Allah bizi tanıyırsa, imtahana ehtiyac varmı?


Allah-Taala (c.c) insanları xəlq edib: İmtahan belələrini özünə tanıtdırır. Aramızda sinəsinə döyüb, özünü göyə qaldıranlar var. İmtahan belələrini özünə tanıtdırır. Quran buyurur: \"Biz sizi qorxu, aclıq, mal, can və qıtlıqla imtahana çəkərik. Səbr edənlərə müjdə ver.\" Bəqərə/155 - İnsanın mükafatlandırılması və ya cəzalandırılması üçün ortada hansısa bir əməl olmalıdır. Bir şəxs peşəkar oğru olsa da, nə qədər ki, oğurluq baş verməyib onu həbs etmək olmaz. Hz Əli (ə): “İnsanın imtahana çəkilməsinin fəlsəfəsi ona mükafat və cəza vermək üçün zəmin hazırlamaqdır. Bu imtahanlar olmasa da Allah öz bəndəsini tanıyır.


Quranın 114 surəsi olduğu halda, nə üçün «Yasin» surəsi daha çox oxunur?


Bu surə «ya» və «sin» müqəttə hərfləri ilə başlayır. İmam Sadiq (ə) buyurur: «Yasin Allahın Rəsulunun adıdır. Çünki bunun ardınca buyurulur ki, «sən mürsəl (şəriət sahibi olan) peyğəmbərlərdənsən». Surədə yaranış, qiyamət, həyat və ölüm haqqında müxtəlif səhnələrlə qarşılaşırıq.
Hədislərdə «Yasin» surəsi «Quranın qəlbi» adlandırılır. İmam Sadiq (ə) buyurur: «Bu surəni qürubdan əvvəl oxuyan insan gün uzunu hifz olunar və bol ruzidən faydalanar. Hər kəs bu surəni yatmazdan əvvəl oxusa, Allah min mələk məmur edər ki, onu hər şeytan və hər bəladan qorusun» ...


Dünya pisdirsə, Allah onu nə üçün yaradıb?


Dünyaya qul olan insan üçün halal-haramın fərqi yoxdur! Xeyr, dünya yox, dünyaya qul olmaq pislənilib. Dünyada gördüyümüz bütün nemətlər üçün var-dövlət qətiyyən qorxulu deyil. Əksinə, belə insan var-dövlətdən istifadə edərək öz axirəti üçün hazırlıq görür. Amma dünyaya qul olan insan üçün halal-haramın fərqi yoxdur. İslam Peyğəmbəri (s) buyurur: «İbadət yetmiş hissədir və onun ən üstünü halal ruzi axtarmaqdır». Rəvayətlərdə insanlar əkinçiliyə, ticarətə, bir sözlə, işə təşviq olunurlar. Məzəmmət olunmuş dünya haqqında isə həzrət Əli (ə) buyurur: «Məbada dünyaya gönül verəsən. Çünki bütün günahların kökü, bütün bəlaların əvvəli dünya məhəbbətidir»...


İnsаn öz ölüm vахtını öyrәnә bilәrmi?


Uyğun аyәyә әsаsәn, insаn hаnsı mәkаndа ölәcәyindәn хәbәrsizdir. Аllаh bu işi gizli işlәrdәn qәrаr vеrmişdir. (“Әl-mizаn”, c. 16, s.238.) “Nәhcül-bәlаğә”dә ölüm vахtının mәхfiliyi hаqqındа dеyilir: “İnsаnın әcәli gizlidir.” (“Nәhcül-bәlаğә”, h. 419.) Dеmәk, insаnın ölüm vахtı vә ölüm yеri mәхfi işlәrdәndir. İnsаndа bu bаrәdә hеç bir mәlumаt yохdur. Hәzrәt Pеyğәmbәr (s) vә оnun mәsum Әhli-bеytindәn (ә) gәlәcәk vә ölüm vахtı hаqqındа dаnışаn bir çох rәvаyәtlәr nәql оlunmuşdur. Mәlum оlur ki, pеyğәmbәr vә mәsum imаmlаr kimi şәхslәr öz ölüm yеrlәri vә ölüm vахtlаrı hаqqındа mәlumаtlı оlmuşlаr. Bәzәn bu bаrәdә sәhаbәlәrә dә хәbәrlәr vеrilmişdir. Mәsәlәn, Hәzrәt Әli (ә) Mеysәmә оnun şәhаdәt хәbәrini vеrdi...


Ümmü Sələmə Hz Peyğəmbərə (s) ən sevimli şəxsləri kimlər olaraq tanıtdırır?


Ümmü-Sələmədən nəql olunur ki, bir gün Peyğəmbər (s) əyləşmişdi, Fatimə (s.ə.) yemək gətirdi. Peyğəmbər (s) buyurdu: “Əli və onun iki oğlu haradadır?” Fatimə (s.ə.) dedi: “Evdə.” Peyğəmbər (s) buyurdu: “Onları mənim yanıma dəvət et.” Əli (ə), xanım Fatimə (s.ə.) Həsən və Hüseyn (ə) Peyğəmbərin (s) yanına gəldilər. Onları görən Peyğəmbər (s) yataqdakı əbasını götürüb onu Əli, Həsən, Hüseyn, Fatimə ilə birlikdə üstünə çəkdi. Həzrət dedi: “Pərvərdigara! Bunlar mənim əhli-beytim (ə), mənə ən sevimli olanlardır. Hər cür çirkinliyi onlardan uzaq et. Onları tam paka çıxar.” Bu vaxt ayə nazil oldu: “Həqiqətən, Allah siz Əhli-beytdən (ə) hər cür çirkinliyi uzaqlaşdırmaq, sizi layiqincə paklaşdırmaq istəyir.” (“Əhzab”, 33)...


İslam alimləri Hz Zəhranın (ə.s) məqamı haqda nə buyururlar?


Zeynül-ərəb “Şərhül-Məsabeh”dən nəql edir: Fatimə (s) bətul (seçilmiş) adlanırdı. Çünki fəzilət, dəyanət və alicənablıq baxımından heç bir qadın ona tay ola bilmədi.” Hərəvi “Mənaqib”dən nəql edir: “Fatimə (s) bətul (ayrılmış) adlandı. Çünki oxşarı yox idi.”
Kəmaləddin Məhəmməd ibn Təlhə Şafei deyir: “Onun yalnız özünəməxsus olan fəzilətləri vardı. Bu fəzilət Peyğəmbər (s) buyuruqlarında təsdiqlənmişdir. Onun yalnız bir şərafətli sifətinə çatmaq üçün ömür boyu rəqabət aparılar...”
Əhməd ibn Osman Zəhəbi: “Onun imtiyazları böyükdür. O səbirli, dindar, xeyirxah, qane və qədirbilən olmuşdur.”
Süleyman Kətani (məsihi yazıçısı) deyir: “Fatimə pak, peyğəmbər fəzilətlərinin daşıyıcısı idi. Onda üstün əxlaqi səciyyələr vardı.”


Hz Əli (ə) İslamda zahidliyin mənasını necə tərif etmişdir?


Mövlаyi-müttәqiyаn Әlinin (ә) Nәhcül-bәlаğәdә zаhidlik bаrәsindә bir cümlәsi vаrdır ki, оndаn yахşısını dеmәk оlmаz.
Zаhidliyin tәrifini Әlidәn (ә) еşitmәk lаzımdır. О hәzrәt buyurdu: “Zаhidlik Qurаnın iki cümlәsindә bәyаn оlunmuşdur.” (Yәni zаhidlik quru vә bоş müqәddәslik dеyil, zаhidlik insаnın ruhunа bаğlıdır.) Аllаh-tәаlа Hәdid surәsindә buyurur: “Bu, оnа görәdir ki, itirdiyinizdәn kәdәrlәnmәyәsiniz, tаpdığınızdаn isә sеvinib qürrәlәnmәyәsiniz”. Bu mәrhәlәyә çаtdıqdа, yәni vаrlı оlduğunuz hаldа dünyаnız sizdәn аlınsа, kәdәrlәnmәyin, dünyаnın qәmi sizi çulğаmаsın; yохsul оlаn vахt dünyа birdәn sizә üz gәtirsә, sеvinmәyin. Әli (ә) zаhidliyi bеlә tәrif еdir ki, bu tәrifi Mаrks kimilәr bәşәr bаrәsindә tәsәvvür еdә bilmirlәr. Оnlаr dеyirlәr: “Mаhаldır ki, bәşәr Әlinin (ә) dеdiyi kimi zаhid оlsun; yәni qеyri-mümkündür ki, bәşәr öz sinfi mәnаfеyindәn üstün bir şәхsiyyәtә mаlik оlsun.”


Ən üstün nemətlər hansılardır?


Hz Peyğəmbər (s) İmam ƏLiyə (ə) buyurur: Ağıldan sonra ən üstün nemətlər bunlardır:
1. Sağlam qəlb. İmam Əli (ə) buyurur: “Malın çoxluğu – nemətdəndir, ondan da üstünü – bədən sağlamlığıdır. Bədən sağlamlığından mühüm olanı – qəlbin təqvasıdır”.
2. Qəlbi Allaha təslim etmək. İmam Sadiq (ə) buyurur: “Allah Təala bəndəsinə, onun qəlbində Allahdan qeyrisinin yer tutmaması kimisı üstün nemət verməmişdir”...


Qeybətin kəffarəsi nədir?


Hz Peyğəmbər (s) buyurur: “Qeybətin kəffarəsi budur ki, qeybət etdiyin şəxs üçün bağışlanma istəyəsən”.
Yenə də Həzrət Peyğəmbərdən (s) soruşurlar ki, qeybətin kəffarəsi nədir? Həzrət (s) buyurur: “Qeybət etdiyin kəsi nə zaman yada salsan, Allahdan bağışlanma istəyəsən”. Möminin abrını qorumağın mükafatı. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim möminin abrını qoruyar, şübhəsiz ki, behişt ona vacib olar”. Qulağına hakim ol! Qeybətə, yalan, böhtana, digər iyrəncliklərə qulaq asma...


Quranda ən çox ziyan görən kəslər kimi kimlər göstərilib?


“(Ya Peyğəmbər,) de: «Sizə insanların (dünya) əməllər(i) baxımından ən çox ziyana uğrayanlarından xəbər verim?». Onlar, dünya həyatındakı (hər hansı bir xeyir işdəki) səyləri (küfrlərinə görə) puç olaraq yoxa çıxmış və yaxşı görmələrini sanan kəslərdir”. (“Kəhf” 103-104).
Bu ayə ilə bağlı İmam Baqir (ə) buyurur: “Xaçpərəstlər, keşişlər, rahiblər, şübhə əhli, nəfsani istəklərinin ardınca gedən müsəlmanlar, xəvaric və hər kim bidət icad edər – bu ayənin nümunələrindən olar”...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter