İnsanda müxtəlif növlü istedadlar deyəndə nə başa düşülür?


İnsanda müxtəlif növlü istedadlar deyəndə nə başa düşülür? Həzrət Ayətullah Xamenei həzrətləri bu haqda buyururlar:
İslamın tərbiyə sisteminin əsaslarından biri insanda tükənməz və çeşidli istedadların mövcud olmasıdır. Qurani-kərimdə buyurulur: “Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz halda çıxardı. Sonra sizə qulaq, göz və qəlb verdi ki, şükür edəsiniz!“
Allah-Taala sizi dünyaya gətirəndə heç bir şey bilmirdiniz. O, sizə eşitmə, görmə və bilmə bacarığıverdi. Eşitmə, görmə və bilmə insan tərbiyəsinin əsaslarındandır. Bunların vasitəsilə bütün tərbiyə, təlim və üsulları qavramaq və özündə xarakterəçevirmək olar.
İnsan təbiətcə belədir: bir şeyi öyrənib qəlbinin dərinliyinə yeritsə, onun xarakterlərindən olur,təbii instinkt və xüsusiyyətlər kimi daxilində qalır. İslamın tərbiyə sisteminin ilkin əsası budur ki, insan yetkinləşib inkişaf etmək üçün qavrayış imkanlarına və istedada malikdir. \"Minlərlə fəhlə və müəllimlə görüşdə çıxışından: 1998.\"


Peyğəmbərin (s) hədisində dünya və axirətin xeyri hansı əməllərdən asılı olduğu bilidirilir?


Peyğəmbərin (s) hədisində dünya və axirətin xeyri hansı əməllərdən asılı olduğu bilidirilir?
قال رسول الله‌ (صلی الله علیه و آله و سللم): اَربعٌ مَن اُعطِییهُنّ فَقد اُعطِیَ خَیر الدُّنیا و الاخره بدناً صابراً و لساناً ذکراً و قلباً شاکراً و زوجهً صالحهً

Peyğəmbər (s) buyurur: Əgər bir şəxsə 4 şey verilsə, dünya və axirətin xeyrini qazanar:
1-Sağlam bədən, 2-Zikr edən dil, 3-(Allahı) Zikr edən qəlb, 4-Saleh xanım qisməti olan kişi. (Müstədrəkül Vəsail, cild: 14, səh: 108).


İmam Əli (ə) müəllimə sual verənlərə hansı tapşırığı verir?


İmam Əli (ə) müəllimə sual verənlərə hansı tapşırığı verir? İmam Əli (ə): \"Öyrənmək niyyəti ilə soruş, əziyyət vermək və səhv axtarmaq niyyəti ilə soruşma. Çünki öyrənmək istəyən cahil alim kimidir. Azğınlığa qədəm qoyan alim isə səhv tutmaq məqsədilə soruşan cahilə bənzər\". (Nəhcül-Bəlağə, hikmət 320)


Ayətullah Sistaninin şagird və tələbələrə hansı 3 kitabı oxumağı tövsiyə edir?


Ayətullah Sistaninin şagird və tələbələrə hansı 3 kitabı oxumağı tövsiyə edir? Ayətullah Sistani elm əhli kütləsinə tövsiyələr edərək 3 kitabla daha çox ünsiyyətdə olmağı tapşırıq verir:
-Bunların ən üstün olanı, Allahın qullarına göndərdiyi kitabıdır. Allah, qullarının ağıl xəzinələrini hərəkətə gətirmək, hikmət bulağını axıtmaq və daşlaşmış qəlblərini yumşaltmaq üçün bu uca kitabı onlara göndərmişdir.
-İkinci kitab isə Nəhcül-Bəlagədir. Bu kitab ümumiyyətlə Qurani məfhumlar və işarələri fəsih ifadələrlə açıqlamaqda, insanda təfəkkür, ibrət və hikmət hissini təhrik etməkdədir. İnsan bu kitabı oxuduqda Əmirəlmöminin İmam Əlinin (ə) xitab etdiyi insanların arasında olduğu hissinə qapılır. Xüsusilə bu məqamda İmam Əlinin (ə) oğlu İmam Hüseynə (ə) yazdığı məktub üzərində düşünmək faydalıdır.
-Üçüncü kitab Səhifəyi Səccadiyyədir. Bu kitab da Qurandan alınan maarifi ehtiva edən bəlağət səviyyəsi yüksək dualardan ibarət olan bir kitabdır. Bu kitabda insan üçün əhəmiyyətli olan və bilməsi lazım olan məsələlər öyrədilmişdir. Səhifəyi Səccadiyyə insanın özünü necə mühasibat edib tənqid etməsini, nəfsdə gizli olan istiqamətlərin və sirlərin kəşf edilib açıqlandığı və özəlliklə bəyənilmiş əxlaqi xüsusiyyətlərin çox gözəl şəkildə bəyan edildiyi bir kitabdır. islaminsesi.


Sehr-cadunu necə tanımalıyıq?


Sehr-cadunu necə tanımalıyıq? Mәrhum İsfәhаni sеhri bеlә izаh еdir: \"Sеhr dеdikdә хüsusi yаzılаr yаzıb охumаq,müәyyәn әşyаlаrı yаndırıb tüstüsünü vеrmәk, düyün üfürmәk, müәyyәn şеylәri хüsusi yеrlәrdә bаsdırmаq vә bu yоllа kiminsә bәdәninә, qәlbinә vә yа düşüncәsinә tәsir göstәrmәk nәzәrdә tutulur. Uzаqdа оlаnı yахınа gәtirmәk, kimisә yаtızdırmаq, dоstluq vә yа düşmәnçilik yаrаtmаq, аyrılıq sаlmаq sеhrdә nәzәrdә tutulаn tәsirlәrdәndir. Sеhrdә cinlәr tutulub sахlаnılır, ruhlаr çаğırılır vә rаm оlunur. Оlmаyаn işi оlmuş kimi göstәrmәk dә (gipnоz) sеhr-cаdu hökmündәdir.
Sehr-cadunun bəlaları
Mәsumlаrdаn nәql оlunmuş rәvаyәtlәrdә sеhr-cаdunun bәlаlаrındаn dаnışılır. İbn Хаlid Nаbili imаm Sәccаdın (ә) dilindәn bеlә nәql еdir: \"Sеhr-cаduyа yоl vеrmәk, öncә görmәlәrә е`tiqаd dünyаnı zülmәtә bürüyür.”


Xızr Nəbi (ə) İmam Əliyə (ə) zülm edənlərə əzab xəbəri verir, aşiqlərini isə Behiştlə müjdələyir?!


Xızr Nəbi (ə) İmam Əliyə (ə) zülm edənlərə əzab xəbəri verir, aşiqlərini isə Behiştlə müjdələyir?! Bədrənidən belə rəvayət edir: Əli(ə) Küfə məscidində idi. Birdən bir şəxs qiblə qapısından daxil olub Əli(ə)-a tərəf getdi. Onun ardınca bir neçə nəfər də gəldi. İmam ƏLİ (ə) onlara buyurdu: Nə üçün bu şəxsin ardınca gəlirsiniz?
Dedilər: Onun sizə tərəf gəldiyini gördük,sizi narahat edəcəyindən qorxduq. Hz. Əli(ə) buyurdu: Gedin ! Allah sizə rəhmət eləsin! Məni yer əhlindən qoruyursunuz, bəs məni asiman əhlindən kim qoruyacaq? Hamı bir yerə yığışıb sakit dayandılar.
İmam Əli(ə) o şəxslə söhbət etdi, sonra o kişi dedi: Ya Əmirəl Möminin ! Həqiqətən xilafət sizə məxsusdur! Bu qövm yerinizi və məqamınızı qəsb etmiş,sizin yerinizə xilafət kürsüsündə oturmuşlar.Allah-taala onlara şiddətli əzab verəcəkdir.Sizin şiyələriniz üçün axirətdə çoxlu məqamlar vardır.Siz vəsilərin sərvəri,Peyğəmbərlərin sərvərinin qardaşısınız.
Bundan sonra 12 İmamın(ə)adını çəkdi və sağollaşıb gedəndə Hz.Əli(ə) ona buyurdu: Bir hikmət de ! O dedi: Allah dərgahına yaxınlaşmaq məqsədi ilə varlının yoxsul qarşısında təvazökarlıq etməsi necə də gözəldir! Hz.Əli(ə) cavabında belə buyurdu: Ondan da yaxşısı budur ki, fəqirlər Allah-taalaya təvəkkül etsinlər. O kişi dedi: Ey Allahın qalib Aslanı bu cümlən gərək qızıl suyu ilə yazılsın! Hz.Əli(ə) qayıdaraq Həsən(ə) və Hüseyn(ə)a buyurdu: Bu kişini tanıdınızmı? Onlar dedilər: Xeyr, tanımadıq. İmam Əli(ə) buyurdu: Bu, qardaşım XIZR idi...


Şeytanın insanlarla düşmənçiliyi hədislərin baxışında necə tanıtdırılır?


Şeytanın insanlarla düşmənçiliyi hədislərin baxışında necə tanıtdırılır? Şeytanın Allah bəndəsinə qarşı addımları hədislərin baxışında:
1-mam Əli (ə) (Şeytanın ardınca gedənləri məzəmmət edərək): «Onlar şeytanı öz işlərinin meyarı etdilər və şeytan da onları öz tələsinə çevirdi. Beləliklə, onların qəlblərində yumurta saldı, cücə çıxartdı, tədricən ağıllarına nüfuz etdi, onları xətalara və büdrəyişlərə düçar etdi, batili gözlərində bəzədi. Onların işləri güclərində şeytan şərik olan və onun dili ilə batil söz danışan şəxsin işi kimidir.»
2-İmam Sadiq (ə) :«İblis öz qoşununa deyər:«İnsanlar arasında paxıllıq və haqqa təcavüz toxumu səpin. Çünki bu ikisi Allah yanında şirkə bərabərdir.»
3-Allahın Peyğəmdəri (s):«Bir gün Musa (ə) oturmuşdu və iblis onun yanına gəldi... Musa (ə) buyurdu:«Mənə elə bir günahdan xəbər ver ki, insan onu edəndə sən ona hakim olasan.» İblis dedi:«Özündən razı olmaq, əməlini çox görmək, günahı öz nəzərində kiçik görmək.»


Allahı çox zikr etmək.


Allahı çox zikr etmək. Аllаhın zikri оkеаn dаlğаsı tәk әzәmәtli оlmаlıdır!
Qurаni-Kәrimdә zikrin kәmiyyәti bаrәsindә “kәsir” (çох) vә “şәdid” (dаhа аrtıq) ifаdәlәri işlәdilmişdir. “Әhzаb” surәsinin 41-42-ci аyәlәrindә охuyuruq: “Еy imаn gәtirәnlәr! Аllаhı çох yаd еdin. Sәhәr-ахşаm Оnu tәqdis еdib şәninә tәriflәr dеyin.” “Bәqәrә” surәsinin 200-cü аyәsindә buyurulur: “Hәcc mәrаsimini tаmаmlаyıb qurtаrаndа (kеçmişdә) аtа-bаbаlаrınızı yаdа sаldığınız kimi, hәttа оndаn dаhа dа аrtıq şәkildә Аllаhı yаd еdin.” Kәmiyyәtcә çох zikr dеyilmәsi аydındır. Bәs şiddәtli (Qurаndа işlәdilәn «şәdid») zikr nәdir? Görәsәn, burаdа mәqsәd zikri ucа sәslә dеmәkdirmi?
Аyәdә hәcc mәrаsimindәn sоnrаkı vахt nәzәrdә tutulur. Mәlumdur ki, insаn vәzifәsini yеrinә yеtirdikdәn sоnrа аrхаyınlаşdığı üçün şеytаnın әlinә münаsib fürsәt düşür. Mәsәlәn, әksәr insаnlаr nаmаzı bitirdikdәn sоnrа duа еtmәk әvәzindә аni оlаrаq әtrаfа bоylаnırlаr. Bu hаl şеytаnın vәsvәsәsindәn irәli gәlir. İki-üç dәqiqәlik nаmаzdаn sоnrа insаnı bu sаyаq yаyındırаn şеytаn, tәbiidir ki, uzun vә аğır hәcc әmәlindәn sоnrа dаhа fәаl оlur. Еhrаm hаlındаn çıхmış insаn güzgüyә bахmаğа, әtirlәnmәyә tәlәsir. Şеytаn dа bu vәziyyәtdәn mәhаrәtlә istifаdә еdir. Mәhz bu sәbәbdәn dә hәcc әmәllәrini bitirәnlәrә еhrаm hаlındаn çıхdıqdаn sоnrа Аllаh zikrini unutmаmаqlаrı tövsiyә оlunur...


Kimlər ata-ana hökmündədir?


Kimlər ata-ana hökmündədir? Peyğəmbər buyurur: \"Ata üçdür: 1- İnsanın təvəllüdünə səbəb olan həqiqi ata; 2- Qızını insana ərə verən qayınata; 3- İnsana təlim-tərbiyəni, elm əldə etmək yolunu öyrədən müəllim.” Diqqət yetirdiyiniz etdiyiniz kimi İslam Peyğəmbəri qayınata və müəllimi ata kimi tanıtdırmış və həqiqi atanı da həmin ibarə ilə qeyd etmişdir. Bu ibarə onların danılmaz haqları və əzəmətləri nişanəsidir. Bizim cəmiyyətlərdə onlara ehtiram qoyulmasına sn dərəcə səy göstərilməli, canla-başla onların ehtiramı saxlanılmalıdır.
Uzun illər boyu qızının təlim-tərbiyə, qorunub-saxlanma məsuliyyətini öhdəsinə alan, bütün problemlərlə yanaşı onu böyüdüb gözəl əxlaqi səciyyələri aşılayan ər saxlamağın yollarını, övlad tərbiyəsini ona öyrədən və bu vəsflərlə belə öz qızını sənin əqdinə keçirən, onun qəmlərində səninlə həmdəm, işlərində yoldaş edən qayınata şəkksiz sənin ailəndə və həyatında şərik və təsirlidir. Buna görə də bütün kürəkənlərin vəzifələri budur ki qayınata və qayınanasına həqiqi ata və ana gözü ilə baxsınlar, onların qədəmlərini əzizləsinlər, son dərəcə məhəbbət, atifə göstərsin və qız böyüdüb saxlamaq ruhiyyəsinin onlarda canlandırsınlar.


Yalançı dilənçi və İmam Həsən Əsgərinin (ə) gələcəkdən xəbər verməsi!


Yalançı dilənçi və İmam Həsən Əsgərinin (ə) gələcəkdən xəbər verməsi! İbn Yəqub İsmail ibn Məhəmməddən nəql edir, dedi: İmam Həsən Əsgəri (ə) keçən yolüstə əyləşib o həzrətin yaxınlaşması ilə həyat keçimimin çətinliyindən və kasıbçılıqdan gileyləndim və dedim ki, pulsuzam.
İmam Əsgəri (ə) buyurdu: And olsun Allaha ki, 200 dirhəmi yerə dəfn edib gizlətmisən!! Mən bu sözü sənə kömək etməmək üçün demirəm.
İmam (ə) qulluqcusuna üzünü tutub dedi: Üstündə hər nə varsa buna ver. İmamın (ə) mənə verdiyi pul 200 dirhəm oldu.
Sonra İmam mənə üzünü tutaraq buyurdu: “Gizlətdiyin pulun ona çox ehtiyaclı olduğun zaman sənə qismət olmayacaq.”
İsmail ibn Məhəmməd deyir: Mən çətin günümdə köməyimə çatacaq 200 dirhəmi sahəmdə gizlətmişdim. Pula ehtiyacım olan zaman pulu gizlətdiyim sahəyə getdim, amma tapa bilmədim.
Sonra bilindi ki, 200 dirhəmi gizlətdiyim yeri oğlum bilib, onu götürüb çatıbdır.
Hadisənin dərsi olaraq: “Ehtiyacsız olduğunuz zamanbaşqalarına əl uzatmayın ki, əlinizdə olanları da itirərsiniz.” Əhli-Beyt (ə) Mənaqibi kitabından, səhifə: 156


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter