa huvəl-əzizul-həkim. İnnəd-dinə indəllahil-islam. Və məxtələfəl-ləzinə utul-kitabə illa min bədi ma caəhumul-ilmu bəğyən bəynəhum və mən yəkfur biayatillahi fəinnəllahə səriul-hisab.\" Namazdan sonra 100 istiğfar deyilən cümlələrlə, Peyğəmbərə (s) 100 salavat və 100 dəfə xüsusi təsbih demək...


Yaşlı qadınların hicabının şəri hökmlərindən yazın?


Yaşlı qadınların hicabının şəri hökmlərindən yazın? \"Evlənmək meylləri olmayan qoca qadınların öz zinət və bəzəklərini göstərmədən (baş örtüyü və bu kimi üst) paltarlarını çıxarmalarında bir günah yoxdur. İffətli olmaları onlar üçün daha yaxşıdır. Allah eşidən və biləndir”. (\"Nur” 60).
Qurani-Məcid bu həssas mövzuya incə şəkildə toxunur və buyurur ki, yaşlı qadınlar zinət və bəzəklərini göstərə bilərlər. Ancaq iffətli olmaq və hicabı çıxartmamaq bir qadın üçün daha yaxşı və daha layiqlidir. Yuxarıdakı ayədə Allah Təala iki şərt qoyur:
1. Elə bir yaşa gəlib çatmalıdır ki, evlənməyə ümid etməməlidir.
2. Hicabını açan zaman zinət taxmamalı və özünü bəzəməməlidir.
İmam Sadiqə (ə) bu ayə haqqında sual verirlər: \"Hər kəsin qarşısında? Buyurur: \"Hər kəsin yanında olsun, ancaq özünü bəzəməsin və zinətlənməsin”.
Ancaq hər bir halda bu, elə bir hökmdür ki, zəruri deyildir. Bəlkə bu qadınlar da başqa qadınlar kimi hicaba riayət etmələri daha üstündür. Bunu, ayənin özü də sonda vurğulayır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter