Həqiqi namazı dərk etmək üçün hansı addımları atmaq lazımdır?


Həqiqi namazı dərk etmək üçün hansı addımları atmaq lazımdır? Həqiqi namaza doğru ilk addımlar:
İLK ADDIM: Həqiqi namaza nail olmaq üçün atılan ilk addım namaz zamanı diqqətli olmaqdır. İnsan bəzən namaz zamanı \"həmddən” \"surəyə” necə keçdiyini hiss etmir. İnsan təkbirətül–ehram deməzdən qabaq kimin hüzurunda dayandığı barədə düşünməlidir.
İKİNCİ ADDIM: İnsan namazda dediyi hər bir cümlənin mənasına diqqət yetirməlidir. Bunu, tədricən də olsa, yaratmaq lazımdır. Hər cümləni deməzdən əvvəl, bu cümlənin mənasını düşünüb sonra demək daha yaxşıdır. Məslən, \"Əllahu əkbər” deməzdən qabaq Allahın əzəməti barədə düşünmək lazımdır.
ÜÇÜNCÜ ADDIM: Bu yolda üçüncü addım insanın dili ilə dediklərinə qəlbən inanmasıdır. \"Yalnız Sənə ibadət edir və Səndən kömək istəyirik” deyən insan Allahdan başqa heç kimsədən kömək intizarında olmamalıdır. \"Əllahu əkbər” deyən şəxs üçün Allahdan böyük varlıq olmamalıdır...


Hansı 8 dəstə insanlardır ki İmam Sadiq (ə) onlardan uzaqlaşmağı tapşırır?


Hansı 8 dəstə insanlardır ki İmam Sadiq (ə) onlardan uzaqlaşmağı tapşırır? Həzrət İmam Sadiqə (ə) sual verirlər: “Siz bütün bu xəlqi insan kimi görürsünüzmü?”. İmam (ə) buyurur: “İnsanların bu bir neçə dəstəsini kənara qoyun.
1. O kəs ki, misvak etməz.
2. O kəs ki, dar yerdə ayaqlarını açıb əyləşər.
3. O kəs ki, ona aid olmayan işə qarışar.
4. O kəs ki, elmi olmayan şeyə görə mübahisə edər.
5. O kəs ki, heç bir xəstəliyi olmadan özünü xəstə göstərər.
6. O kəs ki, hər müsibətə pərişan olar.
7. O kəs ki, düzgün məsələdə eyni nəzərdə olan ətrafındakılarla müxalifətlik edər.
8. O kəs ki, ataları ilə lovğalanar, halbuki atalarında olan yaxşı rəftarlar onda olmaz”./Deyerler.


Həzrət Mehdidən (əc.) doqquz kəlamı (tapşırıqları) hansılardır?


Həzrət Mehdidən (əc.) doqquz kəlamı (tapşırıqları) hansılardır? İmam Mehdi (ə.c) buyurur: 1-Biz sizin yaşayışınıza diqqət edir, sizi yaddan çıxartmırıq.
2-Sizə əmr edirəm ki, heç bir şeyi Allaha şərik qoşmayasınız və Allahın, onun Peyğəmbərinin (s) itaətində diqqətli olasınız.
3-Sizə əmr edirəm ki, Quranın yaşatdığını yaşada, məhv və batil bildiyini məhv edəsiniz.
4-Mən Adəmdən (ə) davamçı, Nuhdan (ə) azuqə, İbrahimdən (ə) seçilmiş, Məhəmməddən (ə) xülasəyəm.
5-Sizə faydası olmayan şeyləri soruşmayın.
6-Zühurun tezləşməsi üçün çox dua edin. Çünki dua zühuru tezləşdirir.
7-Biz sizin yaşayışınıza diqqət edir, sizi yaddan çıxartmırıq...


İmam Riza (ə) Şəban ayının son günlərində hansı əməlləri tapşırır?


İmam Riza (ə) Şəban ayının son günlərində hansı əməlləri tapşırır? İmam Rza ələyhissəlamdan nəql olunmuşdur ki, Allah-təala şaban ayının son üç gününü oruc tutub onu mübarək Ramazan ayına çatdıran şəxsə ardıcıl tutulmuş iki ayın orucunun savabını verər.
Əba İmam Rza ələyhissəlamdan belə rəvayət edir: Şəban ayının axırıncı cüməsi İmam Rza ələyhissəlamın hüzuruna getdim. Həzrət buyurdu:
-\"Ey Əba Səlt, şəban ayının çoxu gedib və bu cümə onun axırıncı cüməsidir. Belə isə bu ayın qalanından ayın keçən günlərində etdiyin təqsirlərin üçün yaxşı istifadə et. Sənə xeyirli olanlara üz gətir. Çoxlu dua və istiğfar et. (Allahdan bağışlanmağını istə.) Qurani -məcidi çox oxu. Öz günahlarından Allaha-təalaya tövbə et ki, mübarək ay gələndə (Ramazan ayı) özünü Allah üçün xalis etmiş olasan. Başqasının haqqını və ya əmanətini boynunda saxlama. kiminsə kinini ürəyində saxlama, etdiyin günahı tərk et. Allahdan qorx və öz gizli və aşkar işlərində ona təvəkkül et. Hər kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər.\"/islaminsesi


Sevmədiyinin ayaqqabısını cütləyən arif nə qazandı?


Sevmədiyinin ayaqqabısını cütləyən arif nə qazandı? Məqsəd zalıma əyilmək yox, bəyənmədiyin adama münasibətdə təvazökar olmaqdır.
Hacı Mirza Cavad Ağa Təbrizi Nəcəfdə təhsil aldığı zaman daim nəfsin tərbiyəsinə vaxt ayırar, diqqət yetirərdi. Bu məqsədlə Ayətullah Axund Molla Hüseynqulu Həmədaninin elm və mərifətindən 14 il bəhrələnmişdi.
Ustadın hüzurunda iki il təlaşdan sonra ona deyir ki, mən seyr-zülukda irəli addım ata bilmirəm. Ustad onun adını soruşur. Məliki Təbrizi, adını deyir və ustadın onu tanımamasından təəccüblənir. Ustad soruşur ki, sən filan Məlikilərin qohumlarındansan? Məliki Təbrizi ustadın nəzərdə tutduğu qohumlarını bəyənmədiyindən onları tənqid edir. Axunad Molla Hüseynqulu Həmədani deyir: Nə vaxt pis saydığın adamların qarşısında onların ayaqqabılarını cütləsən, mən özüm sənin görüşünə gələcəyəm!
Məliki Təbrizi sabahdan sinifdə hamıdan arxada oturur. Bəyənmədiyi qohumlarından olan tələbələrlə elmi mübahisə edir. Nəhayət, onların ayaqqabılarını cütləyir. Bu xəbər Təbrizə çatır, qohumlar arasındakı kin-küdurət aradan qalxır.


İmam Həsənin (ə) romalı alimin 5 məchul sualına verdiyi cavablar nə haqda idi?


İmam Həsənin (ə) romalı alimin 5 məchul sualına verdiyi cavablar nə haqda idi? Bir gün Romadan İmam Əlinin (ə) yanına bir nəfər gəlir və deyir: sualım var. İmam Əli (ə) buyurur: “Nə istəyirsənsə bu iki oğlumdan soruş və kifayət qədər cavab alacaqsan”. Həmin şəxs İmam Həsənə (ə) işarə edib ona sual verəcəyini bildirdi. O, İmam Həsənin (ə) yanına gəlir və suallarını vermək istəyəndə, İmam Həsən (ə) buyurur: “Bu sualları soruşmaq üçün gəlmisən:
- Haqla batil arasındakı fasilə nədir?
- Yerlə səma arasında nə qədər fasilə vardır?
- Şərqdən qərbə qədər nə qədər məsafə vardır?
- Göy qurşağı nədir?
- O on şey nədir ki, biri o birisindən daha möhkəmdir?”.
Romalı kişi təəccüblə halda deyir: “Bəli, mənim suallarım bunlardır”. İmam Həsən (ə) bir-bir suallara cavab verməyə başlayır...


İmam Hüseynin (ə) 6 suala cavabı nə oldu?


İmam Hüseynin (ə) 6 suala cavabı nə oldu? Bir nəfər İmam Hüseynin (ə) xidmətinə gəlir və deyir: “Ey Peyğəmbər (s) övladı! Sualım vardır”. İmam (ə) buyurur: “Soruş”.
Həmin şəxs deyir: “İmanla yəqin arasında nə qədər fasilə vardır?”. İmam (ə) buyurur: “Dörd barmaq qədər. İman o şeydir ki, eşidəsən, yəqin o şeydir ki, görəsən. Gözlə qulaq arasında dörd barmaq fasilə vardır”.
Soruşur: “Yerlə göy arasında nə qədər fasilə vardır?. İmam (ə) buyurur: “Bir duanın yerinə yetməsi qədər”.
Soruşur: “Şərqlə qərb arasında nə qədər fasilə vardır?”. İmam (ə) buyurur: “Günəşin bir gün seyr etməsi qədər”.
Soruşur: “İnsanın izzəti nədədir?”. İmam (ə) buyurur: “İnsanlardan ehtiyacsız olmaqda”.
Soruşur: “Ən çirkin şey nədir?”. İmam (ə) buyurur: “Qoca kişidə günah, vəzifə və məqam sahibində sərtlik və tündlük, tanınmış insanlarda yalan, zəngində simiclik, alimdə hərislik”. Həmin ərəb deyir: “Düz buyurdunuz. İndi isə İmamların sayından məni agah edin?”. İmam (ə) buyurur: “Onlar Bəni-İsrayilin seçilmişləri kimi 12 nəfərdirlər”.


Az yeməyin bədən və ruha 10 müsbət təsiri nələrdir?


Az yeməyin bədən və ruha 10 müsbət təsiri nələrdir? Az yeməyin və ac qalmağın bir çox faydaları vardır ki, onlara işarə edək:
1. Ruh və cismin sağlam qalması. İmam Sadiq (ə) buyurur: “Az yemək - bütün dünya insanları yanında bəyənilən sifətlərdəndir, zahir və batinin faydasınadır”.
2. Pak düşüncə. İmam Əli (ə) buyurur: “Hər kim yeyən zaman ölçüsü olarsa, sağlamlığı artar və düşüncəsi sağlam qalar”.
3. Yeməkdən ləzzət almaq. İmam Hadi (ə) buyurur: “Gecə oyaq qalmaq - yuxunu şirin və aclıq - yeməyi ləzzətli edər”.
4. Allah yanında ən sevimli əməl. H. Peyğəmbər (s) buyurur: “Nəfsinizlə cihad edin, aclıq və susuzluğunuzla. Əcri o kəsin əcri kimidir ki, Allah yolunda cihad edər.
5. Hesabı asan edər. İmam Əli (ə) buyurur: “Hər kim yeməyi az olarsa (yəni az yeyərsə), az hesab verər”.
6. Hikmət əta olunar. Peyğəmbər (s) buyurur: “Hikmət nuru - aclıqdır. Toxluq Allahdan uzaqlaşmaqdır. Ona görə də tox olmayın ki, mərifət nuru qəlblərinizdə sönər”.
7. İbadət. Həzrət Peyğəmbər (s) buyurur: “Az yemək - ibadətdir”.


İmam Zaman ağanı (ə) Muhəmməd adı ilə çağırmaq olarmı?


İmam Zaman ağanı (ə) Muhəmməd adı ilə çağırmaq olarmı? Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Məhdi (ə) – mənim övladlarımdandır. Onun adı mənim adım, künyəsi mənim künyəmdir”. İmam Zaman ağa (ə.f) buyurur: “Məlundur, məlundur o kəs ki, adımı insanların arasında çəkər”.
Bu hədisdən belə nəticə çıxartmaq olar ki, İmam Zaman ağanın (ə.f) adı Muhəmməddir. Ancaq onu bu adla çağırmaq olmaz.
Əgər yuxarıdakı hədislərə nəzər salsaq, başa düşə bilərik ki, İmamı (ə.f) adı ilə çağırmaq olmaz, nəinki Muhəmməd adını dilimizə gətirməyək. Məqsəd odur ki, nə zaman İmam Zaman ağanı (ə.f) çağırmaq istəsəniz, əsil adından istifadə etməyin.
Bəs səbəb nədir? Əgər İmamı (ə.f) adı ilə çağırsalar, İmamın (ə.f) canı üçün təhlükə ola bilər. Lakin əgər bir qədər düşünsək görərik ki, bu səbəb bizim dövrə aid deyildir, təqiyyə olan zamana aid edilir.
Ona görə də deyə bilərik ki, hədislərimiz bizə Muhəmməd adını dilimizə gətirməyi deyil, İmamı (ə.f) bu adla çağırmağımızı qadağan etmişdir. Ancaq bəzi fəqihlərin nəzərinə görə İmamı (ə.f) adı ilə çağırmağın heç bir çətinliyi yoxdur. Bu mövzu təqiyyə zamanına aid edilir. Hədislərimiz buyurur ki, suğra qeybi zamanı Əhli-Beyt (ə) davamçıları təqiyyə halında idilər.


İmam Əli (ə) 4 peyğəmbərdən bu cəhətlərə görə üstün oldu?


İmam Əli (ə) 4 peyğəmbərdən bu cəhətlərə görə üstün oldu? İmam Əlinin (ə) səhabəsi olan Səsəə ibn Suhan İmam Əlidən (ə) son anlarında eşidilməyən hədis deməyini xahiş etdi. İmam Əli (ə) Səsəə ibn Suhana buyurdu:
1-Mən İbrahimdən bu cəhətdən üstünəm ki O qiyamətin necəliyi haqda sual verdi Allaha. Mənim imanımın artmasına heç bir şeyə ehtiyac yoxdur.
2-İsa (ə)-dan üstünəm bu cəhətdən ki Məryəm (ə) xatun Allah evinə yaxınlaşanda deyildi ki burdan get müqəddəs yer xəstəxana deyil. Amma mənim Anam Fatimə binti Əsəd Kəbədə məni dünyaya gətirdi.
3-Musadan (ə) üstünəm buna görə ki O Firondan bir nəfəri öldürdü. Allah əmr edəndə ki Fironu və tayfanı hidayət et qorxuduğunu söylədi. Amma mən Qüreyşdən neçələrini öldürdüm. Amma məni Peyğəmbər Məkkəyə göndərəndə mən heç bir şeydən çəkinmədən getdim.
4-Adəmdən buna görə üstünəm ki Adəm (ə) buğda yeməməyə əmr olundu. Amma o buğda yedi. Mən isə çəkindirilmədən heç zaman Buğda yemədim.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter