Aşura gecəsində hansı 5 mühüm hadisə baş verdi?


Aşura gecəsində hansı 5 mühüm hadisə baş verdi? Aşura gecəsinin 5 mühüm hadisəsi:
1. Aşura gecəsi İmam Hüseynin (ə) tərəfdaşlarından biri olan Muhəmməd ibni Bəşir Həzrəmiyə xəbər verirlər ki, oğlun Rey sərhədində əsir düşmüşdür. O, cavabında demişdi: “Onun və özümün müsibət savabını Allah Təaladan istəyirəm...
2. İmam (ə) Aşura gecəsi öz tərəfdaşlarına xütbə oxudu və onları şəhadətdən agah etdi. Onlara İlahi savabı müjdələdi. Qasim ibni Həsən (ə), İmam Hüseynə (ə) dedi: : “Mən də şəhid olacağam?”. İmam (ə) ona mehribanlıqla baxıb buyurdu: “Oğlum, ölüm sənin üçün necədir?”. Dedi: “Ey əmi! Ölüm mənim üçün baldan da şirindir”...
3. İmam Hüseyn (ə) əmr verir ki, xeymələrin arxasında xəndək qazsınlar ki, hərəmi qorumaq mümkün olsun...


İmam Hüseyni (ə) sevənlər üçün Ayətullah Xameneidən diqqət etməli 7 nöqtə hansılardır?


İmam Hüseyni (ə) sevənlər üçün Ayətullah Xameneidən diqqət etməli 7 nöqtə hansılardır? Ali Rəhbərin xütbələrindən götürülmüş diqqət edilməli 7 nöqtə:
1. Əzadarlıq məclislərinin qədrini bilin və bu məclislərdən istifadə edin. Bu məclisləri qəlbən və ruhən İmam Hüseynlə (ə) və ümumilikdə Əhli-Beytlə (ə) rabitə qurmaq üçün vasitə qərar verin.
2. İbrət odur ki, insan baxsın və görə bilsin. Necə oldu ki, insanların gözü önündə böyüyən və Peyğəmbərin (s) ən sevimli nəvəsi olan və Həzrətin (s) onun barəsində buyurduğu: “Behişt cavanlarınınsərvəridir”, kəlməsini insanlar yarım əsr keçməmiş unutdular və görməməzliyə vurdular?!
3. Əgər insan canını qorumaq üçün Allah yolunu tərk edərsə və o yerdə ki, haqq deməlidir, deməzsə – o zaman İmam Hüseyn (ə) kimilər döyüş meydanına çəkilər və qətl edilər...


Yalnız Həzrət Əlidə (ə) olan 12 maraqlı məqam!


Yalnız Həzrət Əlidə (ə) olan 12 maraqlı məqam! Əli (ə) kamil insan, dibinə daldıqca bitməyən bir dəryadır. Hər kəs bu dəryadan öz nəsibini almaq istər. Əli (ə) barəsində öyrəndikcə, eşitdikcə onu (ə) sevənlərin qəlbi fərəhlə dolur, ona (ə) kin bəsləyənlərin isə qəlbi dahada qaralır. Bu o Həzrətin cazibə və dafiəsinin güclü təsirindəndir.O Həzrət barəsində maraqli məqamlar:
1-İştirak etdiyi döyüşlərin hamısından qalib olaraq qayıdıb.
2-Allah Rəsulu (s) buyurub: Əli insanların ən şücaətlisidir.
3-Düşmənlərini yalnız bir zərbə ilə öldürüb.
4-Allah Rəsulu (s): Əli, Allahın düşmənlərdən intiqam aldığı qılıncıdır...


Namazda kişi ilə qadın arasındakı məsafə nə qədər olmalıdır?


Namazda kişi ilə qadın arasındakı məsafə nə qədər olmalıdır? Namazın həm zahirinin, həm də mənəvi halının qorunması vacibdir. Namazı zahiri formalarından biri də qadın, kişi arasında olan uzaqlıq məsələsidir. Digər vacibi rükünlər kimi bu məsələyə də diqqət olunmalıdır. Bu barədə fəqihlərin iki nəzər vardır- bəziləri namaz halında kişi ilə qadın arasındakı məsafəni vacıb, bəziləri isə müstəhəb biliblər.
Ayətullah Xameneyi: Qadının kişidən bir qarış öndə və ya yanında durmasını iradı yoxdur.
Ayətullah Sistani: Bu halda ehtiyat vacibdir ki, namazlarını təzələsinlər. Birinci başlayanın namazı səhih, ikinci gəlib başlayan ehtiyat vacibə görə namazını yeniləsin...


Yalan danışmaq və and içmək - Onun şəri hökmü nədir?


Yalan danışmaq və and içmək - Onun şəri hökmü nədir? Yalan heç bir kəsin, heç bir normal cəmiyyətin bəyənmədiyi və öz sahibini batırdıqca batıran nalayiq bir əməldir.
İslaminSesi.info - Rəvayətdə buyurulur: Allah Rəsulundan (s) möminin günah edə biləcəyi barədə soruşduqda mümkündür ki, imanı ondan ayrılsın və o günah etsin, amma mömin yalan danışmaz deyə buyurdu. Hətta yalan bütün günahların açarıdır kimi ifadələr də deyilib. Çünki diqqət etdikdə özümüz də müşahidə edirik ki, insan yalan danışdıqca sanki günah girdabının içinə çəkilir, batdıqca batır. Çünki dediyi yalanı örtbasdır etmək üçün yeni yalana ehtiyac olur. Bu da öz ardınca fəsad və yalanlar gətirir. Əxlaq elmində yalan iki qismə bölünür: Bir şeyi etməyəcəyinə dair söz vermək və hər hansı bir şeyi isbat və ya inkar üçün deyilən yalan.


Tövrat və İncilə də Quran kimi hörmət etmək vacibdir?


Tövrat və İncilə də Quran kimi hörmət etmək vacibdir? Görəsən Tövrat və İncili də Qurani Kərim kimi müqəddəs bilib ehtiramını qorumaq bizə vacibdir?
Ayətullah Safi Gülfəyqani: Tövrat və İncil səmavi kitabdır. Onların təhrif olmaqlarına baxmayaraq ümumi nəzərə alanda Allah kitabı hesab olunduğu üçün ehtiramı lazımdır və hörmətsizlik haramdır.
Ayətullah Məkarim şirazi: Onlarda səmavi kəlamlar olduğu üçün hörmət qoyulsun.
Ayətullah Hadi Tehrani: Hörmətsizlik icazli deyil. Çünki Allah və Peyğəmbərlərə şamil edilir./Y. Nuriyev


\"72 şəhid\" ifadəsi nə qədər doğrudur?


"72 şəhid" ifadəsi nə qədər doğrudur? Kərbəla şəhidlərinin sayı barədə tarix kitablarında dəqiq və yekdil rəy yoxdur. Həm qədim, həm də müasir mənbələrdə şəhidlərin sayı ən müxtəlif ədədlərlə ifadə olunur.
Belə ki, hətta bir mənbədə verilən ədəd başqa mənbədə göstərilən ədəddən iki dəfə artıq olur. Bəzən eyni bir kitabın müxtəlif səhifələrində ziddiyyətli rəqəmlərə rast gəlirik. Kərbəla şəhidləri arasında eyni adlı, yaxud adları oxşar olan şəxslər çox olduğuna görə, onların seçilib müəyyən edilməsi çətinləşir. Bəzən iki müxtəlif adam kitablarda bir nəfər kimi xatırlanıb, yaxud əksinə. Bəzən isə katiblərin xətası üzündən bircə hərf, yaxud nöqtənin dəyişdirilməsi nəticəsində ciddi fərqlər yaranıb. Aşuranın ədalətli şahidlərinin böyük əksəriyyəti həmin gün qətlə yetirili. Buna görə də bu böyük faciənin rəvayətçiləri arasında düşmən tərəfdə İmam Hüseynin (ə) əleyhinə döyüşmüş şəxslər mühüm yer tutur. Onların rəvayətini düzgün qəbul edib-etməmək barədə də fikir ayrılıqları vardır...


Aşura hadisəsi üçün nə üçün əzadarlıq etməliyik?


Aşura hadisəsi üçün nə üçün əzadarlıq etməliyik? Cəmiyyətin İmam Hüseyn ruhunda tərbiyə olunub, bu hadisənin müsbət tərəflərini görmələri, bu növ işlərə təşviq olunmaları üçün, onların müvafiq hisslərinə təsir edən amillərin araşdırılması zəruri məsələlərdəndir. Amma burada diqqət edilməsi lazım olan digər bir mövzu da var. Görəsən bu hissləri təhrik etmək üçün əzadarlıq edib ağlamaq yeganə yoldurmu? Hətta bayram əhval-ruhiyyəli mərasimlərdə də insanların bu kimi duyğularına təsir edilməsi mümkündür. Biz İmamlarımızın mübarək doğum günü münasibətilə keçirilən şənlik mərasimlərində də xalqın daxili duyğularının həyacana gəldiyini dəfələrlə müşahidə etmişik...


Məhərrəm ayında təzə evə köçmək olarmı?


Məhərrəm ayında təzə evə köçmək olarmı? İslam hökmləri insanların həyatına çətinlik yox, asanlıq gətirmək məqsədi ilə Allah tərəfindən göndərilib. Təzə evə köçmək heş vaxt qadağan deyil, şəriətimizdə bunu qadağan edən heç bir məhdudiyyət yoxdur. Məhərrəm ayında da təzə evə köçmək olar. Lakin müsəlmanların hüzn və kədər günləri olan məhərrəmlik mövzümündə təzə evə köçən adam bir qaydaya riayət etməlidir. Dinimizdə bəzi məxsusi hallarda ziyafət vermək, dost-tanışları bir araya toplamaq bəyənilir. Belə hallardan biri də təzə ev tikməklə bağlıdır. Təzə ev tikib köçən adam yaxşı olar ki, israfa yol vermədən ziyafət təşkil etsin. Amma ziyafət şadlıq məclisi sayılır. Məhərrəmlik mövsümündə isə şadlıq məclisi keçirmək olmaz...


Əgər qadın hicaba riayət etmirsə, əri günahkar sayılırmı?


Əgər qadın hicaba riayət etmirsə, əri günahkar sayılırmı? İslam dini məcburiyyət dini deyil. Quranda da buyurulur ki, dində məcburiyyət yoxdur. İnsan dinin hökmlərinə könüllü və səmimi şəkildə riayət etməlidir. Əgər hökmlərə riayət etmirsə, özü günah qazanır. Hər kəs öz əməllərinə görə cavabdehdir. Lakin hər kəsin başqalarına nisbətdə müsəlmanlıq borcu da var. Bir kəsin günaha bulaşdığını görəndə onu çəkindirməli, nəsihət verməliyik. Buna İslam əxlaqında “nəhy ənil-münkər” deyirlər. Şərait imkan verdiyi halda günahkarın günahını görə-görə onu bu işdən çəkindirməmək insanın öhdəsinə məsuliyyət gətirir...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter