Evlənməklə əlaqədar altı səhv addım hansılardır?


Evlənməklə əlaqədar altı səhv addım hansılardır? Ailə qurmaqda səhv düşüncələr:
1- Yaşıdlarım hamısı evlənib!! Belə olan halda insan adətən kiminlə gəldi evlənir, bu da onun qurduğu ailənin davamlı olmasına mane olur, bir çox hallarda onlar boşanmalı olurlar. 2- Belə elçi ələ düməz!! Evlənməklə əlaqədar ikinci səhv addım gələn elçiləri məhəllələrindəki camaatdan və ya ümumiyyətlə tanıqdıqları insanların arasında daha yaxşı mövqedə olduğunu düşünərək gələn elçiləri qəbul etməkdır. 3- Onunla evlənim və camaatı yana-yana qoyum!! Evlənməklə əlaqədar üçüncü səhv addım başqalarının həsəd və paxıllıqlarını oyatmaqdır. 4- Evlənim və evimizdən canımı qurtarım!! Evlənməklə əlaqədar dördüncü səhv addım öz xəyalında evdən bezmiş insanların canını qurtaracağını düşünərək kiminlə gəldi evlənməsidir. 5- Onunla evlənim və varlı olum!! Evlənməklə əlaqədar beşinci səhv addım kiminləsə var-dövlətinə və sərvətinə görə evlənməkdir. 6- Evlənim və keçmiş həyat yoldaşıma kimliyimi sübut edim!! Evlənməklə əlaqədar altıncı səhv addım budur ki, əvvəllər evli olmuş və sonra boşanmış insan bəzi hallarda keçmiş həyat yoldaşına özlünün fərasət və bacarığını sübut etmək üçün tələsik kiminlə gəldi evlənir.


Qünut zamanı necə dua etmək məsləhətdir?


Qünut zamanı necə dua etmək məsləhətdir? Namazların ikinci rükətində qiraətlə rükunun arasında qünut tutmaq müstəhəbdir. Qünut zamanı əllər qoşalaşdırılıb sifət bərabərinə qaldırılır, açıq kitab vəziyyətində tutulur. Qünutda istənilən dildə istənilən duanı etmək olar. Qünut yeganə namaz əməlidir ki, insan onu qeyri-ərəb dilində də yerinə yetirə bilər. Qünut zamanı mənəvi məzmunlu dualar etmək daha çox bəyənilir. Məsələn, özünün və yaxın adamların günahlarının bağışlanması, axirət xeyrini qazanmaq, imanı və elmi artırmaq barədə. Bununla belə, halal dünyəvi və maddi istəklər üçün də dua etmək qadağan deyil. Peyğəmbərimiz qünutda bu ayəni çox oxuyardı: “Rəbbəna, atina fid-dünya həsənətən və fil-axirəti həsənətən və qina əzabən-nar” (Bəqərə, 201). (Tərcüməsi: “Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru!”) Qünut duasını salavatla başlaıb salavatla bitirmək də müstəhəbdir.


Nadan və ağılsız insanlarla necə rəftar edək?


Nadan və ağılsız insanlarla necə rəftar edək? Ünsiyyəti qadağan edilmiş şəxslərdən biri nadan və ağılsız adamdır.
Əlbəttə,dinin axmaq adamlq dostluğu qadağan etməsi tövsiyə xarakterlidir.Çünki ağlı olan hər bir kəs bilir ki,nadan və axmaqla dostluq etməkdə,əsla ,bir xeyir yoxdur və o,zərər ziyanla dolu bir dostluqdur..
-İmam Sadiq (ə)buyurur: \'\'Axmaq adamla yoldaşlıq etməkdən çəkin.\'\' Kafi c 4 səh 456
-\'\'Yalançı,axmaq adamla yoldaşlıq etmə.Çünki o,nə vaxt sənə xeyir vermək istəsə,ziyan vurar.O səndən çox uzaq şeyi sənə yaxınlaşdırar,yaxın şeyi sənə uzaq göstərər.Əgər ona etibar etsən,sənə xəyanət edər,əgər o sənə etibar etsə,sənə hörmətsizlik edər.Əgər səninlə söhbət etsə ,yalan danışar,əgər sən onunla söhbət etsən,səni yalançı sayar.\'\' Biharul ənvar c74 səh193
-İmam Əli(ə)buyurur: \'\'Əxlaqi pozğunluq ağılsızlarla ünsiyyət nəticəsində,əxlaqın sağlamlığı isə ağıllılarla ünsiyyətin bərəkətindən yaranır.\'\' Məarif və maarif c1 səh 2095
\'\'Axmaqla yoldaş olma.Çünki o öz əməlini sənə gözəl göstərəcək və sənin də onun kimi olmağını istəyəcək.\'\' Nəhcul bəlağə.Feyzülislam səh 1228 ,285 ci hikmət


Ayətullah Cavad Amuli intizar əhlinə hansı tövsiyələri verir?


Ayətullah Cavad Amuli intizar əhlinə hansı tövsiyələri verir? Ayətullah Cavad Amuli İlahi göstərişlərə əməl etməyi, günahı tərk etməyi Həzrət Mehdi (ə.f) müntəzirlərinin əsil vəzifələrindən hesab etmişdir.

Ayətullah Cavad Amuli Milli Məhdəviyyət simpoziumunda demişdir: “İlahi göstərişlərə əməl etmək Mehdi (ə.f) müntəzirlərinin vəzifələrindəndir. Allah insanı ali məqama qaldırmışdır və bu məqam da Məsum İmamların (ə) rəhbərliyi olmadan mümkün olmaz. Allah insanı təkcə Ramazan ayında deyil, dünyada da öz qonağı kimi qəbul edir. Əgər insan özü ilə dünya arasındakı bağları yaxşı tanısa, ancaq Allaha söykənər. İlk və son İmam müəyyən edilib. İnsan əgər öz İmamını tanısa, yolundan azmaz”. ahlibeyt.ge


Əhli-Sünnət mənbələrində Həzrət Zəhranın (ə) fəziləti haqda hansı hədisləri gəlmişdir?


Əhli-Sünnət mənbələrində Həzrət Zəhranın (ə) fəziləti haqda hansı hədisləri gəlmişdir? Əhli-Sünnət kitablarında Fatimeyi-Zəhranın (ə) fəzilətlərini bəyan edən Peyğəmbərdən (s) hədislər:
1-Peyğəmbər (s) buyurmuşdur: \"Aləmlərdə seçilmiş xanımlar dörddür: Məryəm, Asiyə, Xədicə və Fatimə. \" Əl-isabə fi təmyizis-səhabə, cild/4, s/378\"
2-Nazil olundu Quranın Əhzab surəsinin təthir (günahlardan paklıq) ayəsi beş şəxsin haqqında: Mənim, Əlinin barəsində, Həsən-Hüseynin və Fatimənin.\" Səhih Müslim, Səhabələrin fəziləti bölümü.
3-Peyğəmbər (s) buyurur: \"Fatimə mənim canımın parəsidir, məni əziyyət etmiş olar o kəs ki Fatiməni qəzəbləndirə, və onu çətinliyə salan şəxs mənə qarşı bunu etmiş olar.\" Sünən Ət-Tirmizi, cild/3, Fatimənin (ə) fəziləti bölümü, s/240.
4-Peyğəmbər (s) buyurur: \"Bir ananın bütün övladı atalarına nisbət verilərlər, Yalnız Fatimənin (s) övladlarıdır ki, Mənə nisbət verilirlər.\" Kənzül-Ümmal, cild/13, s/101.


Hansı yaşda valideyn olmaq daha yaxşıdır?


Hansı yaşda valideyn olmaq daha yaxşıdır? -Dölyaratma prosesi üçün optimal yaş - hər iki valideyn üçün 20-29 yaş həddidir.
Yeniyetmə qız uşaqları ilk menstruasiya aktından sonra hamilə ola bilsələr də, onların orqanizmi hələ yaxın 5 il ərzində hamiləliyin başa çatdırılmasına və doğuşa hazır olmur.
-Ana olmaq üçün icazə verilən aşağı yaş həddi - ilk menstruasiyanın olduğu yaş + 5 il olmaqla hesablanır. Məsələn, 13 yaş + 5 yaş = 18 yaş,14 yaş + 5 yaş = 19 yaş.
Erkən (16-19 yaş) və orta (30-dan artıq) yaşlar qadınlar üçün risk faktorları hesab olunur. Bu yaş qrupuna daxil olan qadınlarda optimal yaş qrupuna (20-29 yaş) daxil olan qadınlardan nisbətən ağır formalı hamiləlik toksikozları, patoloji doğuşlar, həmçinin dölün və doğulmuş uşağın yaşamaq qabiliyyətinin aşağı olması daha çox hallarda təsadüf edilir.
-30 yaşından sonra qadınlarda adətən bir sıra xəstəliklərə rast gəlmək olar ki, bu da ananın və doğulacaq körpənin saqlamlığına mənfi təsir göstərə bilər. Adətən hamiləliyə qədər aşkar olunmamış xəstəliklər məhz yaşlı dövrdəki hamiləlik zamanı özünü büruzə verir. Qadının yaşı artdıqca daxili cinsiyyət orqanlarında da dəyişikliklər baş verir. Cavan qadınlarda daxili cinsiyyət orqanlarının elastikliyi daha çox olur. Yaş artdıqca bu elastiklik azalır, bu da dölsalma riskini artırır. 40 yaşından yuxarı qadınlarda 30 yaşınadək olanlara nisbətən 3 dəfə artıq sayda hamiləlik diabeti inkişaf edir.


İnsanda qəlbin paklığı kifayət etmirmi ki, namaz qılmaq vacib olunubdur?


İnsanda qəlbin paklığı kifayət etmirmi ki, namaz qılmaq vacib olunubdur? Namazın insan üçün vacib olmasının səbəbləri:
1-Allah-Taala insan üçün hər hansı əməli vacib və ya qadağan etmişdirsə hikmət və insan xeyrinə iş olduğuna şübhə olunmamalıdır. Çünki Allahın 99 adından biri də həkim yəni məqsədyönlü işlər görən Allah.
2-Allah-Taala bəşər üçün namazı vacib etmişdirsə hikmətinin biri də budur ki, yaxşı və pis insanları bir-birindən ayırd etsin və onların qəlbinin Allah-Taalaya bağlılığının nə həddə olduğunu üzərə çıxarsın.
3-Qəlbin paklığının mənası nədir? İslam maarifinə nəzər saldıqda görürük ki, insanın yaxşı adam olması onun xoşbəxtliyi üçün kifayət etmir. Yəni namaz insanı günahlardan çəkindirir, namaz ruhu paklaşdırır, namaz şeytanı insanın xoşbəxt olacaq həyatından qovalayır, namaz insanı aşkarda və gizliində olan çirkin əməllərdən qoruyur, namaz insana güclü iradə bəxş edir, namaz Allahın rəhmətinin hər an nazil olmasına səbəb olur, namaz insanın xeyir işlər görməsinə yol açır, namaz insanı Allaha yaxınlaşdırır və eləcə də namaz insanın behiştə getməsinə ən böyük səbəb olaraq Quran və hədisdə vasitə olaraq tanıtdırılmışdır. Qəlbin paklığı əgər namazda olan bu müsbət təsirləri təmin edə bilərsə onda namaz qılmağa ehtiyac olmaz! Bir halda ki, pak qəlbli insanların vicdanları təsdiq edir ki, insan qəlbinin paklığı namazın faydalarını təmin etməkdə acizdir. Nəticə alırıq ki, insan qəlbinin pak olması iddiası namaz və ilahi maarifdə gələn ibadətlərdən insanın ehtiyacsız olması iddiası ləğvdir.


Alimlərin əxlaqi göstərişlərindən yazın?


Alimlərin əxlaqi göstərişlərindən yazın? Ən pis sərvət odur ki, haram yolla əldə olunsun və günah işlərə xərclənsin. Ən yaxşı xeyir iş dəryada çağıranların dadına çatmaqdır. Mərd xasiyyəti kamilləşdirən xüsusiyyət odur ki, öz haqqını unudub başqaları haqqında fikirləşəsən; belə ki, bir kəsə pislik etsən bunu ən böyük, əgər sənə pislik edilsə bunu kiçik hesab edəsən. Səxavət dostların sənə qarşı məhəbbətinə, simiclik isə düşmənçiliklərinə səbəb olar. Sənə yaxşılıq edənə pislik etmə, heç kəsə də zərər yetirmə. Zülmü və başqalarının haqqını tapdalamağı uzun müddət davam edən şəxsin həlakı da yaxınlaşır. Nəsihətlər kitabı, Ayətullah Meşkini.


Peyğəmbəri-Əkrəmdən (s) olan bənzətmələrdən bir neçə nümunə yazın?


Peyğəmbəri-Əkrəmdən (s) olan bənzətmələrdən bir neçə nümunə yazın? Peyğəmbər (s) buyurur: \"Mö`minnin hekayəti küləyin yolu üstündə duran sünbülə bənzəyir. Gah yıxılır, gah durur (Mö`min dövranın fitnələri nəticəsində titrəyib büdrəyir, lakin sınmır; yenidən hərəkət edir). Kafirin halı düyünün sünbülünə bənzəyir; həmişə tərpənməz olaraq dik qalır, yerindən dartıb çıxarılanlar qədər. Mö`minlər dostluq və mehribanlıqda bədənin üzvləri kimidirlər. Biri ağrıyan zaman o birilər də oyaq qalıb narahat olurlar. Qəlb, küləyin yolu üstündə olan yarpağa bənzəyir (nəfsani istəklər hər an onu o tərəfə-bu tərəfə çevirir.) Qur`an bağlı dəvəyə bənzəyir, onu bağlasalar qalar, boş buraxsalar qaçar.\" Nəsihətlər kitabından. Ayətullah Meşkini.


İmam Əsgəriyə (ə) aid edilən Quran təfsiri səhihdirmi?


İmam Əsgəriyə (ə) aid edilən Quran təfsiri səhihdirmi? İmam Əsgəriyə (ə) aid edilən təfsir natamamdır, Fatihə və Bəqərə surələrinin şərhini əhatə edir. Bu təfsirin səhih olub-olmaması barədə alimlər arasında fikir ayrılığı vardır. Bir neçə alim (o cümlədən, Mühəqqiq Təfrişi, Mühəqqiq Şüştəri, Əllamə Bəlaği, Şərani, Əstərabadi və b.) təfsirin həm sənədindəki bəzi ravilərin məchul və yalançı olduğunu, həm də rəvayətin mətnində bəzi ciddi məna səhvlərinin mövcudluğunu əsas gətirməklə təfsirin İmama aidliyini şübhə altına almışlar. Lakin Şeyx Səduq, Qütb Ravəndi, İbn Şəhraşub, Əbu Mənsur Təbrisi, Şəhidi-sani, Feyz Kaşani, Əllamə Məclisi, Hürr Amuli, Vəhid Bəhbəhani, Seyid Şübbər, Şeyx Mürtəza Ənsari, Ayətullah Birucerdi, Ayətullah Maməqani, Ağa Büzürg Tehrani, Əllamə Əmini və digər böyük şiə alimləri bu təfsirin həqiqətən, İmam Əsgəriyə (ə) aid olduğunu, amma içində zəif və səhih bölümlərin yer aldığını söyləmişlər. Təfsirin səhihliyinə hökm verən alimlərin sayı daha çoxdur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter