Marketlərdə alış-veriş zamanı karta yüklənən bonuslara görə verilən hədiyyələr halaldırmı?


Marketlərdə alış-veriş zamanı karta yüklənən bonuslara görə verilən hədiyyələr halaldırmı? Marketlərdə satılan mallar və o malların alışı zamanı ödənilən pullar market sahibinin mülkü sayılır və o mülkdən istifadə hüququ da marketin sahibinə məxsusdur. Əgər marketin rəhbərliyi öz alıcılarını alış-verişə həvəsləndirmək üçün könüllü şəkildə bu üsullardan istifadə edirsə, burda haram yoxdur. Alıcılar marketdə qoyulan qaydalara əsasən alış-veriş zamanı qazandıqları bonus ballarına uyğun olaraq onlara verilən hədiyyəni qəbul edə bilərlər. Eləcə də, əgər lotereya bileti əlavə pul ödənilmədən, alış-veriş müqabilində alıcıya təqdim edilirsə və müəyyən müddətdən sonra püşkatma yolu ilə qalıb seçilirsə, burda da günah yoxdur...


Qadın səcdə edərkən yaylıq onun alnı ilə möhür arasında qalsa nə etməlidir?


Qadın səcdə edərkən yaylıq onun alnı ilə möhür arasında qalsa nə etməlidir?Səcdə zamanı yeddi bədən üzvünün yerə dəyməsi lazımdır. Bunlar alın, iki əlin içi (ovuc), iki diz qapağı və iki ayağın baş barmaqlarıdır. Səcdə zamanı alın mütləq torpağın (möhürün) və ya torpaqdan çıxan, amma yeyilməyən və geyilməyən maddənin üzərində olmalıdır. Digər 6 üzvün torpaq və ya torpaqdan çıxan, yeyilməyən və geyilməyən maddə üzərində olması vacib deyil. Ovuclar, dizlər və ayaq barmaqları xalçanın üzərində də ola bilər. Həmçinin, alınla möhür arasında gərək maneə də olmasın. Əgər qadının hicabı alnı ilə möhürün arasında qalsa və bu maneəni aradan qaldırmasa, səcdə etibarsız sayılacaq. Buna görə də alnı möhürdən qaldırmadan ehmalca hicabı alınla möhürün arasından dartıb kənara çəkmək və səcdə zikrini söyləmək lazımdır.


Yaxını rəhmətə getmiş kişinin 40 gün saqqal saxlaması barədə dinimizdə göstəriş varmı?


Yaxını rəhmətə getmiş kişinin 40 gün saqqal saxlaması barədə dinimizdə göstəriş varmı? Ümumiyyətlə, dinimizə görə, kişinin üzündəki tükü dibindən qırxması çox bəyənilməz hal sayılır. Müctəhidlərimiz bu işi ehtiyata görə haram bilirlər ki, bu da günah səviyyəsində olan hərəkətdir. Buna görə də kişinin üzündə az da olsa saqqal olması hər zaman lazımdır. Saqqal saxlamağın matəmə dəxli yoxdur. Yaxın adamı rəhmətə getmiş şəxsin 40 gün üzünü qırxmaması isə dinlə bağlı olan məsələ deyil, milli adət-ənənədir. Bununla insanlar kədər içində olduqlarını və özlərini səliqəyə salmaq, bəzəmək fikrinə düşmədiklərini nümayiş etdirirlər. Bu hərəkəti dinimiz nə bəyənir, nə də qadağan edir. Əgər saç-saqqal 40 gün ərzində çox uzansa və səliqəsiz, pinti hala düşsə, onu səliqəyə salmaq daha yaxşıdır.


Qadınların ömrünü nə uzadır?


Qadınların ömrünü nə uzadır? Britaniya alimləri bildirirlər ki, alış-veriş etmək qadın sağlamlığına müsbət təsir göstərir. Son tədqiqatlar nəticəsində məlum olmuşdur ki, əgər düzgün yanaşılarsa alış-verişin təsiri fitnesdən heç də az olmayacaq. İl ərzində qadınlar ticarət mərkəzlərində 330 km dən çox yol gedir, bu halda 14 min kkal. əridir ki, bu da 67 plitka şokolada bərabərdir. Bununla bağlı keçirilən testdə iştirak etmiş 20 könüllü maqazinlərdə alış veriş edərkən hər 4 həftədə gedilmiş məsafəni fiksə etmişdir. Alimlər alış-verişin faydasını onda görürlər ki, qadınlar buna öz vaxtlarını effektiv sərf etməyi bacarırlar, bir məntəqədən digər bir məntəqəyə tez hərəkət edirlər və s...


Tacirlər gərək hansı 5 şeydən çəkinsinlər?!


Tacirlər gərək hansı 5 şeydən çəkinsinlər?!Əziz Peyğəmbərdən (s) belə bir hədisimiz vardır ki, buyurub: “O kəs ki, alış-veriş edir, gərək 5 şeydən uzaq olsun, əks halda alış-veriş etməsin: sələm, and içmək, malının eybini gizlətmək, satan zaman malını çox tərifləmək və alan zaman malı pisləmək”. Tacirlərin bir çoxu alış-veriş zamanı öz mənafelərini güddükləri üçün Allahı, Peyğəmbəri (s) unudurlar. İmamlarımızdan (ə) eşitdiyimiz hədislərdə də bunun açıq şahidi oluruq. İmam Əli (ə) bazara gəlir və öz yerində dayanıb deyərdi: “Salam olsun sizə, ey bazar əhli! Allahdan qorxun və and içməyin. Çünki and içmək malın bərəkətini aparar”. Həzrət (ə) başqa yerdə buyurur: “Ey dəllal insanlar! Az and için ki, bu əməl malı satdırar və (həqiqi) gəliri aradan aparar”. İmam Sadiq (ə) buyurur: “Allah Təala malını and içməklə satan insana nifrət edər”...


Sələm yeyənlər bu dünyada da cəzalarını alacaqlar!


Sələm yeyənlər bu dünyada da cəzalarını alacaqlar!İslami hədislərdən bu qənaətə gəlmək olur ki, sələm yeyənləri həm dünyada və həm də axirətdə ağrılı əzablar gözləyir. İmam Sadiq (ə) buyurur: “Sələm yeyən bu dünyada dəlinin taleyinə giriftar olar”. Axirət cəzaları barəsində isə oxuyuruq: “Peyğəmbər (s) meracda olan zaman görür ki, bir dəstə insanın qarınları böyükdür və bu halda ayağa qalxır və müvazinətlərini itirmiş halda bir neçə addım atar və yerə yıxılarlar. Yenə ayağa qalxar və yerə yıxılarlar. Bu hal davamlı olaraq təkrar olar. Həzrət (s) Cəbrayildən (ə) soruşur: “Bunlar kimlərdirlər?”. Cəbrayil (ə) deyir: “Ya Rəsulallah! Onlar sələm yeyəndirlər”.


Qəlblər dəmir kimi paslana bilir. Bəs nə ilə cilalamaq olar?


Qəlblər dəmir kimi paslana bilir. Bəs nə ilə cilalamaq olar?Bəzi hədislərə nəzər salanda görmək olur ki, insan ruhu dəmir ilə müqayisə edilir. Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Bu qəblər dəmir kimi, suya dəyəndə paslanar”. Soruşurlar ki, bəs qəlbi necə cila etmək olar? Buyurur: “Ölümü çoxlu yada salmaq və Quran tilavəti ilə”. İmam Sadiq (ə) buyurur: “O zaman ki, insan günah edər, qəlbində qara ləkə yaranar. Əgər tövbə edərsə, məhv olar. Əks halda hər bir günahla qara ləkə daha çox olar. O yerə qədər ki, bütün qəlbə qalib gələr və ondan sonra heç bir zaman xilas olmaz”.


Gecə dırnaq tutmağın maneəsinin islami əsası varmı?


Gecə dırnaq tutmağın maneəsinin islami əsası varmı? Allah Rəsulu (s) buyurub: Təmizlik imandandır. İnsana paklığı ilə əlaqədar tövsiyyə olunan müstəhəb əməllərdən biri də dırnaq tutmaqdır. Bu əməl hər vaxt icra olunsa insan üçün bəyəniləndir. Lakin cümə günü dırnaq tutmaq isə insana daha çox savab qazandırır (bu cümənin fəzilətli gün olması ilə əlaqədardır). Dırnağı kəsməmək, onu uzatmaq bəyənilməyən işlərdəndir. Həmçinin dırnağı dişləmək, dişlə qoparmaq nəhy olunmuş (qadağan) əməllərdəndir. İnsan günün hansı saatında təmizliklə məşğul olsa məqbuldur. Hədisdə bığ, saqqal və dırnağın kəsimi barəsində buyurulur: Allah pakdır. Bütün bunları istəsəniz cümə günündə, istəsəniz digər günlərdə edə bilərsiniz. Cümə günü etmək daha üstündür. Dırnağın gecə kəsilməsinin kərahəti barəsində heç bir mənbədə rast gəlinməyib. Hədislərə əsasən bu iş istər gecə, istər gündüz olsun icazəlidir...


Nə edək ki, ixlasımızı qoruya bilək?


Nə edək ki, ixlasımızı qoruya bilək?İxlaslı əməlləri qorumaq üçün 3 yol tövsiyə olunur:
1. İxlası qorumağın yollarından biri budur ki, özünə təlqin edəsən ki, Allahın sənin ibadətlərinə ehtiyacı yoxdur. Bəlkə əməllər insanın öz xeyrinədir!
2. İxlası qorumaq üçün, yaxşı əməli görməzdən əvvəl və sonra insan nəfsani istəkləri və şeytani vəsvəsələr ilə mübarizə aparmalıdır. Yəni, insan böyük cihadın – nəfslə mübarizənin səngərində olmalıdır. Saleh əməlinin şeytan tərəfindən məhv edilməsinə imkan verməməlidir...
3. İxlası qorumağın yollarından biri də budur ki, insan öz xeyir əməllərini unutmalıdır. Sanki onu yerinə yetirməmişdir. Ancaq öz nöqsanlarını həmişə yadında saxlamalıdır.


Nə üçün salehlər çətinlik, günahkarlar isə rifah içində yaşayır?


Nə üçün salehlər çətinlik, günahkarlar isə rifah içində yaşayır?Allah salehləri, öz dostlarını sevdiyi üçün hər hansı səhvə görə onları dərhal cəzalandırır ki, onlar öz səhvlərinə diqqətli olsunlar. “Haqqə” surəsinin 44-45-ci ayələrində buyurulur: “Əgər peyğəmbər bizə istinad edərək özündən sözlər danışsa, ondan mütləq intiqam alarıq.”
Möminlər də belədir. Səhv edən kimi cəzalandırılırlar. Günahkarlara isə əvvəlcə möhlət verilir, möhlət başa çatdıqdan sonra onlar əzaba düçar olurlar. (“Kəhf”, 59.) İslahına ümid olmayan kafirlərə qiyamət gününədək möhlət verilir ki, günahlarını daha da artırsınlar. (“Ali-İmran”, 178.)...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter