İnsana günahın özündən daha pis təsir qoyan işlər nələrdir?


... Allah Rəsulu (s) günahın özündə də betər olan, insanı alçatdıqca alçaldan amillərə toxunaraq, bu amilləri belə sadalayıb: “Günahın daxilində 4 şey vardır ki, günahın özündən daha pisdir:
-Günahı kiçik bilmək,
-Əməli ilə iftixar etmək,
-Etiyi əməli ilə şad (xoşhal) olmaq,
-Bu işlərinə israrçı olmaq!” (Mustədrək 11/349)
İnsan, mənəviyyatının və iradəsinin gücü yetdiyi qədər günah və rəzil işlədən çəkinməlidir ki, insanlığını əldən verməsin. Buna gücü yetməssə ən azından etiyi pis işlərlə qürrələnib fəxr etməsin ki, Quranın buyurduğu kimi alçaqların alçağı səviyyəsinə (əsfələ safilinə) enməsin.


İmam Sadiq (ə) Zəhra (ə.s) adını necə mənalandırır?


... Xanım Fatimənin (s.ə) ən məşhur ləqəblərindən biri “Zəhra”dır. Araşdırmaçı mütəxəssislər bu ləqəbə çiçək, ulduz və bu kimi mənalr vermişlər. Lakim İmam Sadiq (ə) bu adı daha dolğun şəkildə belə mənalandırıb. Bir nəfərin bu barədəki sualına İmam (ə) belə cavab vedid:
“Xanım Fatimə (s.ə) ibadət üçün öz mehrabında durduqda onun nuru göy əhlinə işıq saçırdı. Necəki ulduzlar yeri və əhlini işıqlandırır.” (İləluş-şərae cid 1/181) İmamın (ə) verdiyi tərifə görə “Zəhra” ləqəbinin mənası yerə, göyə işıq saçan nur mənasındadır.


İnsanın ölümündən sonra belə savab qazandıran əməllər nələrdir?


Həzrət Peyğəmbər (s) buyurub: “Yeddi şey vardır ki, insan ölüb dünyadan köçdükdən sonra belə onun üçün savab qazandırar, bu savab onun əməl dəftərinə yazılar:
-Bir su quyusu qaza,
-Ya məscid tikə,
-Ya Quran yaza, yaxud Quran qoyub gedə,
-Özündən sonra faydalı elmi biliklər qoya,
-Özündən sonra onun üçün bağışlanma diləyən əməli saleh övlad qoyub gedə...


Qurani-Kərimə iman gətirməkdə insanlar 4 dəstəyə bölünürlər?!


İmam Sadiq (ə) insanın bu cür, ümumi mənəvi vəziyyətini dörd halda cəmləyir və bu vəziyyəti Quranla birləşdirərək buyurur: “İnsanlar dörd qismdirlər:
1-İmanı olanlar, lakin Qurandan nəsibi olmayanlar. Bunlar dadı şırın, lakin gözəl ətri olmayan meyvəyə bənzərlər.)
2-Qurandan nəsibi (bildikləri) vardır, lakin imanı olmayanlar. Bunlar ətri olan, lakın dadı acı meyvə kimidir.)
3-Qurandan nəsibi (biliyi) olan, həm də imanı olanlar. Bu kimi insanlar dadı və ətri gözəl meyvəyə bənzər. Ənrafına gözəl ətir, nur saçar.
4-Nə imanı, nə də Qurandan payı olmayanlar. Yəni camaata, insanlığa, varlığa xeyirli olmaz. Əqidələri çürük, əməlləri zay olanlar...



İnsanın özünü dünya həyatına satması nə pis ticarətdir?!


İnsan qiymətli və fəzilətli bir məxluqdur! İmam Əli (ə) buyurur: «Sizin dəyəriniz təkcə behşitlə əvəz olur. Behiştdən başqa bir şeyə özünüzü satmayın». İmam Əli (ə) buyurur: «Təəccüb edirəm o şəxsə ki, itirdiyi adi şeyini axtarır. Halbuki öz şəxsiyyətini itirib, amma onu axtarmır». Bu hədislərdən nəticə alırıq ki, insan qiymətli və fəzilətli bir məxluqdur. O, öz dəyərini qoruyub saxlamalı, şəxsiyyətinə qiymət verməlidir. Çünki insanın özünün və eləcə də başqalarının şəxsiyyətinə ehtiramla yanaşması, onu günahlardan uzaqlaşdıran bir amil kimi, onun düz yola hidayət olunmasında da mühüm və əvəzsiz rol oynayır.


Quran ayələrinə əsasən «Zikr əhli» kimələrdir?


Qurani Kərim: İnsan onu maraqlandıran məsələ barədə mütəxəssisə müraciət etməlidir«Nəhl» surəsində «bilmədiyinizi zikr əhlindən soruşun» buyurduğunda, kimə müraciət olunması nəzərdə tutulur? İmam Riza (ə): «Zikr əhli bizik və bizdən də soruşmalısınız». İmam Baqir (ə): «Zikr Quran, zikr əhli isə, Peyğəmbərin (s) Əhli-beytidir. Onlardan da soruşmaq lazımdır». (Nurus-səqəleyn, 3 səh. 55.) İbn Abbas uyğun ayənin təfsirində deyir: «Zikr əhli Məhəmməd, Əli, Fatimə, Həsən və Hüseyndir». Zikrin mənası agahlıq və xatırlama olduğundan, bu sözün Qurani-kərimə aid edilməsi tam məntiqəuyğundur. Quran zikr hesab olunduğu təqdirdə, Peyğəmbər (s) və onun əhli-beytinin (ə) zikr əhli olması inkaredilməzdir.


Həzrət Mehdinin (ə) zühurunu gözləyənlər zülmün qarşısında susmalıdırmı?


Qonaq gözləyən adam hazırlıq görməlidir! Biz hər gecə, səhəri gün günəşin doğması intizarında oluruq. Amma bu o demək deyil ki, bütün gecəni işıqsız qalmalıyıq.Qış aylarında hamı yayın intizarını çəkir. Bununla belə, yayadək hamı soba qalayır və qızınır. Əsrin İmamının (əc) zühurunadək hamı öz qüvvəsi daxilində zülmlə mübarizə aparmalı, cəmiyyətin islahına çalışmalıdır. Hədisdə buyurulur: “Ən üstün əməl fərəc, yəni həzrət Mehdinin (ə) zühuru intizarında olmaqdır.” (“Bihar”, c. 75, s. 208.)...


Quranda bəzi insanların heyvana bənzədilməsi təhqir deyilmi?


Ən qiymətli libas ipəkqurdunun hazırladığı ipəkdən istehsal olunur. Ən mühüm qidalar heyvanlardan alınan ət, yağ, süd, qatıq, bal və sair nemətlərdir. Heyvanlar nəqliyyat vasitəsi kimi istifadə olunur, onların köməyi isə torpaqlar basdırılmış minalardan təmizlənir. İnsanlar bir çox biliklərini heyvanlardan əxz etmişlər. Adəm övladı ölünün dəfnini qarğadan öyrəndi, şanapipik səba xalqından Süleymana xəbər gətirdi, hörümçək öz toru ilə İslam peyğəmbərini qorudu. Heyvanlar əhilləşmək qabiliyyətinə malikdirlər. Məsələn, təlim görmüş itin etdiyi ov halaldır. İlan kimi bir zərər verici yalnız ona yaxınlaşanları çalır.Amma elə insanlar var ki, atom bombası ataraq bəşəriyyətin məhvinə fərman verir...


İnsana həqiqəti anlamaqda mane olan nədir?


İnsanlar haqq yoldan uzaq qalırlar, çünki: Ruh çirkləndikcə, həqiqəti dərk etmək də çətinləşir!
Həqiqət nə qədər aşkar görünsə də, onu kor gözlə görmək mümkün deyil. Həqiqəti tanımaq üçün onun aşkar görünməsi nə qədər zəruridirsə, görən gözə də bir o qədər ehtiyac vardır. Axı kor, günəşin işığını necə görə bilər?!
İnsanın həqiqəti tanımasına mane olan yanlış mühakimələr, nəfs istəklərinə tabeçilik, kor-koranə tərəfbazlıq, təkəbbür və bu kimi başqa mənfi təzahürlərdir. Ruh çirkləndikcə, həqiqəti dərk etmək də çətinləşir...


Allah şeytanı nə üçün yaratdı?


Şeytanın varlığı imanlı insanlar üçün qorxulu deyildir!
İlk əvvəl onu qeyd edək ki, Allah-təala şeytanı alçaq yaratmamışdır. Lakin sonradan verilmiş azadlıqdan sui-istifadə edərək, tüğyan qoparmışdır.
İkinci bir tərəfdən, yaranış qanunlara əsasən, ziddiyyət olmayan yerdə tərəqqi də olmaz. Şeytanın varlığı imanlı insanlar üçün qorxulu deyildir. Əksinə, onun törətdiyi fitnə-fəsadlar, imanlı insanların təkamülü üçün mühüm şərtlərdəndir...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter