Həzrət Məhəmməddən (s) nadir və bənzərsiz hikmətli kəlamlar


Həzrət Məhəmməddən (s) nadir və bənzərsiz hikmətli kəlamlar Həzrət Peyğəmbərdən (s) bənzərsiz hikmətli kəlamlar:
1-Quran (bəşəriyyətin dərdinə) dərmandır. Dua ibadətin həqiqətidir. Borc zillətdir. Tədbir həyatın yarısıdır.
2-Ağılın afəti səfehlikdir. İbadətin afəti süstlükdür. Şücaətin afəti zülm etməkdir. Səxavətin afəti minnət qoymaqdır. Gözəlliyin afəti özünübəyənmə və təkəbbürdür.
3-Sədəqə pis ölümün qarşısını alar. Gizli sədəqə Allahın qəzəbini söndürər. Sileyi-rəhm ömrü uzadar. Yaxşı işlər pis ölümlərin qarşısını alar. Sədəqə, su odu söndürdüyü kimi əzab atəşini söndürər.
4-Həsəb-nəsəbin (əsil-nəcabətin) afəti iftixar etməkdir. Dinin afəti nəfs istəklərinə tabe olmaqdır. Xoşbəxt odur ki, başqalarının başına gələnlərdən ibrət alsın. Günahın kəffarəsi peşman olmaqdır. Cümə namazı kasıbların (yaxud həccə getməyə imkanı olmayanların) həccidir.


Hədis: Əməlin qorunması onu yerinə yetirməkdən daha çətindir?!


Hədis: Əməlin qorunması onu yerinə yetirməkdən daha çətindir?! İmam Baqir (ə) buyurub: «Əməlin qorunması onu yerinə yetirməkdən daha çətindir».
Ravi deyir ki, əməlin qorunmasından məqsədiniz nədir? İmam buyurur:
«Yəni insan Allaha görə camaatın gözündən uzaq bir iş görür və həmin işi onun əməl dəftərində olduğu kimi qeyd edilir, amma o, sonra həmin əməli başqalarına danışır və nəticədə əməl dəftərində gizli əməl formasından xaric olaraq aşkar bir əməl kimi yazılır. Şəxs onu bir daha başqalarına danışır və bu vaxt əməl yaxşılıqlar siyahısından silinərək pis əməllər siyahısına salınır».


Şiə və Din qardaşlarına yardımı haqqında 2 dastan hədislərdə.


Şiə və Din qardaşlarına yardımı haqqında 2 dastan hədislərdə. -Bir nəfər İmam Baqirin (ə) yanında şiələrin çoxluğundan söhbət açdıqda həzrət (ə) buyurdu: \"Onların imkanlısı yoxsuluna mərhəmət edirmi? Əməlisalehi günahkarının xətasından keçirmi? Bir-birlərinə qarşı bərabər hüquqludurlarmı?”
Rəvayətçi \"Xeyr” deyə bildirdiyini deyir. Bu zaman həzrət (ə) buyurur: \"Onlar şiə sayılmırlar. Şiə bu xüsusiyyətlərə malik insanlardır”
-Məhəmməd ibn Əclan deyir: \"İmam Sadiqin (ə) yanında idim. Bir şəxs daxil olub salam verdi. Həzrət (ə) ondan soruşdu: \"Qardaşların necədirlər?”. O, onları tərifləməyə başladı. Həzrət (ə) buyurdu: \"İmkanlıların yoxsullara baş çəkməyi necədir?” Azdır. İmkanlıların yoxsulları nəzərə alması necədir? Azdır. İmkanlıların yoxsullara bəxşişi necədir? Siz elə bir şey haqqında soruşursunuz ki, onlar bizim xalqın arasında çox azdır. Bəs sən onların şiə olduqlarını necə düşünürsən?” ixlas.


Ustad Qəraətinin baxışında: Uşaqlara bu mərhələ ilə ibadəti öyrədin.


Ustad Qəraətinin baxışında: Uşaqlara bu mərhələ ilə ibadəti öyrədin. Ustad Qəraəti uşaqların ibadətində tərbiyə metodlarının bu cürə olmasını təsirli biilr:
Birinci mərhələdə: -Rəvayətlərdə gəlmişdir ki, uşaqlarınızı 3 yaşına qədər azad buraxın, bu yaşa çatdıqda \"La İlahə İllalah\" zikrini öyrədin.
İkinci mərhələdə: -Uşağınız 3 yaş, 7 ay və 20 günə çatdıqda ikinci öyrətdiyini cümləniz \"Məhəmməd Rəsulallah\" olmalıdır,
Üçüncü mərhələdə: -Uşağınız 4 yaşını tamamlayanda övladınıza Peyğəmbərə (s) salavat deməyi öyrədin.
Dördüncü mərhələdə: -Uşağınız 5 yaşına çatanda sağ və sol əllərinin istiqamətini təyin edən zaman ona qibləni necə tapmağı öyrədin.
Beşinci mərhələdə: -Uşağınız 6 yaşına çatanda ona namaz, ruku və səcdələri öyrədin.
Altıncı mərhələdə: -Uşağınız 7 yaşına çatdıqda isə ona əl-üzünü (dəstəmaz almağı) öyrədin.
Yeddinci mərhələdə: -Uşağınız 9 yaşını keçdikdə isə namaz qılmasına diqqət yetirin, əgər Allaha ibadət etmək haqqında tənbəllik etsə onu söz və əməldə ziyanverməyəcək yollarla danlayıb cəzalandırın.


İmam Əli (ə) səhabəsi Kümeyl ibn Ziyada namazın haqqını açıqlayır.


İmam Əli (ə) səhabəsi Kümeyl ibn Ziyada namazın haqqını açıqlayır. Namazın haqqı barədə İmam Əli (ə) Kümeyl ibn Ziyad Nəxəiyə belə buyurdu:

\"Ey Kümeyl! Allaha itaət və ibadətdə insana yaraşan pərəstiş etmək o deyil ki, yalnız namaz qılasan, oruc tutub və sədəqə verəsən. Bəlkə Allaha pərəstiş etməkdə mömin şəxs gərək Namazını Pak qəlb, sağlam nəfs (istəklə) və Allah bəyənən şəkildə yerinə yetirsin. Allah qarşısında ibadətin gərək bütün varlığını bürüsün. Haram və qəsbi olan yerdə və geyimdə ibadətlər batil və qəbul olunmaz.\"


Qadına Cənnəti bəxş edəcək 33 səbəb hansılardır?


Qadına Cənnəti bəxş edəcək 33 səbəb hansılardır? Heç bir şübhə yoxdur ki, müsəlman olan hər bir kəsin bu dünyada yeganə arzusu onun Cənnət qarşısında yolunu bağlayan maneələri dəf etmək və bu işdə bütün imkanlarını sərf etməklə bu uca neməti qazanmaqdır!
-Qadına Cənnəti bəxş edəcək 33 səbəb:
1.Tövhid, İxlas və ALLAH yolunda sərf etmək,
2.Gözəl əxlaq,
3.Həyat yoldaşına qarşı xoş davranmaq, həqiqi saleh zövcə olmaq,
4.Yol üzərində olan, insanlara əziyyət verən, onlara mane olan əngəllərin aradan qaldırılması,
5.Nafilə namazlarına əməl etmə
6.Möminlərə ALLAHa xatir sevgi bəsləmək


Yeni olan körpəyə ad qoymağın əhəmiyyəti hədislərin baxışında.


Yeni olan körpəyə ad qoymağın əhəmiyyəti hədislərin baxışında. Bəziləri ad qoymanın adi, mühüm bir şey olmadığını düşünürlər. Onlara elə gəlir ki, uşağa istənilən adı qoymaq olar. Lakin heç də belə deyil. Ad qoymaq olduqca mühüm və uşağın gələcək şəxsiyyətində əsaslı təsir göstərən bir məsələdir. Elə buna görə də, rəvayətlərdə bu haqda geniş söhbət açılmışdır.
-Musaye-Kazim (ə) buyurur: «Kişinin övladına etdiyi ilk yaxşılıq ona gözəl ad qoymaqdır. Sizin hər birinizin övladına gözəl ad qoyması zəruridir».
-Peyğəmbər (s) buyurur: «Özünüzə ad seçdikdə, ən yaxşı adlardan birini seçin. Çünki qiyamətdə bu adla çağırılacaqsınız».
-İmam Sadiq (ə) atalarından nəql edir: «Həqiqətən, həzrət Peyğəmbər (s) şəhərlərin və insanların çirkin adlarını dəyişirdi».
-Həzrət Baqir (ə) buyurur: «Ən doğru adlar bəndəlik nümayiş etdirən adlardır. Övladlarınız üçün ən yaxşı ad peyğəmbərlərin adlarıdır».
-İmam Kazim (ə) buyurur: «Sakinlərinin adları Məhəmməd, Əhməd, Əli, Həsən, Hüseyn, Cəfər, Talib, Abdullah və ya Fatimə olan evə yoxsulluq daxil olmur».


Ailə başçısının 4 əsas vəzifəsi hansılardır?


Ailə başçısının 4 əsas vəzifəsi hansılardır? Qurani-Kərim buyurru: “Ey iman gətirənlər, özünüzü və ailənizi yanacağı insanlardan və daşlardan ibarət olan oddan qoruyun; onun (o odun) başında Allahın onlara verdiyi əmrdən boyun qaçırmayan, əmr olunanı yerinə yetirən, (danışıqda, əxlaqda və əzab verməkdə) sərt (daş qəlbli) və (cüssədə və iradədə) qüvvətli mələklər durmuşlar”. (“Təhrim” 6). Bu ayənin təfsirinə uyğun olaraq Əllamə Məclisi buyurur: “Ailə başçısının üzərinə 4 vəzifə düşür:
1. Ailə başçısı o zamana qədər ki, sağdır, ailə üzvlərini Allaha itaətə dəvət etməlidir. Dəvəti mülayim dillə, sevgi və məhəbbətlə çatdırmalıdır. Bu dəvəti həm əməldə və həm də dildə elə etməlidir ki, ailə üzvləri Allaha itaəti bütün vəzifələrindən üstün hesab etsinlər.
2. Ailə başçısı bacardığı qədər İlahi vacibatları ailəsinə öyrətsin. Əgər bu vacibatları yerinə yetirmək onlar üçün çətin olarsa, onları məscidə və dini məclislərə aparsın. Ya evlərinə din alimlərindən dəvət edib onlardan yardım alsınlar.
3. Ailə başçısı ailə üzvlərini çirkinliklərdən uzaqlaşdırmalı və günahın gətirdiyi pis nəticələrlə qorxutmalıdır. Evdə günahın yaranması üçün zəminə yaratmamalıdır.
4. Ailə başçısı ailə üzvlərini xeyir işlərə təfəf təşviq etməlidir. Allah yolunda sədəqə verməyə, təvazökarlığa, böyüklərə ehtiram göstərməyə, kiçikləri sevməyə, insanlarla xoş rəftar olmağa, düz danışmağa, xeyirxahlığa - xülasə, xeyir olan hər bir əmələ dəvət etməlidir.


Doqquzuncu imamın vüqar və mətanəti haqqında tarixdən bir hadisə.


Doqquzuncu imamın vüqar və mətanəti haqqında tarixdən bir hadisə. İmam Rizanın (ə) şəhadətindən sonra Məmun özünü paka çıxarmaq üçün İmam Məhəmməd Təqiyə (ə) məktub yazıb ehtiram göstərərək yanına dəvət etdi. İmam Bağdada gəldi. İmam onunla görüşməmiş ova çıxdı. Yolda bir dəstə uşaqla rastlaşdı. Onlar yolun ortasında dayanmışdılar, İmam Cavad (ə) da onlarla idi. Uşaqlar Məmunun dəstəsini görüb pərən-pərən düşdülər. İmam isə hərəkətsiz dayanmışdı. Nəhayət Məmun gəlib çatdı. O uşağın mətanətinə heyran qalıb soruşdu: \"Nə üçün o birilər kimi yoldan çəkilmirsən?” Buyurdu: \"Ey xəlifə! Yol dar deyil ki, kənara çəkilim! Günahım da yoxdur ki, səndən qaçım. Güman etmirəm ki, günahsızı cəzalandırasınız!” Xəlifə təəəccübləndi. Soruşdu: \"Adın nədir?” H. buyurdu: \"Adım Məhəmməddir!” Məmun soruşdu: \"Kimin oğlusan?” H. buyurdu: \"Əli ibn Musa Rizanın oğlu!” Xəlifə yoluna davam etdi. Səhraya çatanda bir quş görüb onun ardınca qızılquş uçurdular. Qızılquş bir müddət gözə dəymədi. O geri qayıdanda caynağında hələ də diri olan kiçik bir balıq vardı. Məmun gördüyü səhnədən təəccübləndi. Balığı əlinə alıb geri döndü. İmam Cavadla rastlaşdığı yerə çatdıqda yenə uşaqların pərən-pərən düşdüyünü gördü. İmam isə əvvəlki kimi yerində dayanmışdı. Məmun dedi: \"Məhəmməd, əlimdəki nədir?” Həzrət buyurdu: \"Allah bir çox dənizlər yaradıb. Buludlar həmin dəryalardan qalxır və özü ilə kiçik balıqları qaldırır. Padşahların qızılquşları onları ovlayır. Onlar həmin balığı əllərində tutub peyğəmbər ailəsini imtahana çəkirlər!” İmamın cavabından heyrətə gəlmiş Məmun dedi: \"Həqiqətən sən Rizanın oğlusan! Onlardan bu sayaq qeyri-adi işlər görmək təəccüblü deyil!”


Vəfat etmiş möminlər üçün hansı duanı oxumaq daha çox savaba səbəbdir?


Vəfat etmiş möminlər üçün hansı duanı oxumaq daha çox savaba səbəbdir? Vəfat etmiş möminlər üçün dua:
İmam Cəfər Sadiq (ə) buyurmuşdur: Hər kəs gündə iyirmi beş dəfə - \"Əllahumməğfir lil-mumininə vəl- muminat. Vəl-musliminə vl-muslimat.\" duasını oxuyarsa, Allah təala dünyadan getmiş və Qiyamətədək gələn möminlərin hər birinin ədədində onun əməl kitabına savab yazıb və o qədər günahını bağışlayar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter