Allaha iman gətirmiş şəxsi incitmək haqqında hədislərdə nə buyurulur?


Allaha iman gətirmiş şəxsi incitmək haqqında hədislərdə nə buyurulur? Mömin şəxsi incitməyin günahlığı haqda məsumlardan hədislər:
1-Allahın Peyğəmbəri (s):«Mömini incidən şəxs şübhəsiz ki, məni incitmişdir.»
2-Allahın Peyğəmbəri (s):«Kim möminə onu qorxudan baxışlarla baxsa, Allah Öz kölgəsindən başqa bir kölgə olmayacaq gündə onu qorxudar.»
3-Allahın Peyğəmbəri (s):«Kim mömini kədərləndirsə və sonra dünyanı ona bağışlasa, bu işi onun günahının bağışlanmasına səbəb olmaz və bəxşişinin müqabilində ona savab verilməz.»
4-İmam Sadiq (ə):«Uca Allah buyurub ki, Mənim mömin bəndəmi incidən şəxs Mənə qarşı müharibə e’lan etsin.»
5-İncitməmək: Allahın Peyğəmbəri(s):«Camaatı incitmə! Çünki (başqalarını) incitməmək sənin özün üçün verdiyin sədəqədir.»
6-İncitməmək: İmam Sadiq (ə):«Kim camaatı incitməkdən əl çəksə onlardan bir əl çəkilər (onları incidənlərdən biri azalar), camaat isə çox əlləri ondan saxlayar.»


Söyüş söyməyin qəbahəti haqda məsumlar nə buyurmuşlar?


Söyüş söyməyin qəbahəti haqda məsumlar nə buyurmuşlar? Söyüş söyməyin qəbahəti haqda məsumlardan bir neçə hədis: Söyüş söyməkdən çəkinmək.
1-Allahın Peyğəmbəri (s): «Elə bir şey olmayıb ki, çirkin sözlər danışmaq ona eyb gətirməsin.
2- Peyğəmbər (s): «Allah-taala cənnəti nə dediyindən və nə də eşitdiyindən qorxusu olan hər bir dili pis, həyasız söyüş söyənə haram etmişdir.»
3-Peyğəmbər (s): «Allahın ən pis bəndələrindən biri odur ki, söyüşkənliyinə və dilinin pisliyinə görə onunla yoldaşlıq xoşagəlməz olsun.»
4-İmam Əli (ə): «Böyük insan heç vaxt söyüş söyməz.»
5-İmam Baqir (ə): «Allahın pis dilli, söyüş söyəndən (və ya söyüşə qulaq asandan) acığı gələr.»
6-İmam Baqir (ə): «Alçaqların hərbə-zorbası çirkin sözlər danışmaqdır.»
7-İmam Sadiq (ə): «Söyüş söymək, dili pis olmaq və vəhşilik nifaqdandır (onun nişanələrindəndir)...


Dünya imam Mehdinin (əc) zühurundan sonra hansı müjdəli hadisələrlə üzləşəcək?


Dünya imam Mehdinin (əc) zühurundan sonra hansı müjdəli hadisələrlə üzləşəcək? -Dünyanın vəziyyəti İmam Mehdinin (ə.c) zühurundan sonra:
1-Allahın Peyğəmbəri (s):«Ümmətimin sonuncusunun içində Mehdi qiyam edəcək. Allah ona yağış əta edəcək, yer otunu bitirəcək, malı tam və kamil şəkildə verəcək, heyvan və dördayaqlılar artacaq və ümmət başıuca və əzəmətli olacaq.» (Kənzul-Ummal, hədis 38700)
2-İmam Səccad (ə):«Bizim Qaimimiz qiyam edəndə Allah bəlanı bizim şiələrimizdən götürəcək, onların qəlblərini dəmir parçası kimi (möhkəm və qorxmaz) edəcək və onların hər birinə qırx kişinin gücünü verəcək. Onlar dünyanın ağa və başçısı olacaqlar.» (Mişkatul-ənvar, səh.79)
3-İmam Baqir (ə):«Qaim qiyam edəndə hər bir kinli düşmənə imanı təqdim edəcək. Əgər (həmin düşmən) səmimi qəlbdən iman gətirməsə boynu vurulacaq və ya bu günkü zimmə əhli (qeyri-müsəlmanlar) kimi cizyə (vergi) verəcək. Və həmin şəxslərin belinə qayış bağlayacaq və onları şəhərlərdən ətrafa və kəndlərə köçürəcəkdir.» (əl-Kafi, c.8, səh.227, hədis 288)


İmam Mehdi (ə)-nin gəlişi və möminlərin ondan bəhrələnməsi haqda hədislərdə nə gəlmişdir?


İmam Mehdi (ə)-nin gəlişi və möminlərin ondan bəhrələnməsi haqda hədislərdə nə gəlmişdir? İmam Zamana (ə.c) aid 4 mövzuda hədis:
1-İmam Zamanın (ə.c) müjdəsi İ. Baqirin (ə) dilində: «Qiyam edəndə Kəbəyə söykənəcək və üç yüz on üç kişi onun ətrafında dövrə vuracaq. Deyəcəyi ilk kəlmə, bu ayə olacaq:«əgər imanınız olsa «bəqiyyətullah» sizin üçün daha xeyirlidir.» Sonra buyuracaq:«Mən «bəqiyyətullah»am, Onun sizin üzərinizdə olan höccət və canişini.» Ona salam göndərən hər bir kəs belə deyər:«Salam olsun sənə ey Allahın yer üzündə qalanı!»
2-İmam qeybdə olan zamanda dindarlığın çətin olması: Peyğəmbər (s) :«Məni haqq olaraq müjdəçi kimi göndərənə and olsun ki, o qeybdə olanda onun İmam olması əqidəsində möhkəm duranlar qırmızı kükürddən də az tapılarlar.»
3-Zühur üçün vaxt təyin edənlər yalançıdırlar. İ. Baqir (ə) Fuzeylin «zühurun vaxtı müəyyənləşdirilib?» sualının cavabında buyurmuşdur:«Vaxt qoyanlar yalan deyiblər, vaxt qoyanlar yalan deyiblər, vaxt qoyanlar yalan deyiblər!»
4-İmam qeybdə olan zaman insanların ondan bəhrələnməsi: İ. Mehdi (ə):«Mən qeybdə olan zaman məndən bəhrələnmək günəş buludun arxasında gözlərdən gizlin olanda ondan bəhrələnmək kimidir. Ulduzlar göy əhlinin əmin-amanlıq amili olduğu kimi mən də yer əhlinin əmin-amanlıq amiliyəm.


İmam Zaman ağanın (ə.f) mübarək dilindən İmam Hüseynin (ə) 10 xüsusiyyəti hansılardır?


İmam Zaman ağanın (ə.f) mübarək dilindən İmam Hüseynin (ə) 10 xüsusiyyəti  hansılardır? İmam Məhdi (ə.f) cəddi haqqında buyurur: “Sən, ey Hüseyn! Allahın Rəsulu (ə) üçün övlad, Quran üçün sənəd, ümmət üçün qol idin. Allaha itaətdə çalışqan, əhd və peymana qarşı hafiz idin. Fasiqlərin yolundan üz çevirmisən, ah çəkmisən, zəhmət və əziyyətə düşmüş insanın ahını. Sənin səcdə və rükuların uzun idi, dünyada zahid və təqvalı idin”. İmam (ə.f) bu dəyərli kəlamları ilə bizə İmam Hüseynin (ə) on xüsusiyyətini tanıtmışdır.
1. İmam Hüseyn (ə) Peyğəmbərin (s) övladı idi. 2. O, Quranın sənədi və dayağı idi. Qurani-Kərim, İmam Hüseynin (ə) müqəddəs varlığına söykənərək yayılmağa başladı. 3. İmam (ə) ümmətin sınmaz qolu idi. İslam ümməti onun varlığı ilə daha qüdrətli və güclü idi. 4. İmam (ə) itaət yolunda çox çalışqan və səy göstərən idi.
5. Həzrət (ə) verdiyi sözə və bağladığı əhdə həmişə vəfalı olmuşdur. 6. O, fasiqlərin yolundan üz çevirmişdi və heç bir zaman onlara tərəf meyl etməmişdir. 7. İmam (ə) dərdli halda ah çəkir və onun bu ahı – zəhmətə və əziyyətə düşən insanın naləsi idi. 8. İmamın (ə) səcdə və rükusu uzun olardı və uzun müddət səcdə və rükuda qalardı. Belə görünür ki, İmam Zaman ağamız (ə.f) bu sözləri ilə İmam Hüseynin (ə) Məbuduna qarşı nə qədər aşiq olduğunu bildirmək istəmişdir...


Tanınmış səhabə İbni-Abbasın ən çox bəhrələndiyi hədis hansı rəvayətdir?


Tanınmış səhabə İbni-Abbasın ən çox bəhrələndiyi hədis hansı rəvayətdir? İslaminSesi – İnsanlar həyatda sevinc və kədərlə qarşılaşırlar. Onların sevinc meyarı, kədər və narahatçılıq meyarı da şəxsiyyətlərinə görə dəyişir. İnsanları əksəriyyətinin sevinc amili dünya və dünya malıdır. Bunu əksi də doğrudur. Onların kədər amillərinin əksəriyyəti də dünya və dünya malına görədir.
Bəs Allaha inanclı olan şəxs hansı işlərə sevinməli və hansı işlərdə kədərlənməlidir. Nəhcül-Bəlağədə 221-ci xütbədə deyilir:
“İbni Abbas deyir: Əmirəl-möminin Əli ibni Əbi-Talib həmişə bunu deyərdi və mən peyğəmbərin kəlamlarından sonra bunun qədər heç bir hədisdən bəhrə ala bilməmişəm. O (İmam) deyərdi: Bəzən kişi elə bir şeyin əldə edilməsinə görə sevinir ki onsuzda onu əldə edəcəkdi və bəzən də elə bir şeyə görə narahat olur ki onsuzda onu əldə edə bilməyəcəkdi (yəni insanın dünya malına görə boş yerə canfəşanlıq etməsi əbəsdir). Ey ibni Abbas sənin sevincin axirət üçün nəyisə əldə etdiyinə görə olsun! Və təəssüfün də axirət yolunda nəyisə itirdiyinə görə olsun”


İmam Mehdinin (əc) qeybdə olmasının fəlsəfəsi və Həzrətin yolunu gözləyənlərin vəzifəsi nədir?


İmam Mehdinin (əc) qeybdə olmasının fəlsəfəsi və Həzrətin yolunu gözləyənlərin vəzifəsi nədir? İslamınSesinin suallarını ilahiyyatçı Vasif M. cavablandırıb: “İmam Zamanın (əc) zühurunun fəlsəfəsi, dünyada insanlığın və bəşəriyyətin arzusunda olduğu ideal, ədalətli dövlətdə yaşamın gerçəkləşməsidir. Hər bir insan haqq və ədalətin hakim olduğu bir dövlətdə yaşamağı arzulayır. Allah belə bir hakimiyyətin yalnız İmam Zamanın (əc) əli ilə gerçəkləşəcəyinə vədə verib. Yəni o həzrətdən başqa heç kəs bəşərin bu arzusunu həyata keçirməyə qadir ola bilməyəcək”. İmamın intizarında olan insanların vəzifəsinə gəlincə: “ İnsanlar İmam Mehdinin (əc) zühuru üçün bacardıqları qədər dua etsinlər. Eyni zamanda öz əməllərimizlə ağanın zühurunu tezləşdirə bilərik. İmam Zamanın (əc) öz naiblərindən birinin vasitəsi ilə göndərdiyi məktubda deyilir: “ Əgər bizim şiələrimiz və həqiqi intizarımızda olanlar zühurun tezləşməsini istəyirlərsə , gərək bağladıqları əhd-peymana sadiq qalsınlar. Bu Allaha olan bəndəçilik əhd-peymanıdır...


Gözəl səbir nədir? Səbrin hansı 3 növü var?


Gözəl səbir nədir? Səbrin hansı 3 növü var? Gözəl səbir – o səbirdir ki, Allah üçün həyata keçər və davamlı olar. Ümidsizliyin ona yolu olmaz. Taqətsizlik, ah və nalə etməklə bir yerdə olmaz. Gözəl səbir – o səbirdir ki, insan həyatın ağır hadisələri və imtahanları qarşısında şəxsiyyətini nümayiş etdirər və ruhunun nə qədər geniş olduğunu göstərər.
Əxlaq elmində səbri müxtəlif cür şərh edirlər. 1. Səbir ibarətdir: nəfsi ağlın və dinin buyurduqlarına vadar etməkdən. Və ağlın və dinin qadağan etdiklərindən çəkindirməkdən. 2. Səbir – yəni, nəfsin çətinliklər və bəlalar zamanı sabitliyini saxlaması. Belə ki, dilini şikayət üçün açmasın, bədənini bəyənilməyən hərəkətlərdən saxlasın. 3. Səbir, yəni dini hədəflərin şeytani və nəfsani hədəflər qarşısında durmasıdır. Bu mənada ki, insan müsibət və çətinlik zamanı şeytanın (lən) vəsvəsələrinə müqavimət göstərər və Allaha itaət yolundan azmaz. Əziz Peyğəmbərimiz (s) buyurur: “Səbir üç növdür: müsibət zamanı səbir etmək, itaətə səbir etmək, günahı tərk etməyə səbir etmək”. Müsibətə səbir etmək – İlahi qürb məqamına çatmağın yollarından biridir.


Peyğəmbərin (s) müsəlmanlara təklifi və İmam Əlinin (ə) Allah razılığı üçün düşüncəsi nə oldu?


Peyğəmbərin (s) müsəlmanlara təklifi və İmam Əlinin (ə) Allah razılığı üçün düşüncəsi nə oldu? Əhvalat: Zahirən dünyəvi əməl Allahın razılığı üçün ola bilər!
Mənaqib kitabında Həzrət Əli (s) ilə bağlı maraqlı bir əhvalat yer alıb...
Bir gün İslam Peyğəmbərinə biri iri, biri kök olmaqla iki dəvə bağışladılar. Həzrət (s) səhabələrə buyurdu ki, kim iki rəkət namaz qılsa və namazın əvvəlindən sonuna qədər dünya barədə fikrindən nəsə ötməsə dəvənin birini ona bağışlayacağam. Kimsə dinmədi.
Əli (ə) dedi ki, mən dediyiniz kimi namaz qılaram. Namaza başladı və sona çatdırdı. Peyəmbər buyurdu: Ya Əli, namazın salamında fikrindən keçdi ki, iri dəvəni götürüm, yoxsa kök dəvəni?..” Cəbrail nazil oldu və ərz etdi: “Ey Allahın Rəsulu, dəvəni Əliyə ver. Əli dünya yox, Allahın razılığını düşünürdü. Düşünürdü ki, iri, yoxsa kök dəvəni Allah yolunda qurbanlıq edib, sədəqə versə yaxşıdır? Dəvəni Əliyə ver!


İnsanı peyğəmbərlik məqamının astanasına çatdıran xislət hansıdır?


İnsanı peyğəmbərlik məqamının astanasına çatdıran xislət hansıdır? İnsanları peyğəmbərlərdən ayıran, bu müqəddəs insanlar və möcüzə sahiblərinə Allah tərəfindən vəhyin edilməsidir. Vəhy peyğəmbərlərə məxsus bir işdir. Onlar vəhyə sahib olmaq fəziləti ilə yanaşı, cəmiyyətlərində ən üstün əxlaqi keyfiyyətlərə sahib olmaqla da seçilirlər. Onlar nümunə olmalıdırlar. Bu, amil onları kütlə içində ən fəzilətli edir. Lakin adi insalarda olan bəzi xislətlər də onları peyğəmbərlik məqamının astanasına qədər yüksəldə bilər. Hədislərə əsasən bu səbr və dözüm hissidir.
Əllamə Məclisi Bəharul-Ənvar əsərində 43-cü cilddə dözüm və səbr barədə Məhəmməd peyğəmbərdən belə bir hədis nəql edir: “Dözümlü və səbirli insan az qalıb ki peyğəmbər olsun”. Hədislərə əsasən dözüm hissi təkcə müsibətlər və bəlalar qarşısında deyil, günahları tərk edən zaman və ibadətləri yerinə yetirən zaman insanın qatlaşdığı əzab-əziyyətlər qarşısındakı səbirə də deyilir. Dözüm insanın bütün işlərinə qalib olmalıdır” Həqiqi dözüm və səbrin bütün şərtlərini nəzaərə alaraq, şahid oluruq ki yalnız həqiqi dözüm və səbr xisləti bir mömini peyğəmbərlik pilləsinin astanasına qədər apara bilər.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter