Kompyuterin mənfi təsirlərindən qorunmaq üçün diqqət olunası məsələlərdir bunlar.


Kompyuterin mənfi təsirlərindən qorunmaq üçün diqqət olunası məsələlərdir bunlar. Gözləri kompüterin mənfi təsirindən qorumaq üçün aşağıdakı şərtlərə əməl etmək lazımdır:
• Kompüterdə 20 dəqiqə işlədikdən sonra, 20 saniyə gözləri bağlayaraq, ya da uzağa baxaraq istirahət etmək gözləri qoruyar.
• Təcrübələrə görə, gündə 6 saatdan çox kompüterlə işləyənlərin 100-də 75-nin gözlərində yorğunluq, yanma, qızartı, bulanıq görmə və baş ağrısı kimi şikayətlər olur.
• Gözləri tez-tez şüurlu şəkildə qırpmaq lazımdır.
• Monitorun ekranı çox parlaq və çox tünd olmamalıdır, bu, gözləri daha çox yorur.
• Monitoru pəncərənin işığına tərəf qoymaq olmaz. Monitor işıqdan və pəncərədən aralı olmalıdır. Əks görünüş verməyən ekranlardan istifadə etmək məsləhətdir.
• İş mühiti çox işıqlı olmamalıdır. Həddindən artıq işıqlandırıcı stolüstü lampalardan qaçmaq lazımdır.
• İş mühitinin havası çox quru olmamalıdır. Otaqda nəmləndirmənin normal olması sizin rahatlığınız üçün vacibdir. Kompüter olan otağın havasını dəyişmək lazımdır.
• Yaddan çıxartmaq lazım deyil ki, gözlər ətraf mühitin təsirinə qarşı çox həssasdır. Onları vaxtında qorumaq lazımdır.


Qadını haqsız yerə incitməyin bəlası haqqında Peyğəmbərin (s) hədisi


Qadını haqsız yerə incitməyin bəlası haqqında Peyğəmbərin (s) hədisi Peyğəmbər (s)-dan qadınları incidən kişilərə müraciət:
\"Qadınları ağlatmayın. Bunu bilin ki, Allah-Taala qadını ağladan kişini səhvini anlayanadək peşiman edər. Getdiyi hər qapı uğursuz olar. Qadının gözündən axdığı hər damcı yaşa görə o kişi əzablar çəkər.\"
\"Ən gözəl dünya neməti, insanın sahib ola biləcəyi nemətlərin ən xeyirlisi: Zikr dil, şükür edən ürək və insanın iman istiqamətində (müsəlmanca) yaşamasına köməkçi olan qadındır.\" Hz.Muhemmed (s)


Qurani-Kərimin möminə xanımlar üçün 10 göstərişi


Qurani-Kərimin möminə xanımlar üçün 10 göstərişi Qurani Kerim momin qadinlara on gosterish vermishdir:
1.Siz adi qadinlar kimi deyilsiniz(yuksek meqama ve izzete maliksiniz)
2.Teqvali olun(nefsani isteklerinizi cilovlayin).
3.Elə edin ki,qelbleri xəstə olanlar (cirkin niyyetli shexsler )size tamah salmasinlar.(izzet ,sheref ve kerametinizi qoruyun.
4.Yaxshi sozler danishin.(nalayiq sozlerden uzaq olun)
5.Cemiyyet icerisine cox cixmayin.
6.Hemishe namaz qilin.
7.Zekat verin.(dunya malini sevmeyi qelblerinizden cixarin)
8.Allahin ve Onun Resuluna tabe olun.
9.Ilahi ayeleri emel etmek meqsedi ile oxuyun ve ya qulaq asin
10.Elm ve hikmet oyrenin. (Huseyn Reshidi,Hicab kitabindan)


Mömin olduğunu bilmək istəyirsənsə Peyğəmbərin (s) bu hədisini oxu!


Mömin olduğunu bilmək istəyirsənsə Peyğəmbərin (s) bu hədisini oxu! Mömin şəxs özünü bu hədislə ölçməlidir:
Allahın Peyğəmbəri (s) möminin vəsfində buyurmuşdur:«Hərəkət və rəftarları mülayim və mehribandır, görüşü şirin... Hər bir şeyin ən üstününü axtarır, xislətlərin ən dəyərlisini…Nifrət bəslədiyi kəsə zülm etmir və sevdiyi şəxsə görə günaha batmır. Xərci azdır, çox kömək və yardım edir...İşi çox yaxşı yerinə yetirir, sanki onu özü üçün görür. Gözləri aşağı baxır. Bağışlayan əli var, bir şey istəyəni boş geri qaytarmır. Sözünü ölçüb-biçir və dilini lal edir... Batili, hətta dostundan qəbul etmir və haqqı, hətta düşmənindən olsa belə inkar etmir. Elmi ancaq bilməyə görə öyrənir və biliyi yalnız əməl etməyə görə əldə edir... Dünyapərəstlərlə rəftar edəndə onların ən zirəngi, axirət axtaranlarla olanda onların ən pəhrizkarıdır.»


İmam Zamanın (əc) zühuruna yaxın vaxtlar insanların vəziyyəti hədislərdə necə təsvir olunmuşdur?


İmam Zamanın (əc) zühuruna yaxın vaxtlar insanların vəziyyəti hədislərdə necə təsvir olunmuşdur? İmam Zamanın (əc) zühuruna yaxın vaxtlar iman və əməlləri qorumaq zəruridir. Çünki insanların çoxu bir gecədə necə dəfə dindən çıxarlar. Bu haqda bir neçə hədis qeyd edək:
1- Hədis: İmam Əli (ə) buyurdu: Bir zaman gələcək ki, söz gəzdirənlər əzizlənəcək, fasiqlər zirək adlandırılacaqlar. İnsaflı insanlar gücsüz və zəif sayılacaqlar, Allah yolunda sədəqə verib əl tutmağı ziyan fikirləşəcəklər. Qohumlarla əlaqə saxlamağı minnətlə edəcəklər, Allaha ibadət və itaət etməklə fəxr edəcəklər. Belə bir zamanda dövlət qadınların məşvərəti, uşaqların göstərişi və nökərlərin tədbiri ila idarə olunacaq.
2- Hədis: Əsbəğ ibn Nəbatə deyir: Əmirəl-möminindən (ə) belə buyurduğunu eşitdim: Zəmanənin axırı zəmanənin ən pisidir. Zuhur vaxtı yaxınlaşanda qadınlar hicab örtməzlər və onların zinətləri açıq halda camaatın gözü qarşısında gəzərlər. Onlar dindən çıxarlar (yəni: dinin hökümlərinə əhəmiyyət verməzlər). Fitnə-fəsad icad edən işlərə tərəf meyl edərlər. Şəhvət və dünya ləzzətlərinə üz tutarlar. Bunlar Allahın haramlarını halal sayarlar. Belə qadınlar cəhənnəmdə qalacaqlar.
3- Hədis: Zəmanənin axırındakı alimlər ürəkləri istədikləri kimi fətva verəcəklər. Müstəntiqlər bilmədikləri işlərə hökm edəcəklər və onların əksəriyyəti yalandan şəhadət verəcəklər. Varlı insanlar onların yanında əziz və hörmətli, kasıblar isə onların yanında zəlil və hörmətsiz olacaqlar.


İmam Zamanın (əc) zühurunun intizarında olmağın fəziləti haqda 2 hədis.


İmam Zamanın (əc) zühurunun intizarında olmağın fəziləti haqda 2 hədis. Keçən yazılarımızda qeyd olunduğu kimi, İmamın qeybət dövründə baş vercək çətinlik və hadisələr nəticəsində insanların İmama olan əqidəsi zəifləyəcək. Bu çətinlik və hadisələrdə sərgərdan olmamaq üçün, Əhli-beytdən (ə) çoxlu rəvayətlər nəql olunub ki, onlardan çıxış yoluna işarə olunub. Numunə üçün Əlidən (ə) hədis mənbələrində nəql olunmuş rəvayətlərdən ikisini burada qeyd edirik:
1- Hədis: Mühəmməd ibn müslüm İmam Sadiqdən (ə) belə nəql edir: O, həzrət öz ata və babalarından, onlarda Əmirəl-möminin Əlidən (ə) belə rəvayət ediblər:
İmam zamanın (ə.c) intizarında olan və Allahın lütf və mərhəmətindən ümüdsiz olmayın. İzzət və cəlal sahibi olan Allah ən çox bəyəndiyi işlərdən biri də, İmam zamanın (ə.c) zuhurunun intizarında olmaqdır.
Sonra İmamın zuhurunun intizarında olmağın fəzilətinin ardınca buyurdu: hər şəxs İmamın zuhurunun intizarında olsa, o, döyüşçü kimidir ki, Allah yolunda öz qanına bulaşıb.
2- Hədis: Zeyd ibn Suhan Əbdi İmam Əlidən (ə) soruşdu: Ya Əmirəl-möminin! Hansı əməl aləmlərin Rəbbinin yanında sevimlidir? Həzrət buyurdu: İmam zaman (ə.c) zuhurunun intizarında olmaq.


Həzrət Məhdisnin (əc) vəsfləri İmam Əli (ə) hədisində.


Həzrət Məhdisnin (əc) vəsfləri İmam Əli (ə) hədisində. İmam Əlinin (ə) hədisində Məhdi (əc) tanıtdırılması:
Həzrət Əlidən (ə) nəql olunan rəvayətlərin bəzisində İmam Zamanın (ə.c) vəsflərinə, ruhi və əxlaqi xususiyyətlərinə işarə olunub.
1-Hədis: Həzrət Əli (ə) öz xütbələrinin birində Həzrət Məhdi (ə.c) vəsflərini belə açıqlayır.
Onun pənahsızlara pənah verdiyi qapı, bütün insanların qapısından genişdir. O, həzrətin elmi bütün insanların elmindən çoxdur. Qohumluq əlaqələrinin möhkəmlənməsinə hamıdan çox əhəmiyyət verir. İlahi! Onun beyətini sona çatdır. Onun əli ilə İslam ümmətinin parçalanmasının qarşısını al.
2-Hədis: Əsbəğ ibn Nəbatə deyir: Əmirəl-möminindən (ə) belə eşitdim:
Sahibul əmr (Məhdi ə.c) elə bir şəxsdir ki, dünyanın ucqar və əlçatmaz nöqtəsində sakindir insanlardan uzaqlaşar və təklikdə yaşayar.


Cəfəri məktəbinin etiqadıdır: Yer üzü höccətsiz qalmaz.


Cəfəri məktəbinin etiqadıdır: Yer üzü höccətsiz qalmaz. Əhli-beytin (ə) dünya baxışında, insan heç vaxt Məsum İmamsız və yer heç zaman höccətsiz olmaz. Necə ki, məsum İmam olmadan hidayət və kamilliyə çatmaq mümkün deyil. Kainatın nizamının qorunması Allahın höccətlərinin (xəlifələrinin) bərəkəti nəticəsindədir.
Mövzu ilə daha ətraflı tanış olmaq üçün Həzrət Əli (ə) dan nəql olunan hədislərə diqqət yetirək:
1-Hədis: Ey Allah! Yer üzündə həmişə sənin bəndələrin üçün höccətin ( peyğəmbər və İmamlar) olmalıdır ki, sənin bəndələrini İslama dəvət etsinlər və ilahi elimləri onlara öyrətsinlər ki, sənin höccətin tamamlansın. Sənin övliyalarının ardıcılları hidayət olandan sonra bir daha yollarını azmasınlar.
Sənin höccətin aşkar olarkən insanlar ondan itaət etməyəcəklər amma gözlərdən gizli qalsa insanlar daim onun intizarında olacaqlar.
Əgər İmamın mübarək vücudu insanların hidayət olması üçün onlardan qeyibdə olsa İmamın elmi və gözəl əxlaqı həqq aşiqlərinin qəlbində yaşayacaq, Onlar İmamın elm və gözəl əxlaqını öyrənib əməl edəcəklər...


Atanızdan halallıq alın! Bir cavanın əhavalatı bizə bu dərsi verir!


Atanızdan halallıq alın! Bir cavanın əhavalatı bizə bu dərsi verir! Ağa Müctəhidi nüfuzlu baxışlarını atasını incitmiş cavanın üzünə zilləyib bir anlığa fikrə getdi. Bir neçə saniyədən sonra ona buyurdu: Siz atanızın razılığını əldə etməlisiniz! Cavan oğlan təəccüblənmiş halda dedi: Atam iki il olar ki, rəhmətə gedib.–Elə sənin problemlərin də iki il olar başlayıb. Yəqin axırıncı gün atanla aranızda olan söhbəti unutmamısan? Atanın ömrünün son saatlarında qəlbini qırmısan. Atanı həmin böhranlı dəqiqələrdə ürəyi qəhərli halda yalqız qoyub getdin!Bu sözləri eşidəndə cavanı xəcalət təri basdı. Üzünü mənə tutub dedi: Ağa düz deyir. Gərək onu tək qoymayaydım. Mən onun yeganə oğlu idim. Çox böyük səhv etmişəm! Yaxşı, indi mən neyləyim?Kaşani nəql edib deyir ki, Ağa Müctəhidi bir neçə dəqiqədən sonra həmin oğlana nə edəcəyini tapşırıb, bizimlə xudafizləşib getdi.Həmin cavan oğlanın işləri Ağa Müctəhidinin tapşırığına əməl edəndən sonra qaydasına düşür.Cənab Kaşani cavanın problemlərinin həlli üçün Ağa Müchədinin verdiyi tapşırığın nə olduğunu demədi. Amma dedi ki, cavan həmin görüşdən bir neçə gün sonra atasını yuxuda görür və atası ondan razı qaldığını bildirir.Atası oğluna deyir: Sən bu əməlinlə bərzəx aləmində mənim yolumun üstündən böyük bir maneəni götürdün.


Kəbin barədə bilməli olduqlarınız.


Kəbin barədə bilməli olduqlarınız. Kişi ilə qadın bir-birlərinin həyatını birləşdirməyə qərar verdikdə, İslama görə, onların arasında mütləq kəbin kəsilməlidir. Yəni onlar arasında NİKAH bağlanması vacibdir. Bu zaman tərəflərin bu nikaha razı olmaları başlıca şərtlərdəndir. Əgər tərəflərdən biri, yaxud hər ikisi bu evliliyə razı deyilsə, onda onlar arasında bağlanan əqdin (kontraktın) heç bir qüvvəsi olmur. Belə kəbin batil sayılır. Əslində, kəbini kişi ilə qadın özləri kəsməlidir. Yəni tərəflər Allah qarşısında bir-birilə ailə qurduqlarını dilə gətirməklə əqd bağlamalıdırlar.
islam dinində ailə quran hər bir qadının mehriyyə almağa haqqı çatır, yəni bu, qadının vacib hüquqlarındandır: «Qadınlarınızın mehrlərini könül xoşluğuyla verin!» («Nisa» surəsi, ayə 4). Mehriyyə kəbinin vacib hissələrindən biridir və mehriyyəsiz kəbin düzgün sayılmaz. Qeyd edək ki, mehriyyənin pul, qızıl, daşınan və daşınmayan əmlak və sair qismindən olması vacib deyil. Mehriyyə, məsələn, Quran öyrətmək, hər hansı bir iş görmək kimi də ola bilər və Peyğəmbər zamanında bəzi səhabələr mehriyyə kimi zövcələrinə Quran öyrədiblər. Quranda bildirilir ki, Musa Peyğəmbər Həzrət Şüeybin qızını alanda mehriyyə olaraq 8 il çobanlıq etmək öhdəliyini götürüb: «(Şüeyb) dedi: «Səkkiz il mənə xidmət etmək (qoyunlarımı otarmaq) şərti ilə qızlarımın birini sənə ərə verərəm…». («Qəsəs» surəsi, ayə 27).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter