Hz Peyğəmbərin (s) dünya və axirət xoşbəxtliyi üçün öyrətdiyi əməllər nələrdir?


Hz Peyğəmbərin (s) dünya və axirət xoşbəxtliyi üçün öyrətdiyi əməllər nələrdir?İmam Əlidən (ə) əql nəql olunur ki, buyurdu: “Bir kişi Hz Peyğəmbərin (s) yanına gəldi və dedi: Mənə elə bir əməl öyrət ki, Allah və insanlar məni sevsinlər, Allah-Taala (c.c) sərvətimi artırsın, bədənimi sağlam və ömrümə uzunluq bağışlasın və məni səninlə məşhur eləsin!” Hz Peyğəmbər (s) buyurdu: Sənin istəklərin 6 arzudur ki, 6 əmələ ehtiyaclıdır!
1-Allahın səni sevməsini istəyin zaman onun qadağan etdiklərinə qarşı təqvalı ol,
2-İnsanların səni sevməsini istəyin zaman onlara yaxşılıq et və əllərində olanlara tamahını qoru,
3-Hər zaman istəsən ki, ruzin bol olsun qazancının zəkatını çıxmağı unutma,...


Həzrət Peyğəmbərin (s) baxışında güclü insan kimdir?


Həzrət Peyğəmbərin (s) baxışında güclü insan kimdir?Həzrət Peyəmbər (s) Mədinədə bir dəstə cavanla rastlaşdı ki, idman və güləşirdilər. Hz Peyğəmbər (s) buyurdu: Sizin baxışınızda güclü insan kimdir? Müsəlmanlar dedilər: Ən güclü və qüvvətli o şəxsdir ki, heç kəs onun qol gücünü əyə bilməyə! Hz Peyğəmbər (s) buyurdular: Həqiqi güclü və qəhrəman o kişidir ki, Şeytan əli ilə onun sinəsinə vura ki əsəbləşdirib insanlara hücum gətirə. Amma həqiqi güclü kişi isə şeytanın istəyinin əksinə olaraq Allahı xatırlayaraq səbir və haqqından keçməklə insanlara qarşı mehriban və əsəbini yerə atar.”Mənbə: Mişkatul-Ənvar kitabı, səh: 145.


Tanınmış şəxsiyyətlər - İbn Vəqqas, ibn Ömər və Məhəmməd Sələmə nə üçün İmam Əli (ə) ilə düşmənçilik edirdilər?


Tanınmış şəxsiyyətlər - İbn Vəqqas, ibn Ömər və Məhəmməd Sələmə nə üçün İmam Əli (ə) ilə düşmənçilik edirdilər?Əmmar Yasir (r) Abdullah ibn Ömər, Səd ibn Əbi Vəqqas və Məhəmməd Sələmənin yanına gəlib dedi: Təlhə və Zübeyrin fitnəsinə qarşı xəlifəyə dəstək olun!! Onların hər biri bir bəhanə gətirərək şəri vəzifədən boyun qaçırdılar. Əmmar onlarla etdiyi görüşün nəticəsi haqqında İmam Əliyə (ə) məlumat verdi!! Əmirəlmöminin (ə) onların müxalifətçiliyinin səbəbini belə açıqladı: İmam Əli (ə) Əmmara dedi: Bu dəstələrdən əl çək nəsihət eşidən deyillər. Çünki Abdullah ibn Ömər zəif insandır, Səd ibn Əbi Vəqqas isə paxıl insandı, amma Məhəmməd ibn Sələmənin yanında mənim günahım budur ki, qardaşı Mərhəbi Xeybər döyüşündə həlak etmişəm. (əl-İmamə vəs-siyasə kitabı, cild-1, səh: 52)...


İslam dinində yemək qaydaları barədə nələr tövsiyə olunur?


İslam dinində yemək qaydaları barədə nələr tövsiyə olunur?Bir çoxları arıqlamaq üçün şam yeməyini yeməkdən imtina edirlər. Halbuki İslam dini şam yeməyini yemək üçün çox təkid edir. İmam Rza (ə) İmam Sadiqdən (ə) nəql edir ki, buyurub: “Şam yeməyini hətta əgər üç tikə çörəklə duz olsa belə, buraxma”.
Indiyə qədər yemək yemək üçün bir çox yerlərə getmisiniz və görmüsünüz ki, bəzi insanlar yemək yeyən zaman başqalarını narahat edərlər. Ya yemək zamanı qaydalara riayət etməzlər. Bu haqda siz heç düşünmüsünüzmü? Heç düşünmüsünüzmü ki, İslam dinində yemək yeməyin qayda və qanunları vardır? slam dini bizə buyurur ki, acmayınca yemək yeməkdən çəkinin ki, salamat qalasınız. Yeməyə başlayan zaman isə “Bismillah” de. İslam təlimlərində oxuyuruq ki, yeməyə başlayan zaman duzla başlayın. İmam Əli (ə) buyurur: “Yeməyə başlayan zaman duzla başlayın. Əgər onda olanları bilsəydiniz, dərman yerinə ondan istifadə edərdiniz”...


Kəramət: İmam Əli (ə) ağac və torpağı salamlayanda, nə baş verdi?


Kəramət:  İmam Əli (ə) ağac və torpağı salamlayanda, nə baş verdi?Hz Peyğəmbər (s) İmam Əlini (ə) Yəmənə göndərir ki, insanlar arasında sülh yaratsın, İmam Əli (ə) Həzrətə (s) buyurur: “Ey Allahın Rəsulu! Oranın cəmiyyəti çoxdur. Onların içərisində elə insanlar var ki, ömürləri keçmişdir, ancaq mən cavanam”. Hz Peyğəmbər (s) buyurur: “Əli! Nigaran olma! Yəmənin yaxınlığında Əfiq adlı yerə çatanda dayan və yüksək səslə de: “Ey ağac! Ey torpaq! Allahın Rəsulu Muhəmməd (s) sizə salam göndərmişdir”. İmam (ə) buyurur: “Peyğəmbərin (s) tövsiyəsini yadımda saxlayıb, Yəmənə yollandım. Əfiq çölünə çatan zaman Yəmən əhalisini gördüm. Onlar nizə və kamanla mənə hücum etməyə hazırlaşırdılar. Mən də Peyğəmbərin (s) verdiyi tövsiyə ilə yüksək səslə dedim: “Ey ağac! Ey torpaq! Allahın Rəsulu Muhəmməd (s) sizə salam göndərmişdir””...


İmam Əli (ə) kimin tərəfindən \"Əmirəlmöminin\" adlandırılmışdır?


İmam Əli (ə) kimin tərəfindən "Əmirəlmöminin" adlandırılmışdır?İmam Əli (ə) buyurur: “Allahın Rəsulu (s) buyurub: “Merac gecəsində ki, məni səmaya apardılar, Allah mənə vəhy edib, buyurdu: “Ey Muhəmməd! Əli ibni Əbi Talibi (ə) Əmirəl-möminin (ə) çağır, Mən ondan əvvəl heç kimi bu adla adlandırmamışam. Ondan sonra da heç kim bu adla adlandırılmayacaqdır”.
Hz Peyğəmbər (s) minbər başında insanlara buyurur: “Ey insanlar! Allah məni Rəsulu kimi sizə göndərmişdir. Mənə əmr etmişdir ki, Əlini (ə) sizə əmir qoyam. Ona görə də mən hər kimin ki, peyğəmbəriyəm, Əli (ə) onun əmiridir. Əlinin (ə) əmir olması Allah tərəfindəndir. Allah mənə əmr etmişdir ki, bu xəbəri sizə elan edəm ki, ona itaət edəsiniz. Nə zaman sizə əmr etsə, qulaq asasınız...


Qohumların insan həyatında dəyəri haqda İmam Əli (ə) hansı izah verir?


Qohumların insan həyatında dəyəri haqda İmam Əli (ə) hansı izah verir?Əmirəl-möminin (ə) insanlar üçün xütbə deyirdi, Allaha həmd etdikdən sonra, Həzrət (ə) buyurur: “Heç kəs öz qohumlarından ehtiyacsız deyildir, baxmayaraq ki, mala və övlada malik olsa da. Həmçinin onların mehribanlığından, kəramətlərindən, əl və dillə müdafiələrindən ehtiyacsız deyildir.
Qohumlar ən əzəmətli dayaq, ürəkyandıran insanlar, onun üçün ən böyük qəm yeyən olarlar. Qohumların xüsusiyyətlərindəndir ki, məhəbbət və ürək yandırmaqda sadiq olsunlar. Belə ki, xalis niyyətlə yaxşılıq əlini qohumları üçün açarlar. Allah dünyada infaq etdiklərini yerinə qoyar və axirətdə bir neçə qat mükafat verər...


Allahın kölgəsində olmaq nə deməkdir?


Allahın kölgəsində olmaq nə deməkdir?Allahın lütfü olmadan hər hansı çətinlikdən qurtulmuş qeyri-mümkündür.
Sözsüz ki, «Allahın kölgəsi» ifadəsi məcazi məna daşıyır. İnsan çətinliklər, gözlənilməz üzücü hadisələr zamanı, yalnız Allaha sığınmalı və ondan yardım diləməlidir. Allahın lütfü olmadan hər hansı çətinlikdən qurtulmuş qeyri-mümkündür. Allah-təalanın lütfünə bu sayaq dərin bağlılıq, insanı əbədi səadətə çatdırır. Dünya həyatı boyu Allahın lütfündən faydalanan insan haqqında məcazi olaraq, «bu şəxs Allahın kölgəsidir», deyirlər...


İmam Əlinin (ə) üzüyünün üzərinə nə yazılmışdı?


İmam Əlinin (ə) üzüyünün üzərinə nə yazılmışdı?İmam Əlinin (ə) üzüyünün üstündə اللّه الملك yazılmışdı. Xilafəti Həzrətə (ə) qaytaran zaman, o, üzüyünün üstünə bu sözləri yazdırır: الملك للّه الواحد القهار Qaşı firuzədən idi və bu üzük insana vəhşi heyvanlardan nicat verir və müharibədə zəfər çalmağa səbəb olur.
Safi nəql edir ki, ziyarətə getdim və İmamın (ə) buyurduğu yerdə bir şir bizə hücum etdi və mən İmamın (ə) buyurduğu kimi etdim və şir çıxıb getdi.
Ziyarətdən qayıdan zaman olanları Həzrətə (ə) danışdım və Həzrət (ə) mənə buyurdu: \"Bir şey qaldı ki, onu demədin”. Dedim: \"Yəqin ki, unutmuşam”. İmam (ə) buyurdu: \"Tusda gecə vaxtı qəbrin kənarında olan zaman cinlər qəbri ziyarət etmək üçün gəlmişdilər...


Bilirsinizmi ölülər kimlərə qibtə edirlər?


Bilirsinizmi ölülər kimlərə qibtə edirlər?Allahın Rəsulu (səlləllahu ələyhi və alih) buyurdu: \"elə bir gecə yoxdur ki, ölüm mələyi ölülərlə belə nida etməsin; Ey qəbristan sakinləri! Siz, ölüm (və ya qəbirə daxil olmaq) qorxusunu müşahidə etmisiniz. Hazırda kimə qibtə edirsininiz?
Ölülər belə cavab verər: biz, öz ibadət məkanında olan möminlərə qibtə ediririk. Belə ki, onlar namaz qılır, biz isə namaz qıla bilmirik, onlar zəkat verir, biz isə zəkat verə bilmirik, onlar ramazan ayında oruc tutur, biz isə oruc tuta bilmirik, onlar mallarının artığından sədəqə verirlər, biz isə sədəqə verə bilmirik.\"...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter