Şəban ayının axırıncı gününün niyyəti necə olur?


Şəban ayının axırıncı gününün niyyəti necə olur? Cavab: Bütün müctəhidlərin rəyi:
Xeyr, o gün oruc tutmaq vacib deyil. Amma oruc tutmaq istəsəniz ramazan ayının niyyətini edə bilməzsiniz. Şəban və ya boynunuzdakı qəza orucu üçün niyyət etməlisiniz. Sonradan bilinsə ki, ramazan ayı imiş, tutduğunuz oruc ramazan ayından sayılacaq. Əgər günün yarısında bilsəniz, gərək təxirə salmadan öz niyyətinizi ramazan ayının orucuna çevirəsiniz.


Yövmüş-şəkk nədir?


Yövmüş-şəkk nədir? Yövmüş-şəkk “şəkk günü” deməkdir, əsasən ramazan orucu ilə bağlı işlədilir. İnsan şəbanın son günü yoxsa ramazanın əvvəli olmasını dəqiq bilməsə, həmin gün yövmüş-şəkk sayılar. Eləcə də, əgər orucluğun sonunda ramazanın son günü yoxsa şəvvalın ilk günü olmasında şəkk etsə, bu da yövmüş-şəkk hesab edilir. Yövmüş-şəkkin hökmü budur ki, əgər ramazanın başlayıb-başlamadığına şəkk etsə (yəni bilməsə ki, bu gün şəbanın sonudur ya ramazanın əvvəlidir), bu halda oruc tutmaya da bilər. Əgər həmin günün ramazandan olduğunu sonralar bilsə, orucu qəza etməlidir. Əgər oruc tutsa, bunu qəza və ya müstəhəb oruc niyyəti ilə tutsa daha yaxşıdır. Əgər gün ərzində ramazan ayının girdiyini öyrənsə, orucun niyyətini vacib ramazan orucu niyyətinə çevirər. Ramazanın son günü yoxsa bayram günü olmasında şəkk edən adam həmin gün oruc tutmağa davam etməlidir. Amma gün ərzində öyrənib bilsə ki, ramazan bitib – o halda gərək orucunu pozsun və bayram eləsin.


2016-cı ilin iyun ayı üçün İslam təqvimi hansılardır?


2016-cı ilin iyun ayı üçün İslam təqvimi hansılardır? Bu ilin İyun ayının dini təqvimlə baş verən hadisələrin tarixi:
3 iyun - 27 şaban - İslam İnqilabının banisi İmam Xomeyninin vəfatı 1989-ci il
16 iyun - 10 ramazan - Həzrət Xədicənin (s.ə) vəfatı
21 iyun - 15 ramazan - İmam Həsənin (ə) mövludu
24 iyun - 18 ramazan – 1-ci Qədr gecəsi
25 iyun - 19 ramazan - İmam Əlinin (ə) zərbətlənməsi
26 iyun – 20 ramazan - 2-ci Qədr gecəsi
27 iyun - 21 ramazan - İmam Əlinin (ə) şəhadəti
28 iyun - 22 ramazan – 3-cü Qədr gecəsi. Qeyd edək ki, Ramazan ayının əvvəli ay çıxmaqla bəlli olacaq.


Peyğəmbər (s) Ramazan ayında hansı əməli daha çox tövsiyə etmişdir?


Peyğəmbər (s) Ramazan ayında hansı əməli daha çox tövsiyə etmişdir? Peyğəmbərin (s) İmam Əliyə (ə) buyuruğunda Ramazan ayının ən gözəl əməli haramlardan çəkinməkdir:
İmam Əli (ə): «Bir gün Allahın Rəsulu (ə) bizə xütbə söyləyən zaman buyurdu:
«Ey insanlar! Həqiqətən bərəkət, rəhmət və bağışlanmaq ayı sizə doğru gəlməkdədir. Bu ay Allahın yanında ən üstün ay, günləri ən yaxşı günlər, saatları isə ən yaxşı saatlardır. Bu ayda siz, Allahın qonaqlığına də‘vət olunmusunuz və Allahın kəramətindən bəhrələnənlərin cərgəsində dayanmısınız. Bu ayda sizin nəfəsləriniz Allaha təsbih, yuxunuz ibadətdir, əməlləriniz qəbul, dualarınız müstəcəbdır…» Mən qalxıb ərz etdim: «Bu ayda ən yaxşı əməl nədir?»
Allahın Peyğəmbəri (s.a.a.) buyurdu: «Ey Əbəl-Həsən! Bu ayda ən yaxşı əməl, özünü Allahın haram etdiklərindən çəkindirməkdir.»


Yüksək təzyiqdən əziyyət çəkənlərə 8 SADƏ MƏSLƏHƏT hansılardır?


Yüksək təzyiqdən əziyyət çəkənlərə 8 SADƏ MƏSLƏHƏT hansılardır? Hipertoniya xəstəliyi infarkt və insult kimi ağır pozulmaların əsas səbəbidir. Bu səbəbdən bu xəstəliyi vaxtında aşkar etmək və düzgün müalicə etmək həyati vacibdir. Hipertoniya xəstəliyinin müalicəsi tək dərman preparatların qəbulu ilə qurtarmır. Bu sadə məsləhətlər sizə təzyiqi normada saxlamağa kömək edəcək:
1. Arıqlayın. Bir çox hallarda hipertoniya artıq çəki və piylənmə fonunda inkişaf edir.
2. Qidalanmanızda duzu azaldın. Duzun tərkibində olan natrium orqanizmdə mayeni saxlayır və bu da təzyiqin qalxmasına səbəb olur.
3. Yağların qəbulunu azaldın. Yağlı ət, kolbasa-sosis, heyvan piyi qidalanmanızdan çıxarılmalıdır.
4. Tərkibində kofein olan içkiləri (tünd çay, qəhvə, koka-kola, \"enerji içkilər\") içməyin.
5. Siqaret çəkməkdən imtina edin. Siqaret çəkmək damarların sıxılmasına (spazm) səbəb olur...


İmam Səccad (ə) hədisində deyilir insanın başına hər gün 3 bəla gələr?!


İmam Səccad (ə) hədisində deyilir insanın başına hər gün 3 bəla gələr?! İmam Səccad (ə): «Zavallı insan! Hər gün başına üç müsibət gələr, amma heç birindən də ibrət götürməz. Əgər ibrət götürsəydi dünyanın çətinlikləri və işləri ona asan gələrdi.
Birinci müsibət, onun ömründən azalan bir gündür. Onun malından bir şey azalarsa qəmli olar. Halbuki, malın varisi var, ancaq ömürdən itirilənlərin yerini doldurmaq mümkün deyil.
İkinci müsibət budur ki, öz ruzisini tam şəkildə əldə edir. Əgər halal yolla olsa hesab-kitabını verəcək, haram yolla olsa cəzasını çəkəcək.
Üçüncü müsibət bunlardan böyükdür.» Ərz etdilər: «O nədir?» Buyurdu: «Keçirdiyi elə bir gecə-gündüz yoxdur ki, axirətə bir mənzil daha yaxınlaşmasın. Amma bilmir cənnətə tərəf, ya cəhənnəmə?» Biharul-Ənvar, c.78, səh.160, hədis 20


Dua və hacətlərin qəbulu üçün hansı əməl və zikri deyək?


Dua və hacətlərin qəbulu üçün hansı əməl və zikri deyək? Duanın qəbulu üçün salavat zikri: Məhəmməd və Ali-Məhəmmədə salavat zikr etmək peyğəmbər qarşısında ədəb göstəricisi və duanın qəbul olma səbəbidir. Bəzi rəvayətlərdə bildirilir ki, duanın qəbulu üçün onu Məhəmməd və Ali-Məhəmmədə salavat göndərməklə başlayın. Çünki Məhəmməd və Ali-Məhəmmədə salavat həmişə qəbul olur. Allah isə birinci duanı qəbul edib, ikinci duanı qəbul etməməkdən daha kəramətlidir. Başqa bir rəvayətdə göstərilir ki, duanızı salavatla başlayıb, onunla qurtarın. Bununla da sizin duanız iki qəbul olunmuş duanın arasında qəbul edilsin. Çünki Allah duanın əvvəlini və axırını qəbul edib, ortasını qəbul etməməkdən daha kəramətlidir. Bu böyük duanın da əvvəlində və hər hissəsindən sonra Məhəmməd və Ali-Məhəmmədə salavat zikr olunmuşdur.
İmam Kazim (ə) buyurur: \"Allahdan bir hacət isətəyəndə: Pərvərdigara! Muhəmməd və onun Əhli Beytinin haqqına Səndən istəyirəm. Çünki o ikisinin sənin yanında (ali) məqamları vardır.


Qurandan hansı ayəni oxuyaq ki insanlar qarşısında əl uzatmayaq?


Qurandan hansı ayəni oxuyaq ki insanlar qarşısında əl uzatmayaq? Hər gün bu ayəni oxumaqla insanlara möhtaclıqdan azad ola bilərsən:
Heç nəyə ehtiyacın olmaz, bütün hacətlərin yerinə yetər: “Camiul əd’iyə” kitabında rəvayət olunmuşdur ki, kim sübh namazından sonra heç bir söhbət etmədən 7 dəfə Bəqərə surəsinin 137-ci ayəsini oxusa Allah həmin gün onun bütün işlərini düzəldər. Kim bu ayəni bütün vacib namazlardan sonra oxusa heç nəyə ehtiyacı olmaz və bütün hacətləri yerinə yetər: Fə səyəkfiikəhumullaah, və huvəs səmii”ul ”aliim》
Allah sənə (tezliklə sənin intiqamını) onlardan (almağa) kifayət edər. O, (hər şeyi) eşidəndir, biləndir.


Şeyx Mürtəza Ənsarinin Şeytanla mübarizəsi nə haqda idi?


Şeyx Mürtəza Ənsarinin Şeytanla mübarizəsi nə haqda idi? Bir gün məşhur mərceyi-təqlid Şeyx Mürtəza Ənsarinin müqəllidlərindən biri ona deyir: «Bu gecə yuxuda gördüm ki, Şeytan sizin boynunuza kəndir salıb, küçə boyunca sürüdüb aparır. Siz onun əlindən qurtulmağa nə qədər çalışsanız da, buna müvəffəq ola bilmirdiniz. Yalnız küçənin yarısını keçəndən sonra boğazınızı Şeytanın kəndirindən xilas etməyə nail oldunuz».
Şeyx Ənsari azacıq düşüncədən sonra gülümsəyib deyir: «Dünən pulum tamam qurtarmışdı. Evdə yeməyə də heç nə yox idi. Birdən ağlıma gəldi ki, evdəki xüms-zəkat pullarından bir neçə dirhəm borc götürüb bazarlıq edim, əlimə pul gələn kimi yerinə qoyum». Bu fikirlə puldan bir az götürüb evdən çıxdım. Bazara gedən yolun yarısında öz-özümə dedim: «Axı, bu püllar mənim yanımda əmanət qoyulub; mən onları ehtiyacı olanlara çatdırmalıyam! Mənə yaraşarmı ki, əmanət püla əlimi vurum?!». Yarıyoldan evə qayıdıb, pulu yerinə qoydum. Beləliklə, Şeytanın pəncəsindən özümü xilas etdim»


Oruc tatan şəxs səfərə çıxarkən hansı 4 hökmə daha çox diqqət yetirməlidir?


Oruc tatan şəxs səfərə çıxarkən hansı 4 hökmə daha çox diqqət yetirməlidir? Ramazanda səfər çıxmaq haqda 4 ümumi qayda:
1) Əgər Ramazan ayında səfərə çıxan şəxs həmin səfərdə namazını tam qılmalıdırsa, oruc da tuta bilər.
2) Əgər oruc tutan şəxs zöhr namazının vaxtı daxil olduqdan sonra sə-fərə çıxsa, orucunu tutmalıdır.
3) Əgər müsafir zöhrdən qabaq vətəninə və ya on gün qalmaq niyyə-tində olduğu məkana çatsa, orucu batil edən işlərdən heç birini yerinə yetirməyibsə, oruc tutmalıdır.
4) Ramazan ayında səfərə çıxmaq, hətta orucu batil etmək, necə deyərlər orucdan qaçmaq niyyətilə də olsa, olar. Əlbəttə yaxşı olar ki, əgər səfərə çıxmaq zəruri deyilsə, oruc tutan şəxs səfərə çıxmasın.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter