Kərbəlada Qasimin toy əhvalatı: həqiqət yoxsa yalan?


Qasim təziyə məclislərində, rövzə və şəbihlərdə ən çox xatırlanan obrazlardan biridir. Lakin təəssüf ki, onun tarixi simasına bəzi həqiqətdən uzaq çalarlar da əlavə ediblər. Yüz illərdir ki, Kərbəla çölündə İmam Hüseynin (ə) öz qızını Qasimə ərə verməsi, onlar üçün toy etməsi barədə rəvayətlər danışılır, hətta şəbihlərdə “Qasim otağı” (yəni Qasimin toy otağı) adlı bir element də meydana gəlib. İnsaflı və dəqiq araşdırmalar bu rəvayətin həqiqətdən uzaq olduğunu söyləməyə tam əsas verir.
-Hər şeydən əvvəl bunu qeyd edək ki, aşağıdakı mötəbər mənbələrdə Qasim ibn Həsənin (ə) toy əhvalatı doğru sayılmayıb:
-Şeyx Abbas Qumi. Müntəhal-amal. -Şeyx Hüseyn Nuri. Lölö vəl-mərcan. -Mürtəza Mütəhhəri. Həmaseyi-Hüseyni. -Şeyx Abdullah Maməqani. Tənqihül-məqal.


Hansı günlərdə oruc tutmaq müstəhəb sayılır?


Cavab: Oruc tutmaq İslam dinində bəyənilən və müstəhəb bilinən əməllərdən sayılır. Ona görə də ilin istənilən günündə oruc tutmaq müstəhəbdir. Yalnız Fitr və Qurban bayramı günləri istisnadır; həmin günlərdə oruc tutmaq haramdır. Bundan əlavə, aşağıda göstərilən günlərdə oruc tutmağın xüsusi savabı olduğu bildirilir:
-Hər qəməri ayın (müsəlman ayının) 13-cü, 14-cü və 15-ci günləri.
-Hər qəməri ayın birinci və sonuncu cümə axşamı günləri. Eləcə də, hər ayın 10-dan sonrakı ilk çərşənbə günü.
-Şəvval ayının 4-dən 9-na kimi keçən altı gün.
-Qədir-Xüm bayramı günü (18 zilhiccə)...


Fitr bayramı gecəsi müstəhəb olan əməllər hansılardır?


Fitr bayramı gecəsi müstəhəb olan əməllər hansılardır? Fitr bayramı gecəsi mübarək gecələrdən sayılır. Bu gecənin həm fəziləti, həm də, bu gecədə edilən ibadətlərin savabı haqqında bir çox hədis nəql edilmişdir. Bu gecənin bir neçə müstəhəb əməli vardır ki, onlardan bir neçəsini qeyd edirik: 1. Gün batan çağı qüsl etmək. 2. Bu gecə əhya saxlamaq, namaz qılıb dua, istiğfar etmək.
3. Məğrib, işa, sübh və bayram namazlarından sonra bu duanı oxumaq: \"Allahu əkbəru Allahu əkbəru lə iləhə illallah vallahu əkbər Allahu əkbəru va lilləhil-həmd. Əlhəmdu lilləhi ələ mə hədənə və ləhuş-şukru ələ məulənə.\" 4. Məğrib namazı və onun nafilələrini qıldıqdan sonra əlləri göyə qaldırıb bu duanı oxumaq: \"Yə zəl-mənni vət-taul, ya zəl-cudi, ya mustafiyə Muhəmmədin və nəsirəhu salli ələ Muhəmmədin və əli Muhəmməd vağfir li kullə zənbin əhsaytəhu və huvə indəkə fi kitəbin mubin.\"...


Fitr bayramı gününün müstəhəb əməlləri hansılardır?


Fitr bayramı gününün müstəhəb əməlləri hansılardır? Fitr bayramının da, bir neçə müstəhəb əməli vardır, o cümlədən;
1. Bayram namazını qılmaq
2. Qüsl etmək.
3. Bu gündə müəyyən olunmuş duaları oxumaq, istiğfar və möminləri dua etmək.
4. Yaxşı paltar geyib və ətirlənib namazı açıq fəza altında qılmaq.
5. İmam Huseyni (ə) ziyarət etmək.
6. \"Nudbə\" duasını oxumaq.


Orucda qəza və kəffarənin vacıb olduğu yerlər hansılardır?


Orucda qəza və kəffarənin vacıb olduğu yerlər hansılardır?Qəzanın və ya kəffarənin vacıb olduğu yerlər: 1- Əgər bir kəs Ramazan ayında bilərəkdən qaytarsa (qusmaq), yaxud cənabətli ola və sübh azanına qədər üç dəfə ayıla amma qüsul etməyə orucu batil olur. Amma o şəxsə yalnız qəza vacıb olur.
2- Yaxud bilərəkdən başını suyun altına sala, yaxud bilərəkdən imalə edə ehtiyat vacıb budur ki, qəzasını və kəffarəsini versin.
3- Bir kəs bilə ki bu iş orucu pozur və bilərəkdən onu edə, həm qəza həm kəffarə ona vacib olur.
4- Əğər məsələni bilməməzlik üzündən orucu pozan bir iş görübsə burda iki vəziyyət var. Birincisi- budur ki məsələni öyrənə bilərdi öyrənməyib, orucunu pozan ış görüb ehtiyat vacibə görə kəffarə vacıb olur.


Axirətimizi məhv edən kiçik günahlar hansılardır?


Axirətimizi məhv edən kiçik günahlar hansılardır? İnsan Qiyamət günü elə böyük günahla rastlaşar ki, bu kiçik günahların toplanmasından yaranmışdır. Əməl dəftərində onlar qeyd olunar. İmam Baqir (ə) buyurur: \"Dəyərsiz hesab etdiyiniz günahlardan çəkinin, çünki onlar da hesaba çəkiləcəkdir. Sizlərdən biriniz deyirsiniz ki, günah edirəm və bağışlanma da istəyirəm. Allah Təala buyurur: \"O şeyi ki, əvvəlcədən göndərmisən, nəticəsini yazacağıq. Hər bir şeyi Böyük İmama (əməl dəftərinə) yazarıq”. İmam Əli (ə) \"Nəhcül-bəlağə”də buyurur: \"Allah bəndələri! Özünüzü ölçün, sizi ölçmədən əvvəl. Hesabınızı çəkin, hesabınızı çəkməzdən əvvəl. Boğaz yolunuz tutulmazdan əvvəl rahat nəfəs alın. Sizi zorla itaətə vadar etməzdən əvvəl itaətkar olun. Bilin, həqiqətən o kəs ki, özünə yardım etməz və özünə xəbərdarlıq edən olmaz, başqası ona xəbərdarlıq və nəsihət edən olmaz”.


Çox danışmaq necə cəhənnəmə aparır?


Çox danışmaq necə cəhənnəmə aparır?İmam Əli (ə) buyurur: “Hər kim çox danışar – səhvləri də çoxalar. Hər kimin səhvi çoxalar – həyası azalar. Hər kimin həyası azalar – təqvası azalar. Hər kimin təqvası azalar – qəlbi ölər. Hər kimin qəlbi ölər – cəhənnəmə daxil olar”. Hədisin şərhi.
İmam (ə) çox danışmağın ziyanlarına işarə edərək buyurur ki, hər kim çox və yersiz danışar, istər-istəməz səhvləri və xataları da çox olar. Dediyi sözlərin artıq mənasına və məntiqinə diqqət etmədiyinə görə, çoxlu səhvlər edər. Bu səhvlər sayəsində insanların qarşısındakı etibarı zədələnər. Nəticədə həyası azalar. Həyası o qədər azalar ki, etdiyi səhvlərin nə qədər utandırıcı olduğuna diqqət etməz. Həya insanı bir çox səhv və günahdan saxlayar. Əgər həya azalarsa, insan daha çox günah etməyə meyl edər...


Dəstəmaz alanda bu surəni oxuyun ki, günahlar tökülər...


Dəstəmaz alanda bu surəni oxuyun ki, günahlar tökülər...Əgər bəndə böyük əzəmət sahibi olan tək Allahla münacat və ibadət etmək istəyirsə, gərək bu görüşə hazır olsun. Zahiri çirkinliyini və nəcasətini aradan aparsın və batinini paklasın. İmam Sadiq (ə) buyurur: \"Hər kim \"Qədr” surəsini vacib namazlarının birində oxuyarsa, carçı car çəkər: \"Ey Allah bəndəsi! Keçmiş günahların bağışlanıldı, əməllərinə yenidən başla!””. İmam Sadiq (ə) buyurur: \"Hər kim \"Qədr” surəsini suya oxuyar və onu içər – Allah onun gözündə nur qərar verər”.İmam Rza (ə) buyurur: \"O mömin ki, dəstəmaz alan zaman \"Qədr” surəsini oxuyar, günahlarından xaric olar. Anasından doğulduğu gün kimi”. İmam Sadiq (ə) buyurur: \"Hər kim \"Qədr” surəsini şəfaətçi qərar verər və Allah Təaladan istəyi olar – Allah şəfaətini qəbul edər və istəyini yerinə yetirər”...


İmam Əli (ə) beytul-mala xəyanət edənlə necə rəftar etdi? Görünməmiş cəza !


İmam Əli (ə) beytul-mala xəyanət edənlə necə rəftar etdi? Görünməmiş cəza ! O Həzrətin xilafəti vaxtında xəbər çatdırırlar ki, Əhvaz bazarına təyin etdiyi cavabdeh şəxs xəyanət edir. Bunu eşidən İmam (ə) o şəhərin baş məmuruna belə yazdı: - Eləki məktubumu oxudun bazar məmuru İbn Hərməni bazar nəzarətindən uzaqlaşdır. Onu zindana at, onun abırını apar! Əhvazın ətraf bölgələrinə də yaz ki, mən Əli onun üçün belə bir aqibət qərar verdim. Məbadə onun cəzasını verməkdə qəflət edəsən yaxud zəiflik edəsən. Yoxsa Allah yanında xar olarsan. Yoxsa ən pis halda mən səni işdən kənar edəcəm. Allah bunu göstərməsın. Eləki cümə gününə yetışdiniz onu zindandan çıxart və ona 35 şallaq vur. Onu bazara apar. Kimsə təsdiq edə ki, İbn Hərmə ondan bir şey alıb, o zaman o kəsə and içdir...


İmam Əlinin (ə) daima qılıncının qınında saxladığı kətibə nə haqda idi?


İmam Əlinin (ə) daima qılıncının qınında saxladığı kətibə nə haqda idi? Bu kitabça kiçik yazı məcmuəsi kimi Əli (ə)ın qılıncının qınında qorunurdu. Əhli-Sünnə mənbələrində bu kitabça barəsində hədisdə buyrulur:” Əbu Cəhifə deyir: Soruşdum Ya Əli sizin yanınızda başqa bir kitab ( yəni Qurandan savayı ) varmı? Həzrət buyurdu: - Xeyr bizim yanımızda elə bir şey yoxdur. Amma hər kim Allahın kitabından nəyi dərk edib, başa düşüb bilirsə bu kitabcada vardır. Soruşdum o səhifə nədir ki? O cənab buyurdu: -Bu kitabcada diyəyə aid (gizli, həssas) hökümlər, qulların azad olması barədə olan hokümlər, bir müsəlmanın kafiri öldürməsinə görə qisas edilməməsi və sair yer alıb.”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter