İblis (lən) Hz Nuha (ə) dedi: Sən mənə yaxşılıq etdin mən də sənə nəsihət edim?!


◘Hz Baqir (ə) buyurub: \"Nuh (ə) öz ümmətinə nifrin etdikdən sonra şeytan onun yanına gəlib dedi: \"Sən mənə yaxşılıq etmisən, mən də gəlmişəm onun əvəzini verim.” Nuh (ə) buyurdu: \"Sənə xidmət etməkdən Allaha pənah! Mən sənə nə yaxşılıq etmişəm?!” Dedi: \"Sən nifrin etdin, Allah da sənin qövmünü qərq etdi və artıq mən çalışıb onları yoldan azdırma əziyyətindən xilas oldum. Bir də növbəti qövm gələnə qədər rahatam.” Həzrət Nuh (ə) buyurdu: \"İndi mənə nə əvəz verəcəkdin?” Dedi: \"Məni üç yerdə yad et. Bu üç yerdə mən insana hər zaman olduğundan daha yaxınam; qəzəblənən zaman, iki nəfər arasında hökm verən zaman və naməhrəm bir qadınla heç kəsin olmadığı bir yerdə oturduğun zaman.”


Allah-Taala (c.c) Hz Musaya (ə) verdiyi üç nemət qarşısında hansı əməlləri tələb etdi?


◘Allah-təala Musaya (ə) xitab edərək buyurdu: \"Ey Musa! Mən səndən ötrü üç şey yerinə yetirirəm və sən də bunun müqabilində üç əməl yerinə yetir.” Dedi: \"Onlar hansılardır?” Buyurdu: \"Mən sənin ixtiyarında minnətsiz olaraq çoxlu nemətlər qoymuşam. Sən də əgər bir kəsə nə isə verdin minnət qoyma. Mən sənin üzr və tövbəni qəbul edirəm, baxmayaraq ki, bir çox itaətsizliyi bilərəkdən yerinə yetirmişsən. Sən də cəfakarların üzrünü qəbul et. Mən səndən sabahın əməlini bu gün tələb etmirəm, sən də sabahın ruzisini Məndən bu gün istəmə.”


Həzrəti Əli (ə)-ın ən çətin günü nə zaman olmuşdur?


Hz Eli (e) bir gün mescide girdi Gördü kişiler neyse muzakire edirler ibn Abbasda (r.e) orda idi Hezret Eli (e) ibn Abbasdan soruşdu ? ne olup
Ibn Abbas dedi Kişinin en aĝir en elacsiz vaxdı ne vaxtdır onu muzakire ediller Biri deyir ailesi xesde olanda biri deyir övladi olmayanda ve s. Ardinca
Ibn Abbas dedi : Ya Eli senin fikrin nedi? Gördüler Elinin gözleri yaşla doldu! Hz Eli (e) buyurdu kişinin en aĝır veziyyeti odu ki Xeyberin qapısını sındıran. eller onda ola. Zülfüqar kimi qilinca sahib ola amma yoldaşi qapi ile divar arasinda qala heçne ede bilmeye


İmam Sadiq (ə) hansı növ məclislərdə iştirak etməyi sevərdi?!


İmam Sadiqin (ə) sevdiyi məclislər: Bəkr ibn Məhəmməd Əzdi nəql edərək deyir: “İmam Sadiq(ə) soruşdu: “Siz yığışıb söhbət edirsiniz?”. Mən dedim: “Canım sənə fəda olsun! Bəli”. İmam buyurdu: “Həqiqətən, mən bu yığıncaqları sevirəm.
Bizim əmrlərimizi dirildin. Kim bizi yad etsə, kimin yanında bizdən söz düşsəvə onun gözündən milçəyin qanadı boyda da olsa yaş gəlsə Allah onun günahlarını bağışlayar, hətta onun günahları dəniz köpüyü qədər olsa belə”. ِ Eyni isnadla: “İmam Sadiq (ə) buyurdu: “Bizə (Əhli-Beytə) məhəbbət – güclü küləyin ağacdan yarpaqları qopardığı kimi günahları da bəndələrdən qoparar”...


Quranın bütün bəşər üçün nazil olması nə məna daşıyır?


... Quranın bütün bəşər üçün nazil olması o deməkdir ki, Quran irq və cəmiyyət tanımır, bütün insanlıq üçün nazil olmuş Allah Kitabıdır. Çünki Quran elə bir kamil kitabdır ki, bəşərin bütün ehtiyaclarına cavab verə bilir. Bu həqiqət Qiyamətə qədər davam edəcəkdir. \"Furqanı aləmdəkilərin hamısını qorxutmaq üçün bəndəsinə tədricən nazil edən (Allah) uca, əbədi və çox bərəkətlidir”. (Furqan/1). \"Halbuki, bu (Peyğəmbər və bu Quran) aləmlərə öyüd-nəsihət vasitəsindən başqa bir şey deyildir”. (Qələm/52). Allah Təala Hz Peyğəmbərin (s) buyurmuşdur: “Və Biz səni bütün insanlara qoruyan və müjdə verən və (pisləri) qorxudan göndərdik. Lakin camaatın əksəriyyəti bilmir”. Səba/28


Aqibətin xeyirli olmasını istəyənlər üçün İmam Zaman ağanın (ə.f) buyuruşu


İmam Zaman (ə.f) buyurur: “Bir halda ki, Əhli-Beyt (ə) davamçıları günahdan uzaq olarlar, əməllərinin sonu bəyənilmiş və yaxşı olar”.
Bu hədis – İmam Zaman ağanın (ə.f) Şeyx Mufidə yazdığı məktubun bir hissəsidir. İmam (ə.f) mühüm nöqtəyə işarə edərək buyurmuşdur ki, əgər mənim davamçılarım aqibətlərinin xeyirli olmasını istəyirlərsə, Allah Təalanın qadağan etdiyi günahlardan uzaq olmalıdırlar. Çünki hər bir əməl özünəməxsus təsirə malikdir. Nəfsimiz malik olduğumuz fikirlər və yerinə yetirdiyimiz əməllər sayəsində qurular. O kəs ki, günah etməkdən qorxmaz – baxmayaraq ki, o günah kiçikdir, yoxsa böyükdür, həqiqətdə öz varlığını qaraldar və zülmətə böyayar...


Qənaət hissini gücləndirmək üçün nə edək?


Bəs nə edək ki, qənaət hissimizi gücləndirə bilək və etidal həddə qala bilək?
1. İnsanlıq əzəmətinə diqqət etmək. Əgər insan öz qiymətini bilsə, əlində olan neməti hərislik və tamahla zay etməz...
2. Əlimizdə olanlara şükür etməyi bacarmalıyıq. Əgər əlimizdə olan nemətləri görə bilsək və onlara görə şükür edə bilsək, başqalarının əlində olana diqqət etmərik...
3. Pak və qənaətcil insanlar haqqında mütaliə etmək. Bir gün bir nəfər İmam Sadiqi (ə) görür ki, əyninə yamanmış köynək geyinmişdir. Gözü həmin yamaq vurulan yerə baxır. İmam (ə) onu bu halda görəndə, soruşur: “Nə olub ki, mənə baxırsan?”...


İmamlar (ə) Allahın iznilə ölü diriltməyə qadir olublarmı?


Əbu Bəsir nəql edir: \"Əbu Cəfərin (İmam Baqirin (ə)) yanına getdim və ona dedim ki: \"Siz Allah Rəsulunun varislərisiniz?\".İmam Baqir (ə) dedi: \"Bəli\". Dedim: \"Allah Rəsulu (s) bütün nəbilərin varisi və onların bildiyi hər şeyi bilən şəxs idimi?\". İmam Baqir (ə) dedi \"Bəli\". Dedim: \"Onda siz ölüləri diriltmə, korluğu və cüzamı sağaltmaq gücünə sahibsiniz?\". İmam (ə) dedi: \"Bəli, Allahın izniylə\". Sonra mənə dedi: \"Yaxına gəl, ya Əbu Muhəmməd!\". Mən ona yaxınlaşdım, üzümə və gözlərimə əl çəkdi. Və mən (korluğumdan şəfa taparaq) günəşi, göyləri, yeri, evləri və şəhərdə olan hər şeyi gördüm. Mənbə: Şeyx Kuleyni, \"Üsuli-kafi\", c.1, s.470



Nə edək ki, həm Allahın və həm də insanların sevimlisi olaq?


Bir nəfər Peyğəmbərdən (s) soruşur ki, hansı şey insanlar arasında məhbub olmağa səbəb olar? Həzrət (s) buyurur: “İnsanların malik olduqlarında gözün olmasın ki, insanların məhbubu olasan”.Allahın və insanların məhbubu olmaq üçün bir neçə tövsiyə:
1. Zahiriniz həmişə təmiz və səliqəli olsun.
2. Daha çox sükut etməyə meyil edin.
3. Danışan zaman mülayim olun.
4. Hörmət qazanan insan olun.
5. Çox zarafat etməyin, ancaq çox gülümsəyin...


Həzrət Yəsə (ə) kim olmuşdur?


Yəsə ibni Əxtub ibni Əcuz – Bəni-İsrayil peyğəmbərlərinin birinin adıdır ki, İlyas peyğəmbərin (ə) canişini və şagirdi olmuşdur. Tövratda onun adı Yəşə kimi qeyd edilmişdir. Belə nəql edilir ki, İliya, yəni İlyas (ə) peyğəmbər səfər edən zaman Yəsə ilə rastlaşır ki, o, öz tarlasını becərirdi. Onu öz dininə dəvət edir və Yəsə də ata və anasından icazə alaraq, İliyaya qoşulur. Tövratın nəql etdiyinə görə, İliya onu xəlifə təyin edir.ni-İsrayil onu qəbul edir. İmam Rza (ə) onun haqqında buyurur: “Yəsə də, İsa (ə) kimi işlər görür. Yəsə də İsa (ə) kimi suyun üzərində yol gedirdi, ölünü dirildirdi. Anadan gəlmə korları və cüzam xəstələrini sağaldırdı”...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter