Mirzayi Qummi deyir: İnsan sevdiyi insanla məşhur olar!!


Mirzayi Qummi deyir: İnsan sevdiyi insanla məşhur olar!! Həmişə saleh və ləyaqtəli insanları sev. Həqiqətən, insan sevdiyi insanla tanınar.
Deyilir ki, Allah onu sevdiyi şəxslə səhnəyə gətirər (حَشَرَهُ اللهُ مَعَ مَنْ اَحَبَّ). Rəvayətdə deyilir ki, heç vaxt dünya zinətinə könül verməyin. Çünki insan sevdiyi ilə məhşur olar, hətta daş olsa! (وَ لَوْ كانَ حَجَراً)
- Nisa surəsinin 69-cu ayəsində buyurulur: “Allaha və Peyğəmbərə itaət edənlər Allahın nemət verdiyi nəbilər, siddiqlər, şəhidlər və salehlərlə bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!”
Deyirlər Fəthəli şah İsfahana səfərdən qabaq Mirzayi Qumminin yanına gəlir ki, ona dua etsin. Ağa ona dua edir. Fəthəli şah durub gedəndə hiss edir ki, Ağa ağlayır. Geri dönür ki, bunun səbəbini öyrənsin. Mirzayi Qummi ağlaya-ağlaya deyir: Siz gələndə sizə qarşı qəlbimdə məhəbbət oyandı. İndi qəlbimə qorxu dolub ki, birdən qiyamət günü Allah məni sizinlə məhşur edər!..
Mərhum Mirza Cavad Təbrizi buyurur: dərslərinizdə əxlaq olmasa, heç bir faydası yoxdur!


Ayətullah Behcət sehr-caduya qarşı hansı göstərişləri verir?


Ayətullah Behcət sehr-caduya qarşı hansı göstərişləri verir? Mərhum Ayətullah Behcətin sehr-cadu və tilsimdən xilas olmaq üçün göstərişi:
1.Azan vaxtı yaşadığınız yerdə sübh namazındakı kimi uca səslə azan deyin;
2.Sübh namazından sonra sübh namazındakı kimi uca səslə Qurandan 50 ayə oxuyun;
3.Məuzəteyn (Fələq və Nas) surələrini çox oxuyun;
4.Yatmazdan qabaq “Çəhar (4) Qul” surələrini (Kafirun, İxlas, Nas, Fələq) oxuyun;
5.Özünüzlə cib üçün də olsa Quran gəzdirin;
6.Evdə (lövhədə, divarda) Ayətəl-kürsi olsun...


Niyə Qurani-kərimin bəzi ayələrində Allah özündən danışanda “Biz” kəlməsi işlədir? Bu, tövhidə zidd deyilmi?


Niyə Qurani-kərimin bəzi ayələrində Allah özündən danışanda “Biz” kəlməsi işlədir? Bu, tövhidə zidd deyilmi? Quranda Allahın özü barədə “Biz” ifadəsi işlətməsinin mənasını alimlər müxtəlif mənalarda izah etmişlər.

-Birincisi, ola bilər ki, Allah bu yolla öz bəndələrinə təvazökarlıq dərsi verir. Bizə başa salır ki, özümüz haqqında danışarkən mənəm-mənəm deməyək, təvazökarlıq edək. Bu, bir adətdir ki, təvazökar insanlar öz əməllərindən danışarkən “mən” deməyi xoşlamaz, “biz” deyərlər.

-İkinci məna bu ola bilər ki, Allah bu zaman Onun əmrinə tabe olan mələkləri də nəzərdə tutur. Bu, tövhidə zidd deyil. Çünki aydın məsələdir ki, bütün mələklər yalnız Allahın əmri və istəyi ilə hərəkət edirlər. Allah mələklərə əmr verir və onlar bu əmri Allahın yardımı ilə icra edirlər. Qeyd edək ki, Quranda ibadətlə bağlı bütün ayələrdə Allah yalnız “mən” kəlməsindən istifadə edir.


Allah-Taala Quran-Kərimdə müsəlmanı necə tanıtdırır?


Allah-Taala Quran-Kərimdə müsəlmanı necə tanıtdırır? Qurani-Kərim ayələri baxışında müsəlman şəxsin xasiyyətləri:
1-Onlar yez üzündə təvazökarlıqla gəzərlər. Furqan/63
2-Onlar qəzəblərini boğarlar və insanları bağışlayarlar. Ali-İmran/134.
3-Onlar boş şeylərdən üz çevirərlər. Muminun/3
4-Onlar ata-anaya of belə deməzlər. İsra/23
5-Onlar namazlarını xüşu içində və doğru qılarlar. Muminun/2
6-Onlar tənə edənlərin tənəsindən heç zaman qorxmazlar. Maidə/54
7-Onlar verdikləri sözlərində durarlar. Bəqərə/177
8-Onlar Rəsulları bir-birindən ayırd etməzlər. Bəqərə/136.
9-Onlar cahillərlə əsla mübahisə etməzlər. Furqan/63
10-Onlar iffətlərini qoruyanlardır. Muminun/5...


Niyə namazda salam veririk?


Niyə namazda salam veririk? Bu üç salamdan məqsəd - \"Ey Peyğəmbər! Salam olsun sənə və Allahın rəhməti və bərəkəti\". - \"Aləmin Rəbbindən biz namaz qılanlara və onun yaxşı bəndələrinə salam olsun\". - \"Allahın salamı, rəhməti və bərəkəti siz möminlərə olsun\". nədir?
Qısa cavab
Ərəb dili və ədəbiyyatına əsasən həm görüşəndə, həm də ayrılanda salam etmək olar. Bu üç salam hədislərdə zikr olublar, amma heç bir kəs bunları birlikdə vacib bilməyibdir. Bu salamların mənasını başa düşmək üçün onların mənasına diqqət etmək lazımdır:
Bu tərcüməyə diqqət etməklə müəyyən olur ki, salamlarda olan şəxs əvəzlikləri kimlərə qayıdır. İmam Sadiq (ə) salamın mənası barədə buyurubdur: Namazın axırında salamın mənası amandır (rahatlıqla və təvazökarlıqla yerinə yetirən şəxs. Dünya bəlalarından onun üçün aman və axirət əzabından nicat vardır. Və salam, İlahi adlardan biridir.
Ətreaflı cavabmam Sadiq (ə) salamın mənası barədə belə buyurubdur: \"Namazın axırında salamın mənası amandır; yəni Allahın əmrini və Peyğəmbərin (s) sünnətini ixlas və təvazökarlıqla yerinə yetirən şəxs. Dünya bəlalarından onun üçün aman və axirət əzabından nicat vardır. Və salam, İlahi adlardan biridir\"


Allahın labüd və qaçılmaz vədəsi nə haqdadır?


Allahın labüd və qaçılmaz vədəsi nə haqdadır? -Qurani-Kərim axirətdə Qiyamətin bərqərar olunması və bütün insanların dirildiməsini heç bir şəkk-şübhə olmayan məsələlərdən biri kimi qeyd edərək buyurur:
«Həqiqətən, Qiyamət saatı gələcəkdir və onda heç bir şəkk-şübhə yoxdur.» (“Ğafir” sur, ayə:59 və “Ali-İmran” sur, ayə:9, 25,)
-Onun gerçəkləşəcəyinə dair dəfələrlə and içmişdir. O cümlədən buyurur:
«De: Əlbəttə! And olsun Rəbbimə! Siz hökmən diriləcəksiniz və gördüyünüz əməllərdən agah olunacaqsınız. Bu, Allaha üçün çox asandır.» (“Təğabun” surəsi, ayə:7;)
Deməli, bu səmavi kitabın - Quranın haqq olmasını dərk edən bir şəxsin məadı inkar etmək və ya onun barəsində şəkk-şübhə yaratmaq üçün heç bir bəhanəsi olmayacaqdır. Həqiqət axtaran hər insan üçün əgər insafla araşdırma apararsa, Quranın haqq olması məlum olacaqdır. Buna görə də heç kəs onu qəbul etməmək barəsində bəhanə gətirə bilməz. Yalnız əqli cəhətdən naqis (anormal) olan, yaxud müəyyən səbəblərə görə haqqı qəbul edə bilməyən şəxslər istisna olunur.


Namazın ümumi vacib əməlləri hansılardır?


Namazın ümumi vacib əməlləri hansılardır? Namazın vacib əməlləri 11-dir:
1-Niyyət. Hansı namazı qıldığını fikrindən və ya dilində deməlidir.
2-Təkbirətül Ehram, yəni namaz qılan şəxs namazda dünya işlərini özünə haram edir.
3-Qiyam, yəni ayaq üstə iki müəyyən Qurandan surələri oxuyur.
4-Qiraət, ayaq üstə duranda surələrin oxunması,
5-Rüku, qiraətdən sonra əllərini dizinə çatdırmaq həddə əyilmək halətinə durmaq,
6-Səcdə. rükudan sonra iki səcdə bədənin 7 üzvünü yerə vurmaq şərti ilə, alını isə torpağa.
7-Zikr. namazın hər hansı durum tərzində xüsusi Allahı yada salan zikrlərdən demək.
8-Təşəhhüd. sübh namazında ikinci rəkətin səcdələrindən sonra, və 3 rəkətli namazın üçüncü rəkətinin səcdələrindən sonra və dörd təkətli namazın dördüncü rəkətinin iki səcdələrindən sonra xüsusi zikri \"təşəhhüdü bilərəkdən tərk etmək olmaz...


Allah dərgahında ən böyük və gizli günah hansılardır?


Allah dərgahında ən böyük və gizli günah hansılardır? Qurani-Kərimin baxışında görə ən böyük vən ən gizli günahlar:
1-Haqqı gizlədib üstünü ort basdır etməkdir. Necə ki, Bu haqda Quran-Kərimdə oxuyuruq: \"Haqqı tapdayan və onu gizləyən şəxsə Allah lənət edər və lənət edə biləcək hər bir məxluq da onun üçün Allahın lənətini və nifrini diləyərlər.\" \"Bəqərə/159\".
Nə üçün bu günah bu qədər böyük hesab olunmuşdur? Bu sualı belə cavablandırmaq olar ki, bəzən haqqı gizləmək səbəb olur bir böyük kütlə və ya nəsil haqq yoldan uzaq düşsünlər. Necə ki, İslam Peyğəmbərinin (s) gəlişini öncəki dinin davamçıları olan böyük alimlər onun gəlişini dandılar və çoxlarının İslama iman gətirməsinə mane oldular.
2-Eləcə də haqqı gizləmətmək günahın oxşarı olan böyük günahlardan hesab olunan əməl dində bidət və xürafat yaratmaqdır. Yəni dində və Allah tərəfindən vacib və ya haram olmayanları dini alimlər tərəfindən camaat arasında yaymaq. Bu günahın sonucu da birinci günahın nəticəsinə gətirib çıxarır. Dində xürafat və bidət yaradan alimlər üçün Allah-Taala 3 dəfə vay olsun və nifrin demişdir. \"Bəqərə surəsi, ayə: 79\".


Namazda Azan deməyin hikmət və fəlsəfələri nələrdir?


Namazda Azan deməyin hikmət və fəlsəfələri nələrdir? İmam Riza (ə) namazda azan deməyin hikmətini 4 mənada açıqlayır:
1-İbadətdən qəflətə düşən şəxsə xatırlatma,
2-ibadət zamanı işlə məşğul olanlar üçün vaxtın gəlməsini yada salmaq,
3-Kütləni Allahın bəndəliyinə çağırıb onları həvəsləndirmək üçün.
4-Azan tövhid, iman və islamın göstəricisi olaraq yaşadılır. \"Mən la Yəhzuruhul Fəqih kitabı, c, 1, səh: 299\".

Azanın bu hikmətlərindən əlavə düşüncə olaraq azanın deyilməsinə fəlsəfələr qeyd olunur:
1-Azanın deyilməsi qəlbə səfalıq və ruha şadlıq gətirər,
2-Azanın çağırışı möminlər üçün Allahla danışma vaxtının gəlişini elan etmək mənasındadır,
3-Azan demək mömin şəxsin böyük ibadətə təvazökarlıqla hazırlaşmağa dəvət etmək mənasındadır.


Zikrin ən çox tövsiyə edildiyi zamanlar nə vaxtlardır?


Zikrin ən çox tövsiyə edildiyi zamanlar nə vaxtlardır? Ariflərin nəzərinə görə, zikr qəflət meydanından çıxıb məhəbbətin çox olduğu səhnəyə daxil olmaqdır. Allahın adlarını dilə gətirmək günahlardan çəkinmək və büdrəmələrdən xilas olmaq deməkdir. Məsumlarımız (ə) bizə zikrin ən çox tövsiyə olunduğu yerləri tanıtdırıb, buyururlar:
1. Düşmənlə üzləşən zaman. İmam Əli (ə): “Nə zaman döyüşdə düşmənlə üzləşdin, az söz deyin və Allah Təalanı çoxlu yada salın”. 2. Qəm qərar verən zaman. Peyğəmbər (s) buyurur: “Nə zaman qəmgin olsan, Allahı öz qəminin yadına sal. Nə zaman hökm vermək istəsən, Allahı dilinin yadına sal. Nə zaman bir şeyi bölmək istəsən, Allahı əlinin yadına sal”. Bu 3 hal insanı büdrədə bilən hallardır... 3. Qəzəblənən zaman. Peyğəmbər (s) buyurur: “Allah peyğəmbərlərindən (ə) birinə vəyh edir ki: “Ey Adəm övladı! Qəzəblənən zaman Məni xatırla ki, Mən də qəzəblənən zaman səni xatırlayım və səni başqaları ilə həlak etməyəm”. 4. Tənha olan zaman. İmam Baqir (ə): “Tövratda yazılmışdır: “Ey Musa! Tənhalıqda, şadlıq ləzzətlərində və xoşluqlarında Məni xatırla ki, qəflətlərində sənin yadında olum”. 5. Bazara daxil olan zaman. İmam Əli (ə): “O zaman ki, bazara gedirsiniz və insanlar işləri ilə məşğuldurlar, Allah Təalanı çoxlu yada salın. Çünki bu iş günahları məhv edər və həsənələri artırar. Qafillərin zümrəsində yazılmazsınız”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter