Şeytan hansı insanlara hücum gətirər?


Şeytan hansı insanlara hücum gətirər?... «Ürvətül-vusqa»nın oxşarı olan digər bir Quran ifadəsi də vardır: «İtəsimu bihəblillah». Bu ifadə ilə «Ali-imran» surəsinin 103-cü ayəsində rastlaşırıq: «Hamınız bir yerdə Allahın ipindən möhkəm yapışın və parçalanmayın». «İtisam» «yapışmaq» kimi tərcümə olunsa da əslində «sığınmaq», «pənah aparmaq» mənasını verir. İnsan dünya və axirət çətinliklərindən qurtarmaq üçün yalnız Allahdan kömək ala bilər. Bu ehtiyacı anlayan insan Allahın ətəyindən yapışacaqdır. Şeytan yalnız Allahı unutmuş insana yol tapır. Özünü təhlükədə hiss edən insan isə Allahı unuda bilməz. Daim bu düşüncədə olan insan İslamda xüsusi qeyd olunan «yəqin» məqamına çatır. Əbədi cəhənnəmin mövcudluğuna yəqini olan insan çıxış yolunu Allaha pənah aparmaqda görür. Yəqinə çatmış insanın qəlbi imanla dolu, əməlləri saleh olur.


Dini qəbul etməyən adama son sözümüz nə olsun?


Dini qəbul etməyən adama son sözümüz nə olsun?Sürücülər yolda karlarına gələ biləcək bəzi şeyləri özləri ilə götürürlər. Ehtiyat təkəri olan avtomobilin yolda təkəri buraxmasa, sürücü bir şey itirmir. Amma ehtiyat təkəri olmayan avtomobilin təkəri yolda buraxsa sürücü əziyyət çəkməlidir. Bəli, insan ehtimal verdiyi hadisələrə qarşı hazırlıq görməlidir. Ehtiyatlı insan soyuqda donmaz, yağışda islanmaz. Bəs dində necədir? Peyğəmbərlər ölümdən sonrakı həyat, sorğu-sual haqqında kifayət qədər məlumat vermişlər. Xalqın onlara inanan hissəsi sutkada on-on beş dəqiqə namaz qılır, ildə bir dəfə bir ay müddətində oruc tutur və zərərli işlərdən çəkinirlər. Bu insanlar axirətdə bir şey qazanmasalar da ...


Hər kimdə bu üç şey olarsa, imanın dadını bilər?!


Hər kimdə bu üç şey olarsa, imanın dadını bilər?!Həzrət Peyğəmbər (s) buyurur: “Üç şey vardır ki, hər kimdə bu üç şey olmazsa imanının dadını hiss etməz: Allah Təalanın haram buyurduğu şeylərdən onu saxlayan pəhriz, cahilin cəhlini geri qaytaran mülayimlik, xəlq ilə mehriban olmağa səbəb olan gözəl xasiyyət”.Həzrət (s) buyurur ki, hər kimdə bu üç şey olmazsa, imanın dadını hiss etməz. Yəni, bu üç sifət olmazsa, yəqini qüvvətlənməz və imanı zəif olar. Əgər fasiq insan olarsa, insanlara qəzəblənərsə və hər istədiyini edərsə – bu insan imanın dadını hiss edə bilməz...


Allahın Rəsulu (s) dolanışığını necə təmin edirdi?


Allahın Rəsulu (s) dolanışığını necə təmin edirdi?Allah Rəsulu (s) əlinizin zəhmətini yeyin deyə buyurub. Yəni hər kəs özünün və ailəsinin ehtiyacını özü əldə etsin. Bu həm başqalarını zəhmətə salmamaq üçün, həm də insan şəxsiyyətinin hifz edilməsi üçün çox mühüm məsələdir. Qurani Kərimdə Allah Rəsulu (s) bizim üçün örnək gətirilib: Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir (Əhzab-21). Quranın bizim üçün qeydsiz gətirdiyi örnək, o deməkdir ki, Peyğəmbər (s) qeydsiz olaraq bütün sahədə bizə örnəkdir. Elə isə Allah Rəsulu (s) işləmək və öz məişət xərclərini əldə etməkdə də bizə örnəkdirmi? Yoxsa Peyğəmbərimiz ümumiyyətlə heç kəsb və qazanc əldə etməzdi? Peyğəmbərin (s) uşaqlıq və yeniyetməlik dövru qısa şəkildə də olsa çoxlarına məlumdur...


Sələm niyə haramdır? - İmam Rzanın (ə) bəyanı


Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar. Allah kafiri, günahkarı sevməz! (Bəqərə-276).
İslaminSesi.info - Riba yaxud sələm Quranın hökmü ilə haramdır. Riba bir şey vermək, nəticədə verdiyindən artıq almağa deyilir. Həm Quranda, həm də hədislərdə riba həddən artıq pislənib. İnsanlar təkidlə bu işdən çəkindirilib. Çünki bu işin nəticəsi fəsad və fəlakətlərə səbəb olur. Borc alan şəxs nə qədər də borcunu ödəsə yenə qurtulmağ çox çətin olur. İmam Rza (ə) ribanın haram olma səbəbini və onun fəsadlarını, nəticəsin öz hədisində təfsilatı ilə belə açıqlqyır: Ribanın haram olması Allahın onu haram etməsinə görədir. Çünki o malı xarab edir (bərəkətin aparır). İnsanın bir dirhəmi iki dirhəm müqabilində satarsa, o dirhəmin biri onun özünün, digəri isə batildir. İstər alan üçün olsun, istər satan üçün, hər bir halda sələm böyük bir ziyandır...


İslam dininin qalstuk kimi əcnəbi geyimlərə münasibəti necədir?


Qalstuk, kəpənək və bu kimi şeylər də nə ürfümüzdəndir (mentalitet), nə də dinimizdən. Amma bu son zamanlar çox rast gəlinən hallardandır. Bəzən möminlərdən də bu geyimdən istifadə edir. Xüsusən də toy, nişan və bu kimi hallarda daha tez-tez rast gəlinir. İslam şəriətində qalstuk, kəpənək və bu kimi şeylərdən istifadə etməyin hökmü nədir?
1-Ayətullah Sistani: Özü özlüyündə manesi yoxdu. Amma ortama uyğun haramla nəticələnir.
2-Ayətullah Behcət: Ehtiyatın xilafınadır.
3-Ayətullah Xameneyi: İcazəli deyil.
4-Ayətullah Məkarim Şirazi: Bizim ətrafımızda əcnəbilərin mədəniyyətini təbliğ etməli olduğundan, istifadə etmək icazəli deyil.


Hansı 15 yerdə namaz qılmaq bəyənilmir və məkruhdur?


...Amma bəzi yerlər vardır orada namaz qılmaq bəyənilmir, lakin namaz batil olmur. Lakin çarəsiz qalmadığı halda orada namaz qılmasın:
1-Hamam 2-Duzlu yer 3-Başqa insanın qarşısında 4-Açıq qapı önündə 5-İnsanların gəlib getdiyi küçə və xiyabanlarda ( insanlara zəhmət verməsə belə) İnsanlara zəhmət versə icazəli deyil 6-Atəş və çırağ qarşısında 7-Mətbəxdə və atəş olan yerdə 8-Nəcasət dolu çuxur və quyu qarşısında 9-Hər hansı canlının şəkili ilə üz-bəüz...


Hansı 15 yerdə namaz qılmaq bəyənilmir və məkruhdur?


...Amma bəzi yerlər vardır orada namaz qılmaq bəyənilmir, lakin namaz batil olmur. Lakin çarəsiz qalmadığı halda orada namaz qılmasın:
1-Hamam 2-Duzlu yer 3-Başqa insanın qarşısında 4-Açıq qapı önündə 5-İnsanların gəlib getdiyi küçə və xiyabanlarda ( insanlara zəhmət verməsə belə) İnsanlara zəhmət versə icazəli deyil 6-Atəş və çırağ qarşısında 7-Mətbəxdə və atəş olan yerdə 8-Nəcasət dolu çuxur və quyu qarşısında 9-Hər hansı canlının şəkili ilə üz-bəüz...


Möminin bərzəx sarayını nə vaxt od bürüyər?


İslaminSesi bildirir ki, Mömin bəndələrdən olan Molla Əli Qarzuni təqvalı insanlardan olmuş və sadiq yuxulara malik olmuşdur. O, nəql edir ki, bir gecə yuxuda böyük bir şəhər görür ki, axırını müşahidə etmək mümkün deyildi. Ortasında böyük və təmtəraqlı bir saray görür və heyrət edir ki, bu saray kimindir. Gözətçilərdən birindən soruşur və o, da deyir ki, bu saray Həbib Nəccar Şirazinindir.Abid deyir: “Mən onu tanıyırdım və onunla dostluq edirdim. Bu zaman onun məqamına qibtə etdim və anidən gördüm ki, bir ildırım çaxdı və o sarayın bir mərtəbəsini və şəhəri oda bürüdü. Şəhər yanmağa başladı və aradan getdi, sanki heç olmamışdı kimi. Mən qorxu və dəhşət içində yuxudan ayıldım. Başa düşdüm ki, elə günah etmişdir ki, əməllərini məhv etmişdir...


İmam Əli (ə) buyurur: Sizlərinə səkkiz sayətinə görə dualarınız qəbul olmur?!


Bir nəfər İmam Əlinin (ə) yanına gələrək duasının qəbul olunmamasından şikayət edərək, dedi: Bir halda ki, Allah-Taala (c.c) buyurmuşdur: “Siz dua edin mən qəbul edərəm.” Nə üçün biz dua edirik, amma qəbul olunmur?? İmam sual edənin cavabında buyurdu: “Həqiqətən qəlb və fikriniz 8 xasiyyətlə sizə xayənət etmişdir: (bu səbəbdən dualarınız qəbul olunmur)
1-Sizlər Allahı tanımısınız, amma onun haqqını ödəməmisiniz, buna görə də tanımanız sizə heç bir fayda yetirməmişdir!
2-Sizlər Onun göndərdiyi şəxsə iman gətirmisiniz, amma onun istəklərinə qarşı çıxmısınız. Belə olan halda imanınızın faydası harda görsənər?
3-Onun kitabını oxumusunuz amma əməl etməmisiniz, dediniz eşitdik, itaət etdik sonra da müxalifətçiliyə qalxdınız!...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter