Dəlinin müsəlman və ya kafir olması haqqında islamın hökmü nədir?


Dəlinin müsəlman və ya kafir olması haqqında islamın hökmü nədir? Dəlinin müsəlman və ya kafir olması haqqında 2 şəri hökm:

-Dəli olan bir uşaqın müsəlman və ya kafir olması onun valideyinlərinin hökmünə bağlıdır. Yəni əgər ata-anası kafirdirlərsə o da kafir hökmündədir. Əgər əksinə valideyinləri müsəlmandırlarsa dəlinin də hökmü müsəlman hökmünə aid edilir. Hətta İslamın baxışına görə əgər dəli uşağın valideyinlərindən biri müsəlman olarsa dəli uşağın hökmü də müsəlman olması ilə hökmlənir.

-Amma, əgər dəli olan şəxs həddi büluğa çatandan sonra hansı bu vəziyyətə düşübsə, həddi büluğ dövründə kafir və ya müsəlman olubsa o hökmdə qalır. İslamı qəbul edib dəli vəziyyəti onda yaranıbsa müsəlman olaraq hökmlənəcək. Əgər təklifə çatanda kafir olub və dəlilik vəziyyəti onda yaranıbsa kafir hökmündə olacaq.


Gündəlik vacib namazların nafilələri necə qılınır?


Gündəlik vacib namazların nafilələri necə qılınır? Gündəlik namazlar: Hər bir müsəlman üçün vacibdir ki, gündəlik 17 rəkət vacib namazlarını qılsın. Əgər tərk etsə Allah qarşısında günahkar və qılmadığı namazların qəzasını qılmalıdır.
Gündəlik vacib namazlardan əlavə hər 5 namaz üçün Məsumların hədislərində nafilə (müstəhəb) namazlar deyilmişdir.
Gündəlik namazların nafilə namazlarının qılınma qaydası:
-Sübh namazı üçün 2 rəkət müstəhəb namaz qılınması sübh namazından qabaq deyilibdir.
-Zöhr namazı üçün nafilə namaz olaraq qeyd olunan 8 rəkət iki rəkətli namaz gəlmişdir. vacib zöhr namazından öncə bu müstəhəb namazlar qılınar.
-Əsr namazının da nafiləsi eynən zöhr namazının nafiləsi kimi yerinə yetirilir.
-Şam-(Məğrib) namazının müstəhəb nafilə namazı 4 rəkət iki namaz şəklində qılınır məğrib namazından sonra.
- İşa namazının nafiləsi isə vacib namazdan sonra oturaraq 2 rəkətdir. Rəvayətlərdə: Nafilə namazları arasında Sübh və işa namazının nafilələrinin daha çox savablı olduğu deyilir. Yusif Əliyev.


Bəndənin Allah-Taalaya 23 sualı və Qurani-Kərimin mükəmməl cavabları nə oldu?


Bəndənin Allah-Taalaya 23 sualı və Qurani-Kərimin mükəmməl cavabları nə oldu? Allah-Taala ilə bəndənin Quran vasitəsi ilə söhbətləşməsi:
1-Qəlbimdə belə bir sual qarşıya çıxdı! İlahi görəsən bizləri niyə xəlq etmisən? Buyurdu: \"Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!\" (Zariyat 56)
2-Dedim: İlahi çox naümidəm! Buyurdu: \"Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir! (Zümər surəsi 53)
3-Dedim: İlahi! Heç kəs bilmir ki, mənim qəlbimdən nələr keçir? Buyurdu: \"Bilin ki, Allah insanla onun qəlbi arasına girər (insanın bütün varlığına hakim olar; Allah ürəklərdən keçən hər şeyi bilir, bütün ürəklərin ixtiyarı da Onun əlindədir) və siz axırda Onun hüzuruna cəm ediləcəksiniz!” (Ənfal surəsi 24)
4-Dedim: İlahi! Səndən başqa heç kimim yoxdur! Buyurdu: \"And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq!” (Qaf surəsi, 16)
5-Dedim: İlahi! Sanki məni unutmusunuz? Buyurdu: \"Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Məni inkar etməyin!” (Bəqərə surəsi, 152)...


6 xususiyyətə malik olmaq üçün hansı 6 xislətə eytiyacımız var?


6 xususiyyətə malik olmaq üçün hansı 6 xislətə eytiyacımız var? Hz.Əli (ə) buyurur: Bir kişi Hz. Peyğəmbərin (ə) hüzuruna gəlib dedi: Ya Rəsuləllah, mənə bir yol göstərin ki, o yol aşağıdakı əməllərə səbəb olsun: 1. Allah məni çox istəsin 2. İnsanlar məni çox istəsinlər 3. Mal-dövlətim çox olsun 4. Sağlam olum 5. Ömrüm uzun olsun 6. Allah məni səninlə məhşur etsin.
Allahın Rəsulu (ə)buyurdu: Bu altı hacəti istəyirsənsə, altı xislətə sahib olmalısan.
1. Əgər istəyirsənsə Allah səni çox istəsin, Ondan qorx və günahdan çəkin.
2. Əgər istəyirsənsə insanlar səni çox istəsin, onlara yaxşılıq et, onların əllərində olanlarda tamahın və gözün olmasın.
3. Əgər istəyirsənsə mal-dövlətin çox olsun, zəkat ver
4. Əgər istəyirsənsə sağlam olasan, çoxlu sədəqə ver.
5. Əgər istəyirsənsə ömrün uzun olsun, sileyi rəhim et qohum əqrəbayla ged gəl
6. Əgər istəyirsənsə Allah səni mənimlə məhşur etsin, Allaha uzun uzadı səcdə et..Allah bizlərdə bu xususiyyətləri cəm etsin.


Körpələrin dilləri açılana qədər peyğəmbər və imamların ruhu ilə danışarlar?!


Körpələrin dilləri açılana qədər peyğəmbər və imamların ruhu ilə danışarlar?! Mufəzzəl ibn Umər deyir : \'\'İmam Sadiqdən (ə) soruşdum ki :
- Niyə gah körpə heç bir dəlil olmadan gülür və ya heç bir ağrı olmadan ağlayır?
İmam (ə) cavab verdi ki :
- Ey Mufəzzəl! Elə bir körpə yoxdur ki, İmamını (ə) görməmiş olsun və onunla gizlin söhbət etməmiş olsun. Ona görə də, İmam (ə) onun yanından gedəndə ağlayır və onun yanına gələndə isə gülür. Amma elə ki, körpənin dili açılır, o zaman bu qapı (imkan) ona bağlanır (yəni - daha belə bir hadisə baş vermir) və onun qəlbinə (düşüncəsinə, ağlına) unutqanlıq möhürü vurulur.\'\' (Mənbə: İləluş-Şərayi, Şeyx Səduq)


Peyğəmbər (s) və İmam Əli (ə) zinanınqəbahəti haqqında nə buyurmuşlar?


Peyğəmbər (s) və İmam Əli (ə) zinanınqəbahəti haqqında nə buyurmuşlar? Həzrət Peyğəmbər (s) və İmam Əlidən (ə) zina haqqında hədislər :

-Allahın Peyğəmbəri (s):«Əgər ərli qadın öz gözünü ərindən başqa bir kişi, ya naməhrəmlə doldurarsa, Allah-taala ona qəzəblənər və onun bütün əməllərini batil edər. Əgər öz ərinə xəyanət edərsə, ona qəbr əzabı verdikdən sonra Cəhənnəm odunda yandırmaq Allahın haqqıdır.» (Biharul-Ənvar, c.76,səh. 366, hədis 30)
-İmam Əli (ə):«Qeyrəti olan, heç vaxt zina etməz.» (Nəhcül-Bəlağə, hikmət 305)
-Allahın Peyğəmbəri (s) :«Ey Əli! Zinanın altı nəticəsi var: üçü dünyada, üçü axirətdə üzə çıxar. Dünyadakı nəticələri budur ki, abır-həyanı aparar, ölümü tezləşdirər və ruzini kəsər. Axirət nəticələri isə ağır və dəqiq hesabatın aparılması, Rəhman Allahın qəzəbi və Cəhənnəm odunda əbədi qalmaqdan ibarətdir.» (Biharul-Ənvar, c.79,səh. 22, hədis 15)


Allah haradadır sualını İmam Əli (ə) necə cavablandırır?


Allah haradadır sualını İmam Əli (ə) necə cavablandırır? Bir gün bir nəfər Hz.Əlidən (ə)soruşurki: \"Allah hardadır?Mənə göstər ona ibadət edim.\" Hz.Əli (ə)buyurur:Başını qaldır hələ bir o günəşə bax.
Həmin adam başın qaldırıb günəşə baxır.Günəşin şüalaarı gözünü qamaşdırır başın tez salır aşağı.
Hz.Əli (ə) buyurur.Ay bədbəxt,Sən Allahin yaratdığına heç baxa bilmirsən, Allahı necə görəcəksən?!


Əllamə Mizbah Yəzdinin təvazökarlıq haqqında buyurduqları.


Əllamə Mizbah Yəzdinin təvazökarlıq haqqında buyurduqları. TƏVAZÖKARLIQ HAQQINDA OXUNMALI SÖZLƏR:
\"Mərifət baxımından insan Allahı nə qədər yaxşı tanısa, öz nadanlığı, acizliyi və çarəsizliyini bir o qədər çox dərk edər. İnsan nöqsanlarını etiraf edərsə, təkəbbürdən uzaqlaşar. Başqa halda nəfs tuğyan edər və insan əxlaqi fəsadlara düçar olar... Layiqli bəndələr mərifətləri artdıqca, özlərini Allah qarşısında kiçik görürlər və onların həqiqi təvazösu yüksəlir. Həqiqi təvazö insanın qəlbində də özünü kiçik bilməsidir. Onlar özünü, yalnız zahirdə, xalqın gözü qarşısında təvazökar göstərmirlər. Əks hal nifaq və ikiüzlülükdür. Həqiqi təvazö, yalnız Allahın lütfü ilə müyəssər olur. Çünki, insan nəfsi azğındır və tez bir zamanda qürura düçar olur\". (Əllamə Misbah Yəzdi)


Allah bəndəsindən 10 çətinliyi uzaqlaşdıran oxunan 10 surə hansılardır?


Allah bəndəsindən 10 çətinliyi uzaqlaşdıran oxunan 10 surə hansılardır? Bu 10 surəni oxumaq 10 çətinliyi aradan aparan xasiyyətə malikdirlər:
1-Fatihə surəsini oxumaq Allahın qəzəbəini söndürər.
2-Yasin surəsini oxumaq qiyamətdə insanın sussuzluq əzabını aradan aparar.
3-Duxan surəsini oxumaq Qiyamətin qorxu və vəhşətini aradan aparar.
4-Vaqiə surəsini oxumaq insandan fəqirlik və çarəsizliyi uzaqlaşdırar.
5-Mülk surəsini oxumaq insandan qəbir əzabını uzaqlaşdırar.
6-Kövsər surəsini oxumaq insandan düşmənlərin kinini uzaqlaşdırar.
7-Kafirun surəsini oxumaq insandan ölüm anındakı gələcək küfrü uzaqlaşdırar.
8-İxlas (Tövhid) surəsini oxumaq insandan iki üzlülüyü və səmimiyyətsizliyi uzaqlaşdırar,
9-Fələq surəsini oxumaq insandan paxılların həsədini uzaqlaşdırar.
10-Nas surəsini oxumaq insandan vəsvəsəni uzaqlaşdırar.


Bu ayın qidalanma rejimi - İmam Rizanın (ə) tövsiyələri nələrdir?


Bu ayın qidalanma rejimi - İmam Rizanın (ə) tövsiyələri nələrdir? İmam (ə) tövsiyələrində Roma qəməri təqvimini əsas götürüb. İmam Riza (ə) 23 dey-23 bəhmən (13 yanvar-12 fevral) arası qidalanma ilə bağlı hansı tövsiyələri verir? )
1-Qış fəsli güclü (enerjili) qidalar yemək; 2 -Zeytun yağı ilə masaj bədəni gücləndirir; 3 - Bədənə Matthióla kimi isti təbiətli yağlar çəkmək; 4 -Bədənə yayda soyuq, qışda isti təbiətli bənövşə yağı çəkmək; 5 -Həftədə bir dəfə sarımsaq yemək; 6 -Süd ya toyuq yumurtası ilə xurma yemək süstlüyü aradan qaldırır;

-Bu ayda bəlğəm çox olur. Balıq, qatıq kimi soyuq təbiətli qidalar, şirniyyat bəlğəmi artırdığından tövsiyə edilmir. Tövsiyə edilənlər bəlğəm azaldan qidalardır: dəvə və qoyun əti, göyərçin və sərçə əti, hil və darçın, zəfəran və zenyan, nanə və reyhan, cəfəri və tərxun, boranı, turş limon; 1 -səhərlər ac qarına bir qədər isti su içmək; 2 -hamama getmək bəlğəmi azaldır...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter