Həyanın 10 xüsusiyyəti nələrdir?


Həyanın 10 xüsusiyyəti nələrdir?Həzrət Peyğəmbər (s) həyanın 10 mühüm xüsusiyyətini sadalayarkən buyurur ki, bu xüsusiyyətlər düşüncə sahiblərinin həyadan götürdüyü faydalardır:
1.Müdara – keçinmək; 2.Mehribanlıq; 3.Aşkar və xəlvətdə Allahı nəzərdə saxlamaq; 4.Salamatlıq; 5.Pislikdən uzaqlıq;
6.Təbəssüm; 7.Güzəşt; 8.Bağışlamaq; 9.Qələbə; 10.Xalq arasında yaxşı ad.


Cəmiyyətin tərbiyəsi hansı nöqtədən başlayır?


Cəmiyyətin tərbiyəsi hansı nöqtədən başlayır?Tanınmış şiə müctehidi Ayətullah-üzma Həkim İraq universitetlərində təhsil alan xanım tələbələrlə görüşdə buyurub: Qadınların öz iffətini qoruması cəmiyyətin islahının müqəddiməsidir. Hicab Quran əmri, Əhli-beyt (ə) göstərişidir. Cəmiyyətin islahı qadınların islahından, qadınların islahı hicabdan başlayır. İffət müsəlman qadının cövhəridir. Müsəlman qadınlar cəmiyyət qarşısındakı məsuliyyətini yerinə yetirməlidir. Doğruçuluq, Allah hüzurunda ixlas, təqvalı olmaq, şəriət qanunlarına riayət etməklə şiə məktəbini qorumağa çalışın, Allahın Rəsulunu (s) şad edin...


Niyə möminə - mömin, müsəlmana – müsəlman deyirlər?


Niyə möminə - mömin, müsəlmana – müsəlman deyirlər?Hz Peyğəmbər (s) buyurmuşdur: \"O kəs ki, mömin qardaşına lütfünü bildirən sözlərlə ehtiram göstərər və ya hacətini yerinə yetirər və ya onun qəm və qüssəsini aradan aparar – davamlı olaraq Allah Təalanın himayəsində olar. O zamana qədər ki, ona ehtiram göstərmək və hacətini yerinə yetirməklə məşğul olar, Allah Təalanın rəhməti ona nazil olar. Sizə xəbər verimmi ki, niyə möminə mömin deyirlər? Səbəbi budur ki, insanlar onu öz nəfs və malına əmin bilərlər. Sizə xəbər verimmi ki, niyə müsəlmana müsəlman deyərlər? Səbəbi budur ki, müsəlman o kəsdir ki, insanlar onun əlindən və dilindən salamat olarlar.


İmana çatmaq üçün hansı 4 əməldən bəhrələnək?


İmana çatmaq üçün hansı 4 əməldən bəhrələnək? İnsan öz imanını kamilləşdirmək üçün aşağıdakı yollardan istifadə edə bilər.
1-Təfəkkür və dəlillər Allahın varlığını sübuta yetirən dəlillər haqqında düşünmək insanın imanını gücləndirir. Hikmət, kəlam, ürfan kitablarında sübut olunur ki, bütün varlıq aləmi Allahın iradəsi ilə yaşayır...
2-İlahi nişanələr, İnsan təbiət aləmini, müxtəlif heyvanların həyatını, aylı-ulduzlu səmanı diqqətlə müşahidə edərsə böyük yaradıcının nişanələri ilə rastlaşar... 3-İbadət... 4-Zikr və dua


Xoş niyyətliliyin dəyəri və pis niyyətlilik haqda İslam maarifində nə deyilir?


Xoş niyyətliliyin dəyəri  və pis niyyətlilik haqda İslam maarifində nə deyilir?Niyyət dedikdə məqsəd və iradə başa düşülür. İslam dini öz ardıcıllarını - nəinki insanlara, hətta heyvanlara və təbiət aləminə qarşı - xoş münasibətə çağırır. İnsan hamı üçün xeyir və səadət istəməli, imkan daxilində xalqın çətinliyini aradan qaldırmağa çalışmalıdır. Xoş niyyət o qədər dəyərlidir ki, onun müqabilində böyük mükafatlar vəd edilir. İmam Sadiq (ə) buyurur: «Fəqir mömin belə dua edir: «Pərvərdigara, mənə ruzi əta et ki, xeyir işlər görə bilim». Əgər onun niyyəti xalis olsa, hələ heç bir xeyir iş görməmiş onun əməl naməsinə savab yazılar ...» («Məhəccətul-bəyza» 8-ci cild, səh-106.)...


İrfani məqamlara çatanların ibadətdə uca məqamlara çatmaq üçün hansı tapşırıqları var?


İnsanın özünü tərbiyədə müvəffəqiyyətə çatması üçün əxlaq alimlərinin bir sıra tövsiyələri vardır. Onlardan bəziləri ilə tanış olaq:
-Daim dəstəmazlı olmaq. İslam peyğəmbərindən nəql olunur ki, Allah-təala buyurmuşdur: “Dəstəmazı batil olandan sonra onu təzələməyən, dəstəmazını təzələdikdən sonra iki rəkət namaz qılmayan mənə cəfa etmişdir...
-“Ya həyyu, ya qəyyum, ya mən la ilahə illa əntə” zikrini daim vird etmək -Gündə bir dəfə uzun səcdə -Hər gün bir qədər Quran oxuyub, mənaları düşünmək -Gecə namazı qılmaq Qeyd olunmuş tövsiyələrə 40 gün ardıcıl əməl edən insan nəticəsini hiss edir, qəlbində əhəmiyyətli dəyişikliklər baş verir.


Ramazan ayında qida rasionunda nələrə diqqət edilməlidir?


Mübarək Ramazan ayında gün ərzində oruclu olduqdan sonra, iftar vaxtı birdən-birə​ çoxlu yemək qəbul etmək mədə və bağırsaq sisteminə mənfi təsir edir.
Necə gəldi yemək qəbul etmək də mədə pozğunluğu və qaz problemi ilə nəticələnir. Belə bir vəziyyətlə qarşılaşmamaq üçün nə etmək lazımdır?
1. İftarlıq yeməklər dadmaq üçün istehlak edilməlidir​. 2. Orucu açdıqdan sonra, yeməklər 2 və ya 3 paya bölünməlidir. 3. Həddindən artıq isti və soyuq yemək istehlak edilməməlidir. 4. Yemək yavaş-yavaş çeynənməlidir. 5. Qazlı içkilərdən uzaq durmaq lazımdır...


Nazil olacaq bəlaları necə dəf edək? Ayətullah Behcətin tövsiyələri


Nazil olacaq bəlaları necə dəf edək? Ayətullah Behcətin tövsiyələri Ayətullah Behcət deyir: \"Düçar olduğumuz bu bəlaların dəf edilməsi üçün cənablar faydalı bir şeylər bilirlərsə onu desinlər ki camaat onu edərək bəlaları özlərindən uzaq saxlasınlar. Quran da buyurur ki, \"Mən, madam ki sən onların arasındasan və madam ki onlar istiğfar edirlər, onlara əzab vermərəm”. Quran yenə buyurur ki, \"Bizim əzabımız onların sorağına gələndə niyə ahu-zar etmədilər”... Onlar hamısı yəqin etdilər ki bunlar Allahın əzabıdır və yenə nazil olacaq. Onlar həmin əzabları Allah dərgahına ahu-zar etməklə dəf etdilər. Sünnət budur ki Allahın qeybdən mələklərlə göndərdiyi əzablar, Allahı diqqətdə saxlamaq, ona müraciət etmək və dərgahına ahu-zar etməklə dəf edilir və indi də bizə gələcək əzabları bu yolla dəf edə bilərik”


İmam Rzanın (ə) Ramazan ayı ilə bağlı on göstərişi nələr haqda oldu?


İmam Rzanın (ə) Ramazan ayı ilə bağlı on göstərişi nələr haqda oldu? Mərhum Əllamə Məclisi Biharul-ənvar kitabın 94-cü cildinin 73-cü səhifəsində İmam Rzadan (ə) bir rəvayət nəql edir. Rəvayətdə İmam Rza (ə) şaban ayının axırıncı cüməsində Əba Səltə Ramazan ayının gəlişi münasibətilə yerinə yetiriləsi əməlləri öyrədir: 1- Çox dua etmək, 2- Çox istiğfar etmək (günahlarının bağışlanmağını diləmək), 3- Çox Quran oxumaq, 4- Günahlardan tövbə etmək,
Bu rəvayətə əsasən, bu dörd əməl insanın ixlasla Ramazan ayına daxil olmasına səbəb olar. 5- Boynunda olan bütün əmanətəri sahiblərinə qaytarmaq 6- Möminlərə qarşı hər bir kin-küdurəti qəlbindən çıxarmaq 7- Qəlbdən bütün günahların kökünü kəsmək 8- Təqvalı olmaq 9- Aşkar və gizli işlərdə Allaha təvəkkül etmək 10- Bu duanı çox oxumaq: \"Əllahummə in ləm təkun ğəfərtə ləna fi ma məza min şəban fəğfir ləna fi ma bəqiyə minh.


Şaban bitməkdədir, Ramazanı necə qarşılayaq?


Şaban bitməkdədir, Ramazanı necə qarşılayaq? Əbdüssəlam ibni Saleh Hərəvi deyir şabanın sonu idi və mən İmam Rzanın yanına getdim. Şabanın sonuncu cüməsi idi. İmam mənə buyurdu:
“Ey Əba-Səlt! Şabanın çoxu arxada qalıb və bu onun axırıncı cüməsidir. Geridə qoyduğun xətalarını yerdə qalan günlərdə aradan qaldır! Və sənə kömək edəcək şeyləri həyata keçir! Ey Əba-Səlt sənə (mənəvi həyatına) kömək etməyəcəkləri tərk et! Çoxlu dua və istiğfar et! Quran oxu, günühlarından tövbə et!, Elə olsun ki Allahın ayı sənə üz gətirəndə tər-təmiz olasan. Bu zaman öhdəndə ödənilməmiş və verilməmiş əmanət qalmasın!...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter