Alimlərlə oturub-durmaq haqda imamların tapşırığı nə olmuşdur?


Alimlərlə oturub-durmaq haqda imamların tapşırığı nə olmuşdur? Alimlərlə oturub-durmaq haqda məsumların dəyərli sözləri:
-İmam Baqir (əleyhissalam) buyurur: «Elmi mübahisələr dərsdir, dərs isə namaz və gözəl duadır.»
-İmam Sadiq (əleyhissalam)-dan nəql olunub ki, Rəsuli Əkrəm (s) buyurur: «Allah-taala buyurmuşdur: «Mənim bəndələrimin arasında elmi mübahisələr ölmüş qəlblərin dirilməsinə səbəb olur, o zaman ki, elmi mübahisələr ki, Mənim əmrimlə sona çatar.»
İnsanları dini işlərə, üsuliddin və füruiddinə doğru hidayət etmək qəlbləri dirildir, ruhlara nicat verir və insan əqlini çiçəkləndirir.


Həzrət Əlinin (ə) xristan evində qonaq olması və onun şübhəsinə cavabı!


Həzrət Əlinin (ə) xristan evində qonaq olması və onun şübhəsinə cavabı! Xristian İmam Əli (ə) sual verdi: Üzümü yeyirsiniz amma onun suyunu xeyr! Necə olur bu? Bu haqda İmam Əlinin (ə) xristanın evində olması əhvalatından cavab alaq:

Hz. Ali bir Xristiyana qonaq oldu. Adam üzüm gətirdi. Hz. Ali üzümü yedi. Sonra üzümdən edilmiş şərab gətirdi. Hz. Ali buyurdu ki, haramdır. Xristian dedi ki siz
müsəlmanlara teccub edirem. Üzüm halal, içki haram, Halbuki bu serab bundan yeni uzumden hazir edilir. Hz. Ali buyurdu, yoldaşın varmı. Dedi var. Qızın varmi. Dedi o da var. İkisi də gəlsin bura. Həyat yoldaşı və qızı gəlincə Hz. Ali buyurdu ki, bu qız bu anadandır, amma görürsən ki Allah anasını sənə halal, Qızını isə haram etmişdir. Xristian bir an fikire getdi, şokda idi. Bütün bildiklərini sorğulamağa və xəlifəyə doğru ağlamaqa başladı. Əlindən öpüb Müsəlmanlığını elan etdi.


Müsəlman alimlərinin dəqiq elmlər sahəsində əldə etdikləri nailiyyətlər.


Müsəlman alimlərinin dəqiq elmlər sahəsində əldə etdikləri nailiyyətlər. VIII–XIII əsrlərdə islam ölkələrində elmə verilən böyük qiymətin sayəsində bir sıra alimlər yetişmiş və elm aləminə böyük töhvələr vermişdir. Müsəlman ölkələrində elm Avropa ölkələrinə nisbətən daha geniş yayılmışdı. Bu hər şeydən əvvəl islamın sayəsində mümkün olmuşdu. Məhəmməd peyğəmbər (s.ə.s.) buyurmuşdu: «İnsan beşik evindən məzar evinə qədər elm öyrənməlidir».
Ərəbistanda, islamı qəbul etmiş ölkələrdə və orta Asiya ölkələrində astronomiyanın, eləcədə elmin digər sahələrinin inkişafı davam edirdi. Böyük karvan yolları və dənizçilik, mürəkkəb Ay təqvimi sistematik müşahidələr və astronomiya haqqında bilik tələb edirdi. Ona görə də bir çox müsəlman ölkələrində elmi mərkəzlər və xüsusi rəsədxanalar yaradılırdı. Bu yaradılan rəsədxanarda daimi müşahidələr aparılırdı. Orta şərqdə yerləşən ölkələrdə astronomiya və fəlsəfə yüksək inkişaf mərhələsinə çatmışdı.
Məşhur alim Biruni (973-1048) dünyada ilk dəfə Yerin öz oxu və Günəş ətrafında fırlanması ideyasını irəli sürmüşdür. Biruni Yerin çevrəsinin uzunluğunu Eratosfendən və bir sıra özündən əvvəlki müsəlman alimlərindən daha dəqiq hesablamışdı. Biruni astronomiyaya aid qanunlar məcmuəsi – traktatlar yazmışdır. Bunlardan birində Biruni yazırdı ki, Yer kürəsinin öz oxu ətrafında fırlanması astronomiyanın heç bir müddəasına zidd deyildir. Biruni 18 kimyəvi maddənin xüsusi çəkisini hesablamış, suyun sıxlığını hesablamağa nail olmuşdur.


Göz muncuğu və s. tilsimlər asmaq olarmı?


Göz muncuğu və s. tilsimlər asmaq olarmı? Onları asmaq olmaz, çünki bunu etmək şirkdir.
Qurandan dəlil: \"Əgər Allah sənə bir sıxıntı versə, (səni ondan) Allahdan başqa heç kəs qurtara bilməz. Əgər Allah sənə bir xeyir yetirsə, (heç kəs Ona mane ola bilməz). Çünki O, hər şeyə qadirdir!\" (əl-Ənam, 17)
Rəvayətdə gəlmişdir: \"Kim (gözdəymədən və s. Qorunmaq üçün) tilsim asarsa artıq şirk etmiş olar\".


Allah Quranı nə üçün nazil edib?


Allah Quranı nə üçün nazil edib? Allah Qurani-Kərimi nazil edib ki, onu oxuyub əməl edək. (Şübhəsiz ki, onu büküb harasa qoymaq, yaxud asmaq heç bir fayda verməz.)
Qurandan dəlil: \"Rəbbinizdən sizə nazil edilən Qurana tabe olun. Allahı qoyub başqa havadarlara uymayın. Siz öyüd-nəsihətə olduqca az qulaq asırsınız!\" (əl-Əraf, 3)
Hədisdə nəql olunur: \"Quran oxuyun və ona əməl edin, onu atıb getməyin və onda mübaliğə etməyin, onu qazanc mənbəyinə çevirməyin və onu mənimsəməyin!\"


Dində gözəl \"bidət\" varmı?


Dində gözəl "bidət" varmı? Xeyr! Dində gözəl \"bidət\" yoxdur.
Qurani-Kərim buyurur: \"Bu gün dininizi tamamlayıb mükəmməl etdim, sizə olan nemətimi başa çatdırdım və bir din kimi sizin üçün İslamı bəyənib seçdim\".(əl-Maidə, 3)
Rəvayətdə gəlmişdir: \"Sizə (dinə əlavə edilən) yeniliklərdən çəkinməyi əmr edirəm! Həqiqətən, hər bir yenilik bidətdir və hər bir bidət də zəlalətdir\".
-Əlbəttə qeyd edək ki, yenilik ki İslamda onun əksinə nəsə olmuş olsun və ya müsəlmanları çətinliyə salsın.


İslamda gözəl \"sünnə\" varmı?


İslamda gözəl "sünnə" varmı? Bəli, islamda gözəl \"sünnə\" var. Xeyirxah işlərdə nümunə olmaq kimi.
Quran-Kərimdə buyurulur: \"Və o kəslər ki: \"Ey Rəbbimiz bizə zövcələrimizdən və uşaqlarımızdan gözümüzün işığı olacaq övladlar bəxş et və bizi müttəqilərə İmam et!\" (yəni, xeyirxah işlərdə nümunə et!) deyərlər\". (əl-Furqan, 74)
Hədisdə gəlmişdir: \"Kim islamda (unudulmuş) gözəl bir sünnəni bərpa edərsə, ona həm öz əməlinin, həm də ondan sonra həmin sünnəyə əməl edənin savabı qədər savab yazılar\".


Müsəlmanlar nə zaman qələbə çalacaqlar?


Müsəlmanlar nə zaman qələbə çalacaqlar? Müsəlmanlar yalnız Allahın kitabına və Peyğəmbərinin (s.ə.s) sünnəsinə əməl etdikdə qələbə çalacaqlar.
Qurandan dəlil: \"Ey iman gətirənlər! Əgər siz Allaha (Allahın və Peyğəmbərinin dininə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm edər\". (Muhəmməd, 7)
Hədisdən dəlil: \"Qiyamətə qədər ümmətimdən qələbə çalan bir tayfa olacaq\". (İbn Macə - \"səhih\"dir)


İmam Əlidən (ə) tapşırıqlar: İnsanlarla elə rəftar edin ki...


İmam Əlidən (ə) tapşırıqlar: İnsanlarla elə rəftar edin ki... Həzrət Əli (ə) buyurur:
- “Ey Adəm övladı, Allaha itaətsizlik etdiyin halda, Onun sənə çoxlu nemət əta etdiyini görərsənsə, bu işin sonundan qorx.”
- “İnsanlarla ilə elə rəftar edin ki, əgər həmin halda ölsəniz, sizə ağlasınlar və sağ qalsanız, sizinlə ünsiyyətdə olmaq istəsinlər.”
- “Başqaları üçün pis hesab etdiyin işlərdən uzaqlaşmaq ədəbli olmağın üçün kifayət edər”
- “Tövbə ilə özünüzü ətirləyin ki, günahların pis qoxusu sizi rüsvay etməsin”
- “Günahdan çəkinən şəxs yaxşı iş görən şəxs kimidir”
- “Günahdan pak olmaq kimi mürüvvət (kişilik) yoxdur”
- \"İnsanlarla elə rəftar edin ki,onu əzənin də əlində ətriniz qalsın\"


Həzrət Peyğəmbər (s) qızı Fatimədən bir məsələdə icazə alır!


Həzrət Peyğəmbər (s) qızı Fatimədən bir məsələdə icazə alır! İmam Əli (ə) Fatimeyi-Zəhranın (ə) elçiliyinə gələndə Peyğəmbər (s) Qızının yanına gəlib deyir:
\"Qızım, Əli sənə elçi gəlib. Bu barədə nə deyirsən?” Bu dəfə Həzrət Zəhra əvvəlki dəfələrin əksinə olaraq üzünü çevirmədi və sükutu ilə razılığını bildirdi. Peyğəmbər (səlləllahu əleyhi və alih) təkbir deyən halda onun razılığını Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam)-a çatdırdı.
Diqqət yetirmək lazımdır ki, hətta Peyğəmbər də qızı Zəhranın barəsində birbaşa, onun icazəsi olmadan qərara gəlmir, əksinə, evlənmə məsələsində qızının razılığını lazım və zəruri bilir. Bu əməl ilə bütün insanlara azadlıq dərsi verib öyrədir ki, qızlar həyat yoldaşı seçməkdə ixtiyar sahibi və azaddırlar.
Davud ibni Sərhan deyir: İmam Sadiq (əleyhissalam)-dan qızların ərə getməsi və onların ailə qurmaq istədikdə Həzrət buyurdu:
\"Atanın vəzifəsi budur ki, ərə getmə məsələsini qızına təklif etsin. Əgər müxalifət etməsə, sükutu razılıq əlaməti hesab olunur. Əgər ərə getməyə razı olmasa, atası onu məcbur edə bilməz. Əgər qızı \"mən nəzərdə tutduğum şəxslə ailə qurmaq istəyirəm” deyərsə, hökmən onun istəyi ilə razılaşmalıdır. Bu hədisdə Əbdürrəhman adlı bir şəxs İmam Musa ibni Cəfər (əleyhissalam)-dan, qızını öz qardaşı oğluna vermək barədə məsləhətləşir. İmam (əleyhissalam) buyurur: \"Eybi yoxdur, amma bu iş qızının razılığı ilə olmalıdır. Çünki o, həmin oğlanla birlikdə yaşayacaqdır.”
İmam (əleyhissalam) bu hədisdə qızların təfəkkürdə, yol seçməkdə düşüncə azadlığının səbəbini bəyan edir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter