Bədəndən qopan dəri hissələri pakdırmı?


Bədəndən qopan dəri hissələri pakdırmı? Cavab: İslam dininə görə insanın canı və sağlamlığı möhtərəmdir. İnsana əziyyət verməklə bədənindən bir hissə (istər ət olsun, istərsə dəri) qoparmaq günahdır və həmin hissə murdar sayılır, ona toxunan şəxs də özünü pak etməlidir. Amma əgər bədəndən kiçik dəri hissəsi rahatlıqla və ağrısız qopursa, həmin dəri hissəsi murdar sayılmır. Məsələn, bəzən insanın ayağında və ya barmaqlarında dəri quruyub qabıq şəklinə düşür, onu ağrısız qopardıqda pak sayılır. Həmçinin, bəzən insanın dodağının üzərində də xırda dəri parçaları quruyur. Bu dəri parçalarını da ağrısız qoparmaq olar və onlar murdar sayılmır.


Quran və Şəriətdə qan nəcis (murdar) sayılırmı?


Quran və Şəriətdə qan nəcis (murdar) sayılırmı? Cavab: Qurani-kərimdə buyurulur: “De: “Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə (bismillah deyilmədən) günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm” (Ənam, 145).
İslam məzhəblərində üstünlük təşkil edən rəyə görə axar qan nəcis (murdar) sayılır. Ona görə də qana bulaşmış hər şey yuyulub pak olunmalıdır. Alimlərin kiçik bir hissəsi qanın pak olduğu qənaətindədir. Təxminən iki əsr bundan əvvəl ilk dəfə bu fikri yəmənli əhli-sünnə alimi İmam Şovkani irəli sürmüşdür. Son dövrlərdə bəzi sələfi alimləri də qanın pak olmasına fətva vermişlər.


Cənnətin yolunu tapmaq üçün Həzrət Peyğəmbərin (s) tövsiyə etdiyi əməllər nələrdir?


Cənnətin yolunu tapmaq üçün Həzrət Peyğəmbərin (s) tövsiyə etdiyi əməllər nələrdir? -Behişt yolunda hərəkət etmək üçün İslam Peyğəmbərinin (s) əmli tapşırıqları:
-Cәnnәtin yоluBir nәfәr Pеyğәmbәrdən (s) sоruşdu: Cәnnәtә nеcә dахil оlа bilәrәm? Buyurdu: Bеş vахtın nаmаzlаrını qıl, Rаmаzаndа оruc tut, cәnаbәt qüslünü unutmа vә Әli (ә) vә övlаdlаrını sеv. Mәni pеyğәmbәrliyә sеçәn Аllаhа аnd оlsun, min rәkәt nаmаz qılsаn, min dәfә hәccә gеtsәn, min dәfә mühаribәdә iştirаk еtsәn, min qul аzаd еdib, dörd sәmаvi kitаbı охusаn, bütün pеyğәmbәrlәrlә görüşüb оnlаrlа ibаdәt еtsәn vә hәr bir pеyğәmbәrlә min mühаribәyә gеdib, min hәcc vә ümrә еtsәn dә, әgәr qәlbindә Әli (ә) vә övlаdınа mәhәbbәtin оlmаsа, cәhәnnәmliklәrlә birlikdә cәhәnnәmә dахil оlаcаqsаn. Bu хәbәri burаdа оlаnlаr оlmаyаnlаrа çаtdırsınlаr. Çünki bu sözü Cәbrаil Аllаh tәrәfindәn gәtirmişdir.


Hədislərdə deyilir: Allahın bütün insanlara vacib etdiyi 3 əməl hansılardır?


Hədislərdə deyilir: Allahın bütün insanlara vacib etdiyi 3 əməl hansılardır? Allah-Taalanın (c.c) bütün insanlardan xüsusi ilə imanlı şəxslərdən tələb etdiyi əməllər:
İmam Baqir (ə) buyurur: Allah-taala üç şeyi bütün insanlara vacib edib:
1. İnsaflı olmaq. Yəni hər nəyi özünə bəyənirsən başqasına da bəyənəsən, özünə qarşı istəmədiyin şeyi başqasına rəva bilmiyəsən,
2. Mömin qardaşın yolunda fədakarlıq etmək. Əlindən gələndən artığını etməyə çalışmaq.
3. Həmişə Allahı yada salmaq. Əsasən Allahın vacibatlarını yerinə yetirməkdə və insan günaha yaxınlaşan zaman Allahı yadına salıb günahdan uzaqlaşsın,
İmam sonra bu ayəni oxudu: «Təqvalı insanlar şeytanın vəsvəsələrinə düçar olsalar, Allahı yada salarlar və haqqı görərlər». «Əraf», 201


Peyğəmbərin (s) oğlu dünyasını dəyişəndə, hansı 3 şəri hökm bəlli oldu?


Peyğəmbərin (s) oğlu dünyasını dəyişəndə, hansı 3 şəri hökm bəlli oldu? Peyğəmbərin (s) Mariyeyi Qibtiyyədən olan oğlu İbrahim (ə) dünyasını dəyişəndə, 3 şəri hökm bəlli oldu: Ayat namazı, 7 yaşına çatmamış uşağa meyit namazının vacib olmaması, və uşağı atasının basırmasının haram olmaması...
1-İ. Kazım (ə) buyurub: \"Peyğəmbərin (s) oğlu 17 aylığında dünyasını dəyişəndə 3 sünnət müəyyən oldu. İbrahim ruhunu tapşıran zaman günəş tutulması olmuşdu. İnsanlar deyirlər ki, günəş tutulması Peyğəmbərin (s) oğlunun vəfatı ilə bağlıdır. Peyğəmbər (s) bu sözləri eşidib, minbərə çıxdı və buyurdu: \"Ay və günəş tutlması ilə ayət namazı qılın”.
2-AYAT namzazından Sonra İmam Əliyə (ə) buyurur: \"Oğlum İbrahimə qüsl ver və kəfənlə ki, dəfnə hazır olsun”. İbrahimi dəfnindən sonra deyirlər: \"Allahın Peyğəmbəri (s) qəm və qüssəyə görə meyyit namazını qılmağı unutdu”. (yəni 7 yaşından öncə uşaq üçün meyyit namazının vacib olmaması).
3-Sonra buyurdu: \"Ey Əli! Qəbrə daxil ol və oğlum İbrahimi ora qoy”. Həzrət Əli (ə) İbrahimi qəbrə qoyan zaman insanlar dedilər: \"Bir daha heç kəs gərək övladını qəbrə qoymasın, çünki Peyğəmbər (s) belə etmişdir”. Həzrət Peyğəmbər (s) buyurdu: \"Əgər kimsə ölmüş övladını qəbrə qoyar, haram deyildir. Bir şərtlə ki, şeytanın onun imanını almayacağından əmin olmalıdır, taqətsizlik etməməlidir. Dilinə küfredici sözlər gətirməməlidir””.


Hәr kim iki hәdis öyrәnsә nələr əldə etmişdir?


Hәr kim iki hәdis öyrәnsә nələr əldə etmişdir? Məsumların hədislərini öyrənib və öyrətməyin dəyəri və faydaları haqqında rəvayətlər:
1-Pеyğәmbәr (s) buyurur: «Yаlnız sizi bеş şеydәn uzаqlаşdırаn vә bеş şеyә dәvәt еdәn аlimlә оturun: Şәkdәn yәqinә, riyаdаn iхlаsа, rәqvәtdәn zöhdә, tәkәbbürdәn tәvаzökаrlığа, хәyаnәt vә hiylәdәn хеyirхаhlığа dәvәt еtsin». «Dе, еy pеyğәmbәr! İlаhi! Mәnim еlmimi аrtır». («Tаhа» 114)
2- Pеyğәmbәri-Əkrәm (s) Әbuzәrә bеlә buyurmuşdur: – Еy Әbuzәr! Bir sааt еlmi müzаkirә ilә mәşğul оlmаq, min gеcәnin sаvаbındаn ki, hәr gеcә min rükәt nаmаz qılıb vә min mühаribә vә Qurаn tilаvәtindәn üstündür. «Аllаh еlm vә imаn әhlinin mәqаmını (hәr iki dünyаdа) ucа еdәr». («Mücаdilә»: 11)
3-Hәzrәt Pеyğәmbәr (s) buyurub: «Hәr kim iki hәdis öyrәnsә, оnlаrdаn kаmаlа yеtişmәk üçün istifаdә еtsә vә yа bаşqаlаrınа öyrәtsә, оnlаr dа о hәdislәrdәn istifаdә еtsәlәr, bеlә bir şәхsin әmәli аltmış ilin ibаdәtindәn üstündür».


Məbəs gününün (bu gün bayramın) namazı və zikri necə olmalıdır?


Məbəs gününün (bu gün bayramın) namazı və zikri necə olmalıdır? Məbəs bayramının gününün namaz və zikrləri:
1-“Məbəs gününün namazı” niyyəti ilə 12 rükət namaz qılınır (6 dəfə sübh namazı kimi 2 rükətli namaz). Hər rükətdə Həmd və surə oxunur. 12 rükət bitdikdən sonra 4 dəfə “Fatihə”, 4 dəfə “İxlas”, 4 dəfə “Fələq” və 4 dəfə “Nas” surələri oxunur. Sonra isə 4 dəfə bu zikr oxunur:
2-Transkripsiya: [La ilahə illəllahu vallahu əkbər. Və subhənallahi vəlhəmdu lillah. Və la həvla qüvvətə ila billahil əliyyil azım]
Tərcümə: “Allahdan başqa məbud yoxdur və Allah böyükdür. Və Allah pakdır və həmd olsun Allaha. Uca və Əzəmətli Allahdan başqa qüvvət və qüdrət yoxdur”
3-Daha sonra isə 4 dəfə aşağıdakı zikr deyilir: Transkripsiya: [Allahu Allahu rabbi lə uşriku bihi şəy-ən] Tərcümə: “Allahdır Allahdır Rəbbim ki, ona heç nəyi şərik qoşmuram”
4-Və sonda 4 dəfə bu zikr deyilir: Transkripsiya: [Lə uşriku bi rəbbi əhədən] Tərcümə: “Tək olan Rəbbimə şərik qoşmuram”


İmam Zaman (ə) İslamı qəbul etməyənləri qətlə yetirəcək?


İmam Zaman (ə) İslamı qəbul etməyənləri qətlə yetirəcək? İmam Sadiqdən(ə) nəql olunan rəvayətdə deyilir ki, İmam Mehdi (ə) zühur edəndə yəhudiləri, məsihiləri, dünyanı İslama dəvət edəcək, qəbul etməyənlərin boynunu vuracaq. Bu doğru xəbərdirmi? İslamquest.net (Ayətullah Hadəvi Tehrani) cavab verir: Rəvayətə mötəbərlik verən onun sənədi, mənbəsidir. Bu rəvayət sənəd baxımından mursəl olduğu üçün deyilənlərin İmam Sadiq (ə) tərəfindən olması dəqiq deyil. Bir əqidəni insana zorla qəbul etdirmək olmaz. Bu rəvayətdə zorla qəbul etdirmə yer aldığından onu mötəbər saya bilmirik. İslam sevgi və mərhəmət dini olduğundan İmam Zamanın (ə) İslamı zorla qəbul etdirməsi mümkün deyil. Amma cəmiyyətdə sabitlik və əmin-amanlığı təmin edən qanunlara itaət məcburi ola bilər. / Vilayet.info


Müəllim maaş alırsa, ona hörmət nə üçün?


Müəllim maaş alırsa, ona hörmət nə üçün? Nəraqi: Ən üstün ata müəllimdir...
İnsanın üç atası var: onu dünyaya gətirən ata, ona qızını əqd edən ata, ona elm öyrədən ata – kəlamına hədis kitablarında rast gəlinməsə də, alimin, elm öyrədənin cəmiyyət üzərindəki haqqı barədə rəvayətlər çoxdur. Bəzən sual verirlər ki, bir insan gördüyü iş müqabilində maaş, zəhməthaqqı alırsa, ona hörmət göstərmək nə üçündür? Bu gün ucqar kəndlər var ki, müəllim çatışmazlığı yaşanır. Uşaqlar uzun yol keçib qonşu kəndlərdə məktəbə gedir. Bir müəllim bu çətinliyi qəbul edib ucqar kəndə gedirsə, ona ehtiramın yeri var. Bundan əlavə müəllimlik çətin və az qazanclı peşədir. Çox müəllimlər işini sevdiyi üçün bu peşəni atmır. Bu fədakarlıq da ehtirama layiqdir. Müəllimlik yolunda Ustad Mütəhhəri kimi şəhadətə çatanlar da var. İnsanın öz həyatından keçməsini pulla ölçmək insafsızlıq olar.
UNESCO-nun qərarı ilə hər il 5 oktyabr Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur. Amma müxtəlif ölkələr öz tarixinə, şəxsiyyətlərinə önəm verərək fərqli günlərdə Müəllimlər Günü keçirir. İran İslam Respublikasında da bu manasibət qeyd edilir, amma 12 ordibehiştdə! 12 ordibehişt Şəhid Mütəhhərinin şəhadət günüdür. İnqilabdan qabaq Əbülhəsən Xanəli adlı müəllimin etiraz aksiyasında qətlə yetirilməsi də həmin günə təsadüf edilirdi və bu gün Müəllimlər Günü kimi qeyd olunurdu.


Allah yolunda pul xərcləmək istəməyənlərin aqibəti necə olacaq?


Allah yolunda pul xərcləmək istəməyənlərin aqibəti necə olacaq? Allah yolunda pul xərcləmək istəməyənlər haqda maraqlı hədis:
-Qurana görə, Allah yolunda cihad canla həm də malla olmalıdır. Öz malından Allah və onun dostları yolunda xərc etməyə qıymayan şəxsin ibadəti və imanı kamil ola bilməz. Bu cür insanlar elə dünyəvi məsələlərin ilkin mərhələlərində aciz qalmışlar.
-Yaşadığımız mühitdə belə ibadət əhli olan amma eyni zamanda Allah malı olan xumsu və zəkatı müxtəlif bəhanələrlə verməkdən yayınanlar az deyil. Məsumlar bu cür insanların aqibətini öz kəlamlarında qeyd etmişlər
-Əllamə Məhəmməd Baqir Məclisi Biharul-Ənvar əsərində İmam Sadiqin (ə) bu haqda buyurduğu hədisi qeyd etmişdir: “Bil ki Allahın itaəti yolunda infaq etməyən şəxs, ona qarşı günah yolunda pul xərcləməyə mübtəla olacaq və bil ki Allahın dostunun ehtiyacını aradan qaldırmaq üçün addım atmayan şəxs pərvərdigarın düşməninin ehtiyacını aradan qaldırmaq üçün addım atmalı olacaq”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter