Isa (ə) və dostu Azir haqqında əhvalat


Isa (ə) və dostu Azir haqqında əhvalat İsanın Azir adlı bir dostu vardı. Onu çox sevirdi. O, imanlı bir cavan idi. Bir gün İsa əhvalını soruşmaq üçün Azirin evinə getdi. Anası ağlayaraq çıxdı və dedi: -Azir dünyadan köçüb və üç gün qabaq torpağa tapşırılmışdır. İsa buyurdu: -Onu görmək istəyirsənmi? O cavanın imanlı anası dedi: -Hə, ey Allahın Ruhu! -Sabah gələrəm və Allahın izni ilə onu dirildərəm. Səhər tezdən İsa gəlib, o cavanın anasına buyurdu: -Mənimlə oğlunun qəbrinin başına gəl. Məryəm oğlu İsa qəbrin qarşısında dayandı. Başını göyə qaldırıb, həyat bağışlayan Allahın dərgahına ağladı və sonra ürək yanğısı ilə səslədi: -Ey Azir! Yuxudan oyan! Birdən torpaqlar kənara çəkildi. Qəbir yarıldı. Azir torpağın içindən çıxdı. Ana övladını qucaqladı. Gözlərindən sevinc yaşları axdı. Məsih o cavana buyurdu: -Ananla qalmaq istəyirsənmi? Azir dedi: -Bəli, ey Allahın seçilmiş məxluqu. Məsih buyurdu: -Allah-təala sənə yenidən ömür əta etmişdir. Tezliklə, evlənəcəksən. Allah sənə saleh övladlar verəcəkdir. ixlas.


Kümeyl duası kimə məxsusdur və nə üçün oxunur?


Kümeyl duası kimə məxsusdur və nə üçün oxunur? Ramazan ayında və xüsusi ilə həftənin dördüncü günü oxunan Kümeyl duası haqqında:
Kümeyl ibn Ziyad tabiinin böyüklərindən idi, yəni Peyğəmbəri (s) görməmiş, səhabələrdən dərs almışdı. O, İmam Əlinin (ə) ən sadiq tərəfdarlarından biri idi. Hətta onu İmamın sirr sahibi də adlandırırlar. Kümeyl İmam Əlidən (ə) dərin məzmunlu bir neçə hədis və xütbə rəvayət etmişdir. Bu şərəfli şəxsiyyət zalım Kufə valisi Həccac tərəfindən şəhid edilmişdir.

Kümeyl duası dərin irfani və etiqadi mənaları özündə ehtiva edən mətnə malikdir. Rəvayətə görə, bu duanı vaxtilə vəhy mələyi Cəbrail (ə) Həzrət Xızr Peyğəmbərə (ə) öyrətmişdi. Həzrət Əli (ə) bu duanı Kümeylə öyrətmiş və Kümeyl onu digər müsəlmanlara çatdırmışdı; ona görə də dua Kümeylin adı ilə adlandırılır. Kümeyl duasını şəban ayının ortalarında və həftənin cümə gecələrində oxumaq xüsusi savaba malikdir. Çox zaman müsəlmanlar ramazan ayının cümə gecələrində məclislər qurub, hissə-hissə bu duanı oxuyurlar. Kümeyl duası əsas etibarilə Allah-təalanın vəsfinə, ondan dünya və axirət istəklərinin tələbinə həsr edilib.


Yeni çəkilmiş yoldan keçən zaman ən gözəl addım hansıdır?(maraqlı əhvalat!).


Yeni çəkilmiş yoldan keçən zaman ən gözəl addım hansıdır?(maraqlı əhvalat!). Peyğəmbər (s.) buyurur: “Yol üstündə düşüb qalmış və insanların gəlib-keçməsinə əngəl olan daş, sümük, tikan kimi maneələri yoldan qaldırıb kənara tullamaq da insana sədəqə qədər savab qazandırar”.
İnsanlar xidmət haqqında maraqlı əhvalat: Şahlardan biri ölkəsi üçün yol çəkir. Və yoluna açılışı üçün piyada keçiş yarışması keçirir. Və bu yarışmadan hər kəs daha qiymətli səhnə yarada bilsə şah onun üçün xeyir mükafat təyin edir.
Sabahı hərə öz fikrində yaraşıqlı səhnələr yaratmağa çalışırlar. Amma əhalinin içindən bir cavan oğlan yeni çəkilmiş oldan keçən zaman yollara atılmış zibilləri cəmləməyə başlayır. Şah bu səhnəni görəndə cavanın bu addıma heyran qalır. və Soruşur: Nə üçün belə edir? Cavan cavab verir ki, gələnlərin rahat hərəkət etməsi üçün bu işig gördüm. Şah təyin etdiyi caizəni cavana bəxş edir. Və sonra uca səslə xalqa səslənir: \"“Yarışmanın qalibi bu oğlandır. Çünki yoldan ən gözəl şəkildə keçən – özündən sonra gələnlərin yolunun üstündəki əngəlləri qaldıran adamdır”.


Bəzi elmi kəşflər dinlə uzlaşmır. Əksinə bəzən dini nəzəriyyələrin əksinə olur. Din bu məsələni necə həll edir?


Bəzi elmi kəşflər dinlə uzlaşmır. Əksinə bəzən dini nəzəriyyələrin əksinə olur. Din bu məsələni necə həll edir? Elm və dinin uzlaşmaması mövzusu zristianlıqdan İslam dininə daxil olan bir mövzudur. Müqəddəs İslam dinində bu məsələnin həlli üçün aşağıdakı qeydlərə diqqət yetirmək lazımdır.
1. Dindən hər hansı bir nəticəni almaq üçün ilkin surətdə onun qeydlərini və müxəssislərini (xüsusiyyətlərini və istisnalarını) tanımaq lazımdır. Yəni bu prosesi keçməmiş heç bir nəzəriyyəni din barəsində yürütmək olmaz.
2. Zəka İslam dininin nəzərində Allahın ümdə dəlilidir. Əgər hər hansı bir nəzəriyyə əqil və dəlil yolu ilə sübuta yetirilsə din onu sözsüz qəbul edir.
3. Uzlaşma mövzusunda bəzi mənəvi temaları (qeyri maddi) sırf maddiyata aid olan temalarla qarışdırmaq olmaz. Çünki bunlar amil etibarı ilə olduqca fərqli mövzulardır.
4. Elmi kəşflərlə münasibətdə gərək bütün teoriyalar və nəzəriyyələr, həmçinin sübuta yetirilmiş və naqis mövzular arasında böyük fərqlər olduğunu qəbul etmək lazımdır. Çünki sübuta yetirilmiş nəzəriyyələrlə qanun şəklində istifadəyə verilmiş və sübuta yetməyən və naqis nəzəriyyələr qaunuda öz əksini tapmamışdır. Bundan əlavə daim infilasiya və dəyişməkdə olan qanunlar dini temalarla uzlaşmaya bilməz. deməli bütün elmi nəticələrə gərək diqqətli olaq.


Həzrət Mehdinin (ə) mövluduna və onun bu vaxtadək sağ olmasına etiqad zəruridirmi?


Həzrət Mehdinin (ə) mövluduna və onun bu vaxtadək sağ olmasına etiqad zəruridirmi? İmamət prinsipinə etiqad baxımından həzrət Mehdinin (ə) mövluduna və varlığına etiqad zəruridir. Şiəliyə görə İmamət dinin üsuludur, yer üzü heç vaxt höccətsiz (İmamsız) qala bilməz. Belə bir etiqadda olan insan həzrət Mehdinin (ə) mövluduna da inanır. Peyğəmbərdən nəql olunmuş mötəbər rəvayətlərə əsasən ondan sonra 12 İmam var. Bu silsilə qiyamətədək davam edəcək. Bundan əlavə, hər bir İmam özündən sonrakı İmamı təsdiqləmişdir.
Tarixi baxımdan da şiə cəmiyyəti həzrət Mehdinin (ə) İmamətini qəbul etmişdir. Digər bir tərəfdən, bilirik ki, İmam Mehdini (ə) tanımaq hamının vəzifəsidir. Ona beyət etmək zəruridir. Beləliklə, İmam Mehdi (ə) qeybdə olsa da, onun mövluduna və varlığına etiqad vacibdir.


Xeyirxah insanın 4 nişanəsi hansilardir?


Xeyirxah insanın 4 nişanəsi hansilardir? Məsumların baxışında xeyirxah insanın nişanələri:
-Əmirəl-möminin (ə) buyurur: “Bilin ki, Quran elə xeyirxahdır ki, xəyanət etməz, elə bir hidayətçidir ki, yolunu azdırmaz, elə bir natiqdir ki, yalan danışmaz”.
Dinimizi xeyirxahlıq olmadan təsəvvür etmək olmaz. Xeyirxahlıq – kin və həsədin əksidir. Xeyirxahlıq odur ki, insan Allahın nemətinin və xeyirinin müsəlmanlara çatmasını istəyər və onlara zülm və şərin dəyməsini kərahət bilər. (Tebyan)
-Həzrət Peyğəmbər (s) buyurur: “Allah yanında ali məqamlı insan o kəsdir ki, xəlq üçün xeyirxahlıq yolunda hamıdan daha əvvəl addım atar”. İlahi peyğəmbərlər (ə) və İmamlar (ə) xeyirxah insanlar olmuşdular.
-İmam Səccad (ə) buyurur: “Başqaları üçün xeyir addım at, əgər o, onun əhli olarsa, sən haqqı əldə etmisən, əgər əhli və layiqli olmazsa, sən ona layiq olarsan”.
Hər kim başqasının xeyrini istəyər, ona çatan xeyirdə onunla şərik olar. Yəni, savabı xeyri çatdıranın savabı kimi olar. Ona görə də əgər kimisə xeyir işə tərəf hidayət etsəniz və o, həmin əməli yerinə yetirərsə, siz də həmin əməlin savabında onunla şərik olarsınız.
-Həzrət Peyğəmbər (s) buyurur: “Xeyirxah şəxsin nişanəsi 4 şeydir: haqla hökm çıxardar, özündən başqalarına haqq verər, özü üçün bəyəndiyini başqaları üçün də bəyənər, heç kəsin (haqqına) əl uzatmaz”.


Peyğəmbərin (s) qoca babası Əbdülmütəllib mömin olub yoxsa yox?


Peyğəmbərin (s) qoca babası Əbdülmütəllib mömin olub yoxsa yox? Peyğəmbərin (s) babası olan Əbdülmütəllibin imanı haqda araşdırma:
1. HƏdisdə gəlmişdir: \"Qiyamət günündə Əbdülmüttəlib vahid ümmət halında məhşərə gələcək, onda peyğəmbərlərin siması, hökmdarların heybəti olacaq\"
2.Kəbənin quraqlığı zamanı Əbdülmüttəlib Kəbənin qarşısına gəldi və körpə Muhəmmədi (s) yuxarı qaldırıb belə dua etdi: \"Ya Rəbb, bu uşağın xatirinə bizə bol yağış əta elə!\" Üstündən bircə saat keçməmişdi ki, səmanı buludlar bürüdü, elə güclü yağış yağdı ki, hətta camaat məscidin uçulacağından qorxdu\" Bu hadisə sübut edir ki, Əbdülmüttəlib vahid Allaha pərəstiş edirmiş.
3. Peyğəmbər (s) İmam Əliyə (ə) buyurmuşdur: \"Ey Əli! Əbdülmüttəlib cahiliyyə dövründə beş sünnə (dəb) qoymuşdu ki, İslam dini də bunları təsdiq etdi: 1) atanın arvadını oğula (başqa arvaddan olan oğul nəzərdə tutulur) haram elan etdi; 2) xəzinə tapanda onun beşdən birini sədəqə verdi; 3) Zəmzəm quyusunu qazıyandan sonra onu hacıların içməsi üçün vəqf etdi; 4) insan qətli üçün diyə (qanbahası) olaraq 100 dəvə verilməsini qərarlaşdırdı; 5) qüreyşilər Kəbənin ətrafında təvaf edərkən, neçə dəfə dövrə vurmağın dəqiq sayını müəyyən etməmişdilər, Əbdülmüttəlib 7 dövrə vurmağı qanun qoydu\"...


Suleyman Peyğəmbərin (ə) Bağlı qapını açan zikri hansıdır?


Suleyman Peyğəmbərin (ə) Bağlı qapını açan zikri hansıdır? Beytul-müqəddəsin açarı həmişə Süleymanın (ə) yanında idi. Özündən başqa heç kəsə etimad etmirdi. Bir gecə Süleyman (ə) bu qapını açmaq üçün Beytul-müqəddəsə gəldi, ancaq qapı açılmadı. Cinlərdən yardım istədi və onlar da bu qapını aça bilmədilər.
Çox qəmgin və narahat oldu. Güman etdi ki, Allah ona Beytul-müqəddəsə girməyi qadağan etmişdir. Bu zaman öz əsasına söykənən bir qoca gəldi. O, Həzrət Davudun (ə) yoldaşlarından idi.
Süleymanın (ə) yanına gəlib dedi: “Niyə qəmginsən?”.
Süleyman dedi: “Bu evin qapısını açmaq mənə və yoldaşlarım olan cinlərə müşkül olmuşdur”.
Qoca dedi: “Sənə atanın qəm və qüssə içində olan zaman söylədiyi kəlmələri təlim verimmi?”.
Süleyman dedi: “De, ey qoca”.
Qoca dedi: “De: Yəni, Allahım! Sənin nurunla hidayət olmuşam, fəzlinlə ehtiyacsız olmuşam, Sənin yardımınla səhər və axşam etmişəm, günahlarım Sənin yanındadır. Dərgahından bağışlanma istəyirəm və Sənə tərəf qayıdıram. Ey Mehriban və Minnət qoyan Allah”.
Həzrət Süleyman (ə) bu kəlmələri dedi və qapı açıldı. Deyerler.


Peyğəmbər (s) buyurur: İnsanın dünyada məhv edən 7 günahdan çəkin.


Peyğəmbər (s) buyurur: İnsanın dünyada məhv edən 7 günahdan çəkin. İnsanı elə dünyada olan halda belə əzaba düçar edən 7 əməl: Peyğəmbər (s) buyurur:
1-Allaha şərik qoşmaqdan çəkin, (çünki insanı rüsvay edər)
2-Sehr və cadu eləməkdən çəkin, (hər nə başqalarına edərsən özünün həyatında başına gələr.)
3-Allaha imanlı olan şəxsi öldürməkdən (eləcə də abrını aradan aparmaqdan) çəkin. Çünki zaman gələr, gün gələr özün qınadığın əmələ düçar olarsan)
4-Yetim malı yeməkdən çəkin. (Yetimin ahı dünyada bəlanı tez nazil edər)
5-Riba (sələm və faiz) yeməkdən çəkin. (Haram mal ömrün və malın bərəkətinin getməsinə səbəb olar.)
6-Düşmənə hücum zamanda haqqı müdafiə etməkdən qaçmaq. (haqqı tapdayanların şərrini uzaqlaşdırmamaq insanın zəlil olmasına səbəb olar).
7-Namıslı və iffətli xanımlara zina böhtanı vurmaq. (Başqasının namısına ləkə vuraraq həyatını məhv edənin ailəsi davamlı qalmaz).


Etdiyin günahı məhv etmək istəyirsənmi? İmam Rizanın (ə) tapşırıqlarına əməl et.


Etdiyin günahı məhv etmək istəyirsənmi? İmam Rizanın (ə) tapşırıqlarına əməl et. Günahları bağışlatmaq üçün İmam Rizanın (ə) tapşırıqları:
*Öz nəfsini danlamaq. İmam Rza (ə) buyurur: “Bəni-İsrayildən bir nəfər Allaha 40 il ibadət edir, ancaq ondan qəbul olunmur. O, öz nəfsinə xitab edir və deyir: “Bu sənsən ki, əməllərimin məhv olmasına səbəb olmusan”. Allah tərəfindən ona xitab gəlir ki, sənin bu danlamağın 40 il ibadətindən daha üstündür”.
* Salavat. İmam Rza (ə) buyurur: “O kəsin ki, günahlarının kəffarəsini verməyə qüdrəti yoxdur, Peyğəmbərə (s) çoxlu salavat göndərsin. Çünki bu əməl günahları məhv edər”.
* Ali-Muhəmmədlə (ə) dost olmaq. İmam Rza (ə) buyurur: “Peyğəmbər (s) buyurmuşdur: “Biz Əhli-beytin (ə) sevgisi günahları gizlədər və həsənələri bir neçə bərabər edər””.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter