Mən ki, möminəm, Nəkir və Münkir nəyə lazımdır?


Mən ki, möminəm, Nəkir və Münkir nəyə lazımdır? Nəkir və Münkərin siması Peyğəmbərin (s) və İmamların hədisində:
Həzrət Peyğəmbər (s) bu iki mələyi belə təsvir etmişdir: “Bu iki mələk sərt və kobuddur. Səsləri çaxan ildırım kimidir, gözləri işıq kimi gözqamaşdırıcıdır. Saçları ayaqlarının altında qalar və onların üzərində yeriyərlər. Yeri yarmaq və səndən sorğu-sual etmək üçün dişləri vardır”.
Bəli, bu iki mələk kafirə qorxulu simada nazil olar, ancaq möminə müjdə verəndir. Belə ki, İmam Sadiqdən (ə) soruşurlar ki, bu iki mələk kafirlə və möminə eyni cür daxil olar?
İmam (ə) buyurur: “Xeyr”. Məsumlardan (ə) bizə çatan dualardan belə bir nəticə əldə etmək olur ki, Nəkir və Münkər küfrü və fəsadı sorğu-sual etmək üçün gələrlər. Möminlərə isə bəşir və müjdə verən sifəti ilə nazil olarlar.
İmam Sadiqin (ə) Rəcəb ayında oxuduğu duada buyurur: “Allahım, Nəkirlə Münkəri – ölülərdən sorğu-sual edən o iki mələyi məndən uzaq et və Bəşir və Mübəşşiri ki, səadət müjdə verənidir – mənə göstər”. Bu dünyada hər nə əksək, axirətdə də onu yığacağıq. Əgər kafir olsaq, bu iki mələk bizə qarşı Nəkir və Münkər olacaqdır, əgər mömin olsaq – Bəşir və Mübəşşir. Deyerler.


Quranın sair səmavi kitablardan əsas fərqi nədir?


Quranın sair səmavi kitablardan əsas fərqi nədir? Cavab: Quranın digər səmavi kitablardan əsas fərqi onun təhrif olmamasıdır. Qurani-kərimdən başqa bütün səmavi kitabların orijinalı ya itmiş, ya da təhrif olunmuşdur. Məsələn, bəzi peyğəmbərlərə göndərilmiş səhifələr (sühüf) itib-batmışdır; yalnız hədislərdə bu səhifələrin bəzi fraqmentlərinə rast gəlirik. Tövrat, Zəbur və İncil isə müharibələr və yanğınlar nəticəsində məhv olmuş, sonralar insanların hafizəsinə əsasən bərpa edilmişdir. Bu kitabları zaman-zaman gah qəsdən, gah da bilməyərəkdən təhrif edib dəyişdirmişlər. Səmavi kitabların içində yalnız Quran zərrəcə dəyişməmişdir və qiyamətə kimi toxunulmaz qalacaqdır. Quranın özündə buyurulub: “Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq” (Hicr, 9).


Hansı günahlar nemətləri geri alır?


Hansı günahlar nemətləri geri alır? “Əllahumməğfir lizzunubəlləti tuğəyyirun-niəm” (Kumeyl duası)
Kumeyl duasında deyilir ki, Pərvərdigara, bağışla o günahları ki, nemətləri dəyişir (geri alır)... Bəs nemətləri geri alan, insanı nemətdən məhrum edən günahlar hansılardır? Sonra deyilir: Rərvərdigara, bağışla o günahları ki, duaları həbs edir (qəbul olmağa qoymur)... Duaların qarşısını alan günahlar hansılardır? (askdin.com)
İmam Səccad (ə) birinci sualı belə cavablandırır: Xalqa zülm, xeyir işi tərk etmək, insanları doğru yola dəvət etməmək, nankorluq etmək, şükür etməmək neməti dəyişən günahlardır...
İmam Sadiq (ə) ikinci sualı cavablandırır: Ağvalideynlik (valideynin üzünə qayıtmaq, valideyni incitmək) duaların qarşısını alan günahlardandır... İmam Səccad (ə) pisniyətlik, xəbislik, riyakarlıq, duanın qəbuluna ümidsizlik, vacib namazı gecikdirib vaxtını ötürmək, xeyirxahlıq və sədəqədən uzaqlıq, çirkin danışığı duaların qəbuluna maneə hesab edir. (mənbə: Təfsir Əl-Safi, Əl-İxtisas, Məaniul-əxbar)


Ölümü tezləşdirən 6 vərdiş hansılardır?


Ölümü tezləşdirən 6 vərdiş hansılardır? Sağlam şəkildə uzun ömürə malik olmaq – hər bir insanın arzusudur. Ancaq bəzən elə pis adətlərimiz vardır ki, bizi ölümə tərəf sürükləyir. Bu adətlərdən 6-nı tanıyaq:
1. 7 saatdan çox əyləşmək. Mütəxəssislərin araşdırmasına görə çox oturanlar ən az 6 il ömürlərini azaldırlar.
2. 8 saatdan çox yatmaq. Bu təhlükə qadınlar üçün daha çoxdur.
3. Hərəkətsiz olmaq. Bu cür insanlarda xərçəng, parkinsun, qaraciyər xəstəlikləri riski daha çoxdur.
4. Alkohol içmək. Alkohol içmək bir çox xərçəng xəstəliklərinə yol açar.
5. Siqaret çəkmək. Tütün bir çox xərçəng xəsətliklərinin yaranmasına şərait yaradar. O cümlədən: ağciyər, öd yolu xərçəngi kimi.
6. Yağlı və şirin yeməklər. Çəkinin artıq olması, həddən artıq köklük tez ölümə səbəb olar. Əgər qidanız yüngül olarsa, daha sağlam həyat tərzi sürə bilərsiniz.


Qurani-Kərimi xətm edəndən sonra hansı duanı oxuyaq?


Qurani-Kərimi xətm edəndən sonra hansı duanı oxuyaq? Əllahummə nəvvir qulubəna binuril Quran. Və kəffir ənnə səyyiatina biizzətil Quran. Vəşfi mərzana biayətil Quran. Və səllim əhyana bihurmətil Quran. Əllahumməcəlil Qur’anə ləna fid dunya rahətən və fil qəbri munisən və fis siratə cəvaza. Və minən nari sitrən və hicaba. Əllahummə bəlliğ və əvsil ma qərənahu min kitabikəl kərim və ayətikəl əzim. Hədiyyətən minna vasilətən ləkə ila Muhəmmədinil Mustəfa səlləllahu ələyhi və alihi və səlləm. Və Əliyyinil Murtəza ələyhissəlam. Və Fatimətəz Zəhra səyyidəti nisail aləminə ələyha səlam. Vəl Həsənil Muctəba ələyhissəlam. Vəl Husəyniş şəhidi bi Kərbəla ələyhissəlam. Və baqi əimmətil huda salavatullahi ələyhim əcməin. Və ila ərvahil mərhuminəl məğfurinəl məlumin. Bihəqqi nəbiyyina və alihit tahirin. Və bihurmətil mubarəkətil fatihəti məəs sələvat.


Məzarlığa gedərkən niyə məzarın üzərinə su tökürlər?


Məzarlığa gedərkən niyə məzarın üzərinə su tökürlər? Dəfnin müstəhəb əməllərindən biri də budur ki, dəfndən sonra qəbrin üzərinə su töksünlər. Suyu qəbrin baş tərəfindən tökərək ayaq tərəfinə gəlir və dövrə üzrə yenə baş tərəfinə qayıdırlar. Suyun artıq qalanını isə qəbrin ortasına tökürlər. \"Füru-ül-Kafi”də (cild 3, səh.200)
İmam Cəfər Sadiqdən (ə) buyurulub ki, qəbrin torpağı nə qədər ki yaşdır, ölünün əzabı təxirə salınar. Buna görə dəfndən sonrakı 40 gün ərzində qəbrin üzərinə su tökmək müstəhəb sayılıb. Müstəhəbdir ki, su tökəndən sonra orada olanlar üzü qibləyə durub əllərini qəbrin üzərinə qoysunlar, barmaqlarını aralı tutub torpağa batırsınlar, yeddi dəfə Qədr surəsini oxuyub, mərhumun ruhuna rəhmət diləsinlər, sonra bu duanı desinlər: \"Allahummə cafil-ərzə ən cənbey hi və əsid ileykə ruhəhu və ləqqihi minkə rizvana. Və əskin qəbrəhu mun rəhmətikə ma tuğnihi bihi ən rəhməti mən səvak”. (İlahi, torpağı bu mərhumun bədənindən təmizlə, yəni bədənini çürütmə, onun ruhunu Öz dərgahına yüksəlt, ona Öz razılığını təlqin et. Onun qəbrinə Öz mərhəmətini sakin et. Elə bir mərhəmət ki, daha Səndən başqasının mərhəmətinə ehtiyacı olmasın).
Rəvayət var ki, Peyğəmbər (s) bunu yalnız öz qohumlarının (yəni Bəni-Haşimdən olanların) qəbri üzərində edərdi. Hətta Mədinəyə gələn qərib adamlar Bəqi məzarlığında, üzərində əl izi olan qəbir görsəydilər, bilərdilər ki, bu qəbir təzədir və Bəni-Haşimə məxsusdur. ixlas.


Nə üçün kəbə ətrafında saat əqrəbinin əks istiqamətində dövrə vurulur?!


Nə üçün kəbə ətrafında saat əqrəbinin əks istiqamətində dövrə vurulur?! Kəbə ətrafında dövrə vurmaq (təvaf) həcc ayinləri içərisində müsəlmanlar üçün müqəddəs olan ibadət aktıdır. Müvafiq ayin saat əqrəbinin əksi istiqamətində həyata keçirilir. Nə üçün? Bu suala aydınlıq gətirəcək bir neçə elmi faktı sizə təqdim edirik:
1.İnsan bədənində qan saat əqrəbinin əksi istiqamətində dövran edir.
2.Atom elektronları nüvə ətrafında təvafa oxşar saat əqrəbinin əksi istiqamətində dövrə vurur.
3.Ay öz oxu ətrafında saat əqrəbinin əksi istiqamətində dövrə vurur.
4.Yer öz oxu ətrafında saat əqrəbinin əksi istiqamətində dövrə vurur.
5.Yer Günəş ətrafında saat əqrəbinin əksi istiqamətində dövrə vurur.
6.Günəş sisteminin planetləri Günəş ətrafında saat əqrəbinin əksi istiqamətində dövrə vurur.
7.Günəş və bütün Günəş sistemi qalaktikada orbit üzrə saat əqrəbinin əksi istiqamətində dövrə vurur.
8.Bütün qalaktikalar kosmosda saat əqrəbinin əksi istiqamətində dövrə vurur.


İmam Zamanın gəlişinə (əc) hansı yollarla kömək edə bilərik?


İmam Zamanın gəlişinə (əc) hansı yollarla kömək edə bilərik? İmam Zamana (ə) kömək etməyin yolları:
1. Etiqad və düşüncə cəhətdən İmama yardım etmək. Allahın Höccətinə öz etiqad və düçüncə qüdrətini qüvvətləndirməklə onunla kamil şəkildə bağlılıq yaradıb, xalis şiə olsun.
2. Dildən İmama (ə.f) yardım və onun düşmənlərinin əleyhinə istifadə etməklə kömək etmək.
3. Maddi cəhətdən İmama (ə.f) yardım etmək. İmamın (ə.f) düşmənləriylə mübarizə aparmaq ona kömək etməkdirsə, onun dost və şiələrini maddi cəhətdən kömək etməkdə İmama (ə.f) yardım etməkdir.
4. Rəftar və davranış vasitəsilə İmama (ə.f) yardım etmək.Şəxs elə rəftara sahib olmalıdır ki,İmamın (ə.f) dostlarının iftixarına və onun düşmənlərinin xarlıq və məğlubiyyətinə səbəb olsun.
5. İmam(ə.f)üçün,məxsusən zühurunun tezləşməsi üçün çox dua etmək.
6. Ondan əvvəlki İmamaların (ə) fəzilət və müsibətlərini xatırlamaq.


İdris (ə)-ın Quranda adı və onun asimana çəkilməsi haqda tarix nələr yazır?


İdris (ə)-ın Quranda adı və onun asimana çəkilməsi haqda tarix nələr yazır? Quranın \"Məryəm” surəsində İdrisinsifətləri haqqında və \"Ənbiya” sur. оnun ancaq adı cəkilmişdir.
-\"(Ya Muhəmməd) kitabda Idrisi yad еt! О, həqiqətən büsbütün dоğrudanışan (siddiq) bir pеyğəmbər idi. Biz оnu böyük məqama qaldırdıq.”
Bu cümlənin: -\"Biz оnu böyük məqama qaldırdıq” mənasında müfəssirlər arasında iхtilaf var: -Bir dəstəsi dеyirlər ki, onun məqamına aiddir. -Bəzilər isə deyirlər onu göyə çəkdir.
Bir sıra rəvayətlərdə dеyilir ki, Allah mələklərin birinə qəzəblənərək qanadlarını sındırıb bir adaya atdı. О, illərlə, Idris pеyğəmbərliyə sеçilənə qədər оrada qaldı. О, Idris pеyğəmbərin yanına gəlib оnun haqqında, qanadlarının yеnidən qaytarılması üçün dua еtməsini istədi. Idris dua еtdi və Allah taala оnun günahlarından kеçib qanadlarını qaytardı. Mələyin Idrisdən minnətli оlduğuna görə оna ərz еtdi: -«Sənin nə hacətin var?» Idris dеdi:
-«Mən istəyirəm Mələkul-məvt (Əzrail) ilə görüşmək üçün məni asimana aparasan. Çünki tənha оnu хatırlamaqla həyat mənim üçün şirin dеyil». Mələk оnu dördüncü asimana apardı və оrada Əzraili оturmuş halda gördü. О, təəccüb üzündən başını tərpədirdi. Idris irəli gələrək salam vеrib sоruşdu: -«Niyə başını tərpədirsən?» Əzrail cavabında dеdi ki, Allah taala sənin canını dördüncü asimanla bеşinci asimanın arasında alınmasını mənə fərman vеrmişdir. Səninlə görüşməmişdən əvvəl bu fikirdə idim ki, sənin canını almaq üçün dördüncü asimanla üçüncünün, üçüncü ilə ikincinin, ikinci ilə birincinin və birinci ilə yеrin arasında оlan məsafəni nеcə gеdəcəyəm. Sоnra еlə оradaca оnun canını aldı...


Axirətdə hansı hadisələr baş verəcək?


Qiyamətin qopma zamanı gələndə İsrafil adlı mələk Sur adı verilən bir alətə üfləyəcəkdir. Beləcə bütün Yer kürəsi alt-üst olub, bütün canlılar öləcək. İsrafilin ikinci dəfə Sura üfləməsi ilə yeni bir dünya qurulacaq və bütün ölülər diriləcək. Məhşər adı verilən böyük bir meydanda toplanacaqlar. İnsanların dünyada etdikləri hər şey bir səhifə içərisində özlərinə veriləcək. Böyük bir məhkəmə qurulacaq. İnsanlar muhakimə ediləcək. Ömrünü nə yolda bitirdiyi, elmi ilə nələr etdiyi, malını necə qazanıb hara xərclədiyi, vücudunu hansı yollara sərf etdiyi soruşulacaq.
Bu məhkəmədə heç bir şeyi inkar etmək mümkün deyil. Çünki insanın əli, ayağı, gözü, qulağı hətta günah etdiyi yerləri dilə gələcək, əməllərinə şahidlik edəcək. Bir-birilərini qarşı insanların şahidliklərinə də yer veriləcək. Daha sonra insanların etdikləri xeyir və şər əməllər necə olduğunu dəqiq bilmədiyimiz bir tərəzidə ölçüləcək. Etdiyi yaxşılıqlar ağır gələnlər Cənnəti, pis əməlləri ağır gələnlər isə Cəhənnəmi qazanacaqlar. Bu tərəziyə Mizan deyilir. Bundan sonra Cəhənnəmin üzərində necə olduğunu Allahdan başqa kimsənin dəqiq bilmədiyi bir körpü qurulacaq. İnsanlar savab əməllərinə görə fərqli vəziyyətlərdə bu Sırat deyilən körpüdən keçəcəklər. Bəziləri ildırım surətilə keçib Cənnətə girəcəklər. Pis insanlar isə Sıratı keçə bilməyəcək və Cəhənnəmə yuvarlanacaqlar. ixlas.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter