Ramazan ayında günahların tökülməsi üçün nə lazımdır?


Ramazan ayında günahların tökülməsi üçün nə lazımdır?İmam Baqir (ə) Cabirə buyurur: \"Ey Cabir! O kəs ki, Ramazan ayına çatar, gündüzlərini oruc tutar, gecənin bir hissəsini ibadət edər, dilini qoruyar, gözünü harama yumar, insanlara əziyyət verməkdən çəkinər – anasından doğulduğu gün kimi günahları ondan dəf olar”. İmam Baqir (ə) buyurur: \"O zaman ki, Peyğəmbər (s) Ərəfatdan qayıtdı və Minaya yollandı, məscidə daxil oldu. İnsanlar onun ətrafında toplaşdılar və ondan Qədr gecəsi barəsində soruşdular. Həzrət (s) orada xütbə dedi və Allaha həmd etdikdən sonra buyurdu: ... Ey insanlar! Hər kim sülh və salamtlıqla Ramazan ayına çatar, gündüzlərini oruc tutar, gecənin bir hissəsini ibadət edər, namazına nəzarət edər, cümə namazına və Fitr bayramı namazına gedər, şübhəsiz ki, Qədr gecəsini dərk etmiş olar və Allahın mükafatını əldə etmiş olar”...


İbn Abbasın (r) ramazan dəyəri haqda möhtəşəm hədisi oruc tutanlara hansı müjdəni verir?


İbn Abbasın (r) ramazan dəyəri haqda möhtəşəm hədisi oruc tutanlara hansı müjdəni verir?İbn Abbas Ramazan ayının dəyəri haqda Səid ibni Cubeyrə deyir: Bax bunu mən Peyğəmbərdən eşitdim ki, o buyurub: “Əgər bilsəz ki, Allah Ramazanda sizin üçün nələr nəzərdə tutub ona şükr edərsiniz. Allah bu ayın birinci gecəsində ümmətimin zahirdə və gizlində olan günahlarını bağışlayar. Allah minlərlə dərəcə sizi qaldırar, sizin üçün 50 şəhər inşa edər. İkinci gündə Allah hər addımınıza bir ilin orucunu bir peyğəmbərin savabı və bir ilin ibadətinin savabını yazar. Üçüncü gündə bədəninizdə olan tüklərin sayı qədər cənnətdə günbəz inşa edər. Elə bir günbəz ki, onun girəcək və çıxacağında hər birində 12 min mənzil olar. Bu evlərin hə birində min taxt və hər taxtda bir huri olar. Hər gün min mələk hədiyyələrlə sizin yanınıza gələr….”


İmam Zamana (ə.c) dua etməyin insan üçün nə belə faydaları var?


İmam Zamana (ə.c) dua etməyin insan üçün nə belə faydaları var?Dua (İmamın zühurunun tezləşməsi üçün dua) işlərinizin düzəlməsinə və hər bir çətinlik və qüssədən rahat olmağınıza səbəb olur. Çətinliyə düşən zaman zühurun tezləşməsinə dua etmək tövsiyə edilir və bu:
1- O həzrətin dua etməsinə səbəb olur, 2- Mələklərin dua etməsinə səbəb olur, çünki mələklər hüzurunuzda olmayan mömin barəsində dua edən şəxsə dua edirlər və duaları da inşaallah qəbuldur.
3- İmam Zamanın (ə) Öz duası: Zühurun tezləşməsinə çox dua edin ki,bu sizin nicatınızdır\".
4- İmam Zamana (ə) dua etmək bir növ İmama təvəssül etmək deməkdir və İmam Zaman (ə) da çətinliklər və bəlalardan qurtarmaq üçün bir nicat vəsiləsidir.


Hansı 7 yerdə qüsl almaq vacib olur?


Hansı 7 yerdə qüsl almaq vacib olur? İnsana qüsl bir neçə yerdə vacib olur:
1. Bədəndən sperma xaric olsa (cənabət) - qadın-kişi üçün müştərək qüsl növüdür.
2. Ölən adama toxunduqda (məss-meyyit) - qadın-kişi üçün müştərək qüsl növüdür.
3. Öləndə (meyyit) - qadın-kişi üçün müştərək qüsl növüdür...
7. İnsan qusl etməyi nəzir və ya əhd etsə - qadın-kişi üçün müştərək qüsl növüdür.


Allah niyə bəzən səsimizi eşitmir?


Allah niyə bəzən səsimizi eşitmir? İnsan həyatı məhduddur və bu məhdud həyatında çox sayda çətinliklər və müsibətlərlə üzləşir. Əgər dünyanı tərəzinin bir gözünə qoysaq, görərik ki, dünya zinətindən və bər-bəzəkdən başqa bir şey deyildir. Ona görə də Allahdan istədiklərimiz axirətlə müqayisədə çox dəyərsiz və alçaqdır. Allah bəzən bu dəyərsiz şeyləri bizə vermir və axirət üçün saxlayır. Allah Həkim və Alimdir və bilir ki, bu dünyada nəyi bizə versə, qəflətimizə və yolumuzu azmağa gətirib çıxardar. Ona görə də Allahın fəzl və rəhmətinə ümidvar olmalı və dua etməyə davam etməliyik. Beləliklə deyə bilərik ki, Allah onu çağıran bəndəsinə qarşı heç bir zaman laqeyd deyildir. Sizin Allaha etdiyiniz dualar onun nişanəsidir ki, Allah sizə lütflə nəzər salır. Hədislərdə oxuyuruq ki, əgər Allah bəndəsi üçün xeyir istəsə, duasını təxirlə yerinə yetirər. Çünki onun səsini və yalvarışını eşitmək istəyir.


Dua qəbul olubsa hansı əməlləri edək, olmayıbsa hansı günahlardan uzaqlaşaq?


Dua qəbul olubsa hansı əməlləri edək, olmayıbsa hansı günahlardan uzaqlaşaq?Əgər duamız qəbul olubsa, bu üç halla bağlı xüsusi diqqətli olaq:
1. Təkəbbür etməyəsən ki, mən deməli yaxşı insanam ki, Allah duamı qəbul etdi.
2. Allaha duanı qəbul etdiyinə görə şükür edəsən. Əgər bacarsan, 2 rükət şükür namazı qılasan.
3. Duanı yerinə yetən zaman duanı tərk etməyəsən. Yenə də Allahın evinə və dərgahına gedib, Onu unutmayasan, Onunla söhbət edəsən. Əgər duanız qəbul olmayıbsa, bu üç haldan ehtiyatlı olun: 1. İlahi rəhmətdən məyus olmayasan. Ola bilsin ki, duanın yerinə yetməsinə mane olan günahlar vardır. Ona görə də çoxlu tövbə edəsən...


Nə edək ki, oruc yalnız aclıq və susuzluq olmasın?


Nə edək ki, oruc yalnız aclıq və susuzluq olmasın? İmam Əli (ə) buyurur: \"Elə oruclar vardır ki, onlar yalnız aclıq və susuzluqdan ibarət olur\". Ancaq mübarək aya baxışımızı düzəltsək, bizlər hər birimiz İlahi Ziyafətdə Allah qonaqları olarıq. O aclıq və susuzluq ki, o isti hava ki, onda olan oruc Allah üçün, Allah qonağı olduğumuza görə tutularsa - nə gözəldir. Bu halda \"bəlkə, təqvalı olasınız\" hədəfinə daha yaxın olmuş olarıq. Təqvalı – yəni kontrollu varlıq. Bütün hissləri öz əlində olan, hisslərinin əlində oyuncaq olmayan varlıq. Həyatın nə olduğu ilə bağlı düzgün baxışı olan... Həyatda hədəfin nə olduğun bilən bir varlıq... Bütün pisliklərdən təmizlənmiş, bütün yaxşıları qazanmağa istəkli bir varlıq. Həzrət Fatimeyi-Zəhra (s.ə) oruc tutanlar haqqında belə buyurur: “Oruc tutan (orucunun haqqını əda etməz) o zaman ki, dilini, qulağını, gözünü və əzalarını hifz etməz”.


Oruc tutmaq insana hansı sifətləri verər? Hz Peyğəmbərin (s) hədisi.


Oruc tutmaq insana hansı sifətləri verər? Hz Peyğəmbərin (s) hədisi.Həzrət (s) buyurur: “Hər kim Ramazan ayını Allah Təalaya görə oruc tutarsa, Allah da 7 sifəti ona vacib edər:
1. Haramı bədənindən əridər. 2. Onu Öz rəhmətinə yaxın edər. 3. Atası Həzrət Adəmin (ə) xatasını örtər.
4. Can verməyi onun üçün asan edər. 5. Onu Qiyamət gününün aclıq və susuzluğundan amanda saxlayar. 6. Atəşdən bəraəti ona əta edər. 7. Ona behişt təyyibələrindən yedizdirər”. Allah qarşıdan gələn bu mübarək ayda bizə də bu yeddi hədiyyəni nəsib etsin!


Oruc tutmağın insan bədənində olan xəstəliklərə qarşı təsirləri nələrdri?


Oruc tutmağın insan bədənində olan xəstəliklərə qarşı təsirləri nələrdri?Orucla müalicə edilən xəstəliklər:
1. Bağırsaq xəstəliklərinin müalicəsində. Bu xəstəlik zamanı iki yemək arasında su içməmək çox xeyirlidir.
2. Hərəkətsizlikdən və çox yeməkdən yaranan ağır çəki. Bu xəstəlik zamanı da oruc tutmaq və gündə cəmi iki dəfə yemək yemək və səhər vaxtı su içmək çox faydalıdır.
3. Qan təzyiqinin yüksək olması. Bu xəstəlik çox yemək nəticəsində daha da şiddətlənir. Bərəkət və nemət ayı olan Ramazan ayında xüsusilə də əgər çəki normadan çoxdursa, oruc bu xəstəliyə yaxşı təsir qoyacaqdır...


Şükür məqamına ucalmağın günahlarla nə əlaqəsi var?


Şükür məqamına ucalmağın günahlarla nə əlaqəsi var?Şükür Məqamı yəni: Bütün haramlardan çəkinməklə mümkün olur! 1-İmam Sadiq (ə) buyurur ki, Musaya belə vəhy olundu: «Ey Musa, Mənə layiq olduğum kimi şükür et». Musa ərz etdi: «Pərvərdigara, şükrünü yerinə yetirdiyim nemət yoxdursa, şükür edən dili Sən əta etmisənsə Sənə layiq necə şükür edim?» Allah-Taala buyurdu: «Ey Musa! Şükür edən dilin də məndən olduğunu bilməklə şükrü yerinə yetirdin». («Kafi», 2-ci cild, səh-98.) İmam Hüseyn (ə) ərəfə duasında ərz edir: «Əgər mən və nemətlərini sayan bütün insanlar yalnız bir nemətinin şükrünü yerinə yetirmək istəsək, Sənin tofiqin olmasa bacarmarıq». 2-Həzrət Davud (ə) belə ərz edir: «Pərvərdigara! Sənə necə şükür edim ki, şükür etməyim özü də bir nemətdir və ikinci bir şükrə ehtiyaclıdır ...» Allah buyurdu: «Ey Davud! Əgər hər bir nemətin mənim tərəfimdən əta olunduğunu anlamısansa, elə şükür etmisən»...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter