Ərbəin günündə İmam Hüseynin (ə) ziyarətinin sirri nədir?


Ərbəin günündə İmam Hüseynin (ə) ziyarətinin sirri nədir? İmam Hüseynin (ə) Ərbəin günü yaxınlaşdıqca Həzrət Əba Abdullahı (ə) sevənlərin arasında xüsusi bir həyəcan və şövq meydana gəlir. Bəs İmamı (ə) məhz bu gündə ziyarət etməyin sirri nədədir?
Cavab: Quran bizlərə göstəriş verir ki, möminlər Əyyamullahda gərək yada salınsınlar ki, Allahın bu böyük günləri unudulmasın. Ərbəin – Aşura hadisəsinin davamıdır. Ona görə də Aşura gününü əziz tutmaq üçün ən böyük Əyyamullahdır. Ərbəin günündə Hüseyn (ə) aşiqləri İmamın (ə) hərəminə tərəf hərəkət edərək, onunla əhdlərini təzələyirlər. Bu əhdi təzələməyin ən yaxşı yolu – Kərbəlaya getməkdir. Ona görə də İmam Həsən Əsgəri (ə) Ərbəin günündə İmam Hüseyni (ə) ziyarət etməyi – möminlərin nişanələrindən hesab etmişdir. İmam Həsən Əsgəri (ə) buyurur: “5 şey möminin nişanələrindəndir: onlardan biri Ərbəin ziyarətidir”.
İmam Hüseyni (ə) Ərbəin günündə ilk ziyarət edən insan Cabir Ənsari olmuşdur. Dövrün ən böyük alimlərindən olan Ətiyyə ibni Səyid ibni Cənadə Uvfi də onunla bir yerdə idi. Cabir bizlərə İmamı (ə) necə ziyarət etməyin yolları öyrətdi və sonra da şəhid olmuş əziz dostu ilə dərdləşdi. Gah özündən getdi, gah da hönkürüb ağladı.


Dəlinin namazı və məsciddə namaz qılanlara mükəmməl nəsihəti!


Dəlinin namazı və məsciddə namaz qılanlara mükəmməl nəsihəti! Bir dəli namaz qılmaq üçün məscidə girdi. Oturmadan ətrafa göz gəzdirib məsciddən çıxdı. Bir müddət sonra belində bir şələ odunla məscidə qayıtdı. Camaat isə bu vaxt namaz qılmağa hazırlaşırdı. O da onlarla bərabər cərgədə dayandı. Arxasında bir şələ odunla namazını qıldı. Dəli namazda hərəkət elədikcə yerə tökülən odunların səsi camaatı narahat etmişdi. Namaz qurtaranda camaatdan bəzisi deyindi, bəzisi də onu qınaydı. Çox keçmədi ki, İmam da məsələdən agah oldu. Dəli ilə eyni məhəllədən olduğuna görə onun yanına yaxınlaşan İmam, “Arxanda bir şələ odunla namaz qılmaq olarmı? Bu həm səni, həm də ətrafdakıları narahat elədi. Bir də yüklə namaza gəlməsən daha yaxşı olar”, − dedi.
Bunu eşidən dəli mənalı baxışlarla İmamın üzünə baxdı və “Sizin adətiniz belə deyilmi?” − deyir. İmam, “Hansı adətimiz?” − deyə ondan soruşdu.
Camaat isə maraqla onları seyr edirdi. Dəli, “Ey İmam! Mən namaz qılmaq üçün məscidə girmişdim. Oturmaq üçün ətrafıma göz gəzdirəndə məsciddəkilərin hərəsinin belində bir yükün olduğunu gördüm. Fikirləşdim ki, yəqin burda adət belədir. Buna görə bir şələ odun götürüb gəldim. Buna görə məni günahlandırmaq doğrudur? Axı hamının belində nə isə vardı. Buna qalsa hamı qınanmalıdır”, − dedi. Bunu eşidən İmam təəccüblənərək, “Mənim çiynimdə də yük vardı?”, − deyə soruşdu. Dəli, “Bəli, təkcə sənin yox hamının yükü vardı.”, − dedi...


İnsanın ağıllı olmasının göstərici olan nişanələr


İnsanın ağıllı olmasının göstərici olan nişanələr Ağıllı insanların belə xüsusiyyətləri olar:
1. Ən aqil insan o kəsdir ki, insanlara qarşı çox mülayim və mehriban olsun.
2. Ən aqil insan o kəsdir ki, Pərvərdigarını tanısın və əmrlərinə itaət etsin.
3. Həmçinin o kəs ki, düşmənini tanıyar və onunla müxalifətlik edər, hər kəsdən daha aqildir.
4. Aqil insanın dördüncü xüsusiyyəti budur ki, əbədi yerini (axirətini) tanısın və abad etməsi üçün səy göstərsin.
5. Ən aqil insan o kəsdir ki, bilər ki, hansı sürətlə axirətə tərəf hərəkətdədir və özünü axirət səfəri üçün hazır edər. Özü üçün azuqə götürər.


İnsanın şəxsiyyətini dirçəldən 4 əməl hansılardır?


İnsanın şəxsiyyətini dirçəldən 4 əməl hansılardır? Əhli-Beytdən (ə) nəql edilir: “Dörd şey vardır ki, hər bir müsəlmanda olarsa, Allah ona ən şərəfli yerdə yer verər:
1-O kəs ki, yetimə pənah verər və ona sevgi ilə baxar. Ona qarşı mehriban ata olar.
2-O kəs ki, zəifə rəhm edər və ona yardım edər.
3-O kəs ki, ata və anasının xərcini verər və onlarla mehriban olar. Hər ikisinə yaxşılıq edər və onları qəmgin etməz.
4-O kəs ki, xidmətçisinin, nökərinin, kənizinin haqqına təcavüz (zülm) etməz. Ona yardım edər və ona gücü çatmayan işi verməz”.


İnsan Allahdan nə istəsə yaxşıdır?


İnsan Allahdan nə istəsə yaxşıdır? Qüdsi hədisdə oxuyuruq: \"Allah Musaya (ə) buyurur: \"Hər nə ehtiyacın varsa, Məndən istə, hətta qoyunların otunu və yeməyinin duzunu belə\". Ancaq yaxşı olar ki, insan Allah dərgahında dayanan zaman Ondan daha dəyərli şeyləri istəsin:
1. Valideyn üçün dua etmək. İnsan hər nə qədər valideyninə xidmət etsə, onun zəhmətlərinə təşəkkür edə bilməz.
2. Başqaları üçün dua etmək. Duanın qəbul olmasına səbəb olar\".
3. Saleh övlad sahibi olmaq üçün dua etmək. Həzrət Zəkəriyya (ə) da Allahdan pak və saleh övlad istəyir və Allah Taala ona Yəhya Peyğəmbəri (ə) verir.
4. İmam Zaman ağanın (ə.f) zühuru üçün dua etmək. Çünki o həzrət dünyanı ədalətlə dolduracaq.
5. Yaxşı bəndə olmağı dua etmək. Bəndəliyə çatmağın yolu da nəfsani istəkləri tərk etməkdir.
6. İslamı qorumaq üçün dua etmək. İslam dini - bəşərə əta olunan ən dəyərli nemətlərdəndir.
7. Xeyirli aqibət üçün dua etmək. Allahdan dünya və həm də axirət üçün xeyir istəyək.
8. Tövbə edək. Günah axirət əzabından başqa, insana dünyada bəlalar gətirər, mənəviyyatdan uzaqlaşdırar.
9. Halal ruzi istəmək. Məsumlarımız (ə) həmişə Allahdan halal ruzi istəmişdilər.
10. Elm istəmək.İmam Səccad (ə) buyurur: \"Allahım, mənə kamil ağıl, pak qəlb, çoxlu elm əta et!\".


\"Yasin\" surəsi oxuyanın çatdığı 10 BƏRƏKƏT


"Yasin" surəsi oxuyanın çatdığı 10 BƏRƏKƏT Peyğəmbər (s) buyurdu: Ey Əli! \"Yasin\" surəsini oxu ki, onda 10 bərəkət vardır:
1. Ac yatmaz məgər o halda ki, tox olar.
2. Susuz, məgər o halda ki, sirab olar.
3. Paltarsız məgər o halda ki, geyindirilər.4. Subay, məgər o halda ki, evlənər.
5. Qorxan, məgər o halda ki, amanda olar.
6. Bağlı, məgər o halda ki, nicat tapar.7. Xəstə, məgər o halda ki, sağalar.
8. Müsafir, məgər o halda ki, səfərdə yardım olunar.
9. Ölənin yanında oxunarsa, (günahları) azalar.
10. Hər kimin itmişi varsa, bu surəni oxuyaraq (itmişini) tapar\".


İnsan işində üç yerdə peşiman olmaz?!


İnsan işində üç yerdə peşiman olmaz?! İmam Əli (ə) buyurur: “Üç şey vardır ki, hər kim ona əməl etsə, peşman olmaz:
1. Tələsməkdən çəkinmək.
2. Məsləhətləşmək.
3. Qərar çıxaran zaman Allaha təvəkkül etmək”.


İmanında yəqinliyə çatmağını bilmək istəyirsən 6 nişanə ilə ölç.


İmanında yəqinliyə çatmağını bilmək istəyirsən 6 nişanə ilə ölç. Həzrət Peyğəmbər (s) buyurur: “Yəqin sahibi olmağın 6 əlaməti vardır:
1. Həqiqət üzərindən Allaha yəqinliyi olsun və Ona iman gətirsin.
2. Yəqinliyi olsun ki, ölüm haqdır və ondan qorxsun.
3. Yəqinliyi olsun ki, Qiyamət haqdır və rüsvayçılıqdan qorxsun.
4. Yəqinliyi olsun ki, behişt haqdır və özünü mühasibə etsin.
5. Yəqinliyi olsun ki, cəhənnəm haqdır və ondan xilas olmaq səyini zahir etsin.
6. Yəqinliyi olsun ki, hesab haqdır və özünü hesaba çəksin”.


Nəhcül-bəlağə nə həddə mötəbər kitabdır?


Nəhcül-bəlağə nə həddə mötəbər kitabdır? Nəhcül-Bəlağənin etibarı haqqında araşdırma: Özünü əllamə sayan belə dəcəllərdən biri deyir ki, Nəhcül-bəlağə ilə Şiə etiqadlarını darmadağın etmək olar. Guya bu kitab Əhli-beyt məzhəbində qeyd-şərtsiz höccət sayılır. Bu sözügedən məzhəb haqda məlumatsızlıqdan irəli gəlir. Bir vaxtlar deyirdilər ki, şiələrin Quranı bizimkindən fərqlidir, onlar Quranı dəyişdiriblər; deyirdilər ki, onlar namazın salamlarından sonra 3 dəfə \"Xanəl-Əmin\" deyirlər; yəni guya Cəbrayıl əslində Quranı Əliyə gətirəcəkmiş, amma xəyanət edərək Məhəmmədə (s) aparıb. Zaman ötdükcə yalan və düşmən hiyləsi olduğu aşkara çıxıb.
Onlar indi də özlərinə əziyyət verib məsələni dərindən araşdırmır və əsasən Səfəvilər dövründə yayılmış Əxbariliyə xas görüşləri bütün Əhli-beyt davamçılarına aid edirlər. Xatırladaq ki, Nəhcül-bəlağənin bütün hədisləri düzgün və səhih hesab olunmur. Ümumiyyətlə, Şiə məzhəbində heç bir kitabın adını Səhih qoymayıblar. Çünki bu məzhəbdə kitaba, alimə, hədisşünasa pərəstiş deyilən bir şey yoxdur, fiqhdə olduğu kimi, hədis elmində də ictihad qapısı açıqdır, Qurandan başqa bütün mətnlərin istinadı rical, dirayə, tarix və mənbəşünaslıq kimi elmlər əsasında araşdırılır...


Şəriətdə neçə əmələ qurban kəsmək tapşırılır?


Şəriətdə neçə əmələ qurban kəsmək tapşırılır? Qurbanlar bir neçə növ olur: 1. Əqiqə qurbanı: bu, uşağın doğulması münasibəti ilə kəsilən qurbandır. Qız uşağı üçün bir qoyun, oğlan uşağı üçün iki qoyun olmaqla uşağın doğulduğu 7-ci, olmazsa 14-cü, olmazsa 21-ci günü və yaxud həddi-buluğa çatana qədər kəsilə bilər.
2. Kəffarə qurbanı: bu, həcc vaxtı hər hansı bir günahdan səbəbilə cərimə olaraq kəsilən qurban növüdür:-a) Həcc vaxtı ehram qaydalarının birini pozduqda, məsələn, tikili paltar geyinmək, saç, saqqal və ya dırnaqları kəsmək və s. günahlardan dolayı bir qoyun və ya bir keçi qurban edilir. -b) Vacib olan bəzi qaydaları pozduqda, məsələn, bayramın birinci gününün gecəsini Müzdəlifədə keçirmək, Minada şeytanı daşlamaq, təşriq günlərində Minada gecələmək, vida təvafı etmək kimi həccin vacib (rükn) olmayan bəzi qaydalarını tərk etməyin cəzası bir qoyun və ya bir keçi qurban kəsməklə ödənir.
3. Nəzir (ədəq) qurbanı: bu, bir işdən səbəbindən dolayı kəsməyə niyyət edilən qurban növüdür. Allahla əhd bağlandığı üçün kəsilməsi vacibdir. Niyyətdə hansı cins heyvanı və neçə dənə üşün tutulursa o sayda və o cins heyvanları kəsmək vacib olur. Münasib vaxtda kəsilə bilər.
4. Udhiyyə qurbanı: bu, qurbanların ən məhşur və ən kütləvi, ən möhtəşəm növüdür. Xalqımız arasında buna “İsmayıl qurbanı” da deyirlər. Bu qurbanın kəsilməsi alimlərin əksəriyyətinə görə vacib olmasa da, gərəklidir. Çünki bunu etməyənlər Peyğəmbər (s) tərəfindən qınanmışdır: “İmkanı olub qurban kəsməyənlər namaz qıldığımız yerə yaxınlaşmasınlar”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter